Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2791/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili oğlunun və Cavabdeh2 vəkili V2 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)*/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) xx.xx.2019-cu il tarixli, 2(0 06)-***/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 140000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 140030 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) xx.xx.2020-ci il tarixli, 2(103)-*/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-***/2019 saylı qətnaməsinin Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 140000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 140030 manat məbləğində pulun alınaraq ona qaytarılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili V2 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamədə həm maddi, həm də prosessual hüquq normalarına düzgün riayət edilməmiş, işin bütün faktiki halları araşdırılmamış və nət icədə ədalətsiz qətnamə qəbul edilmişdir. Cavabdehin məhkəmədə müdafiə hüququ pozulmuşdur. Belə ki, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı xx.xx.2020-ci il tarixdə, saat 17:00-da olmuş, məhkəmə bildirişi cavabdehə məhkəmə iclasına cəmi 7 gün qalmış, yəni xx.xx.2020-ci il tarixdə göndərilmişdir. Bu prosessual qaydaların kobud şəkildə pozulması deməkdir. Bundan başqa, iddiaçı öz iddiasında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)*****/2016 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş, “xxxx” MMC ilə onun arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, 140000 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 140030 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması q ət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və icra hərəkətlərinin həyata keçirilməsi zamanı müvafiq tədbirlər görülmüş, icra qurumunun vergi orqanlarına sorğularına cavablar alınarkən məlum olmuşdur ki, “xxxx” MMC öz fəaliyyətini 2016-cı ilin noyabr ayından 2021-ci ilin noyabr ayınadək dayandırmış, eyni zamanda barəsində məcburi icra təbirləri görmək üçün borc tələbinin yönələ biləcəyi əmlak yoxdur. Göründüyü kimi, iddiaçı həmin qətnamənin icra olunmaması səbəbindən eyni öhdəlik, eyni predmetlə bağlı yenidən Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Halbuki, mahiyyət etibarilə eyni predmet, eyni tələb üzrə artıq qanuni qüvvəyə minmiş qətnamə ilə öhdəlik yaranmışdır. 2016-cı ildə qaldırılmış iddia ilə hazırki iddianın məzmunu, işlədilmiş ifadələr, hüquqi əsası eynidir. Yalnız İ.Rəh mənovun adının yerinə Cavabdeh2 yazılmışdır. Halbuki, 2016-cı ildəki işə baxılan zaman Cavabdeh2 şahid qismində dindirilmişdir. Eyni öhdəlik üzrə faktiki olaraq iki qətnamənin mövcudluğu mahiyyət etibarilə iddiaçının əsassız varlanması deməkdir. İddiaçının iddiasının əsasını Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin icra edilə bilməməsidir. Lakin məhkəmə qərarının icra edilməməsi həmin qərar əsasında əmələ gələn öhdəliyin xitam üçün əsas deyildir. Göründüyü qədər nə qədər ki, Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən əmələ gəlmiş öhdəliyə xitam verilməyib, iddiaçı eyni məsələ ilə ikinci dəfə iddia qaldırmaqda haqlı olmamış, Nəsimi Rayon Məhkəməsi isə həmin iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Bir məqamı da qeyd etmək lazım dır ki, iddiaçının əri X7 zərərçəkmiş şəxs qismində ifadə verərək bildirmişdir ki, ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyindən onun Cavabdeh2 və Cavabdeh1 qarşı heç bir şikayət və tələbi yoxdur və onları bağışlayır. Hökmlə müəyyən edilmiş halların mülki işə baxan məhkəmə üçün məcburiliyinə qiymət verilərkən məhkəmə tərəfindən bu halın da preyudisial əhəmiyyətinə hüquqi qiymət verilməli idi. Belə ki, məhkəmə iddiaçıya münasibətdə hökmlə müəyyən olunmuş halı nəzərə alır, lakin eyni hökmlə müəyyən olunmuş digər halı (zərərin ödənilməsi ilə bağlı) Cavabdeh2 münasibətdə nəzərə almamış və bununla da mülki hüquq subyektlərinin bərabərliyi prinsipini pozmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tar ixli, 2(103)-*/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili V2 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin e dilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-*/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvə də olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(101)- V/2008 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 306.1-ci maddəsi; Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək, müxtəlif cəzalara məhkum edilmişlər. Həmin şəxslərə qarşı irəli sürülmüş ittihamın bir epizodu onunla əlaqədardır ki, Cavabdeh2 Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, X4 qohumuna məxsus Bakı şəhəri Yasamal rayonu ərazisində özəlləşdirilmiş torpaq sahəsində gələcəkdə ticarət obyekti inşa edib, sonuncu ilə birlikdə şərik işlədəcəklərini vəd edərək onu aldadandan sonra, həmin obyektin inşası üçün tələb olunan 50.000 ABŞ dolları məbləğində pulu əldə etmək üçün xx.xx.2007-ci il tarixdə X4 öz adına özəlləşdirdiyi ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakını ələ keçirib xx.xx.2007-ci il tarixdə “Standartbank”a girov qoyaraq 100.000 manat məbləğində krediti ələ keçirərək X2 miqdarda ziyan vurmuşlar. X7 qeyd olunan iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. X7 zərər çəkmiş şəxs qismində ifadə verərək bildirmişdir ki, ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyindən onun Cavabdeh2 və Cavabdeh1 qarşı heç bir şikayəti və tələbi yoxdur və onları bağışlayır. Apelyasiya kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-V3/2016 saylı qətn aməsi ilə İddiaçı “xxxx” MMC-yə qarşı tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və iddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa etdiyi çoxmərtəbəli yaşayış evinin 7-ci blokunda 1-ci mərtəbədə 70 m2 ölçüdə qeyriyaşayış sahəsi üçün ödənilmiş vəsaitin əvəzi qismində 140.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası təmin edilmişdir. Qeyd olunan mülki işə Nizami rayon Məhkəməsində baxılarkən Cavabdeh2 şahid qismində dindirilərkən bildirmişdir ki, o, İddiaçı əri O.Ə.Əliyevlə Cavabdeh1 vasitəsi ilə tanış olmuşdur. Öz növbəsində isə Cavabdeh1la “xxxx” MMC-nin direktoru Cavabdeh3 iş birlikləri olmuş və bu səbəbdən də sonuncuların bir-birilərinə verəcəkləri olmuşdur. Bundan əlavə Cava bdeh1 və İ.Rəhimovun “xxxx” ASC-dən götürdükləri kredit öhdəliklərinin təminatı qismində O.Ə.Əliyev mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini həmin banka girov qoymuşdur. Lakin İ.Rəhimov və Cavabdeh1 bankdan götürdükləri krediti qaytara bilmədikləri üçün O.Ə.Əliyevin mülkiyyətində olmuş və kreditin təminatı qismində girov qoyulmuş ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 101 m2 olan qeyriyaşayış sahəsi satılmış, satışdan əldə olunan pul vəsaiti hesabına İ.Rəhimovun və Cavabdeh1 banka olan borcları ödənilmişdir. Buna görə İddiaçı və əri O.Ə.Əliyev həmin şəxslərdən pulunu tələbetməyə başlamışlar. Sonradan isə İ.Rəhimov və Cavabdeh1 barəsində cinayət işi başlanmış, həmin cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh1la iş birlikləri, bir-biri lərinə verəcəkləri olduğu, İddiaçı sonuncudan şikayətçi olmaması üçün Cavabdeh3 təsisçisi olduğu “xxxx” MMC ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa edilən çoxmərtəbəli yaşayış evinin qeyri-yaşayış sahəsi barədə müqavilə imzalanmışdır. Məhz bundan sonra İddiaçı şikayət ərizəsini geri götürmüşdür. Beləliklə, “xxxx” MMC İddiaçı qarşısında öhdəlik götürmüş və buna görə də, həmin öhdəlik də sonuncu tərəfindən yerinə yetirilməlidir. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən göründüyü kimi, “xxxx” MMC İddiaçı qarşısında öhdəliyi İddiaçı şikayət ərizəsini geri götürməsi üçün bağlanmışdır. Qeyd olunan qətnamə ilə müəyyən edilmiş hallar hazırda mübahisələndirilə bilməz. Nəticə etibarilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.201 6-cı il tarixli 1(101)410/2016 saylı hökmündən göründüyü kimi, Cavabdeh3 Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməklə təqdirli bilinərək, müvafiq cəzaya məhkum edilmişdir. Həmçinin qeyd olunan hökmlə Cavabdeh3 qarşı irəli sürülən ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o (“xxxx” MMC-nin təsisçisi və direktoru), vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuş, həmin əməli vətəndaşlar üçün ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı vu rulmuş 140.000 manat məbləğində zərər real olaraq ödənilməmiş, İddiaçı şikayətini geri götürməsi üçün onunla cavabdehlərin təşəbbüsü və maraqlarına əsasən “xxxx” MMC ilə müqavilə bağlanmış, İddiaçı şikayətini bu səbəbdən geri götürmüş, lakin nəticə etibarı ilə İddiaçı dəymiş zərər ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilənlərə əsasən apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsini n gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətində onun məhkəmə müdafiəsi hüququnun pozulmasını bildirsə də, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmişdir. Odur ki, ki, qeyd edilən dəlil əsassızdır. Belə ki, cavabdeh həmçinin apelyasiya şikayətində də məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamasına istinad etmişdir. Kasasiya şikayətinin digər dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı ilə hazırki iş üzrə Cavabdeh2 arasında eyni predmet barəsində mübahisə üzrə məhkəmə qətnaməsi mövcud deyildir və odur ki, kasasiya şikayətində iddianın təmin edilməməsi üçün əsas gətirilən digər dəlillə r də apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəl ir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-*/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2791/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2791/2020
03.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver