Məhkəmə qərarları › İş №2(102)-281/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-281/2020

13.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-281/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Va Elşanə qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh2 və vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(005)388/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 maddi zərərin əvəzi kimi 33500 manat və 2500 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla) məbləğində pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia tələbi mənəvi zərərin əvəzinin ödənilməsi və Cavabdeh1 qarşı hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Kərimli, hakimlər X.Cəmilova və E.Şamayev, iş № 2(103)-9804/2019) İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(005)-388/2019 saylı qətnaməsi İddiaçı və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi zərərin əvəzinin ödəni lməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 33500 manat və 2500 ABŞ dolları məbləğində maddi zərərin, 10000 manat məbləğində mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini dəqiqləşdirərək tələb etdiyi pulun Cavabdeh1 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi MPM-nin 14.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuş, işə birtərəfli qaydada yanaşmış, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq pozuntularına yol verilmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, Cavabdeh2 vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə k ollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 10 sentyabr 2019-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işdə olan sübutlarla müəyyən etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 1(004)-166/2018 nömrəli hökmünə əsasən, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay sınaq müddəti ilə şərti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, X4 isə həmin Məcəllənin 170.1, 177.2.1, 177.2.3, 177.2.4 və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 3 il 7 ay müddətinə azadlıqdan məhrum etmə və 200 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hökmün məzmunundan görünür ki, X2 X3 oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 03 noyabr 2017-ci il tarixdə İddiaçı yaşadığı Ünvan küçəsində yerləşən 30 saylı mənzilindən 39547 manat və 2500 ABŞ dolları dəyərində qızıl zinət və sair əşyaları oğurlamış, nəticədə zərərçəkmiş şəxsə 43797 manat məbləğində maddi zərər vurmuşlar. Zərərçəkmiş İddiaçı ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, vurulmuş ziyanın 6000 manata yaxın hissəsi ibtidai istintaq dövründə ödənilmiş, həmin məbləğdən əlavə hər hansı bir ödəniş edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, oğurluq hadisəsi nəticəsində zərərçəkmiş İddiaçı 43797 manat məbləğində maddi zərər dəymiş, ibtidai istintaq zamanı vurulmuş ziyanın 6000 manata yaxın hissəsi ödətdirilmiş, ziyanın qalan 33500 manat və 2500 ABŞ dolları məbləği ndə hissəsi bu günə qədər ödənilməmişdir. Oğurluq cinayətinin törədilməsində X3 və Cavabdeh2 birgə iştirakı və beləliklə, ziyanı birgə vurmaları müəyyən edildiyindən, vurulmuş ziyana görə onlar zərərçəkmiş qarşısında birgə məsuliyyət daşıyırlar. Zərərçəkmiş İddiaçı seçim hüququndan istifadə edərək hazırkı iddianı Cavabdeh2 və Cavabdeh1 qarşı qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış 04 avqust 2000-ci il təvəllüdlü Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1-ci maddəsinə görə zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyır. Cavabdeh2 valideyni Cavabdeh1 hazırkı delikt üzrə mülki məsuliyyət daşıması məsələsi ilə bağlı apellyasiya instansiy ası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən zərərin yaranmasında Cavabdeh2 hər hansı təqsiri müəyyən edilməmişdir. Belə ki, Cavabdeh2 valideynləri cinayətin açılmasında və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasında hüquq mühafizə orqanlarına yaxından köməklik göstərmiş, o cümlədən cinayət törətmiş övladlarıi könüllü olaraq polis orqanlarına təslim etmişlər. Buna görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 qarşı hissədə qismən təmin edib Cavabdeh1 qarşı hissədə rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən ona dəymiş zərərin şişirdilmiş rəqəmlərlə ifadə olunması, zərərin məbləği müəyyən edilərkən birinci instansiya məhkəməsinin yalnız zərərçəkmiş şəxsin ifadəsinə və məhk əmə hökmünə əsaslanması barədə apelyasiya şikayətində qeyd olunanlarla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, oğurluq cinayəti nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləği cinayət işi üzrə ümumilikdə 43797 manat məbləğində müəyyən edilmiş və ziyanın məbləğinə əsasən təqsirləndirilən şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayəti törətməyə görə ittiham elan olunmuşdur. Vurulmuş ziyanın məbləği nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən mübahisələndirilməmiş, hökmdən apelyasiya şikayəti verilməmişdir. Bundan başqa apelyasiya şikayətində oğurluq cinayətində Cavabdeh2lə bərabər Xun da iştirak etməsinin nəzərə alınmadığı göstərilsə də, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dəymiş zərərə görə Cavab deh2 və Xun birgə məsuliyyət daşıması iddiaçının yalnız Cavabdeh2 qarşı mülki iddia qaldırmasına maneə deyildir. Eyni zamanda bu, Cavabdeh2 iddiaçı qismində Xa qarşı gələcəkdə reqres qaydada iddia qaldırması hüququnu istisna etmir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı haqlı olaraq hesab etmişdir ki, iddiaçı bu hissədə öz tələbini əsaslandıra bilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməs i (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllə sinin 1113-cü maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 1114.2-ci maddəsinə əsasən, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Mülki hüquq sahəsində delikt dedikdə, şəxsiyyətin əmlak və ya şəxsi sferasına müdax ilə edən və onlar arasında mülki-hüquqi münasibətlərdən asılı olmayaraq ona zərər vuran istənilən hüquqazidd hərəkət (cinayət, inzibati xəta və ya sadə əmlak zədəsi) nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1 və 1104.2-ci maddələrinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş “zərər” anlayışının şərh olunması ilə əlaqədar 31.05.2002-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilər kən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanu nvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı mün asibətlərini əks etdirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərlə cavabdehin apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin ed ilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar