Məhkəmə qərarları › İş №2(102)-2796/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2796/2021

26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2796/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı, xxxx MMC-nin və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikləri iş üzrə QƏRARİ (Açar sözlər: qiymətləndirmə rəyinin ləğvi və əmlakın qiymətinin müəyyən edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı Maarif qızının, vəkili Vəkil, Üçüncü şəxs X1 vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Maarif qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı 824.281 manat pulun X1 xeyrinə tutulması qət edilmişdir.

2. İddiaçı bildirir ki, qətnamənin icrası zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)2616/2017 saylı 12.09.2017-ci il tarixli qərardadına əsasən onun təsisçisi olduğu “xxxx” MMCnin əmlakındakı 50 % payı, yəni in bir hissəsinin üzərinə həbs qoyulmuş, tutmanın həmin torpaq sahəsinə borclunun 50 % payı həddində yönəldilməsi qərara alınmışdır. Bundan sonra icra məmurunun sifarişi əsasında qiymətləndirilmə aparan “xxxx” MMC-nin 22 yanvar 2018-ci il tarixli hesabatı ilə torpaq sahəsi (0,7936 ha) 1.587.200 manat, t orpaq sahəsinin 50 %-i (0,3968 ha) isə 793.600 manat müəyyən edilmişdir. Hesab edir ki, əmlak çox ucuz məbləğdə qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xxxx MMC-ni və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə, Cavabdeh1nə qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq, təsisçisi olduğu “xxxx” MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair 22 yanvar 2018-ci il tarixli rəyin ləğv edilməsi, həmin torpaq sahəsinin və orada olan tikililərin də qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, torpağın qiyməti çox ucuz müəyyən edilmiş və torpağın üzərində olan t ikililər ümumiyyətlə qiymətləndirilməmişdir.

5. Birinci instansiya məhkəməsindəki icraatda cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

6. Məhkəmənin təyin etdiyi eskpertiza əsasında rəy verən “xxxx” MMC həmin torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikilinin bazar dəyərini 18.07.2018-ci il tarixinə 4.500.000 manat məbləğində müəyyənləşdirmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Ş.Məhərrəmova) 05 sentyabr 2018-ci il tarixli, 2(001)-4758/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx MMC-nin xxxx” MMCnin torpaq sahəsinin qiymətləndiirlməsinə dair 22 yanvar 2018-ci il tarixli rəyinin ləğv edilməsi, torpaq sahəsinin və torpaq sahəsində olan tikilinin bazar dəyərinin 4 500 000 (dörd milyon beş yüz min) manat qiymətləndirilməsi qət edilmişdir.

8. Məhkəmə qətnamə qəbul edərkən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azrəbaycan Respublikası Qanununa istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Apellyasiya baxışında əmlakın yenidən qiymətləndirilməsi keçirilmiş, xxxxnin 29.05.2019-cu il tarixli rəyi ilə xxxx” MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan 29 may 2019-cu il tarixinə bazar dəyəri 1.918.700 manat müəyyən edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) 22 avqust 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə 3cü şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli, 2(0 01)-4758/2018 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə çıxarılması, “xxxx” MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “xxxx” MMC-nin tərtib etdiyi 22.01.2018-ci il tarixli 16 saylı hesabatın ləğv olunması və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiymətinin 1 918 700 (bir milyon doqquz yüz on səkkiz min) manat (torpaq sahəsi 1 587 200 manat, üzərindəki tikililər 331 500 manat) müəyyənləşdirilməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödənilmiş olduğu dövlət rüsumunun əvəzi qismində 10,4(on manat 40 qəpik) “xxxx” MMCdən alınaraq ona ödənilməsi, apelyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun apellyatora, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirmə tədqiqatının dəyəri “xxxx” MMC-yə aid olması, apelyasiya baxışı zamanı keçirilmiş ekspertizanın dəyəri qismində 500 (beş yüz) manatın “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin müəyyən etdiyi 1.918.700 (bir milyon doqquz yüz on səkkiz min yeddi yüz) manat qiymətini əmlakın real bazar qiymətinə daha uyğun hesab edərək qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi qiymətləndirici rəyini verən “xxxx” MMC qiymətləndirməni səthi aparmış, daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amilləri, xüsusilə torpaq sahəsinin üzərində tikililərin olmasını nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həy ata keçirməmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı rəy vermiş “xxxx” MMC isə həm ona həvalə olunmayan qiymətləndirməni həyata keçirmiş, həm də ərazidə təşəkkül tapmış qiymətləri araşdırmayaraq torpaq sahəsindəki tikililərin hüquqmüəyyənedici sənədlərinin olmadığını nəzərə almamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), G.Quliyev və Ə.Nurməmmədov) X nömrəli iş üzrə 10 fevral 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.08.2019-cu il tarixli, X nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə ə saslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli tikililərə dair iş materiallarında layihə smeta sənədlərinin olmamasına, 3400 kv.m sahəsi olan və 51 tikilidən ibarət olan daşımaz əmlakın (torpaq sahəsi və üzərindəki tikililər) 1.918.700 (bir milyon doqquz yüz on səkkiz min yeddi yüz) manat məbləğində qiymətləndirilməsi ağlabatan olmamaqla hazırkı dövr üçün bazar qiymətlərinə uyğun olmamasına düzgün hüquqi qiymət verməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. İkinci apellyasiya baxışında əmlakın yenidən qiymətləndirilməsi keçirilmişdir. “xxxx” MMC-nin MB13/661 saylı 23 iyun 2020-ci il tarixli rəyinə əsasən xxxx” MMC-yə məxsus ünvan 3 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin hazırda mövcud olan real bazar qiyməti 1.587.200 manat, xxxx” MMC-yə m əxsus ünvan 3 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinini üzərindəki 3217.31 kv. tikili 363.000 manat, xxxx” MMC-yə məxsus ünvan 3 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə hazırda mövcud olan real bazar qiyməti 1.950.200 manat təşkil etdiyi göstərilmişdir.

15. Bundan əlavə, sözügedən torpaq sahəsi və tikililərin qiymətinə dair yenidən qiymətləndirmə keçirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 14 oktyabr 2020-ci il tarixli 272-01 saylı rəyə əsasən, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin 06 oktyabr 2020-ci il tarixinə bazar dəyəri 1 984 000 (bir milyon doqquz yüz səksən dörd min) manat müəyyən olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), X.Sarıyev və A.İsgəndərov) 23 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə üçüncü şəxs X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X saylı iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddianın təmin edilməsi, xxxx” MMC-yə məxsus ünvan 3 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “xxxx” MMC-nin tərtib etdiyi 22.01.2018-ci il tarixli 16 saylı hesabat ləğv olunması və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiyməti 1.984.000 (bir milyon doqquz yüz səksən dörd min) manat müəyyən edilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə əmlakın qiyməti ilə bağlı bir-birindən fərqlənən 5 (beş) qiymətləndirici rəyi mövcud dur. Son üç qiymətləndirici rəyində əmlakın dəyəri demək olar ki, eyni məbləğlər təşkil edir. Bu hal da ona dəlalət edir ki, mübahisə predmeti olan əmlakın dəyərini son üç qiymətləndirici tərəfindən düzgün müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qiymətləndiricinin müəyyən etdiyi 1.984.000 (bir milyon doqquz yüz səksən dörd min) manat mübahisə predmeti olan əmlakın dəyərinin daha real olduğuna dəlalət edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş araşdırılan zaman, iddiaçı tərəfindən verilmiş vəsatətlərdən biri də ondan ibarət olmuşdur ki, iş üzrə ekspertiza keçirilən zaman qeyd olunan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən tikililərə baxış keçirilərkən onun iştirakı da təmin olunmalı idi. Bunun əsası kimi isə iddiaçının qeyd etdiyi kimi, mübahisəli torpaq sahəsinin hal-hazırda cavabdehin nəzarətində olduğu və həmin sahəyə iddiaçının yaxın buraxmaması idi. Belə ki, iş materiallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsinin üzərində olan tikililərin hüquqi sənədlərinin olmaması, ehtimal verir ki, cavabdeh həmin tikililəri ekspertə düzgün təqdim etməsin. Mübahisəli torpaq sahəsinin üzərində biri birindən ayrı müstəqil fəaliyyət göstər ən 52 ədəd müxtəlif sənaye, texniki xidmət və yeyinti tipli obyektlər mövcuddur. Məhkəmənin qeyd olunan vəsatəti təmin etməməsi ilə iddiaçının keçiriləcək ekspertiza zamanı öz təklif və izahatlar vermək hüququnu məhdudlaşdırmışdır. Qanunvericilikdə də qeyd olunmuşdur ki, ekspertiza keçirilən zaman tərəflərin ekspertizada iştirak etmək hüququ vardır. Hansı ki, qeyd olunan ekspertiza məhz iddiaçının vəsatəti əsasında təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi sonuncu məhkəmə prosesində iddiaçının iştirakını təmin etməmişdir. Belə ki, iş üzrə sonuncu ekspertiza kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 14 oktyabr 2020-ci il tarixli 27201 saylı rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin 06 oktyabr 2020-ci il t arixinə bazar dəyəri 1.984.000 (bir milyon doqquz yüz səksən dörd min) manat təşkil edir. Keçirilmiş ekspertiza zamanı, məhkəmə tərəfindən qoyulan suallara tam cavab verilməmişdir. Düzdü ekspert mübahisəli torpaq sahəsini qiymətləndirmişdir. Lakin həmin torpaq sahəsinin üzərində yerləşən tikililəri qiymətləndirməmişdir. Məhkəmənin istinad etdiyi ekspertiza rəyində təkcə torpaq sahəsi qiymətləndirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-879/20 saylı 10 fevral 2020-ci il tarixli qərarında qeyd olunan göstərişə əməl etməmişdir. Halbuki iş materiallarında olan tərəflərin izahatları və digər sübutlarla yanaşı keçirilmiş qiymətləndirmə rəylərində də qeyd olunur ki, mübahisəli torpaq sahəsinin üzərində tikililər mövcuddur. Hətta qiymətləndirmə rəylərində həmin tikililər m üxtəlif qiymətə qiymətləndirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

22. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs x və vəkili x kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətb iq edilən hüquq. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

24. Maddə 43.1.1. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir.

25. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunduqda, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu:

26. Maddə

7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərin in yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.

27. Maddə

8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

31. Maddə 54.1 və 54.2. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 149.2.3. İddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neç ə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

36. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Kollegiya hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının hazırkı iş üzrə tələbi irəli sürməyə subyektiv hüququnun olması yoxlanılmalı, bundan sonra iddianın ona cavab verməli olan şəxsə qarşı yönəldildiyi təsbit olunmalı, daha sonra isə tələbin əsaslılığı müəyyən edilməlidir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X un şikayəti üzrə 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

41. Kollegiya qeyd edir ki, şəxsin məhkəmədə tələb irəli sürə bilməsi üçün hüquq və mənafeyinin pozulmasına səbəb olan hal(lar) mövcud olmalıdır. Odur ki, şəxs özünün hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhz qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər (§ 28).

42. Qiymətləndirmənin nəticələri haqqında hesabatın məhkəm ədə mübahisələndirilməsi imkanı qanunda nəzərdə tutulsa da (§ 26-27), diqqətə alınmalıdır ki, bütün hesabatların deyil, aidiyyəti şəxs üçün mənfi hüquqi nəticə yaradan (yaxud yarada bilən) rəylərin ləğvinə dair iddia qaldırılması mümkündür.

43. Belə ki, məhkəmə aktının icrası çərçivəsində icra məmurunun sifarişi əsasında əldə edilən bütün qiymətləndirmə hesabatları borclu üçün mənfi hüquqi nəticə yaratmır. Yalnız qanunla müəyyən edilmiş qaydada aparılan icraat üzrə əldə edilmiş və müvafiq hərracın keçirilməsi üçün sifariş verilmiş hesabat şəxsin mənafeyinin pozulması baxımından məhkəmədə mübahisə edilə bilər. Başqa sözlə, qanunvericliyə uyğun olmadan aparılmış qiymətləndirmə, həmin hesabatın ləğvi üçün deyil, icra məmurunun qərar və ya hərəkətinin mübahisələndirilməsi üçün əsas ola bilər.

44. Bu baxımdan Kollegiya hesab edir ki, hazırkı işdə iddiaçının üçüncü şəxs xxxx MMC-nin xxxx” MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair 22 yanvar 2018-ci il tarixli rəyini məhkəmədə mübahisələndirmək üçün subyektiv hüquqa malik olması lazımi qaydada araşdırılmamışdır.

45. İddia ərizəsindən və işə əlavə olunmuş digər sənədlərdən görünür ki, həmin qiymətləndirmənin aparılmasına əsas İddiaçı 824.281 manat pulun X1 xeyrinə tutulması haqqında Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsinin icrasına dair verilmiş icra sənədi olmuşdur. İcra zamanı borclu İddiaçı “xxxx” MMC-nin əmlakındakı 50 % payı müəyyən edilmişdir.

46. Məlum olduğu kimi, qanunverici könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoyulmasına və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verir (§ 24-25).

47. Göründüyü kimi borcluya aid əmlak üzərinə həbs qoyula və tələb yönəldilə bilər. Bu baxımdan tutmanın yönəldilməsinin təmin edilməsi üçün qiymətləndirilməsi aparılan əmlak da məhz borcluya məxsus olmalıdır.

48. İşdəki məlumatlardan belə görünür ki, borclu İddiaçı məxsus əmlak xxxx” MMC-dəki 50 % pay olsa da, icra məmuru tərəfindən həmin payın deyil, mülki hüquq münasibətlərinin müstəqil subyekti olan hüquqi şəxs - xxxx” MMC-nin mülkiyyətində olan torpaq sahəsinin qiymətləndirilməsi aparılmışdır.

49. Kollegiya bildirir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyi halda həmin xüsusatların dəqiqliklə müəyyən edilməsi üçün zəruri olan sənədlər (icra vərəqəsi, qiymətləndirilməs i keçirilmiş daşınmaz əşya üzərində mülkiyyət hüququnun subyektinə dair sənədlər, mübahisəli torpaq sahəsinə yönəltmənin həyata keçirilməsinə əsas olan aktlar və s.) işə əlavə edilməmiş, ümumiyyətlə xxxx MMC tərəfindən qiymətləndirilmə hesabatı verilən obyektin borclunun mülkiyyətində olub-olmaması, icra məmurunun borcluya məxsus təsis payını deyil, xxxx” MMC-nin mülkiyyətində olan əmlakı qiymətləndirməsinin özünün qanunvericiliyə uyğun olub-olmaması, bu baxımdan həmin qiymətləndirmə hesabatının iddiaçı üçün mənfi hüquqi nəticə yaradıb-yaratmadığı, əgər belə yönəltmə icra məmurunun və ya məhkəmənin qərarı əsasında aparılmışsa həmin aktların mübahisələndirilməsi imkanı və s. məsələlər araşdırılmamış, bu baxımdan iddiaçının sözügedən hesabatı məhkəmədə mübahisələndirmək üçün subyektiv hüquqa malik olub-olmamasına qiymət verilməmişdir.

50. Kollegiya onu da bildirir ki, iddia tələbi ona cavab verən şəxsə - aidiyyəti cavabdehə qarşı yönəldilməli, iddia bir neçə cavabdehə qarşı verildikdə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər iddia ona cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə iddiaçının razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etmə məsələsini iddiaçı ilə müzakirə etməli, bunun müvafiq prosessual nəticələrini tətbiq etməlidir (§ 30-31, 35).

51. Baxılan işdən görünür ki, İddiaçı “xxxx” MMC-nin 22 yanvar 2018-ci il tarixli hesabatının ləğvi tələbini irəli sürsə də, həmin şəxsi cavabdeh qismində işə cəlb etməmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qoyulsa da, adı çəkilən MMC-nin cavabdeh kimi işə cəlb olunması məsələsi və bunun müvafiq prosess ual nəticələri müzakirə edilməmişdir.

52. Odur ki, İddiaçı hazırkı iddia üzrə subyektiv hüququ və tələbin yönəldiyi cavabdehlə bağlı yuxarıda qeyd edilən hallar araşdırılmaqla həmin xüsususatlara müvafiq hüquqi qiymət verilməlidir.

53. İddia tələbinə mahiyyəti üzrə baxılması mümkün olduğu halda isə nəzərə alınmalıdır ki, Ali Məhkəmənin Mülki Kollegiyasının bu iş üzrə 10.02.2020-ci il tarixli qərarında torpaq sahəsi və üzərindəki tikililərin bazar dəyərinə düzgün hüquqi qiymət verilməsi zərurəti vurğulanmışdır.

54. Apellyasiya instansiyası məhkəməsi bu mövqeyə uyğun olaraq ekspertizanın təyin edilməsi haqqında 10.08.2020-ci il tarixli qərardadında torpaq sahəsindəki tikililərin də real bazar qiymətinin müəyyən olunması üçün ayrıca sual qoysa da, tədqiqatı aparan Daşınmaz Əmlakın Dövlət Reye stri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.10.2020-ci il tarixli rəyində həmin sual cavablandırılmamış, gəlinən nəticə lazımi şəkildə əsaslandırılmamışdır.

55. Belə olan halda, həmin rəyin mötəbər sübut kimi qəbul edilməklə mübahisənin ona uyğun həll edilməsi qanuni və əsaslı yanaşma sayıla bilməz.

56. Beləliklə, qeyd edilənlər işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutların onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir (§ 29, 33-34).

57. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla m übahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar