Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2800/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və http://supremecourt.gov.az/static/view/282X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X6, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2 qarşı “əmlakın hərraca çıxarılaraq satılması və əldə edilmiş vəsaitin payçılar arasında bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X5 və Cavabdeh3 tə rəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.Nuriyev) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nizami rayonunun Q.Qarayev prospektindəki 114 saylı evin 2 otaqlı 11-ci mənzili açıq hərracdan satılması və açıq hərracdan əldə edilmiş pul vəsaitinin 3/18 hissəsinin X3, 3/18 hissəsinin Cavabdeh3, 9/18 hissəsinin İddiaçı və 3/18 hissəsinin Cavabdeh2 verilməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən İ.Kərimli, hakimlər X.Cəmilova və İ.Xəlilov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İdd iaçı cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlakın hərraca çıxarılaraq satılması və əldə edilmiş vəsaitin payçılar arasında bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən Q.Allahverdiyev, hakimlər İ.Xələfov və Ə.Şadıyev) xx xxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı və cavabdeh Hüseynova Aytac Rövşən qızının kasasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədova və X.Sarıyev) ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdehlər X5 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər X5 və Cavabdeh3 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: İddiaçı cavabdehlər X3, Cavabdeh3 və Cavabd eh2 qarşı əmlakın hərraca çıxarılaraq satılması və əldə edilmiş vəsaitin payçılar arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonunun Q.Qarayev prospektindəki 114 saylı evin 2 otaqlı 11-ci mənzili açıq hərracdan satılması və açıq hərracdan əldə edilmiş pul vəsaitinin 3/18 hissəsinin X3, 3/18 hissəsinin Cavabdeh3, 9/18 hissəsinin İddiaçı və 3/18 hissəsinin Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətn aməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəh, Nizami rayonunun Qara Qarayev prospektindəki ümumi sahəsi 52,7 kv.m olan 114 saylı evin 2 otaqlı, 11-ci mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına – X2 payı 3/18 hissə, Cavabdeh3 payı 3/18 hissə, İddiaçı payı 9/18 hissə və Cavabdeh2 payı 3/18 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 1536 nömrəli reyestr kitabının 140379 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə İddiaçı cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2 qarşı ümu mi paylı mülkiyyətdə payın naturada ayrılmasına dair iddiası təmin olunmamışdır. Cavabdeh2 məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, payçısı olduğu mənzilin bölünməsi mümkün olmadığı üçün obyektiv qərar qəbul edilməsini, mübahisəli evin satışa çıxarılması və satılması, müvafiq olaraq paylara bölünməsi və onun payının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin m ülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarında nəzərdə tutulur ki, əmlakın açıq əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın natu rada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. İş materiallarından görünür ki, İddiaçı onun payının pul dəyərinin digər mülkiyyətçilərdən tələb etmiş, lakin payı dah a az olan mülkiyyətçilər kompensasiya məbləğini imkanlarının olmadığını göstərərək ödəməkdən imtina etmişlər. Belə olan halda tərəflərin aralarında yaranmış mübahisəyə yalnız mənzilin hərraca çıxarılaraq satılması və satış pulunun paylara uyğun bölünməsi ilə son qoyula bilər. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X2 və Cavabdeh3 kasasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2800/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2800/2020
11.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver