Məhkəmə qərarları › İş №2(102)-2817/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2817/2022

29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2817/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə, X6, X13 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərər, mənəvi zərər, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə, X6 və X9rşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(103)- 1032/2022 nömrəli 17 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1512/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının məzmunundan və surətindən görünür ki, “Renessans-S" MMC (bundan sonra-cavabdeh) Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25000 (iyirmi beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.

2. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 24 iyul 2018-ci il tarixli qərarının surətindən g örünür ki, ********* №-li cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.

3. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 05 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, ********* №-li cinayət işi üzrə X2 Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə ittihamın elan edilmişdir.

4. Beyləqan rayon İHB-nın Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 34 nömrəli arayışından görünür ki, həqiqətən iddiaçı Beyləqan rayonu Əhmədli kəndində yaşayır. Onun Bakı şəhərində əməliyyat olunması ilə əlaqədar olaraq 2018-ci ilin yanvar ayında Əhmədli kənd inzibati ərazi dairəsində 4-saylı Təsərrüfatbaşına kitabda qeydiyyatda olan bir baş yanı balalı inəyini bir min iki yüz manata Əhmədli kənd sakini X1. 5. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 1073 №-li arayışından görünür ki, "xxxx" ASCnin Beyləqan rayon filialı tərəfindən X7 xx.xx.2018-cu il tarixili 140CLM********** saylı kredit kontraktına əsasən illik 27,84 faiz dərəcəsi ilə 48 ay müddətinə 3500 manat (üç min beş yüz manat) məbləğində Gündəlik tələbat kredit verilmişdir, xx.xx.2021-ci il tarixinə faizsiz 786,96 (yeddi yüz səksən altı manat 96 qəpik) kredit borcu (əsas bor) qalmışdır. xx.xx.2021-cu il tarixinə heç bir faiz və cərimə borcu yoxdur. 6. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 1074 №-li arayışına görə "xxxx" ASC-nin Beyləqan rayon filialı tərəfindən xx.xx.2018-cu il tarixli 140CLM********** saylı kredit kontraktına əasən X7 illik 27,84 faizlə 42 ay müddətinə 3350 manat (üç min üç yüz əlli manat) məbləğində kredit verilmişdir, xx.xx.2021ci il tarixinə faiz siz 692,3 (altı yüz doxsan iki manat 30 qəpik) kredit borcu (əsas borc) qalmışdır. xx.xx.2021ci il tarixinə heç bir faiz və cərimə borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə vurulmuş maddi ziyana görə 31973 manat, mənəvi zərərə görə 50000 manat olmaqla, cəmi 81973 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, səhhətində yaranmış problemlə əlaqədar cavabdehin tərkibində fəaliyyət göstərmiş "xxxx" hospitalın uroloq-androloqu, professor X5 müraciət etmiş, həkimlər X6 və X16 tərəfindən əməliyyat olunmuşdur. Lakin əməliyyat uğursuz olduğundan 2-ci dəfə təkrarən eyni həkimlər tərəfindən əm əliyyata məruz qalmışdır. Buna baxmayaraq səhhətində ağırlaşmalar davam etmiş, hazırda da ağrılarının azalması üçün ağrıkəsici dərmanlar, antibiotiklər qəbul edir. Aparılmış əməliyyatların uğursuz olması işdə olan “Renessans-S" MMC-nin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 25000 (iyirmi beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)1512/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı, İddiaçı prokurorluqda istintaq edilən ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə barədə qərar və X4 Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olu nması və ona həmin maddə üzrə ittihamın elan edilməsi barədə qərarları ilə sübut edilmişdir. İddiaçı qeyd edilən əməliyyatların həyata keçirilməsi, əməliyyatdan öncəki və sonrakı müalicələr üçün lazım olan pul vəsaitini qarşılamaq üçün özü və həyat yoldaşının adına kreditlər götürmüş, damazlıq heyvanını satmışıdır. Bu hallar İddiaçı bankdan və Beyləqan rayon İHB-nın Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən aldığı arayışlarla sübuta yetir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(005)1502/2021 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən maddi zərərə görə 31973 (otuz bir min doqquz yüz yetmiş üç) manat və mənəvi zərərə görə 1000 (min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatı n İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi əsasları təqdim edilmiş sübutlarla tam sübuta yetirilmiş, Cavabdeh MMC-də həkimlər X6 və X16 tərfindən aparılan cərrahi əməliyyatlar uğursuz olmuş, nəticədə İddiaçı sağlamlığına zərər dəymişdir. Bu səbəbdən iddiaçının xeyrinə maddi ziyana görə 31973 manat məhz cavabdehdən tutulmalı, digər cavabdehlərə münasibətdə isə iddia təmin olunmamalıdır.

11. Bundan başqa məhkəmə hesab etmişdir ki, aparılan əməliyyatların uğursuz keçməsi nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Belə ki, cavabdehin qüsurlu cərrahi əməliyyatı nəticəsində iddiaçının səhhə tində problemlər əmələ gəlmiş, bu isə öz növbəsində iddiaçının mənəvi əzab çəkmisi ilə nəticələnmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, cavabdehdən mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab etmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1112 və 1113.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 200 8-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməsi hissəsində ləğv olunmasına və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1032/2022 nömrəli iş üzrə 17 yanvar 2022-ci il tarixli ətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(005)1502/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansi yası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin maddi və mənəvi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmuşdur.

16. Belə ki, apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, cavabdeh iddiaçının uğursuz cərrahi əməliyyata məruz qalmasını, bundan fiziki, maddi və mənəvi zərər çəkdiyini mübahisələndirmir. Onun mübahisələndirdiyi yeganə hal iddiaçı tərəfindən cərrahi əməliyyat olunması üçün ödənilən pulun klinikaya deyil, həkim Qardaşxan Mamedova ödənildiyindən bu pulun klinikaya ödənilmiş hesab edilməsi halını qəbul edilməz sayır və məhkəmənin qeyd olunan halla bağlı s əhv nəticəyə gəldiyini irəli sürür. Ancaq qeyd olunduğu kimi həm Qardaşxan Mamedov, həm də X15 cavabdeh MMC-nin klinikasında, onun işçiləri-həkimləri kimi iddiaçının üzərində uğursuz cərrahi əməliyyatları icra edərək sonuncunun mənafeyinə mühüm zərər vurmuşdur. Deməli, cavabdeh müəssisənin həkimi düzgün və tam olmayan tibbi müdaxiləsi nəticəsində iddiaçı fiziki, maddi və mənəvi zərərə məruz qalmışdır. Əlbəttə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Əksinə keçirilən mənəvi sarsıntı və iztirabların maddi fo rmada dəyərini müəyyən etmək çox vaxt mümkün olmur.

17. Göstərilənlərlə yanaşı apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1, 1112 və 1114.1-ci maddəsinin tələblərinə əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən maddi və mənəvi zərərin yalnız Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi əsassız və qanunsuz olmamışdır. Çünki qeyd olunan maddələrin tələblərinə əsasən həmin cavabdeh müəssisə öz işçiləri olan həkimlərin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı izah olunmalıdır ki, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşd irilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır.

18. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 1099.1, 1112 və 1114.1-ci maddələrənə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh Mülki Məcəllənin 1099.1,1112, və 1114.1-ci və MPM-nin 2.2, 372.1, 217, 386, 387-ci maddələrinə istinad edərək apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, iddiaçı nın əməliyyat olunması üçün ödənilmiş pul vəsaitinin tibb müəssisəsinə deyil, Qardaşxan Mamedov adlı həkimə şəxsən ödənildiyini, elecədə aparılmış əməliyyatın uğursuz olmasının məhz həkimin səhvi (iddia ərizəsində Qardaşxan Mamedovun əməliyyatın uğursuz olmasını etiraf etdiyi qeyd olunmuşdur) nəticəsində baş verməsi faktı məhkəmə tərəfindən araşdrılmamış, bununla qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin p ozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şə xs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

30. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

31. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 32. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirabla r keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

39. Cavabdeh MMC-nin apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.

40. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının Sumqayıt Ape llyasiya Məhkəməsi mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1032/2022 nömrəli iş üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar