Məhkəmə qərarları › İş №2(102)-2814/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2814/2021

02.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2814/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X12 İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2814/21 (Açar sözlər: nizamnamə kapitalındakı paya uyğun əmlakın naturada verilməsi, təsisçiliyə xitam verilməsi, maddi hüquq normasının düzgün tətbiq edilməməsi, ekspert rəyinin düzgün qiymətləndirilməməsi ) Bakı şəhəri, 02 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, All ahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi X1, vəkillər X10 və Musayev Zaur Xəlil oğlunun nun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “MMC-nin nizamnamə kapitalındakı paya uyğun əmlakın naturada verilməsi” barədə ilk, Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 İddiaçı qarşı “MMC-də iştiraka xitam verilməsi və pul tələbi” barədə qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-416/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 (əvvəlki adı “Güllübulaq“ MMC) nizamnamə kapitalının 50% payçısı kimi, MMC-nin balansında olan bütün əmlakların nizamnamə kapitalındakı 50% təsis payına uyğun naturada bölünməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı “Güllübulaq“ MMC-nin 1995-ci ildən təsisçisi və 50% payçısı olmuş, 25 oktyabr 2017-ci ildə Cavabdeh1 ilə aralarında formal olaraq payın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı MMC-nin nizamnamə kapitalındakı 50% payının 25%-ni Cavabdeh1 satmışdır.

3. Müqavilədə qevd olunub ki, iddiaçı 25% təsis payını alıcıya 2500 ABŞ dollarına satmışdır. Halbuki bu məbləğ və alğı-satqı tam amilə formal xarakter daşıyıb. Belə ki, “Güllübulaq " MMC-nin (hazırda adı dəyişdirilmiş və "xxxx" MMC kimi qeydiyyata alınmışdır) balansında olan əmlakların və anbarda olan malların dəyəri milyonlarla manat təşkil edir. MMC-nin balasında onlarla daşınmaz əmlak (torpaq sahələri və qeyri-yaşayış sahələri) 100-dən çox avtonəqliyyat vasitəsi vardır. Belə olan halda, MMC-nin 25% payının dəyərinin 2500 ABŞ dolları olması absurddur, bu da alğı-satqının formal xarakter daşımasını bir daha göstərir.

4. Cavabdeh1 tərəfindən MMC-nin 25% təsis payı formal olsa da alındıqdan sonra iddiaçı MMC-nin fəaliyyətindən, idarə edilməsindən kənarda saxlanılır, hətta MMC-nin inzibati binasına və fəaliyyət göstərdiyi yerə belə daxil ola bilmir, onun şirkətə daxil olmağına şərait yaradılmır. Cavabdeh1 tərəfindən M MC-nin adı da dəyişdirilmiş, yeni rəhbərlik təyin edilmişdir. Hazırda iddiaçı MMC-dən təsis payına uyğun nə dividend, nə də MMC-nin maliyyə vəziyyəti və digər məsələlər barədə məlumat ala bilir.

5. Buna görə də, iddiaçı hazırda yaranmış zərurətlə əlaqədar olaraq, tərəfindən yaradılmış, uzun müddət yeganə təsisçisi olduğu, sonradan isə 50% təsis payına malik olduğu şirkətin nizamnamə kapitalındakı payına uyğun əmlakının naturada onun mülkiyyətinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. MMC-nin balansında olan əmlaklar kifayət qədər çoxdur, bura daşınar və daşınmaz əmlaklar, eyni zamanda, müxtəlif növ avtonəqliyyat vasitələri daxildir. Hazırda həmin əmlakların iddiaçının nizamnamə kapitalındakı payına uyğun naturada mülkiyyətinə verilməsi zərurəti vardır.

6. Əks ha lda, iddiaçı yaratmış olduğu şirkətdən gəlir əldə edə bilmir, şirkətin fəaliyyəti və idarə edilməsində iştirakına maneəçilik yaradılır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Məcəllənin 95, 96.1 və 220.3-cü maddələrinə istinad etmişdir.

8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13rşılıqlı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-də iştirakına xitam verməklə dövlət reyestrində bu barədə müvafiq dəyişikliklər edilməsi və İddiaçı 6.184.633,23 manatın tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Qarşılıqlı iddia ərizəsi onunula əsaslandırılmışdır ki, Cavabdeh2 (əvvəlki adı GÜLLÜBULAQ MMC) hazırda 3 səhmdarı var. MMC-nin s əhmlərinin 50 faizi Türkiyə vətəndaşı xxx, 25 faizi xxx, digər 25 faizi isə hazırkı qarşılıqlı iddia ərizəsi ilə cavabdeh olan X6 məxsusdur. 10. 2018-cı ilin yanvar ayına qədər cəmiyyətin idarə olunması cavabdeh X6 həvalə edilmişdir. İddiaçı digər payçıların etibarından sui-istifadə edərək Cəmiyyətin ümumilikdə 7333517,08 (yeddi milyon üç yüz otuz üç min beş yüz on yeddi manat səkkiz qəpik) pulunu mənimsəmiş və israf etmiş, o cümlədən Cəmiyyətə məxsus 5032428,13 manatı Cəmiyyətin kassasından nağd qaydada, heç bir sənədləşmə aparmadan çıxardaraq ələ keçirmişdir.

11. Fizuli Adıgözəlovun Cavabdeh2 MMC-də təsisçi payı 25% təşkil edir. Fizuli Adıgözəlov nizamnamə kapitalındakı payının alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə iddia ilə Nərimanov rayon Məhkəməsinə müraciə t etmiş və məhkəmənin qətnaməsi ilə həmin iddia tələbi rədd etmişdir.

12. Fizuli Adıgözəlovun əsassız iddialarla məhkəməyə müraciət etməsinin səbəbi Cavabdeh2 MMC-də faktiki rəhbərliyi həyata keçirdiyi dövrdə mənimsədiyi 7333517,08 (yeddi milyon üç yüz otuz manat səkkiz qəpik) manat vəsaiti geri qaytarmamaq üçün təzyiq və təsir vasitəsidir.

13. İddiaçı Cavabdeh2 MMC-dən ("xxxx" MMC-dən) mənimsədiyi vəsait auditor rəyi ilə də öz təsdiqini tapmışdır. Hazırda “ERBİ-H" Məhdud Məsuliyyətli Cəmiyyətin balans dəyəri (daşınar və daşınmaz əmlaklar, kreditor borcları da daxil olmaqla) 4595535,37 manat təşkil edir.

14. İddiaçı hazırda Cavabdeh2ndə olan payının həcmi 25 faizdir. Balans dəyərinə münasibətdə İddiaçı payının məbləği 1148883,85 manat təşkil edir. İddiaçı MMC-yə vurduğu maddi zərər isə 733 3517,08 (yeddi milyon üç yüz otuz üç min beş yüz on yeddi manat səkkiz qəpik) manatdır.

15. İddiaçı Cavabdeh2 MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində o, təsisçilərin siyahısından çıxarılmalı və yerdə qalan 6184633,23 manat isə Cəmiyyətə ödənilməlidir.

16. Qarşılıqlı iddia iddiada tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 94-cü maddəsinə istinad edilib.

17. İş materiallarına iddia və qarşlıqlı iddialara aid sübutlarla yanaşı, audit rəyi və həmin rəyi verən auditorun şahid ifadəsi də vardır.

18. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4443/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdeh X5 “ERBİ-H Məhdud Məsuliyyətli Cəmiyyətində iştirakına xitam verilməsi və X3 6.184.633,23 manatın tutularaq M MC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir. (hakim Abbas Əliyev)

19. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlar, cümlədən şahid ifadəsinə əsasən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh2 MMC-nin (əvvəlki adı ilə “GÜLLÜBULAQ“MMC) 1995-ci ildən təsisçisi və 50% payçısı olmuşdur. İddiaçı 25 oktyabr 2017-ci ildə Cavabdeh1 ilə aralarında 50% payın 25%-i Cavabdeh1 2500 ABŞ dollarına satmasına dair alqı-satqı müqaviləsi bağlamış və hazırda Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Cavabdeh1 - 2500 ABŞ dolları, 25 pay, 25%, pul şəklində; İddiaçı - 2500 ABŞ dolları, 25 pay, 25%, pul şəklində; X16 (Türkiyə Respublikası) - 5000 ABŞ dolları, 50 pay, 50%, pul şəklində.

20. Birinci instansiya məhkəməsi ilki iddia üzrə qeyd edib ki, ilkin İddiaçı Cavabdeh2 MMC-də nizamnamə kapitalının 50 faiz payçısı kimi özünü qələmə versə də, iş materiallarında olan sənədlər üzrə onun payının hazırda 25 faiz olması halı mübahisəsizdir. Bundan əlavə, ilkin İddiaçı MMC-nin balasında onlarla daşınmaz əmlak (torpaq sahələri və qeyri-yaşayış sahələri) 100-dən çox avtonəqliyyat vasitəsi olmasını göstərsə də, Cavabdeh2 MMC-nin adında hazırda nəqliyyat vasitəsi yoxdur və MMC-nin adına ünvan 1 ünvanında əmlak kompleksi kimi müəssisə və ünvan 2 ünvanında qeyriyaşayış binası vardır ki, həmin əmlaklar da 01.07.2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. 21.Birinci instansiya məhkəməsi vurğulayıb ki, ilkin İddiaçı MMC-də təsisçi kimi 25% payının dəyərinin 2500 ABŞ dolları olmasını əvv əldən bildiyi halda, hazırki vaxta kimi bu payın dəyərinin göstərilən məbləğdə olmasını heç vaxt mübahisələndirməmiş, hazırda da iddia tələbi qaydasında mübahisələndirmir. Həmçinin, hazırda Cavabdeh2 MMC-də ilkin iddiaçının 25% payı olan 2500 ABŞ dolları məbləğində əmlakın olması da müəyyən edilmir.

22. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən hesab edib ki, iddiaçı payına uyğun əmlakın naturada verilməsi tələbinə dair deyil, təsis payı olan 2500 ABŞ dollarının tələb edilməsi ilə məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı kimi təsisçisi olduğu cəmiyyətdən çıxmaq kimi iddia qaldırmalı idi.

23. Qarşılıqlı iddia tələbləri üzrə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli müstəqil auditorun hesabatında X5 Cavabdeh2 MMC-dən (“Güllübulaq“ MMC-dən) vəsait mənimsəməsi müəyyən edilmişdir. Həmin audit rəyinə əsasən hazırda Cavabdeh2n balans dəyəri (daşınar və daşınmaz əmlaklar, kreditor borcları da daxil olmaqla) 4595535,37 (dörd milyon beş yüz doxsan beş manat otuz yeddi qəpik) manat, X5 hazırda Cavabdeh2ndə olan payının həcmi isə 25% təşkil edir. Balans dəyərinə münasibətdə xxx payının məbləği 1148883,85 (bir milyon bir yüz qırx səkkiz min səkkiz yüz həşdat üç manat həştat beş qəpik) manatdır. Fizuli Adıgözəlovun “Məhdud Məsuliyyətli Cəmiyyətinə vurduğu maddi zərər isə 7333517,08 (yeddi milyon üç yüz otuz üç min beş yüz on yeddi manat səkkiz qəpik) manatdır.

24. Həmçinin Cavabdeh2 MMC-nin təsisçisi X7 və digərləri tərəfindən cəmiyyətə külli miqdarda ziyan vurulması il ə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlamışdır.

25. Məhkəmə Cavabdeh2 MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən X2 əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən aparılmış audit yoxlamasına dair 08 may 2018-ci il tarixli müstəqil auditorun hesabatını, eləcədə, Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının 07.09.2018-ci il tarixli protokolunda müzakirə edilən və həmin iclasın qəbul etdiyi qərarı nəzərə alaraq İddiaçı Cavabdeh2nə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində təsisçilərin siyahısından çıxarılma sı və yerdə qalan 6184633,23 isə ERBİ-H" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi təmin edilməklə X5 “ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətində iştirakına xitam verilməklə qarşılıqlı iddia tələbinin bu hissələrdə təmin edilməsi qənaətinə gəlmişdir.

26. Audit rəyinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, ekspert (audit) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən həmin rəy mübahisələndirilmədiyindən bu rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edib ki, X2 əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən aparılmış audit yoxlamasına da ir 08 may 2018-ci il tarixli müstəqil auditor rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və qiymətləndirilməlidir. Çünki həmin rəy Cavabdeh2 MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirməklə qeyri-müəyyən xarakter daşımır.

27. Bununla belə birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin dövlət reystrində müvafiq dəyişikliklər edilməsi hissəsinin təmin edilməsini mümkün saymamış və bunu onunla əsaslandırmışdır ki, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra X5 “ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətində iştirakına xitam verilməsi ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi müvafiq icra hakimiyyəti orqanının vəzifəsi olmaqla, tələbin bu hissəsinə məhkəmə qaydasında hüquqi qiymət verilə bilməz. 28.Birinci instansiya məhkəməsi qətna məni Mülki Məcəllənin 94, 95, Mülki Prosessual Məcəllənin 101.3 və 206.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

29. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir.

30. Apellyasiya şikayətində iddia ərizəsinə uyğun olaraq işin faktiki halları sadalanmış, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozmasına, işin hallarının tam və hərtərəfli araşdırılmamasına və işin hallarına uyğun olmayan nəticəyə gəlinməsinə istinad edilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2870/2019 nömrəli, 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4443/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, Cavabdeh1 və Cavabdeh2 MMC, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs xxx tərəfindən İddiaçı qarşı irəli sürülmüş X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və X3 6184633,23 manatın tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi barədə qarşılıqlı iddiası və üçüncü şəxsin iddiası rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Raqib Qurbanov, (sədrlik edən və məruzəçi), Etibar Nəbiyev və Aida Hüseyn)

32. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbi üzrə gəldiyi gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, mövcud qanunvericil iyin tələbinə görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçısına nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi yalnız o, cəmiyyətdən çıxdığı zaman verilir. İddiaçı isə cəmiyyətdən çıxması barədə iddia qaldırmayıb.

33. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi hesb edib ki, iddiaçı yalnız onun cəmiyyətdən çıxması barədə iddia qaldırdıqdan sonra Mülki Məcəllənin 96.1 -ci maddəsinin tələblərinə uyğun olaraq nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsini və ya əmlakın naturada verilməsini tələb edə bilər. Buna görə də, ilk iddia tələbləri sübutlar araşdırılmadan rədd edilməlidir.

34. İddiaçının Mülki Məcəllənin 220.3-cü maddəsinə istinad etməsini də apellyaisa məhkəməsi əsasız sayıb. Çünki həmin maddənin məzmununa görə payının naturada ayrılmasını yalnız paylı mülkiy yətin mülkiyyətçiləri tələb edə bilər. Hazırkı işdə isə iddiaçının tələb etdiyi əmlaklar paylı mülkiyyətdə deyildir və Cavabdeh2 MMC-yə məxsusdur.

35. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia və üçüncü şəxsin iddiası da təmin edilə bilməz. Belə ki, cavabdehlərin və üçüncü şəxsin istinad etdiyi hallar (X5 digər payçıların etibarından sui-istifadə edərək, cəmiyyətin, ümumilikdə 7333517,08 pulunu mənimsəməsi və israf etməsi) cinayət xarakterli hallardır və yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq oluna bilər. Lakin cavabdehlərin və üçüncü şəxsin istinad etdiyi hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə tə sdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Apellyasiya instansiyası cavabdehlər və üçüncü şəxsin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli auditor rəyini iş üzrə həmin halları təsdiq edən sübut qismində qəbul edilməsini mümkün saymamış və olaraq onu da qeyd etmişdir ki, həmin auditor rəyi bunu təsdiq edən sübut qismində qəbul edilsə belə, cavabdehlərin və üçüncü şəxsin istinad etdiyi Mülki Məcəllənin 94-cü maddəsi heç bir halda hazırkı işdə tətbiq edilə bilməz.

37. Mülki Məcəllənin 94-cü maddəsinin tələblərinə görə iştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorlar ı məhdud məsuliyyətli cəmiyyətdən tutmanın yönəldilməsi məqsədilə cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi və ya bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına tutmanın yönəldilməsi onun cəmiyyətdə iştirakına xitam verir.

38. Apellyasiya instansiyasının mövqeyinə görə adı çəkilən normalara əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma o halda onun cəmiyyətin əmlakındakı payına yönəldilə bilər ki, borcu ödəmək üçün həmin iştirakçının başqa əmlakı mövcud olmasın. Yalnız bundan sonra kredit or cəmiyyət iştirakçısının nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməsi və ya bu əmlak hissəsini ayırması tələbini irəli sürə bilərlər. Lakin hazırkı işdə bu qaydaya riayət olunması barədə sübutlar təqdim edilməmişdir.

39. Bu baxımdan apellyasiya instansiyası hesab etmişdir ki, cavabdehlər və üçüncü şəxs tərəfindən irəli sürülmüş iddia tələbləri rədd olunmalıdır.

40. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, qarşılıqlı iddianı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC ilə yanaşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X15 də imzalamışdır. Mülki prosessual qanunvericilikdə qarşılıqlı iddia üzrə iddiaçılarla mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin birlikdə iddia ərizəsi verilməsini qadağan edən hər hansı norma möv cud deyildir. Birinci instansiya məhkəməsi yalnız Cavabdeh1 və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia ərizəsinə münasibət bildirsə də, üçüncü şəxs xxx iddia tələbinə ümumiyyətlə münasibət bildirməmişdir.

41. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 94, 95, 96.1-ci və Mülki Prosessual Məcllənin 81-ci maddələri ilə əsaslandırmışdır c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

42. Cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 MMC və üçüncü şəxs Nurettin Cengiz kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

43. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi tərəflərin bərabərliyi və çəkişmə prinsipini pozmuşdur. İddi açının apellyaisya şikayəti ilə tanış olması üçün cavabdehlərin və üçüncü şəxsin nümayəndəsi və vəkili olmuş şəxsə imkan verilməyib, bu barədə vəsatət təmin edilməyib; - qarşılıqlı iddiaçıların və üçüncü şəxsin istinad etdiyi halların cinayət xarakterli olması barədə gəlinən nəticə səhvdir. Həmin şəxslərin İddiaçı tərəfindən mənimsənilən vəsaiti cinayət və ya mülki mühakimə qaydasında tələb etmək onların subyektiv hüququdur; - auditor rəyinin sübut kimi qəbul edilməməsi düz deyil.

44. İddiaçı da kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

45. İddiaçı kassasiya şikayəti dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əs aslandırılıb.

46. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4783/2019 saylı, 03 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehlərin kassasiya şikayəri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

47. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə Cavabdeh1 qarşılıqlı iddiasını rədd edən apellyasiya instansiyası məhkəməsi İddiaçı barəsində Azərbaycan Respublikasının CM-nin 308.1 maddəsi ilə başlanılmış cinayət işinin nəticəsini aydınlaşdırmadan, qarşılıqlı iddia üzrə iddiaçının və 3-cü şəxsin məhkəmə hökmü olmadan İddiaçı şirkətdən qanunsuz yolla əldə etdiyi pulu geri qaytarılmasını tələ b etmək hüquqları olmasını nəzərə almamışdır. 48. “Auditor fəaliyyəti haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən auditorun hesabatı audit subyektinin maliyyə vəziyyəti, maliyyə hesabatlarının doğrulduğu, mühasibat uçotunun ümumi vəziyyəti barədə auditorun rəyi ifadə olunan və auditin sifarişçisinə ünvanlanan və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

49. Hazırki iş üzrə audit rəyini sübut kimi qəbul etməyən apellyasiya instansiyası məhkəməsi həmin rəyi araşdırmadan, rəyə müvafiq hüquqi qiymət vermədən, əsaslandırmadan əsassız olaraq 08 may 2018-ci il“ tarixli audit rəyini sübut növü kimi qəbul etməmiş və qarşılıqlı iddianı rədd etmişdir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

50. İkinci apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Cavabdeh2 MMC-nin (əvvəlki “Güllübulaq“) 01.01.2006-cı il tarixdən 31.07.2017-ci il tarixədək olan dövrə aid vergi orqanına təqdim edilmiş sənədlərə (vergi bəyyənnamələri, vergi yoxlamalarının nəticələrinə dair aktlar, qərarlar və s.) əsasən MMC-nin aktivləri, mənfəət və xərclərinin nə qədər olması, qeyd edilən sənədlərə əsasən İddiaçı MMC-yə məxsus olan pul vəsaitini mənimsəməsi və ya başqa qaydada israf etməsi, MMC-nin kassasından heç bir sənədləşmə aparmadan çıxarmasının təsdiq edilib-edilməməsi barədə suallar qoyulmuşdur.

51. Məhkəmə Ekspertizası Mərkəzinin 21.05.2020-ci il t arixli 29194 nömrəli ekspert rəyində qeyd edilib ki, 01.01.2006-cı il tarixdən 31.07.2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına (təsisçilərlə hesablaşmaların vəziyyətinə) dair tərtib edilmiş 28.02.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən 01.01.2011-ci il tarixdən 31.07.2017-ci il tarixədək Cavabdeh2 MMC-nin (əvvəlki “Güllübulaq“) mənfəəti 30.432.432,94 manat (158.627.067,30 manat (mal, iş və xidmət satışından daxil olma) – 102.446.751,96 manat (satışın maya dəyəri) – 25.747.882,4 manat (kommersiya xərci)) təşkil edir və 01.01.2011-ci il tarixə cəmiyyətin aktivləri 7.335.270,46 manatdır. 30.432.432,94 manat mənfəətin 6.666.459,86 manatı aktivlərin alınmasına, 16.442.456,0 manatı təsisçilərlə hesablaşmalara sərf edilib. Yer də qalan məbləğin isə hara xərclənməsi barədə hesabatın təqdim edilməyib. Həmçinin 28.02.2018ci il tarixli müstəqil auditor hesabatı, 2009-2015-ci illər ərzində Türkiyə Respublikasından MMC-nin ünvanına daxil olmuş “uşaq bezləri“yükləri üzrə müvafiq audit araşdırmasına dair tərtib edilmiş 08.05.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən MMC-də 2011-2015-ci illər ərzində kassadan heç bir sənədləşmə aparılmadan 5.032.428,13 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən götürülməsi və 31.07.2017-ci il tarixə 7.333.517,08 manat məbləğində çatışmazlığın olması müəyyən edilir.

52. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-416/2020 nömrəli iş üzrə 18.08. 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov)

53. Apellyasiya məhkəməsi qarşılıqlı iddia və üçüncü şəxsin iddiası ilə bağlı isə qeyd edib ki, "xxxx" MMC-nin 08.05.2018-ci il tarixli müstəqil auditorun hesabatında və iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində İddiaçı MMC-dən vəsait mənimsəməsi müəyyən edilmişdir.

54. Bundan başqa, İddiaçı və başqaları tərəfindən MMC-yə külli miqdarda ziyan vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən suiistifadə cinayətinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

55. Apellyasiya məhkəməsi 08.05.2018-ci il tarixli müstəqil auditorun hesabatını, MMC-nin təsisçilərinin ümumi yığıncağının 07.09.2018-ci il tarixli protokolunda müzakirə edilən və həmin iclasın qəbul etdiyi qərarı nəzərə alaraq, MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində İddiaçı təsisçilərin siyahısından çıxarılması və yerdə qalan 6.184.633,23 manatın isə MMC-yə ödənilməsini Mülki Məcəllənin 94-cü maddəsinin tələbləri baxımından qanuni hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

56. İddiaçı nümayəndəsi X4 kassasiya şikayəti verərə k apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

57. Kassasiya şikayətinin dəlilləri: - ekspert öz rəyində məhkəmə qətnaməsinə əsaslansa da, bunun hüquqi əsası olmamışdır. Belə ki, həmin qətnamədə auditor hesabatının hüquqi əhəmiyyət kəsb etməməsi səbəbindən İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir, yəni, ekspert qətnamənin mahiyyətinə varmadan və onun səlahiyyəti çərçivəsində olmayan məsələyə hüquqi qiymət verməklə rəy vermişdir. Ekspert vergi orqanının təqdim etdiyi aktlar və onun əsasında qəbul edilmiş qərarlara istinad etməli olduğu halda, yenidən "xxxx" MMCnin müstəqil auditor rəyinə əsaslanaraq rəy verməklə işə obyektiv yanaşmamışdır; - məhkəmə ekspertin məhkəm əyə təqdim etdiyi vəsatətlə əlaqədar müəyyən məsələlərin araşdırlması üçün ekspertin məhkəməyə dəvət edilməsi barədə vəsatəti təmin etməmiş və bununla da işin düzgün və obyektiv araşdırılmasının qarşısını almışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

58. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

59. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4, vəkilləri X10 və Musayev Zaur Xəlil oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.

60. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər (qarşılıqlı iddiaçılar) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs məhkəmə iclasına gəlm əmiş və bunun səbəblərini bildirməmişlər.

61. Cavabdehlər (qarşılıqlı iddiaçılar) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin vəkili isə məhkəmə kollegiyasına vəsatətlə müraciət edərək, səhhətinin ağırlaşması ilə bağlı 31 iyul 2021-ci ildə Gəncə şəhərində yerləşən “X9”ya müraciət etməsini, həkimlərin ona müalicə yazmasını və uzaq yola çıxmamasını tövsiyyə etdiklərini, həmçinin kassasiya şikayətinin nüsxəsini almadığın, bu səbəbdən şikayətlə tanış olmadığını göstərmiş və bununla əlaqədar məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehlər (qarşılıqlı iddiaçılar) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin vəkilinin məhkəmə prosesinin qeyd edilən səbəblərə görə təxirə salınması barədə vəsatətini əsasl ı saymır. Əvvəla, vəsatətə əlavə edilmiş arayışda vəkilin arterial təzyiqinin 31 iyul 2021-ci il tarixdə yüksəlməsi qeyd edilmişdir ki, bu da onun hazırda da səhhətinin məhkəmədə iştirakını istisna edən vəziyyətdə omasını təsdiq etmir. Həmçinin kassasiya şikayətinin surətləri də vəkilin hüquqlarını müdafiə etdiyi şəxslərə təxminən iki ay əvvəl göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 94.1. İştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kredi torları məhdud məsuliyyətli cəmiyyətdən tutmanın yönəldilməsi məqsədilə cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi və ya bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir. Maddə 94.2. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına tutmanın yönəldilməsi onun cəmiyyətdə iştirakına xitam verir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kas sasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

63. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya m əhkəməsinin qətnaməsini tam yoxlayır. Kollegiya onu da qeyd edir ki, İddiaçı birinci kassasiya şikayəti (ilk iddianın təmin edilməyən hissəsindən) artıq hazırki iş üzrə Ali Məhkəmənin 03 iyun 2019-cu il tarixli qərarı təmin edilməmişdir. Buna görə də qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilən hissəsi başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın təmin edilən hissəsində gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını düzgün hesab etmir.

65. Qarşılıqlı iddia tələbi iki hissədən ibarətdir: İddiaçı MMC-də iştirakına xitam verməklə dövlət reyestrində bu barədə müvafiq dəyişikliklər edilməsi; İddiaçı 6.184.633,23 manatın tutula raq MMC-yə ödənilməsi.

66. Birinci instansiya məhkəməsi İddiaçı MMC-də iştirakına xitam verilməsi barədə qarşılıqlı iddianı təmin edərkən Mülki Məcəllənin 94-cü maddəsinə istinad etmişdir. Məzmunu yuxarıda qeyd edilən həmin normanın tələblərindən isə görünür ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma o halda onun cəmiyyətin əmlakındakı payına yönəldilə bilər ki, borcu ödəmək üçün həmin iştirakçının başqa əmlakı olmasın. Məhz bundan sonra tutma iştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına yönəlməklə, onun cəmiyyətdə iştirakına xitam verilir.

