Məhkəmə qərarları › İş №2(102)-2788/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2788/2021

27.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2788/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2788/21 (Açar sözlər: çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli, 2(107)1824/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Qax rayonu, Qum kəndində, ümumi mülkiyyətdə olan torpaq sahəsində yerləşən İsayev İsgəndər Həsən oğluna məxsus evə dair Cavabdeh adına verilmiş 1987-ci il və 13 mart 2019-cu il tarixli fərdi yaşayış evinin “Texniki pasportu”nun tam, ümumi mülkiyyətdə olan torpaq sahəsində yerləşən evə dair Reyestr Xidməti tərəfindən Cavabdeh adına verilmiş 27 mart 2019-cu il tarixli Çıxarışın İsgəndər İsayev və Raziyyət İsayevaya aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Sonradan iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına tərtib edilmiş 1987-ci il tarixli fərdi yaşayış evinin “Texniki pasportu”nun və verilmə əsası bilinməyən iyul 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinin, həmçinin Reyestr Xidməti tərəfindən verilmiş 13 mart 2019-cu il tarixli fərdi yaşayış evinin texniki pasportunun və 27 mart 2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.İ.Qarayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddia əsassızdır və təmin edilə bilməz. Belə ki, Cavabdeh adına mübahisələndirilən Texniki pasport 01 avqust 2002-ci il tarixli, JN-120F saylı “Torpağa daimi istifadə hüququna dair” Şəhadətnaməyə və 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən verilib. 27 mart 2019-cu il tarixli Çıxarışa əsasən Qax rayonu, Qaxbaş kəndi, 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam Cavabdeh mülkiyyətindədir. Həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsi isə Cavabdeh, İsgəndər İsayev və Raziyyət İsayevanın ümumi birgə mülkiyyətlərindədir. Reyestr Xidməti tərəfindən Cavabdeh adına evə dair Texniki pasport və qeydiyyat vəsiqəsi verilərkən qanunvericiliyin tələbləri pozulmayıb. Eyni zamanda Qax rayonu, Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi İsgəndər İsayev, Raziyyət İsayeva və Cavabdeh ümumi birgə mülkiyyətinə Qax rayon AİK-nın 28 dekabr 1997-ci il tarixli, 20 saylı Qərarına əsasən verilib və sonradan həmin torpaq sahəsi JN-120F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mülkiyyət h üququ üzrə onların adlarına qeydə alınıb. Bu baxımdan Qax rayon AİK-nın 28 dekabr 1997-ci il tarixli, 20 saylı Qərarı qüvvədə olduğundan hazırki tələblər təmin edilə bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Qax Rayon Mə hkəməsinin 10 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 152.5, 146.1- 146.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üç ün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Nümayəndə2, Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə h üququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianı rədd etməklə düzgün nəticəyə gəlməməsi ni göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Qax rayonu Qum kəndində yerləşən fərdi yaşayış evinə dair Reyestr Xidməti tərəfindən Cavabdeh adına 1987-ci il tarixli fərdi yaşayış evinin “Texniki pasportu” və 1988-ci il tarixli mülkiyyət hüququna dair Qeydiyyat Vəsiqəsi verilib. Eyni zamanda “JN-120F” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qax rayon AİK-nın 28 dekabr 1997-ci il tarixli, 20 saylı Qərarı əsas tutulmaqla Qax rayonu, Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi İsgəndər İsayev, Rafiyət İsayeva və Cavabdeh ümumi birgə mülkiyyətinə verilib. Daha sonra işdən görünür ki, Cavabdeh adına fərdi yaşayış evin ə dair 13 mart 2019-cu il tarixli “Texniki pasport”un verilməsinə əsas kimi 01 avqust 2002-ci il tarixli, “JN-120F” saylı “Torpağa daimi istifadə hüququna dair” Şəhadətnamə və 1988-ci il tarixdə tərtib edilmiş Qeydiyyat Vəsiqəsi göstərilib. Qax rayon Qum kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 18 noyabr 2020-ci il tarixli məktubuna əsasən, Nümayəndəliyin inzibati binası 2000-ci ildə tamamilə yanıb və nəticədə 1975-2000-ci illərə aid təsərrüfatbaşına kitablar və digər sənədlər yanaraq məhv olunub. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-146.2-ci maddələrinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, Cavabdeh adına tərtib edilmiş 1987-ci il tarixli fərdi yaşayış evinin “Texniki pasportu”nun və 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinin etibarsızlığını nəyə görə tələ b etməsini iddia ərizəsində əsaslandıra bilməyib və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut növü təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə i ddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, apelyasiya instansiya məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlillərini əsassız hesab edib belə qənaətə gəlmişdir ki, mübahisəli evə, torpaq sahəsinə dair Cavabdeh adına fərdi yaşayış evinə dair “Texniki pasport”, Qeydiyyat Vəsiqəsi və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış verilərkən qanunvericiliyin tələbləri pozulmayıb. Belə ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı sahəsi İsgəndər İsayev, Raziyyət İsayeva və Cavabdeh ümumi birgə mülkiyyətinə Qax r ayon AİKnın 28 dekabr 1997-ci il tarixli, 20 saylı Qərarına əsasən verilib və bu gün həmin Qərar qüvvədədir. Ona görə də iddia rədd edilməlidir. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər t utaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli, 2(107)-1824/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar