Məhkəmə qərarları › İş №2(102)-2813/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2813/2021

10.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2813/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh mərhum Cavabdeh2 Əbilqasım qızının prosessual hüquq varisləri X5 və X6, cavabdeh X7 qanuni nümayəndəsi Nümayəndə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışların ləğvi, ümumi mülkiyyətdən payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi, İddiaçı, cavabdeh mərhum Cavabdeh2 Əbilqasım qızının prosessual hüquq varisləri X9 və X3, cavabdeh X7 qanuni nümayəndəsi Nümayəndə və vəkili Hüseynov Kam andar Əbülfəz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X7 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Satıcı “İnşaat” şirkəti ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 554-cü məhəllədə yerləşən 10 mərtəbəli 26 nömrəli binanın birinci mərtəbəsində 55 kv.m. qeyri-yaşayış sahəsinin alğı-satqısı barədə 21 yanvar 2003-cü il tarixli müqavilə bağlanmış, alığı-satqı predmetinin qiyməti 53.004.000 manat müəyyən edilmişdir. Müqavilə üzrə İddiaçı tərəfindən 21.01.2003-cü ildə 24.600.000 manat, 28.05.2003-c ü ildə 4.900.000 manat və 04.06.2003-cü ildə 23.520.000 manat ödənilmişdir. 2. 17 mart 2004-cü ildə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış paylı mülkiyyət hüququ haqqında müqavilədə tərəflər, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 554cü məhəllədə yerləşən 10 mərtəbəli 26 nömrəli binanın birinci mərtəbəsindəki 55 kv.m. qeyri-yaşayış sahəsinin 80 % İddiaçı, 20 % Cavabdeh1ya məxsus olmaqla paylı mülkiyyət olduğunu, əmlakın ümumi dəyərinin 66.740.000 manat təşkil etdiyini bəyan etmişdir (işə B.Soltanov tərəfindən “İnşaat” şirkətinə 25.01.2003-cü ildə 4.800.000 manat və 04.06.2003-cü ildə 3.920.000 manat ödənilməsi barədə kassa mədaxil orderləri əlavə olunmuşdur).

3. Bakı şəhəri 11 saylı DNK-da bağlanmış 07.09.2004-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-sat qı müqaviləsinə əsasən satıcı “İnşaat” şirkəti Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 28.07.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyriyaşayış sahəsini alıcılar İddiaçı və X1. Həmin alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı və X2 adına payları müəyyən edilməyən ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və 25.02.2005-ci il tarixli, QYM 002833 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyriyaşayış sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair X2 adına 31.07. 2018-ci il tarixdə RX ******* nömrəli çıxarış verilmişdir.

4. X8 09 oktyabr 2015-ci ildə vəfat etmiş və ondan miras qalmış ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsindən ibarət olan miras əmlaka 22/2016 nömrəli vərəsəlik işi üzrə X7 adına verilmiş 03.08.2018-ci il tarixli, 2V-78 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, həmin qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət kimi İddiaçı və X7 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair X7 adına 09.08.2018-ci il tarixli, RX ******* nömrəli çıxarış verilmişdir.

5. Yasamal Rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli, x2 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyr iyaşayış sahəsindən 4/5 hissədə İddiaçı, 1/5 hissədə Bəhruz Soltanovun payları müəyyən edilmişdir. Lakin həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli, 2(103)-11904 saylı qərardadı ilə ləğv edilmiş, iddia ərizəsi B.Soltanov vəfat etdikdən sonra verildiyinə görə Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə icraata xitam veriulmişdir. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1 hüquqi varisləri Cavabdeh2 Əbilqasım qızı, X9 və X6, cavabdeh X7 qanuni nümayəndəsi Nümayəndə qarşı «çıxarışların ləğvi, ümumi mülkiyyətdən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyriyaşayış sahəsinin paylarının müəyy ən edilməsi, həmin qeyri-yaşayış sahəsinin 4/5 hissəsinin onun, qalan 1/5 hissəsinin isə mərhum X2 hüquqi vərəsələrinin payları kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra, İddiaçı cavabdehlər X2 hüquqi varisləri Cavabdeh2 Əbilqasım qızı və cavabdeh X7 qanuni nümayəndəsi Nümayəndə qarşı «çıxarışların ləğvi, ümumi mülkiyyətdən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinin 4/5 hissəsinin onun, qalan 1/5 hissəsinin isə mərhum X2 hüquqi vərəsələrinin payları kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun ola raq, iddia ərizəsinə dəqiqləşdirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər - mərhum Cavabdeh2 Əbilqasım qızının prosessual hüquq varisləri X5 və X6, cavabdeh X7 qanuni nümayəndəsi Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli 16.08.2018-ci il tarixli və RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli 09.08.2018-ci il tarixli çıxarışların ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyriyaşayış sahəsindən paylarının müəyyən edilməsi, həmin qeyri-yaşayış sahəsinin 4/5 hissəsinin onun, qalan 1/5 hissəsinin isə mərhum X2 h üquqi vərəsələrinin payları kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, X3 saylı qətnaməsi ilə (hakim V.Hacıyev) iddia qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli, x2 nömrəli qətnaməsi əsasında ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ üzrə 4/5 hissəsinin İddiaçı, 1/5 hissəsinin X7 adına daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 16.08.2018-ci il tarixdə aparılmış qeydiyyat yazısının və İddiaçı adına verilmiş 16.08.2018ci il tarixli, RX ******* nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfində n verilmiş 25.02.2005-ci il tarixli, QYM002833 nömrəli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31.07.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışa əsasən İddiaçı və X2 adlarına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 31.07.2018-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı və X8 arasında payları bərabər olmaqla bölünməsi, hər birinin payının ½ (ikidə bir) hissə olmaqla müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin ol unmaması qət edilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(004)2225/2019 saylı qərardadı ilə (hakim V.Hacıyev) iddia tələbi – «ünvan 2 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 09.08.2018-ci il tarixdə aparılmış qeydiyyat yazısının və X7 adına verilmiş 09.08.2018-ci il tarixli RX ******* nömrəli çıxarışın ləğv edilməsi» hissəsində baxılmamış saxlanılmışdır.

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyriyaşayış sahəsini “İnşaatçı” şirkətindən 53.004.000 manata satın almasına dair 21.01.2003-cü il tarixli alğı-satqı müqaviləsi, həmçinin “İnşaatçı” şirkəti, İddiaçı və Cavabdeh1 arasında bağlanmış 17.03.2004-cü il tarixli paylı mülkiyyət haqqında müqavilə sadə yazılı formada bağlanmış müqavilə olmaqla notariat qaydasında təsdiq edilmədiyinə və ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X2 adlarına ümumi birgə mülkiyyət kimi 25.02.2005ci il tarixdə qeydiyyata alınmasına əsas olmadığına, həmin müqavilələr əsasında qeydiyyat aparılmadığına, həmçinin notariat qaydasında təsdiq edilmiş 07.09.2004-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında 25.02.2005-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestrin məzmununun qeyri-dəqiqli yi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğuna görə, əmlakın 4/5 hissəsinə İddiaçı payının müəyyən edilməsinə dair iddia tələbi təmin edilə bilməz.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 214, 223,140,144-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli, x 1 saylı qətnaməsi ilə (hakimlər E.Şamayev (məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2019- cu il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin M002833 nömrəli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31.07.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışa əsasən İddiaçı və X2 adlarına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 31.07.2018-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı və X2 arasında payları bərabər olmaqla bölünməli olması, hər birinin payının ½ (ikidə bir) hissə olmaqla müəyyən ed ilməli olması ilə bağlı gəldiyi qənaətlə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının N nömrəli iş üzrə 18 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ə.İbayev (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) İddiaçı kassasiya şikayəti tam, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən - İddiaçı iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında hə min müqavilə bağlanarkən əmlak onların mülkiyyətində olmamış və onlar həmin əmlak üzərində sərəncam verməmişlər. Qeyd olunan müqavilə tərəflərin gələcəkdə əldə edəcəkləri əmlakda paylarının müəyyən edilməsi barədə razılaşma olmaqla onların gələcək niyyətlərinə aiddir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin müqavilənin notarial qaydasında təsdiqlənməməsi onun sübut kimi qəbul edilməməsi üçün əsas ola bilməz. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun 17 mart 2004-cü il tarixli müqavilə əsasında deyil, 07 sentyabr 2004-cü il tarixdə bağlanmış müqavilə əsasında aparılması qeydə alınmış əmlakda İddiaçı və B.T.Soltanovun paylarının bərabər olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, 07 sentyabr 2005-ci il tarixli müqavilə İddiaçı ilə B.T.Soltanov arasında əmlakda payların bərabər olmasını müəyyən etmir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və F.Ş.Talışinski) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, qətnamənin qismən, yəni yoxlanılan hissədə («Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 25.02.2005-ci il tarixli, QYM002833 nömrəli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 31.07.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışa əsasən İddiaç ı və X2 adlarına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 31.07.2018-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı 1/2 hissədə, X2 payı 1/2 hissədə müəyyən edilsin” hissəsində) ləğv olunması, iddianın həmin hissədə təmin olunması, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X2 ümumi birgə mülkiyyəti kimi qeydə alınmış ünvan 1 ünvanda yerləşən 55 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı payının 4/5 (beşdə dörd) hissədə, X2 payının isə 1/5 (beşdə bir) hissədə müəyyən edilməsi qət edilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ümumi mülkiyyətin yaradılması za manı İddiaçı və X2 hər birinin qoyduğu maya bərabər olmamış, İddiaçı iştirakı 4/5 hissədə (mayada), X2 iştirakı isə 1/5 hissədə (mayada) olmuşdur.

19. Beləliklə, işin hallarına Mülki Məcəllənin 213,214-cü maddələrini tətbiq edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisə predmeti olan daşınmaz əmlak üzərində payların ümumi mülkiyyətin yaradılmasına onların hər birinin qoyduğu mayaya əsasən müəyyənləşdirilməsini tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi isə qeyd edilən halları tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh X7 qanuni nümayəndəsi Nümayəndə ( vəkil Hüseynov Kamandar Əbülfəz oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr kassatoru dinləmədən, dəlillərini nəzərə almadan yalnız qarşı tərəfin təqdim etdiyi həqiqətə uyğun olmayan məlumata əsaslanmışlar. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının 127, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 9, Avropa Konvensiyasının 6.1-ci maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməyərək səhv təfsir etmiş, bilə -bilə faktları təkzib etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 qanuni nümayəndəsi Nümayəndə və vəkili Hüseynov Kamandar Əbülfəz oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını xahiş etdilər.

24. İddiaçı, cavabdeh mərhum Cavabdeh2 Əbilqasım qızının prosessual hüquq varisləri X9 və X10 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs Azərbaycan Respubli kası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət y aranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə

214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olara q, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutlar ın aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

29. Prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi ak tının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya kollegiyası kassatorun izahatının dinlənilməməsi, dəlillərinin nəzərə alınmaması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh X7 qanuni nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak etmiş, məhkəmələ r tərəfindən ona söz verilmiş və izahatı dinlənilmişdir.

34. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X2 ümumi birgə mülkiyyət kimi qeydə alınmış ünvan 2 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı payının 4/5 hissədə, X2 payının isə 1/5 hissədə müəyyən edilməsi barədə gəldiyi nəticə ilə razılaşır.

35. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh X7 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X5 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar