Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2797/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı, vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi, miras əmlaklarda payların müəyyən olunması, birgə nikah dövründə əldə edilmiş əmlakda miras pay hüququnun tanınması, məcburi pay) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat ofisinə qarşı "vəsiyyətnamənin etibarsızlığı, vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi, miras əmlaklarda payların müəyyən olunması, birgə nikah dövründə əldə edilmiş əmlakda miras pay hüququnun tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2382/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh1 ilə X4 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur.
2. İddiaçı1 və İddiaçı2 (bundan sonra “iddiaçılar”) Tamilla Bağırovanın birinci nikahdan olan, Cavabdeh2 isə onun Cavabdeh1 ilə nikahından olan övladlarıdır.
3. X4 xx.xx.2022-ci ildə ölmüşdür. X4 tərəfindən xx.xx.2014-cü ildə vəsiyyətnamə tərtib edilmişdir. Həmin vəsiyyətnamənin məzmununa görə, o, harada yerləşməsindən asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qızı Cavabdeh2 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Bakı şəhəri 27 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir.
4. Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamələrə əsasən, ümumi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissəsində Cavabdeh1, ½ hissəsində X1nın payı vardır.
5. Həmin əmlaklara dair i ddiaçılara xx.xx.2023-cü il tarixdə məcburi paya vərəsəlik hüququ şəhadətnamə verilmiş və onların hər biri miras əmlakların hər birindən 1/16 hissədə pay almışdır. Eyni zamanda Cavabdeh1 da həmin miras əmlakların hər birindən 1/16 hissədə pay verilmişdir.
6. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamələrə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzildən və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan miras əmlakın hər birindən vəsiyyətnamə üzrə vərəsə Cavabdeh2 5/16 hissədə pay almışdır.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi müvafiq olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
8. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il tarixdə alınmış və hazırda Cavabdeh1 mülkiyyətindədir və Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdən Cavabdeh1 mülkiyyətindədir.
9. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 adına xx.xx.2016-cı tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.
10. Salyan ray onu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.
11. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən, “Daewoo Damas” yük markalı, **-NR-*** nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən, “X11” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən, “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən Cavabdeh1 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçılar iddia ərizəsi ilə (iddia tələbinin artırılması barədə ərizə ilə) Binəqədi rayon Məhkəməsinə müraciət edərək: 1) X1 tərəfindən Cavabdeh2 adına qoyulmuş 24 iyul 2014-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi; 2) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilə və ünvan 2 ünvanında yeriəşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin 5/16 hissəsinə payın tanınmasına dair Cavabdeh2 adına verilmiş 04 may 2023-ci i tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; 3) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin 1/16 hissəsinə X6 payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-328 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin 1/16 hissəsinə X6 payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-327 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şahadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi; 4) Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 29, M3, m 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin 1/16 hissəsinə İddiaçı2 qızının payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-330 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin 1/16 hissəsinə İddiaçı2 payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-331 reyestr nömrəli məcburi paya və rəsəlik hüququ haqqında şahadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi barədə; 5) X4 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri a) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73 K nömrəli bağ evi, b) xx.xx.2021-ci il tarixli 4Ə-1256 reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən 0,052 ha torpaq sahəsi, c) xx.xx.2016-cı il tarixli, 4Ə-240 saylı alqı-satqı müqaviləsinə əsasən Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0,492 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, d) Salyan rayonu,Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi, e) xx.xx.2016-cı il tarixli 4Ə-390 saylı alqısatqı müqaviləsinə və xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviəsinə əsasən Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha torpaq sahəsi, f)xx.xx.2017-ci i l tarixli, 40852,853 reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə X3 payının müəyyən edilərək, miras hüququnun tanınması və həmin miras əmlaklarda X6 1/8 hissədə payının müəyyən edilməsi, İddiaçı2 1/8 hissədə payının müəyyən edilməsi barədə; 6) X4 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri a)** NR *** dövlət qeydiyyat nişanlı “Daewoo Damas” markalı yük avtomobilinin, b) ** TO *** dövlət qeydiyyat nişanlı “X11” minik avtomobilinin, c) ** TH *** dövlət qeydiyyat nişanlı “Lexus GX460” markalı minik avtomobilinin 1/2 hissəsinə X3 payının müəyyən edilərək, miras hüququnun tanınması və həmin miras əmlaklarda iddiaçıların hər birinin 1/8 hissədə payının müəyyən edilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların anası X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum anasından ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzil və ünvan 2 ünvanında yeriəşən ümumi sahəsi 48 kv.m olan qeyriyaşayış sahəsi miras qalmışdır. İddiaçılar qanun üzrə vərəsə olaraq vərəsəlik işinin açılması və miras əmlakların qəbul edilməsi ilə bağlı 1 saylı Bakı Asan Xidmət mərkəzində yerləşən Notariat ofisinə müraciət etmişlər. Vərəsəlik işi açıldıqdan sonra müəyyən olunmuşdur ki, iddiaçıların anası Cavabdeh2 adına xx.xx.2014-cü il tarixli vəsiyyətnamə qoymuşdur. Notariat xidmətinə həmin vəsiyyətnamənin qanunvericiliyin tələblərinə zidd olaraq hazırlandığı və bir əmlakın vəsiyyətnaə qoyuldudqdan sonra alındığı və vəsiyyətnamədə gələcək əmlak barəsində hər hansı bir qeyd olmadığını bildirərək birinci növ vərəsə olduqlarını və miras əmlakdan 1/8 hissəsinə paylarının müəyyən edilməsini və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Lakin vəsiyyətnamə əsas götürülərək iddiaçılara xx.xx.2023-cü il tarixdə 1/16 hissədə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
14. Həmin vəsiyyətnamə aşağıdakı əsaslara görə etibarsızdır. Vəsiyyətnamənin mətni hamılıqla qəbul edilmiş texniki vasitənin köməyi ilə tərtib edilsə də, qanunvericiliyin tələbi pozularaq 2 şahidin iştirakı təmin edilməmiş və vəsiyyətnamə şahidlər tərəfindən imzalanmamışdır. Halbuki Mülki Məcəllənin 1188-ci maddəsinin tələbi fərqlidir.
15. Bundan başqa, iddiaçıların anasından miras qalmış Aşı q Alı küçəsində yerləşən daşınmaz əmlak xx.xx.2022-ci il tarixdə anasının adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, vəsiyyətnamə qoyulduqdan sonra həmin əmlak alınmışdır. Vəsiyyətnamənin 1-ci bəndində isə gələcək əmlakın vəsiyyət edilməsi nəzərdə tutulmamışdır.
16. Vəsiyyətnamənin məzmun hissəsinə diqqət yetirdikdə aydın şəkildə görünür ki, məzmun hissə əl yazısı ilə yazılmış “bütün daşınar və daşınmaz əmlakların harada yerləşməsindən asılı olmayaraq qızım Cavabdeh2” sözü ilə imza qrafasındakı imza və qarşısında Bağırova sözü arasında kəskin fərqlər mövcuddur və ayrı-ayrı şəxslər tərəfindən icra edilmişdir. İmza qrafasındakı imza və Bağırova yazıları vəsiyyətnaməni təsdiq edən notariusun imzasına daha çox uyğun gəlir. Ekspertiza keçirələcəyi halda bu faktlar öz təsdiqini tapacaqdır.
17. Eyni zamanda “bütün daşınar və daşınmaz əmlakların harada yerləşməsindən asılı olmayaraq qızım Cavabdeh2” sözü çox yaxın və xırda şəkildə yazılması da onlarda həmin sözlərin sonradan vəsiyyətnaməyə əlavə edildiyinə, vəsiyyətnamədəki xətlərin anasına məxsus olması da onda şübhə yaratmışdır.
18. Bundan əlavə, iddiaçıların anası ilə birgə nikahda olduqları dövrdə Cavabdeh1 öz adına digər daşınmaz əmlaklar almış və hazırda mülkiyyətindədir. Həmin əmlaklar üzərində X3 ½ hissədə payı vardır və həmin hissə miras kütləsinə daxil olmaqla 1/8 hissədə iddiaçıların pay hüquqları tanınmalıdır. Birgə nikah dövründə mərhum anasının əri Cavabdeh1 adına avtomobillər alınmış və hazırda sonuncunun mülkiyyətindədir. Həmin nəqliyyat vasitələrindən də 1/8 hissədə pay alınmalıdır.
19. İddiaçılar tələblərinin h üquqi əsası kimi Mülki Məcəllənin 225.1, 1159.1.1, 1177, 1179.2, 1188 və 1225-ci maddələrinə istinad etmişlər.
20. Birinci instansiya məhkəməsində iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirmişdir ki, vəsiyyətnamədəki imzanın həqiqiliyini və məzmununu mübahisələndirmir. Belə ki, notariat işi və reyestr kitabı ilə tanış olduqdan sonra vəsiyyətnamənin X1 tərəfindən tərtib edildiyi qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətinin də təmin edilmədən geri qaytarılmasını xahiş edir. Bununla belə vəsiyyətnamə Mülki Məcəllənin 1156-cı maddəsinin tələbinə əsasən etibarsızdır. Belə ki, vəsiyyətnamə 2014-cü ildə tərtib edilmişdir və əmlaklar isə ondan sonra alınmışdır. Bu halda Mülki Məcəllənin 1156-cı maddəsinin tələbi b axımından əlavə qeyd yazılmalı idi. Bununla yanaşı, vəsiyyətnamə tərtib edilərkən miras əmlaklar mülkiyyətdə olmamışdır və bütün daşınar və daşınmaz əmlakın vəsiyyət edilməsi barədə şərt etibarsızdır.
21. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaya etiraz edərk göstərmişdir ki, mübahisələndirilən vəsiyyətnamə qanuni şəkildə tərtib edilmiş və hər hansı saxtakarlıq edilməmişdir. Eyni gündə həm mərhum Tamilla Bağırova, həm də o, özü vəsiyyətnamə tərtib etmişlər. Bundan əlavə, mərhum həyat yoldaşı ilə 1986-cı ildən rəsmi nikaha daxil olmuş və onun ölümünə qədər də nikahları pozulmamışdır. Mərhumla nikaha daxil olduqdan sonra onun birinci nikahdan olan uşaqlarını da qəbul etmiş və onlara hər şərait yaratmışdır. Onları evləndirmiş ev-eşik sahibi etmişdir. İddia ərizəsində qeyd edilən bütün əmlaklar birgə nikah dövründə əldə edilmişdir, bununla bağlı hər hansı mübahisə yoxdur. Hətta iddiaçılara həmin əmlakdan onlara çatacaq payı da verməyi təklif etmişdir. Lakin iddiaçılar israrla vəsiyyətnamənin etibarsız olduğu qənaətində olduqlarından razılaşma baş tutmamışdır. Bununla belə, onların iddiasını qəbul etmir və onların payları tanınmış əmlaklardan başqa, digər əmlaklara da pay tələb etmələrinə mənəvi haqlarının olmadığı qənaətindədir. Çünki bütün əmlakları o, almış, mərhumun bu əmlakların alınmasında iştirakı olmamışdır və hətta ögey uşaqları olsa belə, iddiaçılar üçün hər şərait yaratmışdır. Bundan başqa, mərhum hətta sağlığında bütün əmlakları onun adına keçirtməyi və qızlarını mirasdan məhrum etməyi üçün etibarnamə belə vermiş və onu qızlarına məlum olmayan yerdə dəfn etmə yi və yas mərasiminə buraxmamağı tapşırmışdır. Lakin o, vicdanlı davranaraq bunu etməmişdir. Həmçinin qeyd edilən nəqliyyat vasitələri də onun mülkiyyətindədir. “Damas Yük” markalı avtomobil alqı-satqının predmeti olmamışdır. O etibarnamə ilə başqa şəxsə satmışdır. Həmin şəxs isə məsuliyyətsiz davranaraq öz adına keçirtməmişdir. Odur ki, həmin avtomobildən də payın verilməsinə etiraz etmir.
22. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə da iddiaya etirazında bildirmişdir ki, vəsiyyətnamənin etibarsızlığı üçün hər hansı əsas yoxdur. Bütün miras əmlakın vəsiyyət edilməsi qanunun tələbinə uyğun olmuşdur. Digər əmlaklar isə birgə nikah dövründə əldə edilmiş olsa da, iddiaçılara həmin əmlaklardan məcburi pay düşə bilməz. Çünki Cavabdeh1 ögey uşaqlarını böyüdüb, Leylanı ev-eşik sahibi edib, paylarını artıqlaması ilə verib, hər ikisinə ev vermişdir.
23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-283/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, aşağıda qeyd edilən miras əmlaklarda iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/16 hissədə məcburi payının müəyyən edilməsi: 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi, 2) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 3) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi, 4) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 5) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 6) “Daewoo Damas” yük markalı, 10- NR-489 nömrə nişanlı nəqliyyat vasitəsi, 7) “X11” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 8) “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim İlkin Əliyev)
24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X4 tərəfindən xx.xx.2014-cü ildə tərtib edilmiş vəsiyyətnamə etibarsız deyildir. Belə ki, iddiaçıların birinci dəlili olan vəsiyyətnamənin 2 şahidin iştirakı ilə tərtib edilməməsi ilə bağlı onu qeyd etmək lazımdır ki, vəsiyyət edənin tərtib etdiyi və imzaladığı vəsiyyətnamənin notariat orqanında təsdiqlənməsi zamanı şahidin iştirakı tələb edilmir. Çü nki bu cür tərtib edilən vəsiyyətnamə onun notarial forması hesab edilir. İddiaçıların bildirdiyi məsələ isə vəsiyyətnamənin notarius tərəfindən yazılması, vəsiyyətnamənin mətninin texniki vasitələrdən istifadə edilməklə tərtibi zamanı və digər hallara aiddir. Halbuki vəsiyyətnamədən görünür ki, vəsiyyətnamənin mətni vəsiyyət edən tərəfindən şəxsən yazılmış və imzalanmışdır. Üstəlik, bu hal məhkəmə mübahisəsi dövründə mübahisə predmeti təşkil etməmişdir.
25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vəsiyyətnamənin “bütün daşınar və daşınmaz əmlakın harada olmasından asılı olmayaraq vəsiyyət edilməsi” barədə məzmunu da qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, mülki qanunvericilik miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını daxil etdi yi kimi, gələcək əmlakın da vəsiyyət edilməsinin mümkünlüyünü təsbit etmişdir. Üstəlik, qanunvericilik vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin tələb edilməsini qadağan edir. Yəni vəsiyyət edənin vəsiyyətnamə tərtib edilən zaman mülkiyyətində olan və vəsiyyətnamədən sonra əldə edilən və miras açılana qədər miras qoyanın mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakını vəsiyyət etməsi qanunvericiliyin tələbinə uyğun olmuşdur.
26. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların bildirdiyi faktiki halların əsasında vəsiyyətnamə etibarsız deyildir və bu səbəbdən vəsiyyətnamənin etibarsızlığından irəli gələn hüquqi nəticələrin tətbiqi barədə tələbləri də əsassızdır.
27. İddia tələbinin digər hissələrini isə bi rinci instansiya məhkəməsi qismən əsaslı hesab edərək göstərmişdir ki, işin müəyyən edilən mübahisəsiz halına görə 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi, 2) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 3) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəs, 4) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 5) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 6) “Daewoo Damas” yük markalı, **-NR-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 7) “X11” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 8) “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat v asitəsi Cavabdeh1 ilə X3 ümumi birgə mülkiyyəti olmuşdur. Həmin əmlaklar miras bölünən zaman iddiaçılara məlum olmamış, digər vərəsələr tərəfindən notariusa bildirilməmişdir.
28. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 225.1 və Ailə Məcəllənin 37.1 maddələrinə əsasən, həmin əmlaklarda da miras qoyan X3 1/2 hissədə payının olduğunu (ər-arvadın əmlakının qanuni rejimi və payın həcmi işin mübahisəsiz halıdır), Cavabdeh2 adına verilmiş vəsiyyətnamənin mövcudluğunu (vəsiyyətnamənin etibarsızlığına artıq hüquqi qiymət verilmişdir), miras qoyanın qanun üzrə 4 vərəsəsinin olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçıların qeyd edilən əmlaklarda məcburi paya vərəsəlik hüququ tanınmalıdır. Yəni iddiaçıların hər biri qeyd edilən əmlaklardan 1/16 hissədə pay almalıdırlar.
29. Birinci instans iya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 1133.2, 1151.1, 1152, 1156, 1159.1.1, 1162, 1166, 1168, 1179.1, 1179.2, 1180.1, 1188, 1193, 1194, 1196, 1225.1, 1225.3, 1243.1, 1255, 1257.1-ci, Ailə Məcəlləsinin 32, 36.3, 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 59, 62, 66, 67, 68 və 71-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
30. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar miras qoyanın son iradəsini həyata keçirməyə maneçilik törətmiş, vəs iyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı çıxmış, T.Bağırovanın ölümündən öncə onunla əmlaka görə çoxsaylı mübahisələr etmişlər. T.Bağırovanın mütəmadi olaraq mənəvi sarsıntı keçirməsinə və səhhətinin korlanmasına səbəb olmuşlar. Hazırda iddia tələbinin təmin edilmiş hissəsinə aid olan əmlaklar birgə nikah dövründə əldə edilmiş olsa da, iddiaçılara həmin əmlaklardan məcburi pay düşə bilməz. Çünki Cavabdeh1 ögey uşaqlarını böyüdüb, onlara ev verib, paylarını artıqlaması ilə verib, hər ikisinə ev vermişdir. İddiaçılar ləyaqətsiz vərəsə olmaqla hazırki iddia tələbi üzrə vərəsə ola bilməzlər. Belə ki, məhkəmə iddiaçıların mərhum anaları ilə vəfat etmədən öncə danışmamalarını, mütəmadi olaraq ondan malmülk tələb etmələrini və buna görə dəfələrlə aralarında mübahisələrin yara nmasını nəzərə almamış, bu halları aydınlaşdırmamışdır. Eyni zamanda iddiaçılar miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı anaları ilə dalaşmış və digər hərəkətlər törətmişlər. İddiaçıların anası heç vaxt heş yerdə işləməyib, qazanc gətirən yeganə şəxs Cavabdeh1 olmuşdur. İddiaçılar Cavabdeh1in doğma uşaqları deyil. Birgə nikah dövründə Cavabdeh1 tərəfindən qazanc əldə edilməsi və arvadınını uşaqlara baxması və həmin qazancla əldə edilmiş əmlaka hüquqlar iddiaçılara münasibətdə deyil, məhz Cavabdeh1 mərhum T.Bağırova ilə birgə nikahdan doğulmuş uşaqları olan, hazırki iş üzrə digər Cavabdeh2 münasibətdə yaranmış olur.
32. Apellyasiya baxışında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək əlavə ola raq göstərmişdir ki, iddiaçılara körpə yaşlarından baxmış, onların toylarını etmişdir. Arvadı getdikdən sonra İddiaçı1 notariusa müraciət etmiş, lakin digər İddiaçı2 müraciət etməmiş, o, özü Elnarəyə notariusa müraciət etməsi üçün yol göstərmişdir. Həmçinin iddiaçılara əmlakların obyektiv şəkildə qiymətləndirilərək satılmasını və onlara düşən payı götürmələrini təklif etmiş, lakin iddiaçılar bu təkliflə razılaşmamışlar. İddiaçılar notariusun vəzifəli şəxsi ilə əlbir olub vəsiyyətnaməni ləğv etdirmək istəyirlər. Eyni zamanda mübahisənin barışıq yolu ilə həll edilməsi baxımından iddiaçıların hər birinə yazılı şəkildə rəsmiləşdirilməklə 6-8 ay ərzində 40000 manat verə bilər.
33. Apellyasiya baxışında İddiaçı1 nümayəndəsi (vəkili apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, cavabdehin barışıqla bağlı təklifinə münasibətdə isə həmin məbləğin aşağı olduğu üçün barışığa razı deyil. Qarşı tərəfin istinad etdiyi birinci hal - əmlakların birgə nikah dövründə əldə olunmuş əmlak hesab oluna bilməməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, sübutetmə yükü cavabdehlərin üzərinə düşür. Lakin bununla bağlı hər hansı bir sübut təqdim edilməyib. Həmçinin qarşı tərəf həmin əmlakların yalnız Cavabdeh1 qazancı hesabına əldə olunduğunu bildirsə də, bu da həqiqəti əks etdirmir. Belə ki, mərhum Tamilla Bağırovanın da qazancı olub. Birgə nikah dövründə əldə olunmuş digər əmlaklarla bağlı tərəflər arasında mübahisə mövcuddur, notariusa müraciət edərkən bu əmlakların mövcudluğu iddiaçılara bəlli olmayıb, notarius da onlara şifahi qaydada bu məsələnin məhkəmə qaydasında həll olunmalı oldu ğunu bildirmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 15 aprel 2024-cü il, 2(103)-2382/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), X9 İmanov)
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, apellyatorun şikayətində qeyd etdiyi sübuta yetirilməyən dəlillər əsassızdır. Belə ki, iddiaçıların şikayət verməməsi nəzərə alınaraq, iddianın həcmi üzrə tərəflər arasında mübahisənin olması və notarial qaydada bunu həll etmək imkanın olmaması, habelə digər miras əmlaklar üzrə birgə nikah dövründə əldə edilmiş əmlak rejimi nin vərəsəliyə aid notarial qaydada vəsiyyət və məcburi paylar üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi, şikayət üzrə isə ləyaqətsiz vərəsəliklə bağlı məhkəmə qərarının olmaması və mübahisə predmeti olan əmlakların birgə nikah dövründə qazanılmış əmlaka aid olmaması barədə əsassız (sübuta yetirilməyən) dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin formal mülahizələr əsasında (qismən) ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(103)-2382/2024 nömrəli qətnaməsinı ləğv edilib, iddianın rədd edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir.
37. Kassasiya şikay əti belə əsaslandırılmışdır ki, 15 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasından öncə iş materialları ilə tanış olarkən müəyyən olunmuşdur ki, iddia tələbinin X4 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri hissəsində ərizəyə məhkəmə qaydasında baxılmalı deyildi, məhkəmə ərizəni qəbul etməkdən imtina barədə qərardad çıxarmalı idi. Belə ki, iddiaçılar məhkəməyə müraciət etməmişdən öncə qeyd edilən hal ilə bağlı Notariat orqanına müraciət etməmişlər. 15 aprel 2024-cü il tarixli məhkəmə iclasında bu hal məhkəmə iclasında səsləndirilmiş, apellyasiya şikayətinə əlavə verilməsi üçün məhkəmə iclasının təxirə salınması xahiş olunmuşdur (məhkəmə iclasının video görüntüsünə baxmaqla bu halı müəyyən etmək olar), lakin məhkəmə müşavirəyə gedərək məhkəmə iclasını təxirə salmaq əvəzinə, yek un qətnaməni elan etmişdir. Məhkəmə iclasında o hal da müəyyən olunmuşdur ki, iddiaçıların anası heç vaxt heç yerdə işləməmiş, qazanc gətirən və yeganə işləyən Cavabdeh1 olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən birgə nikah dövründə ərin işləyib qazanc gətirməsi və arvadın uşaqlara baxması onun da işləməsi kimi qəbul olunur və bu qazanc birgə nikah dövründə əldə olunmuş hesab olunur. İşin hallarından görünür ki, iddiaçılar Cavabdeh1 doğma uşaqları deyil, onlara ataları tərəfindən aliment belə verilməmiş, onların maddi ehtiyaclarını Cavabdeh1 ödəmişdir. Birgə nikah dövrüdə Cavabdeh1 tərəfindən qazanc əldə edilməsi və arvadının uşaqlara baxması və həmin qazancla əldə olunmuş əmlaka hüquqlar hazırki iddiaçılara münasibətdə yox, məhz Cavabdeh1 ilə mərhum T.Bağırovanın birgə nikahdan olan u şaqları, hazırki iş üzrə digər Cavabdeh2 münasibətdə yaranmış olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləya qətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda m əcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1197.Məcburi pay almaq hüquq u olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Maddə 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etm əklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələ ri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instans iyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir
40. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.
44. İddia tələbi vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasda payın müəyyən edilməsi edilməsi barədədir.
45. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur, həmçinin mirasa daxil olan əmlaklar iddiaçıların anası ilə Cavabdeh1 bir nikah müddətində əldə etdikləri əmlaklardır. İddiaçıların anasından miras qalan əmlaklarda məcburi payı vardır.
46. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən gəlinən nəticəni və tətbiq edilən maddi h üquq normalarını işin müəyyən edilmiş hallarına uyğun olaraq əsaslı və qanuni sayır.
47. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
48. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, eyni dəlillər – əmlakın yalnız Cavabdeh1 məxsus olması – apellyasiya şikayətində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri sübuta yetirilmədiyi üçün əsassız saymışdır.
49. İddia tələbinin X4 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri hissəsində ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması, iddiaçıların məhkəməyə müraciət etməmişdən öncə qeyd edilən hal ilə bağlı Notariat orqanına müraciət etməli olmaları, bu məsələnin apellyasiya baxışında səsləndirilməsinə baxmayaraq, məhkəmənin buna əhəmiyyət verməsi barədə kassasiya şikayətində ir əli sürülən dəlillərə gəldikdə, bu dəlillər də əsassızdır.
50. Əvvəla işdən görünür ki, apellyasiya baxışında məhkəmə tərəfləri bu barədə sorğu-sual etmiş, hər iki tərəf miras əmlakın bölüşdürülməsində mübahisə olmasını, o cümlədən iddiaçı tərəf ilk dəfə notariusa müraciət edərkən iddia tələbində göstərilən əmlaklar barədə məlumatsız olduqlarını, sonradan müraciət edərkən isə notariusun buna dair mübahisə olması səbəbindən məhkəməyə müraciət edilməli olmasını tövsiyyyə etməsini bildirmişdir.
51. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına görə Azərbay can Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olma sı mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.
52. Göründüyü kimi, iddiaçıların məhkəməyə müraciət etməmişdən öncə qeyd edilən halla bağlı Notariat orqanına müraciət etməli olmaları barədə dəlil də əsaslı sayıla bilməz.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2382/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.