Məhkəmə qərarları › İş №2(102)-2788/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2788/2023

18.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2788/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın ipoteka yüklülüyündən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2(103)-1995/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı bina evi, Maraqlı şəxs ATSC-nin Cavabdeh ASC-dən aldığı kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir.

2. Kredit öhdəliyi pozulduğuna görə Cavabdeh ASC borcun tutulması və tutmanın ipotekaya yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-895/2014 saylı, 14 may 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs ATSC-dən Cavabdeh ASC-nin xeyrin ə kredit borcu üzrə 1.050.000 manat əsas borc, hesablanmış faiz borcu 160.400,14 manat, cərimə 105.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9.5 manat olmaqla, cəmi 1.315.409,64 manat pulun tutulması, tələb üzrə tutmanın fiziki şəxs İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı bina evinə, X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 mərtəbəli, 4 otaqlı 72 nömrəli fərdi yaşayış evinə, fiziki şəxs X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh ASC-yə ödənilməsi qə t edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı bina evinin satış qiyməti 189000 manat müəyyən edilmişdir

4. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1280/15 saylı, xx.xx.2015ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. 5. 01.04.2016-cı il tarixli qəbzə əsasən, Vəkilov Kamran İsa oğlu tərəfindən "xxxx" ASC-nin hesabına 227.500 manat pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaç ı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bağ evinin girovdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, bağ evi kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bağ evinin ilkin satış qiyməti kimi göstərilən 189.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, atası X8 ilə Cavabdeh ASC- nin müdiri arasında yaxın dostluq münasibətləri var idi. O, həmin bankdan kredit götürmüş, İddiaçı da öz əmlakını həmin kreditin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Ancaq işləri yaxşı getmədiyinə görə həmin kredit borcunu vaxtında qaytara bilməmişlər. Bank bununla bağlı məhkəmədə iddia qaldırmış və məhkəmə qərarı ilə onlardan qalıq kredit borcu tutulmuş və tələb İddiaçı və digər şəxslərə məxsus olan bir neçə daşınmaz əmlaka yönəldilmişdir. İddiaçı məxsus olan əmlak 189.000 manata qiymətləndirilmişdir. İddiaçı həmin əmlakı itirməmək üçün atası Vaqif Məmmədovun vasitəçiliyi ilə Bankın rəhbərliyi ilə danışıqlar aparmış və qeyd olunan məbləği Banka ödədiyi halda əmlakının girovdan azad olunması barədə razılığa gəlmişlər. İddiaçı onunla birlikdə həmin vaxtı Banka aidiyyəti olan və Şaiqi n qardaşı oğlu olan Vəkilov Kamran İsa oğlunun yanına gedərək ümumilikdə 227.500 manat məbləğində pulu ona vermiş, sonuncu isə həmin pul vəsaitini Bankın kassasına mədaxil etmişdir. Həmin pul məbləği İddiaçı məxsus olan əmlakın azad olunması üçün 189.000 manatdan və digər ipoteka qoyan X2 38500 manat ödənişindən ibarət olmuşdur. Sonradan Bankda ləğvetmə prosesi başlamış və aralarındakı razılıq pozulmuşdur. İddiaçı dəfələrlə Bankın ləğvedicisinə müraciət etməsinə baxmayaraq, onun əmlakı girovdan azad olunmamışdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4077/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi təmin edilmiş, İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtə bəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bağ evinin girovdan (ipoteka yüklülüyündən) azad edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka qoyan əsas öhdəliyə görə ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Belə olan halda ipoteka qoyan İddiaçı kredit götürənin (borclunun) öhdəliyi üzrə yanlız əmlakının dəyərində (həmin həcmdə) məsuliyyət daşıyır və mülkiyyətində olan əmlakla daşıdığı riskə görə üzərinə düşən öhdəliyi icra etmişdir.

11. Birinci instansiya məhkəməsi həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçıya məxsus olan mübahisəli əmlak (ipoteka predmeti) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən hərracdan satılacağı halda, onun ilkin satış qiyməti 18 9.000 manat olduğu halda hərracların keçirilmə təcrübəsinə görə ən yaxşı halda həmin qiymətə və yaxud da bundan aşağı qiymətə satılacaqdı. Əmlakın satışından əldə olunacaq pul vəsaiti borca yönəldiyi və bundan sonra ödənilməmiş qalan qalıq borc iddiaçıdan deyil, borcludan ümumi qaydada tutulacaqdı. Bununla bağlı qeyd olunan kredit öhdəliyi üzrə borclu olmayan, yalnız ipoteka qoyan olan İddiaçı isə həmin pul vəsaitini Banka ödəməklə yalnız özünün deyil, həmçinin Bankın da xeyrinə hərəkət etmiş və faktiki olaraq əsas öhdəliyə görə daşıdığı məsuliyyəti bitmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 527.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 46.1, 46.2, 48.1, Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 4, 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin vəsait iddiaçı tərəfindən ödənilməmişdir, bundan başqa ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka saxlayana ödənilməsi ipotekaya xitam verilməsinin əsası kimi qanunvericilikdə nəzərdə tutulmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1995/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin olunmuş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə” iddiasının təmin edilməməsi, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manatın İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsinə görə, borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Göründüyü kimi, maddədə “əsas öhdəlik üzrə bütün tələbini ödəyərək” ifadəsindən istif adə olunub. Əsas öhdəlik üzrə bütün tələbin məbləği 1.315.409, 64 manatdır. Odur ki, ipoteka predmetinin ilkin satış qiymətinin (189.000 manatın) ödənilməsi hazırkı iddianın təmin edilməsinə əsas ola bilməz.

17. O cümlədən Mülki Məcəllənin 311.1-ci maddəsindən görünür ki, əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Həmin Məcəllənin 311.3-cü maddəsindən görünür ki, kreditoru təmin edərkən mülkiyyətçi ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi, bu maddələrdə “kreditorun təmin edilməsi” ifadəsindən istifadə olunub. Kreditorun təmin edilməsi üçün borc tam ödənilməlidir.

18. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, bağ evinin ipoteka yüklülükdən azad edilməsi üçün əsas mövcud deyil. Birinci instansiya məhkəməsi maddi hüquq normasını poz duğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır.

19. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 46.1, 48.1, Mülki Məcəllənin 311.1, Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş araşdırılması üçün Bakı Apeliyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. M addə 311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

25. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur

26. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alğısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə o lunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

27. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutu lmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. İşin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunmuş halları bu qərarın 1-5-ci paraqraflarında qeyd olunub.

41. İddia tələbinin hüquqi əsasın ı “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsi təşkil edir. Həmin normaya görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər.

42. Bu normadan göründüyü kimi i potekanın satışına yalnız ipoteka saxlayanın (kreditorun) bütün tələbi ödənildiyi halda xitam verilə bilər. Lakin baxılan iş üzrə ipoteka saxlayanın tələbinin tam ödənilməsi müəyyən edilməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi də iddianın maddi-hüquqi əsası kimi bu normaya istinad etmiş, haqlı olaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır. Kassatorun dəlilləri qətnamənin ləğvinə əsas vermir.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Kassasiya şikayətinin bə zi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2(103)-1995/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir v

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar