Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2817/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15, Azərbaycan Respublikası Əmlak X12 Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətin bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə) paylı mülkiyyətin bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1554/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzili iddiaçının anası X3 mülkiyyətində olmuşdur. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı, X10, X7, X8 və İddiaçıdır və onlar miras əmlakdan 1/5 hissədə irs almalıdırlar. Miras əmlak Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilindən ibarətdir. xx.xx.2021-ci il tarixli miras payının bağışlanması müqaviləsi ilə İddiaçı, X10, X7 və X8 xx.xx.2021-ci il tarixli, 2V/23 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən anaları X2 miras qalmış əmlakdan onlara ayrı-ayrılıqda çatası 1/5 hissədə miras paylarını bacıları İddiaçı bağışlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə “paylı mülkiyyətin bölünməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin naturada bölünməsi, naturada bölünmək mümkün olmadıqda əmlakın açıq hərracda n satılaraq satış pulunun payçılar arasında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X6 xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra, onun birinci dərəcəli vərəsələri, o, İddiaçı, X10, X7 və X8 notariat ofisinə müraciət etmişlər və Bakı şəhəri 11 saylı notariat ofisi xx.xx.2020-ci il tarixində vəfat etmiş anası X3 adına vərəsəlik işi açmışdır. 11 saylı Notariat ofisi onlara xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə vermişdir. Vərəsəlik Şəhadətnaməsinə əsasən, anaları X2 miras qalmış əmlakdan o, İddiaçı 1/5 pay, X10 1/5 pay, X7 1/5 pay və X8 1/5 pay irs almışlar. Əmlakın qalan 1/5 miras payı isə vəfat etmiş anası X3 adına açıq saxlanmışdır. Belə ki, anasının digər vərəsəsi, yəni qardaşları X13 xx.xx.2012-ci ildə vəfat etdiyindən, ona çatacaq pay onun övladları, iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən rəsmi qəbul edilmədiyindən, onlara çatacaq 1/5 pay açıq saxlanmışdır. X1, X7 və X8 xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən onların hər birinə çatan 1/5 payı xx.xx.2021-ci il tarixli Miras payın bağışlanması haqqında Müqaviləyə əasən ona bağışlamışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin 4/5 hissəsi onun mülkiyyətindədir. Əmlakın onlara çatacaq 1/5 hissəsi isə açıq qalmış və anası X3 mülkiyyətində qalmaqdadır. O, xx.xx.2021-ci il tarixli təklif məktubu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin onun payı olan 4/5 hissəsini satmaq qərarına gəldiyini, buna görə də Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə əsasən, payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin üzərindəki 4/5 hissədə payını satın almalarını onlara təklif edərək, təklif məktubunu aldıqları gündən 30 gün müddətinə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin üzərindəki 4/5 hissədə payını satın almaları barədə ona məlumat vermələrini xahiş etmişdir. Təklif məktubunu xəbərnaməli poçt vasitəs ilə göndərmiş və məktub xx.xx.2021-ci il tarixində cavabdehlərdən Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Lakin təklif məktubu cavabdehlər tərəfindən qəbul edildikdən 30 gün keçməsinə baxmayaraq, cavabdehlər Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin üzərindəki 4/5 hissədə payını satın almaları barədə ona məlumat verməmişlər. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmışdir. O hesab edir ki, payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin açıq hərrac vasisətilə satılması və satışdan əldə olunacaq pul vəsaitinin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməlidir.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişlər ki, iddia ərizəsindən göründüyü kimi mü bahisəli mənzi qismində çıxış edən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 nömrəli evin, 10 nömrəli mənzili əvvəllər nənələri X3 mülkiyyətində olmuş, nənəsi vəfat etdikdən sonra mübahisəsi gedən mənzil miras qalmışdır. Həmin mənzil vərəsəlik qaydasında iddiaçının, onların və digər şəxslərin sahibliyinə keçmişdir. Hazırda həmin mənzilin 4/5 iddiaçıya, qalan 1/5 hissə onlara məxsusdur. Onlar həmin mənzildən uzun müddət istifadə etdiklərindən və miraz açıldıqdan sonra həmin mənzili faktiki sahiblik etməklə qəbul etdiklərindən həmin mənzil onların mülkiyyət hüquqları ilə yüklüdür. Onlar hal-hazırda da həmin mənzildə yaşamaqla ondan təyinatına görə istifadə edirlər. Eyni zamanda onlar hesab edirlər ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Mülki Məcəllənin 220.2-ci və 220.4-cü maddələrinin məzmunundan görünür ki, mənzilin mülkiyyətçisi ancaq o halda mülkiyyətində olan mənzilin hərrac vasitəsi ilə realizə edilməsini tələb edə bilər ki, iki dispozitiv şərtə əməl edilmiş olsun, yəni birinci şərt mənzilin naturada bölünməsi mümkün olmasın, ikinci şərt isə - ayrılan mülkiyyətçi öz payının dəyərinin digər payçılardan tələb etmiş olsun. İddia ərizəsindən də göründüyü kimi Babək prospekti 67 saylı evin 10 nömrəli mənzilin 4/5 hissəsi iddiaçıya, qalan 1/5 hissəsi onlar cavabdehlərə məxsusdur. Mənzil üzrə iddiaçının payı müəyyən edilsə də, onların payı müəyyən edilməmişdir. Başqa sözlə, mənzilin 1/5 hissəsi onların paylı mülkiyyətində deyil, birgə mülkiyyətindədir. Belə olduğu halda onların payları müəyyən edilməmişdir. Bun dan başqa, iddiaçı öz iddia ərizəsində də göstərir ki, onlara öz payının satılması barədə təklif göndərmişdir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, Cavabdeh1, Cavabdeh2 və ona cəmi 38000 manat verilməklə mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi qərara alındığını, bununla bağlı dəfələrlə İcra şöbəsinə müraciət etsə də, məhkəmə qərarlarının onlara məlum olmayan səbəblərə görə icra olunmadığını, əvvəlki proseslərdə istifadə hüquqlarına kompensasiya qismində verilməsi nəzərdə tutulan məhkəmə qətnaməsi ilə müəyyən olunan 38000 manat məbləğ onlara verilərsə mənzildən çıxmağa etiraz etmədiklərini bildirsə də hazırda razı olmadığını, 4 il ərzində qiymətlərin dəyişdiyini qeyd etdi. O, həmçinin ev satılmamışdan qabaq pulun onlara verilməsini, əgər ev satılarsa həmin pulu verməyəcəklərini, ümumiyyətlə evin bu qaydada satılmasına razı olmamasını, payı almaq üçün pulu olmadığını, maaşı ilə çətinliklə ailəsini dolandırdığını, iddaçı tərəfindən onlara heç bir təklif olunmadığını, ərizədə bacısı Həqiqətin adı olmadığını, həmin mənzilin remortuna xərc çəkdiyini, evin təmirinə 20000 manat xərc çəkdiyini, həmin təmiri edən ustanın qonşusu olduğunu, ustanın imzası olan yazılı sənəd belə gətirə biləcəyini, orada yaşadığını, 30 ildir ki, evə baxdığını, mənzildən çıxmadığını, onun payına düşən otaqdan çıxmayacağını, öz paylarını istədikləri şəxsə sata biləcəklərini, onun və uşaqlarının orada yaşamaq hüquqları olduğunu bildirdi.
6. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin naturada bölünməsi texniki cəhətdən mümükün olmadığı müəyyən edilmişdir. Eyni zamanda “X14 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin bazar dəyəri 100.800 manat, likvid dəyəri 95.000 manat təşkil etmişdir. Hazırda həmin mənzilin naturada bölgüsü texniki cəhətdən mümkün deyildir. Ona görə də mənzil hərracada satılaraq onun dəyəri tərəflər arasında bərabər bölünməlidir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(007)-111/2022 saylı iş üzrə 6 iyul 2022-ci il tarixli (hakim Həqiqət Əhmədova) qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilində qeydiyyatda olmaqla və yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etmiş, mübahisəli mənzilin 4/5 hissəsi İddiaçı mülkiyyətində olmasına baxmayaraq həmin mənzildən iddiaçının mülkiyyətçi kimi istifadə hüquqlarını pozaraq maneə yaradır. İddiaçı ona məxsus 4/5 hissəsini almasını təklif etmiş, həmin təklif məktubu cavabdehlər tərəfindən alınmış, lakin cavabdehlər həmin təklifə cavab vermədiyindən, əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçının orada yaşaması mümkünsüz olduğundan Mülki Məcəllənin 220.6-c ı maddəsinə əsasən iddia təmin edilməlidir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)4695/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X11 14000 manat, Cavabdeh1 12000 manat və Cavabdeh2 12000 manat kompensasiya (cəmi 38000 manat) ödənilməklə onların Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları, X2 müvafiq kompensasiya məbləğlərinin alınıb X11, Cavabdeh1 və Cavabdeh2 verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Məhkəmə bununla bağlı bildirmişdir ki, həmin qətnamənin icrası onun icra qaydasında X5 vərəsələrindən tələb edilə bilər.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin 1-ci və 2–ci hissələrinə, Mülki Məcəllənin 1133.1, 1243.1, 1243.2, 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3, 220.4, 220.6, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 119-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin açıq hərracda satılması v ə mənzilin satışından əldə olunmuş pul vəsaitinin aralarında bölünməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4695/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 38000 manatın X11, Cavabdeh2 və Cavabdeh1 ödənildikdən sonra həyata keçirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 28 Aprel 2017-ci İl tarixli, 2(103)-4695/2017 saylı qətnaməsi ilə tərəflərindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, X11 14000 manat, Cavabdeh1 12000 manat, ona 12000 manat kompensasiya (cəmi 38000 manat) ödənilməklə onların Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları, eyni zamanda X2 müvafiq kompensasiya məbləğlərinin alınıb onlara verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə mənzildən çıxarılmalarının eyni vaxtda icra olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi xx.xx.2017-ci ildə Nizami Rayon İcra Şöbəsinə daxil olmuşdur. Bundan sonra onlar dəfələrlə Nizami Rayon İcra Şöbəsinə müraciətlər edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin onlara ödənilməsini xahiş etmiş, lakin hər dəfə onlara bildirilmişdir ki, X3 hələ onlara ödəməyə pulu yoxdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2016-cı il tarixli 2(007)-4122/2016 saylı icra sənədi üzrə icraat dayandırılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 8(007)10178/2018 nömrəli qərardadı ləğv olunmuşdur. Onlar məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin onlara verilməsini tələb etdikləri ərəfədə X6 xx.xx.2020-ci ildə vəfat etmişdir. Bundan sonra İddiaçı Bakı Şəhəri 11 Saylı Notariat Ofisinə vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etmiş, vərəsələrin dairəsini gizlədərək X4 vərəsə kimi adını göstərməmiş və nəticədə X2 miras qalmış mübahisəli mənzilə dair 4/5 hissədə pay olması barədə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almağa müvəffəq olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, anası X15 mübahisəsi gedən Bakı şəhəri, Babək prospekti, 67 saylı evin 10-cu mənzili nə gəlin gəlmişdir, o və qardaşı Cavabdeh1 bu mənzildə doğulmuş, miras qoyan nənəsi X3 ailə üzvü kimi onunla birlikdə bu mənzildə yaşamışlar. Nənəsi vəfat edəndən sonra da onlar bu mənzildə yaşamaqda davam etməklə həmin mənzilə faktiki sahiblik etmiş, hal-hazırda da həmin mənzildə yaşamaqla ondan təyinatına görə istifadə edirlər. İddiaçı onlarla birlikdə mübahisəsi gedən mənzildə yaşamamışdır, həmin mənzildən istifadə etməmiş və həmin mənzilə sərəncam vermək hüququna malik olmamışdır. Bundan əlavə, məhkəməyə X3 digər vərəsəsi X4 etibarnaməsi təqdim edilmişdir, hansı ki, həmin etibarnamədə vərəsə X9 mübahisəli mənzil ilə əlaqədar bütün hüquqları X11 etibar etmişdir, lakin məhkəmə səbəbini bildirmədən həmin etibarnaməni və ərizəni qəbul etməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 2(103)- 1554/2023 saylı mülki iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən), Qürbət Əsgərov və Məmməd Məmmədov) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı Masud qızının iddası rədd edilməklə iş üzrə yeni qətnamə qəbul edilmişdir.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara uyğun gəlmədiyindən qanuni olmayan nəticə hasil olmuşdur. İddiaçı daşınmaz əmlak üzrə m ülkiyyət hüquqları əldə etməyən şəxslərə qarşı iddia tələbi irəli sürməklə qanunvericiliyin münasibətlərin tənzimlənməsinə yönəlik əsas amilini – cavabdehlərin mülkiyyət hüquqlarının olmadığını və paylı mülkiyyətin subyektiv tərkibi olaraq bu hüquqlara malik olmadıqlarını, habelə vərəsəlik münasibətləri üzrə qanunvericiliyin müəyyən etdiyi hüquq və vəzifələrin tam həyata keçirilmədiyini nəzərdən qaçırmışdır. Apellyasiya şikayətində göstərilən tələb hazırkı tələbə aidiyyəti və cavabdehlərin iş üzrə qarşılıqlı tələbləri olmadığından, şikayətin dəlillərindən asılı olmayaraq iş üzrə apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəra rı fərqli münasibətlərin tənzimlənməsinə yönəldiyindən hazırkı münasibətlərə şamil edilə bilməz. Bu mövqedən hazırkı münasibətlərə qiymət verilməsi prosessual qanunvericiliyin tələb həddində işə baxılması əsaslarına ziddir və hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Kollegiya qeyd etmişdir ki, açıq qalmış hissəyə münasibətdə vərəsəlik hüquqlarından irəli gələn bütün hüquq və vəzifələrini həyata keçirmədiyindən, tərəflərə açıq qalan 1/5 hissəsinə miras payı üzrə hüquqlarının təsdiqi üçün müvafiq olaraq notariat orqanına müraciət etmək hüquqları izah edilməlidir. Cavabdehlərin faktiki mirası qəbul etməkləri bunun rəsmiləşdirilməsi üçün əsas olan dəlildir və hazırkı tələb çərçivəsində müzakirə predmeti ola bilməz. İddianın faktiki halları üzrə sübutlar və hüquqi əsasl ar təsdiq edilmədiyindən, habelə vərəsəlik hüquqları ilə bağlı paylar üzrə mübahisə olduğundan, miras payların mülkiyyət payları kimi də nəzərdən keçirilməsi istisna edilir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2, 178.1, 219.1, 219.2, 220.1, 220.2, 220.3, 220.4, 1263, 1317.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan, qətnamə iddiaçının Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozduğundan ləğv edilməlidir. Həmçinin id diaçının vərəsəlikdən əmələ gələn mülkiyyət hüququnu, öz mülkiyyətindən istifadə, sərəncam və sahiblik hüququnu pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi mübahisənin həlli ilə bağlı maddi hüquq normasını və oxşar hüquq normasını düzgün tətbiq etməmiş, habelə mübahisənin hüquqi həlli üçün ağlabatan hüquqi mövqe ortaya qoymamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir
20. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edən ə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir;
21. Maddə 219.1. Ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir;
22. Maddə 219.2. Doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir;
23. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər;
24. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər;
25. Madd ə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir;
26. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər;
27. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir;
28. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə b ölüşdürülməsi haqqında qərar qəbul edə bilər;
29. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər;
30. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir;
31. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir;
32. Maddə 1165.1. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrd ən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir;
33. Maddə 1262. Vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın; 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vər əsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir;
34. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
35. Maddə 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir;
36. Maddə 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər;
37. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymət ləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1554/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.