67. Başqa sözlə, Mülki Məcəllənin 94-cü maddəsinin tətbiqi üçün əvvəlcə borc tutulmalı, borcu ödəmək üçün iştirakçının başqa əmlakı mövcud olmadığı halda, tutma onun cəmiyyətin əmlakındakı payına yönəlməklə iştirakçının MMC-də iştirakına xitam verilməlidir.

68. Hazırki işdə isə belə bir hal müəyyən edilmişdir. Buna görə də qarşılıqlı iddianın İddiaçı MMC-də iştirakına xitam verilməsi hissəsinin təmin edilməsi üçün tətbiq edilən Mülki Məcəllənin 94-cü maddəsinin dispozitiv şərtləri hazırki işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi, qeyd edildiyi kimi, qarşılıqlı iddianın həmin hissəsini Mülki Məcəllənin 94-cü maddəsinə istinadən təmin etməklə maddi hüquq normasını pozmuş, apellyasiya məhkəməsi də eyni səhvi təkrarlayaraq, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş qanun pozuntusuna əhəmiyyət verməmişdir. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və pro sessual hüquq normalarına riayət etməsini yoxlayır.

69. Qarşılıqlı iddia tələbinin İddiaçı 6.184.633,23 manatın tutularaq MMC-yə ödənilməsi hissəsini isə təmin edərkən birinci instansiya məhkəməsi "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli rəyini əsas götürmüşdür.

70. Apellyasiya məhkəməsi audit rəyinin gəlir və xərcləri təsdiq edən ilkin sənədlər əsasına deyil, kompüter proqram məlumatlarına əsasən tərtib edilməsini, MMC üzrə malların idxalı, ixracı və satışı ilə bağlı məsələlər üzrə məlumatların MMC-nin mühasib və baş anbardarı tərəfindən verilməsini, qeyd edilən bu halların audit rəyini şübhə altına salmasını göstərərək, məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və İddiaçı MMC-yə məxsus olan 7.333.517,08 manat məbləğində pul vəsaitini israf etməsi barədə gəldiyi nəticəni həmin rəylə ə saslandırmışdır.

71. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi İddiaçı tutulacaq 6.184.633,23 manat məbləği (7333517,08 manat mənimsənilən məbləğ – MMC-nin balans dəyərinə münasibətdə xxx payının məbləği 1148883,85 manat=6.184.633,23 manat) ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir.

72. Məhkəmə Ekspertizası Mərkəzinin 21.05.2020-ci il tarixli 29194 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına ekspertin vəsatətinə əsasən sənədlər təqdim edilsə də, ekspert həmin sənədlərdən hansının tədqiq edilməsini göstərməmiş, məhkəmə qətnamələrinə və 28 fevral 2018-cil, 05 may 2018-ci il tarixli auditor rəylərinə istinad etmişdir. Halbuki ekspertiza da məhz həmin audi tor rəylərinin mötəbər olmaması səbəbi ilə keçirilmişdi.

73. Apellyasiya məhkəməsi auditor rəyinin kompüter proqram məlumatlarına və MMC-nin mühasib və baş anbardarının verdiyi məlumatlar əsasında verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən auditor rəyinin qəbul edilməsini düzgün hesab etməsə də, özü də həmin rəyə istinad etmiş, həmçinin verilmiş ekspert rəyinə formal yanaşaraq, ekspert rəyinin həmin auditor rəylərinə əsasən verilməsinə diqqət yetirməmiş, bununla da ekspert rəyini prosessual qanunvericiliyin tələbinə uyğun olaraq qiymətləndirməmişdir. Nəticədə Cavabdeh2 MMC-nin maliyyə-təssərrüfat fəaliyyəti ilə bağlı hər hansı maliyyə və digər ciddi hesabat sənədləri (vergi hesabatları, gömrük bəyannamələri və s.) tədqiq edilmədən verilən ekspert rəyinin tutulan məbl əğin miqdarına münasibətdə nə dərəcədə mötəbər sübut olması araşdırmadan kənarda qalmışdır.

74. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

75. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İ ddiaçı xxx kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-416/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar