Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2792/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Şirinzadə Orxanın (Shirinzade Orkhan) cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı Şirinzadə Orxanın (Shirinzade Orkhan) cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “pul tələbinə” dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2698/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsindən c avabdeh "xxxx" MTK (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" MTK ilə iddiaçı “Mülkiyyətçi” Orxan Şirinzadə arasında 13 may 2022-ci il tarixli, 109 nömrəli əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən “Mülkiyyətçi”yə məxsus, faktiki sahəsi 1-ci mərtəbə- 155 kv.m., 2 -ci mərtəbə (mansard) 10 kv.m., zirzəmi- 45 kv.m. olan obyektin əvəzinə divaraltı sahə ilə birlikdə faktiki sahənin ölçü parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə cavabdehin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi - 005 səviyyəsində 1.3 oxları ilə 3.7 oxlarının kəsişməsində və oxlardan kənarlarda 230 kv.m. Azadlıq prospekti ilə Plotnikov küçələrinin kəsişməsində təmirli yeni inşa ediləcək binanın Azadlıq Prospekti küçəsinə baxmaq şərti ilə 230 kv.m. qeyri-yaşayış sahəsini və ölçüsü 40 kv.m. olmaqla bir qarajı “Mülkiyətçi”yə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, obyekt təhvil verildikdən sonra Çıxarış ilə Müqavilə arasında fərq yaranarsa tikinti şirkəti hər 1 kv.m. sahəyə görə mülkiyyətçiyə 15.000 manat ödəməyi öz öhtəsinə götürmüşdür. Mü qavilənin 2.1.1-ci bəndinə əsasən, “Mülkiyyətçi”nin yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayış sahəsindən köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin sahibi olduğu qeyri-yaşayışı cavabdehə təhvil verdiyi gündən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3.500 manat məbləği ödəyir. Müqavilənin 2.4.-cü bəndinə əsasən, "xxxx" MTK tərəfindən yeni inşa edilmiş binada “Mülkiyyətçi”yə məxsus olan Azadlıq Prospekti 54 ünvanında 230 kv.m.-dən ibarət təmirli qeyri-yaşayışı və ölçüsü 40 kv.m. olmaqla bir ədəd qarajı tələb etmək, yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayış sahəsindən köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin olunmasını, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə ayl ıq 3.500 manat məbləğində kirayə pulu tələb etmək mülkiyyətçinin hüquqlarıdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı Çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 65,1 kv.m. olan 3 otaqlı mənzil X1 (1 otaq) və X2 (2 otaq) paylı mülkiyyətindədir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 04/3220 inventar nömrəli, xx.xx.2021-ci il tarixli qeyri-yaşayış sahəsinə dair texniki pasporta əsasən, 13 may 2022-ci il tarixli müqavilənin predmeti olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 54 ünvanında yerləşən 17 saylı ərzaq mağazasıdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq p rospekti, ev 54 ünvanında yerləşən, ümumi sahəsi 110,80 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmaqla, iddiaçı Orxan Şirinzadənin xüsusi mülkiyyətindədir. 5. "xxxx" MTK-ya ünvanlanmış 05 sentyabr 2023-cü il tarixli pretenziya məktubuna, məktub və bağlamaların çatdırılması üzrə qəbzə əsasən, iddiaçı Orxan Şirinzadənin vəkili və nümayəndəsi Nümayəndə1 mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Orxan Şirinzadənin (Shirinzade Orkhan) (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə (bundan sonra cavabdeh, yaxud MTK) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Ni zami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13 may 2022-ci il tarixli 109 nömrəli müqavilənin 2.1.1-ci bəndinə əsasən gecikdirilmiş 59.500 manat icarə haqqı, ödənişin gecikdirilməsinə görə 2.975 manat faiz, cəmi 62.475 manat pul vəsaiti ödəmək öhdəliyinin qoyulması, cavabdehdən iddiaçının xeyrinə ödədiyi 278 manat dövlət rusumunu və 200 manat hüquqi yardım haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, 13 may 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında 109 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsi ndə yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54-də olan qeyri-yaşayış sahəsinin söküntüsünü aparmağı və əvəzində iddiaçıya təmirli, müqavilədə nəzərdə tutulan ölçüdə qeyri-yaşayış sahəsi verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1 bəndində nəzərdə tutulmuşdur ki, cavabdeh “Mülkiyyətçi”ni yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayışı köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin sahibi olduğu qeyri-yaşayış sahəsini cavabdehə təhvil verdiyi gündən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3.500 manat məbləğində icarə haqqı ödə yir. “Mülkiyyətçi” tərəfindən müqavilə bağlanan gün qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilmişdir. Lakin cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə icarə haqqını ödəmək öhdəliyini yerinə yetirmir. Tərəflərindən xx.xx.2023-cü il tarixdə cavabdehə yazılı pretenziya göndərilmişdir. Lakin həmin müraciətə cavab verilməmişdir. Müqavilənin 2.1.1-ci bəndinə görə aylıq icarə haqqı 3.500 manat təşkil edir. Müqvilənin 13 may 2022-ci ildə bağlandığını və qeyri-yaşayış sahəsinin cavabdehə həmin gün təhvil verildiyini nəzərə aldıqda icarə haqqının ödənilməsi 17 ay icra edilməmiş və borc (17 x 3.500=59.500) 59.500 manat təşkil edir. Borcun gecikdirilməsinə görə illik beş faiz hesabladıqda cavabdeh iddiaçıya əlavə 2.975 manat ödəməlidir. Beləliklə, cavabdeh tərəf indən iddiaçıya 62.475 manat ödənilməlidir. Bundan başqa cavabdehdən iddiaçının xeyrinə 278 manat dövlət rusumu və 200 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaiti tutulmalıdır.
8. Məhkəmə iclasında cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, X1 MTK-ya qarşı mülkiyyətdə olan mənzilin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və iddia icraatı məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Bundan sonra MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Gülarə Bağırova cəlb edilməklə, Şirinzadə Orxana qarşı “əvəzləşdirmə müqaviləsinin 1.1 və 2.1.1-ci bəndlərinin etibarsız hesab edilməsi və d igər məzmunda dəyişdirilməsi” tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia icraatı da məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə tərəfindən həmin iki mülki iş üzrə iddia tələblərinin təmin olunduğu halda icarə haqqı məbləği dəyişəcəkdir. Buna görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində göstərilən mülki işlər üzrə yekun məhkəmə aktı çıxarılana qədər hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsində hazırkı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iş üzrə icraatın dayandırılmasına dair vəsatəti təmin edilməmişdir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-342/202 4 nömrəli, 26 yanvar 2024-cü il tarixli qətnaməsi (hakim Rauf Əhmədov) ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 59.500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 278 manat dövlət rüsumunun və 200 manat hüquqi yardım haqqına görə ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya ödəməli olduğu icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, borcun gecikdirilməsinə görə illik be ş faiz hesablanmaqla iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Çünki tərəflər arasında bağlanmış müqavilədə bununla bağlı hər hansı razılaşma mövcud deyil.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 399.1, 425.1, 430.1, 439.3, 442, 445.7, 448.1, 467, 700.1, 700.2-ci və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.
14. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci i nstansiya məhkəməsi ilk növbədə böyük bir qanunsuzluq edərək, icraatı dayandırmamış və qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaçıya qarşı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsinin 1.1 və 2.1.1-ci bəndlərinin etibarsız hesab olunması, həmin bəndlərin məzmununda dəyişiklik edilməsinə dair iddia qaldırılmış və həmin mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində (İş № e-2(006)-1218/2024) icraata qəbul edilmiş və baxılmaqdadır. Həmin iş üzrə iddia tələbi birbaşa hazırkı iş üzrə tələb edilən kirayə haqqının məbləği ilə bağlıdır. Buna görə də Nəsimi Rayon Məhkəməsində verilən iddia öz təsdiqini taparsa, hazırkı müqavilənin şərtlərinin, o cümlədən aylıq kirayə haqqının dəyişdirilməsi baş tutacaqdır. Yalnız bundan sonra hazırkı mübahisəyə b axılması və buna uyğun qərarın verilməsi mümkün olacaqdır. Göründüyü kimi hazırkı işə baxılması və düzgün qərar verilməsi bilavasitə Nəsimi rayon məhkəməsində baxılan işin nəticəsindən asılıdır. Buna baxmayaraq, bu iş üzrə icraat dayandırılmamış və qanunsuz qətnamə qəbul edilmişdir. Qeyd olunmalıdır ki, həm hazırkı iş üzrə tələb və həm də cavabdeh tərəfindən verilən iddia üzrə Nəsimi rayon məhkəməsində baxılan tələb təmin olunarsa, iki ziddiyyətli qətnamə mövcud olacaqdır. Çünki hazırkı iş üzrə tələb 3.500 manat aylıq kirayə haqqı əsasında verilmiş və təmin edilmişdir. Halbuki cavabdeh tərəfindən verilən iddia üzrə Nəsimi Rayon Məhkəməsində baxılan tələb təmin olunarsa, aylıq icarə haqqı 1.845 manat müəyyən olunacaqdır. Göründüyü kimi bu halın qarşısının alınması üçün hazırkı icraatın daya ndırılması və Nəsimi Rayon Məhkəməsində baxılan işin yekunlaşmasını gözləmək lazımdır. Bundan başqa məhkəmə yalnız müqavilədəki sözlərin hərfi mənasını əsas götürmüş, tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almamışdır. Eyni zamanda məhkəmə ekspert rəyinin qəbul edilməməsi səbəblərini qətnamədə əks etdirməmiş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, qəbul edilməyən sübutların səbəbləri izah edilməmişdir.
16. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirmişdir ki, cavabdeh icarə haqqını ödəməkdən yayınmaq məqsədi ilə X3 ilə aralarında bağlanmış müqaviləni gizlətmiş və hüquqdan sui-istifadə edərək iddiaçıya qarşı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
17. Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2698/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, hazırkı iş üzrə icraatın dayandırılması üçün hər hansı əsas müəyyən edilməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibatı qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Hazırkı mübahisənin predmetini tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi təşkil edir. Cavabdehin istinad etdiyi mülki iş üzrə isə mübahisə predmeti tərəflər arasında bağlanmış müqavilənin bəndlərinin etibarsızlığıdır. Cavabdehin istinad etdiyi mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının, hazırkı işin həlli baxımından hər hansı preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi, işin faktiki halları ilə müəyyən edilməmişdir. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin yalnız müqavilədəki sözlərin hərfi mənasını əsas götürməsi və tərəflərin iradə ifadəsinin həqiqi mənasının nəzərə alınmamasını bildirsə də, cavabdeh tərəf müqavilədəki iradə ifadəsinin əslində nədən ibarət olması barədə hər hansı sübut təqdim etməmiş, həmçinin işin faktiki halları ilə belə bir hal müəyyən edilməmiş dir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya ödəməli olduğu icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin nümayəndəsi iddia ilə məhkəməyə müraciət edilənə qədər tərəflərindən ödənişin edilməməsini maddi problemlərlə əlaqələndirsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi onu iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin müəyyən edilən hallarına əsasən iddiaçı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmiş, lakin cavabdeh icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 399.1, 425.1, 430.1, 442, 700.1, 700.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə yalnız müqavilədəki sözlərin hərfi mənası nı əsas götürmüş, tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almamışdır. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları hüquqi cəhətdən əsaslandırmamış, araşdırılan sübutların qəbul edilməməsinin səbəbləri göstərilməmişdir. Aşağı instansiya məhkəmələri kobud pozuntuya yol verərək icraatı dayandırmamış, ziddiyyətli iki qətnamənin mövcud ola bilməsinə şərait yaratmışdır. Apellyasiya instansiya məhkəməsi işin hərtərəfli, tam araşdırılması həyata keçirilməmiş, obyektiv həqiqətin müəyyən edilməsi üçün bütün addımlar atılmamışdır. Məhkəmə iddiaçının əvəzinə özü hansısa faktları sübuta yetirməyə çalışmış, iddiaçı tərəfindən hər hansı sübut təqdim edil məməsinə baxmayaraq, müvafiq faktları sübuta yetirilmiş kimi qiymətləndirmişdir. Qətnamədə əks etdirməmiş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, qəbul edilməyən sübutların səbəbləri izah edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavil ə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
26. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəy işdirməyə yol verilmir.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə bo rcludur.
32. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 3
1. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
42. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarı ilə Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdir ilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş, bu qərarın icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh MTK arasında 05 sentyabr 2016-cı il tarixli müqavilə bağlanmış və MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirmək həvalə olunmuşdur. MTK söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 54 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi güzəştli şərtlərlə MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi - 005 səviyyəsində 1.3 oxları ilə 3.7 oxlarının kəsişməsində və oxlardan kənarlarda 230 kv.m. Azadlıq prospekti ilə Plotnikov küçələrinin kəsişməsində təmirli yeni inşa ediləcək binanın Azadlıq Prospekti küçəsinə baxmaq şərti ilə 230 kv.m. qeyri-yaşayış sahəsini və ölçüsü 40 kv.m. olmaqla bir qarajı iddiaçıya verməyi, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3.500 manat məbləğində kirayə pulu verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya ödəməli olduğu icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqaviləni n şərtlərini pozmuşdur.
28. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
31. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2698/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.