Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2806/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərər, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (bundan sonra – cavabdeh ) qarşı «cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021ci il tarixli, 2(103)-10935/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 1(008)- 441/2019 nömrəli hökmü (bundan sonra - birinci instansiya məhkəməsinin hökmü) ilə, iddiaçı Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadllıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin müəssisədə qeydiy yata alındığı vaxtdan hesablanması hökm edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-258/2020 nömrəli, 18.03.2020-ci il tarixli hökmü ilə (bundan sonra – apellyasiya instansiyası məhkəməsinin hökmü) birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində aidiyyəti olmadığından təqsirsiz hesab edilərək, ona həmin Məcəllənin 263.1-ci maddəsi ilə bəraət verilmiş, ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası izah edilmişdir
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2021- ci il tarixli 1(102)302/2021 nömrəli qərarı ilə, apellyasiya instansiyası məhkəm əsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyana görə 100.000 (bir yüz min) manat, mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində - cəmi 250.000 (iki yüz əlli min) manat məbləğində pulun cavabdeh vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən 02 avqust 2019-cu il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanın yaxınlığında X9 idarə etdiyi «Opel» markalı ** DJ *** dövlət qeydiyyat niş anlı avtomobillə Bakı Metropoliteninin Neftçilər Stansiyası istiqamətindən Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Ştutqart” avtomobil ehtiyat hissələri mağazasının yaxınlığında olan yolda qarşı istiqamətdə hərəkətdə olan Babaşov Şəfayət Məmməd oğlunun idarə etdiyi “Honda CR-V” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfindən vurub toqquşaraq Bakı Metropolitenin Neftçilər Stansiyası istiqamətində hərəkətdə olan iddiaçının idarə etdiyi "xxxx" MMC-nin adına qeydiyyata alınmış 49 nömrəli marşrut xətti üzrə işləyən «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusun hərəkət istiqamətinə çıxaraq toqquşması nəticəsində «Opel» markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hadisə yerində ölməsi faktına görə CM-in 263.2-ci maddəsi ilə c inayət işi başlanmış, birinci instansiya məhkəməsinin hökmü ilə iddiaçı Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 218 (iki yüz on səkkiz) manatın iddiaçıdan tutulub X2 köçürülməsi, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılması hökm edilmişdir. İbtidai istintaq zamanı verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən iddiaçı 02 avqust 2019-cu il tarixdə, saat 12-30-da X4 adına qeydiyyata alınmış 49 nömrəli marşrut xətti üzrə işləyən «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsi ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozaraq sərnişinləri yalnız nəqliyyat vasitəsini tam dayandırdıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı olduğu halda bu tələblərə əməl etməyərək, «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusu qapısı açıq vəziyyətdə idarə etməklə Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yerləşən «Ştutqart» avtomobil ehtiyat hissələri mağazasının yaxınlığında olan yolda qarşı istiqamətdə hərəkətdə olan X7 idarə etdiyi «Opel» markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində onun ehtiyatsızlığından idarə etdiyi avtobusun bağlanmamış qabaq qapısından çölə yıxılmış sərnişin X1 diz oynağında medial menskin arxa buynuzunun yırtığı, təpə-ənsə nahiyəsinin dərialtı hematoması və sağ diz oynağı nahiyəsinin qançırı xəsarətləri yetirilməklə zərərçəkmiş Əfsanə Əliyevanın sağlamlığına, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət vurulmuşdur. İddiaçı təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikası CM-in 263.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilm əmişəm və ifadəsində təxminən 18 il avtobus idarə etdiyini, BD kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu qeyd etmişdir. O il yarım olar ki, "xxxx" MMC-də sürücü işləmiş, həmin MMC-də hazırda sürücü işləməyi ilə bağlı 49 saylı marşurut xətti üzrə fiziki şəxs X4 adına qeydiyyata alınmış «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusu yol vərəqəsi əsasında idarə etdiyini göstərmişdir. 02 avqust 2019-cu il tarixdə saat təxminən 11-15 radələrində texniki cəhətdən saz vəziyyətdə olan içərisində sərnişin olan «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtomobusla Bakı şəhəri Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətindən üzü Bakı metropolitenin «Neftçilər» stansiyası istiqamətində saatda 40 km. surətlə hərəkət edərkən qarşıda hərəkət etdiyi istiqamətdə yü ksək surətlə hərəkət edən «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobilin onun bərəkət istiqamətinə girməsini gördükdə o həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtobusa tormozlama edib yolun sağ tərəfinə çəksə də həmin avtomobil onun idarə etdiyi avtobusun qabaq sol tərəfindən vuraraq toqquşması nəticəsindən üzü aşağı Bakıxanov qəsəbəsi istiqamətindən üzü metronun «Neftçilər» stansiyası istiqamətində öz yolunda da dayanmışdır. Hadisə nəticəsində avtobusda xəsarət alan sərnişinlərə köməklik göstərmiş və hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Sonradan hadisə yerinə təcili yardım avtomaşınları gəlmişlər. «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyni avtobusla toqquşmazdan əvvəl eyni zamanda «Honda CRV» markalı ** GA *** nömrə nişanlı avt omobili arxa sol təkərindən və qanadından vuraraq toqquşmuşdur. İdarə etdiyi avtobusla «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobillə toqquşmağı ani vaxt ərzində baş vermişdir. Avtobusun qapısı bağlı olduğundan zərərçəkmiş şəxsin verdiyi ifadələr həqiqəti əks etdirmir. Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə məhkum və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən və mülki cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum olunmasına dair birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə aidiyyəti olmadığından təqsirsiz hesab edilməsi, ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə bəraət verilməsi, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilməsi, zərərçəkmiş şəxs X5 mülki iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Onun göstərilən cinayət əməlinin törədilməsində təqsirinin olmaması məhkəmə baxışında özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş çoxsaylı digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cinayət prosesini həyata keçirən orqanlar ona qarşı əsassız cinayət işi qaldırmış, sübutlar saxtalaşdırılmış, əsassız yerə məhkum olunması onun mənəviyyatına toxunmuş, eyni zamanda işsiz qalıb ağır maddi vəziyyətə düşmüşdür. Bu əsassız ittihamlar nəticəsində özü və ailəsi prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində mənəvi əzab və sarsıntılara məruz qalmış və psixikası pozulmuşdur. Eyni zamanda, məhkum olunmağı onu tanıyanların ona münasibətin i dəyişmiş və ona qarşı mənfi rəy formalaşmışdır. Bu hadisədən sonra digər xərclər də çəkmişdir. Hadisədən əvvəl onun avtobus sürücüsü kimi aylıq 3000 (üç min) manat gəliri var idi, həmin puldan kirayə və kommunal xərcləri ödəyib qalan pulla 9 nəfər ailə üzvlərini dolandırırdı. Lakin 02 avqust 2019-cu ildə olan hadisə onu və ailəsini çətinliklərə, borclanmağa məcbur etmişdir. Onun sürücülük vəsiqəsi istintaq orqanında qaldığı üçün ona yol vərəqəsi yazılmamış və o işini itirmişdir. 02 avqust 2019-cu ildən bu 1 may 2020-ci ilədək 9 ay ərzində 27.000 (iyirmi yeddi min) manat gəlirdən məhrum edilmişdir. Bu aylar ərzində o və ailəsi stress keçirtmiş, 100.000 (yüz min) manatdan cox ziyan dəymişdir. Bundan başqa işsiz qaldığı ücün “FİNKA” Azərbaycan kredit təşkilatına olan 652 (altı yüz əlli iki) manat və 423 (dörd yüz iyirmi üç) manat pulu ödəyə bilməmişdir. Apellyasiya Məhkəməsi bəraət hökmü verdikdən sonra 2020-ci ilin mayın 1-dən o işlə təmin olunmuş, həmin müddətədək işsiz və gəlirsiz qalmışdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda ziyan dəymişdir. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində onun hüquqları pozulmuş, ona maddi zərər dəymiş, mənəvi istirablar çəkmiş, işgüzar nüfuzuna xələl gətirilmişdir. Ona dəymiş maddi, fiziki və mənəvi ziyan cinayət prosesini həyata keçirən orqanlar tərəfindən ödənilməlidir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində o əsas gəlir mənbəyi olan iş yerindən məhrum olmuşdur. Bu müddətdə mənəvi sarsıntı keçirmi ş, depresiyaya düşmüş, bu isə öz növbəsində onun səhhətinə mənfi təsir göstərmişdir
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3163/2021 nömrəli, 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə) (bundan sonra – birinci instansiya məhkəməsinin qətnaməsi) iddia tələbinin qismən təmin edilməsi, dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının xeyrinə 2000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən bildirmişdir ki, iddiaçı ona 100.000 manat ziyanın vurulduğunu bildirsə də, qeyd olunan iddia tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də maddi ziyanın əvəzinin ödənilməsi hissəsində iddia rədd edilməlidir. Lakin, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur ki, bu hissədə də məhkəmə iddianın qismən təmin olunmasını mümkün hesab etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM-in) 1101.1-ci maddəsinə və s. hüquqi aktlara istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Həmçinin cavabdeh də ap ellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9096/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən maddi ziyanın tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilərək, cavabdehdən dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının xeyrinə 2250 (iki min iki yüz əlli) manat məbləğində maddi zərərin əvəzi ödənilməsi, qətnamənin qalan hissədə dəyişdir ilmədən saxlanılması qət edilmişdir.
12. Məhkəmə kollegiyası qətnaməni əsaslandırarkən bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Lakin, kollegiya, iddia tələbinin - iddiaçıya vurulmuş maddi ziyanla bağlı hissədə rədd edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri maddi ziyanın tutulması hissəsində qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, 02 avqust 2019-cu il tarixdən 01 may 2020-ci il tarixə qədər olan dövr üçün yəni 9 ay müddətində olmaqla iddiaçının aylıq əmək haqqı olan 250 manat (9 ay x 250 manat= 2250 manat) hesablanmaqla iddiaçıya dəymiş maddi ziyan tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir
13. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 6 və 7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002- ci il tarixli qərarına, «Mənəvi zərərin ödən ilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına və s. hüquqi aktlara istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni maddi və mənəvi ziyanın tutulması hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi və cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 100.000 (yüz min) manat, mənəvi zərərə görə 150.000 (yüz əlli min) manat məbləğində - cəmi 250.000 (iki yüz əlli min) pulun cavabdehdən tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı kassasiya şikayətini əsaslandırarkən bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi mənəvi zərəri 2000 (iki min) manat müəyyən edən birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirib artırmaq əvəzinə qüvvədə saxlamış, eyni zamanda məhkəmə maddi zərəri 2250 (iki min iki yüz əlli) manat məbləğində müəyyən etməklə zərərin məbləğini az hesablamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarına istinad edilsə də, lakin nəticə hissəsində iddianı qismən təmin etməklə həmin normalar düzgün tətbiq olunmamışdır. Həmçinin qətnamə «ədalətlilik» prinsipinə zidd olaraq MPM-nin 217-ci maddəsinin tələblərinin poz ulması ilə çıxarılmış və iddia tələbinin tam təmin edilməsi üçün zəruri sübutlar iş materiallarında olduğu halda məhkəmə onlara lazımi hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş hallara və toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməməklə iş üzrə iddianı tam təmin etməməklə səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə
68. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkəts izliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi
18. Maddə 57.1 Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
19. Maddə 58.1 Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
20. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanun vericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanl arının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
23. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən e dərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 26. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında t ədqiq olunmuş sübutlarla əsaslandırır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
30. Maddə
4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.
31. Maddə
5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müav inət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
32. Maddə 7. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir
33. Maddə
12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstin taq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zə rər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
35. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: -Qanunvericiliyin, «İnsan Hüquqlarının və X3»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxı mından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. 2-ci bənd. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şə rəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmal ıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarı:
2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütən asiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Kassasiya baxışının hədləri
37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüqu qi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası hazırki işdə kassasiya şikayətinin dəlilləri əsasında vurulmuş mənəvi ziyanın məbləği ilə bağlı dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan (Ali Məhkəmənin Plenumunun) qərarda deyilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
41. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Mənəvi təzminatın məbləği nə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz.
42. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla b iləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”).
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı mənəvi ziyana görə yüz əlli min manat pul tələb etsə də, məhkəmə mənəvi ziyana görə 2.000 manat məbləğ tutmuşdur. Apellyasiya insansiyası məhkəməsi haqlı olaraq məbləği müəyyən edərkən iddiaçının azadlıqda olmasını, həbs olunmamasını, azadlıq hüququnun məhdudlaşdırılmaması və işin müəyyən olunmuş digər hallarını nəzərə almışdır.
44. Bu baxımdan iddiaçıya vurulmuş mənəvi zərər in məbləğinin məhkəmənin müəyyən etdiyi məbləğdən çox olması qənaətinə gəlmək açıq-aşkar mümkünsüzdür. Həmçinin Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
45. Maddi zərərin tutulmuş məbləği ilə bağlı dəlillərə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq təqdim olunmuş və araşdırılmış sübutlar əsasında iddiaçının əmək müqaviləsi əsasında işləməsi, aparılan cinayət təqibi ilə bağlı olaraq 9 ay ərzində işsiz qalması və əmək müqaviləsi üzrə əmək haqqı məbləğinin 250 manat olmasına əsaslanmaqla əmək haqqı məbləğinə uyğun maddi zərər məbləğini müəyyən etmiş, daha artıq məbləğdə maddi zərərin vurulması ilə bağlı sübutların olmamasını qeyd etmişdr.
46. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsində qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçü n qanuni əsas deyildir
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(103)-10935/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.