Məhkəmə qərarları › İş №2(102)-2802/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2802/2019

30.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2802/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin vəkili xxxoğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2018-ci il tarixli, 2(103)-11754/2018 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsini n rəisi xxx və vəkili xxxoğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(004)4791/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.S.Məmmədov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə və həmin X3 Xidmətinin inspektoru Cavabdeh2 qarşı “dəymiş maddi ziyana görə 1.140 manat, mənəvi ziyana görə 5.000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdeh təşkilatdan maddi ziyana görə 1.140 manat, mənəvi ziyana görə 100 manat, cəmi 1.240 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2018-ci i l tarixli, 2(103)-11754/2018 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin rəisi xxx və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmə cavabdehlərə qarşı “dəymiş maddi ziyana görə 1.140 manat, mənəvi ziyana görə 5.000 manat pul tələbinə dair” iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 28 dekabr 2017-ci il tarixdə Bakı şəhər DYPİ YPX **-YP-*** dövlət nömrə nişanlı xidməti avtomobildə xidmətdə olan polis inspektoru Cavabdeh2 ona məxsus olan “VA Z-2124” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulan xətanı törətməsi barədə qanunsuz və əsassız olaraq ******* saylı protokol tərtib etmiş və idarə etdiyi avtomobili cərimə meydançasına aparmışdır. Ona məxsus “VAZ-2124” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil 28 dekabr 2017-ci il tarixdən 05 fevral 2018-ci il tarixədək cərimə meydançasında qalmışdır. Avtomobili cərimə meydançasında qalmağına görə 40 manat pul ödəməsinə dair ona 451844 seriyalı qəbz verilmişdir. Bundan başqa o, avtomobili cərimə meydançasına aparması üçün evakuasiya xidmətinə 20 manat pul ödəmişdir. Bununla bağlı Azərbaycan Respublikasının DİN-nə və Baş Polis İdarəsinə şikayət ərizələri yazmışdır. Lakin a vtomobili qaytarılmadığı üçün 05 yanvar 2018-ci il tarixdə “Aznur Rent-a-car”dan icarəyə avtomobil götürmüş və həmin təşkilata icarə haqqı olaraq 1.080 manat pul ödəmişdir. Azərbaycan Respublikası DİN və Baş Polis İdarəsi tərəfindən araşdırma aparılaraq onun hərəkətində inzibati xəta hadisəsi olmaması müəyyən edildiyindən 28 dekabr 2017-ci il tarixdə tərtib edilmiş 497130 saylı protokol cənab xxx tərəfindən ləğv olunaraq inzibati icraata xitam verilmiş və polis əməkdaşı Cavabdeh2 tərəfindən onun barəsində qanunsuz protokol tərtib etdiyi müəyyən edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respub likası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin vəkili xxxun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməsinə və apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmasına baxmayaraq, iddiaçı və Cavabdeh2 qətnamə ilə razılaşaraq ondan kassasiya şikayəti verməmişlər, cavabdeh təşkilatın kassasiya şikayətində isə qətnamə iddia ərizəsinin təmin edilməsi hissəsində mübahisələndirilmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin əsaslılığı cavabdehin kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən cavabdeh təşkilatın təqsiri üzündən iddiaçıya 1.140 manat məbləğində maddi, 100 manat məbləğində mənəvi ziyan dəyməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin Yol Patrul Xidməti inspektoru Cavabdeh2 tərəfindən iddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair 28 dekabr 2017-ci il tarixli, ******* saylı protokol tərtib edilmişdir.İddiaçıya mə xsus “Lada Vaz 2124” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil “avtonəqliyyat vasitəsinin saxlanmaya qəbul edilməsinə dair” 28 dekabr 2017-ci il tarixli akta əsasən “Siqnal” İdarəsinin növbətçisi tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Eləcə də 12 yanvar 2018-ci il tarixdə cavabdeh təşkilatın inspektoru Rəşad Əliyev tərəfindən tərtib edilmiş akta əsasən iddiaçının cavabdeh təşkilatın rəhbərliyinə ünvanladığı müraciəti üzrə ona məxsus olan “VAZ 21214” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin arxa hissəsinin yayları kəsilməmiş, onun yer səthindən hündürlüyü istehsalçı zavodun müəyyən etdiyi normadan aşağı səviyyəyə endirilməmişdir. Bundan sonra cavabdeh təşkilatın “inzibati xəta haqqında” iş üzrə 02 fe vral 2018-ci il tarixli qərarı ilə iddiaçının hərəkətlərində inzibati xəta hadisəsi müəyyən edilmədiyinə görə, onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsinə əsasən tərtib edilmiş 28 dekabr 2017-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış icraata xitam verilmişdir. Daha sonra işdən görünür ki, iddiaçı tərəfindən 05 fevral 2018-ci il tarixli birdəfəlik dayanacaq haqqı barədə qəbzə əsasən 40 manat, 05 fevral 2018-ci il tarixli mədaxil qəbzinə əsasən evakuasiya xidməti üçün 20 manat pul ödənilmişdir. Eləcə də “Aznur rent-a-car” ilə iddiaçı arasında bağlanmış 05 yanvar 2018-ci il tarixli müqaviləyə görə iddiaçı 05 yanvar 2018-ci il tarixdən 05 fevral 2018-ci il tarixədək “Toyota Corolla” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomo bili icarəyə götürmüş və 05 fevral 2018-ci il tarixli 3 saylı forma arayışa əsasən onun tərəfindən sözügedən avtomobilin icarəsinə görə həmin təşkilata 1.080 manat icarə haqqı ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini arışıdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, iddiaçının hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olmaması, ona məxsus avtomobilin 28 dekabr 2017-ci il tarixdən 05 fevral 2018-ci il tarixədək cərimə meydançasında saxlanılması, işin mübahisə olunmayan hallarıdır. Cavabdeh təşkilat özü də kassasiya şikayəti i lə eyni məzmunlu olan apellyasiya şikayətində qeyd olunan faktları inkar etməmişdir və işin bu halı cavabdeh təşkilatın “inzibati xəta haqqında” iş üzrə qəbul etdiyi 02 fevral 2018-ci il tarixli qərarı ilə də təsdiq olunur. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdeh təşkilatın təqsiri üzündən iddiaçıya 1.140 manat məbləğində maddi ziyan dəyməsi mülki iş materialları ilə istisna edilmədiyindən, cavabdeh təşkilatın kassasiya şikayətinin dəlilləri aşağıdakı maddi hüquq normalarının tələbləri baxımından da əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bi rbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəyə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi h esab edir ki, cavabdeh təşkilatın işçisi tərəfindən iddiaçıya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əmələ yol verdiyindən, iddia tələblərini qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh təşkilat kassasiya şikayətində iddiaçıya dəymiş maddi ziyanın məbləği ilə razılaşmasa da, ona zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol verilməsini inkar etməmişdir. Cavabdeh təşkilat kassasiya şikayətində iddiaçının “Aznur rent-a-car”dan icarəyə götürdüyü “Toyota Corolla” markalı avtomobilə görə 1.080 manat icarə haqqı ödəməsinə dair məhkəməyə kassa mədaxil qəbzi təqdim etməməsini və işdə, bu barədə heç bir m ötəbər yazılı sübutun olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla “Aznur rent-a-car” ilə iddiaçı arasında bağlanmış 05 yanvar 2018-ci il tarixli müqaviləyə görə, iddiaçı 05 yanvar 2018-ci il tarixdən 05 fevral 2018-ci il tarixədək “Toyota Corolla” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili həqiqətən icarəyə götürmüş və 05 fevral 2018-ci il tarixli 3 saylı forma arayışa əsasən sözügedən avtomobilin icarəsinə görə həmin təşkilata 1.080 manat icarə haqqı ödəmişdir. Digər tərəfdən işdə, həmin sənədlərin həqiqiliyini şübhə altına ala bilən heç bir mötəbər yazılı sübut yoxdur və cavabdeh təşkilat etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim et məmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Bundan başqa cavabdeh təşkilat kassasiya şikayətində hazırkı iddia tələbinə cavab verməli olan şəxslərin dairəsinə aid edilməməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi kassatorun bu dəlili ilə də razılaşmır. Belə ki, əvvəla iddiaçıya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əmələ bilavasitə Bakı şəhər X4 İdarəsinin Yol Patrul Xidmətinin inspektoru polis sıravisi Cavabdeh2 tərəfindən yol verilməsi işin mübahisə olunmayan halıdır. Cavabdeh təşkilatın vəkili xxxda izahatında bu faktı inkar etməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1 -ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçilərin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinin mənasına görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh təşkilatın kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz, eyni zamanda cavabdeh tərəfin iddiaçıya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməll ərə yol vermələri nəticəsində onun mənəvi zərərə məruz qalması da mülki iş materialları ilə istisna olunmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarına əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunveriliciyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. Şəxsə mənəvi zə rərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkəti və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə if adə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsb və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və sair), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiy yətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi nin rəisi xxx və vəkili xxxoğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2018-ci il tarixli, 2(103)-11754/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar