Məhkəmə qərarları › İş №2(102)-282/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-282/2023

15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-282/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1596/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq a şağıdakıları müəyyən etmişlər.

2. Torpaq alqı-satqısına dair 5 mart 2016-cı il tarixli ilkin müqavilə ilə İddiaçı (bundan sonra- iddiaçı) X5 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində 310 kv.metr ölçüdə torpaq sahəsi almış, Şirzad Əhmədov 7 mart 2016-cı il tarixdə iddiaçıya həmin torpaq sahəsi ilə bağlı etibarnamə vermişdir. 3. 4 iyun 2018-ci il tarixli etibarnamə ilə iddiçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətində olan mansard mərtəbəsinin 296,5 kv.metr hissəsinə dair sərəncam verməyi, o cümlədən alqı-satqı müqaviləsini imzalamağı Cavabdeh (bundan sonra- cavabdeh) oğluna etibar etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(001)5892/2019 sa ylı qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 04 iyun 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 04 dekabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə 120.000 manat borc pul vermişdir. Həmin qətnaməyə əsasən, cavabdehdən 120.000 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir.

5. İddiaçının şikayəti əsasında cavabdehin hərəkətləri barəsində Binəqədi Rayon Polis idarəsinin İstintaq şöbəsində araşdırmalar aparılmış və əməldə cinayət tərkibi olmaması əsasına görə 26 aprel 2021 və 19 fevral 2022-ci il tarixli qərarlarla cinayət işinin başlanması rədd edilmiş, mübahisə mülki xarakterli olduğundan tərəflərə məhkəməyə müraciət etmək hüquqları izah olunmuş dur.

6. Daşınmaz əmlakın alqı-satqı müqavilələrindən və “Elekton notariat” X1 çıxarışlarına əsasən satıcı olan iddiaçı, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296,5 kv.metr olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissədən 72,6 kv.metr hissəni 14500 manata X8, 72,6 kv.metr hissəni 20000 manata X7, 72,6 kv.metr hissəni 30000 manata X2, 72,6 kv.metr hissəni 12000 manata X3. Alqı-satqı müqavilələri bağlanarkən satıcı olan iddiaçını etibarnamə əsasında cavabdeh təmsil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında olan şifahi razılaşmaya əsasən cavabdehdən ünvan 2 ünvanında ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 ədəd mənzilin alqı-satqısına görə əl də olunmuş 135000 manat və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən 3 ədəd mənzilin alqı-satqısına görə əldə olunmuş 100000 manatın, cəmi 235000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı 2015-ci ildə ev tikib satmaqla məşğul olmaq qərarına gəlmişdir. Buna görə də 2015-ci ildə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində 0,03 ha torpaq sahəsini etibarnamə əsasında alıb həmin torpaq sahəsində 4 ədəd ev tikib satışa qoymuşdur. Bu evlərdən birini satsa da, digər üçünü sata bilməmişdir. Bundan başqa Abşeron rayonu Digah qəsəbəsi Zaur Həbibov küçəsində tikilmiş 5 mərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 296,5 kv. metr ölçüdə olan 4 ədəd mənzili alıb satışa qoymuş, lakin həmin mənzilləri də sata bilməmişdir. Ev satmağı barədə bir neçə tanışına demiş və 2016-cı ildə tanışı Zakir adlı şəxs onu əvvəllər tanımadığı cavabdehlə tanış edib həmin şəxsin ev alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. O, cavabdehlə Binəqədi qəsəbəsində yerləşən evlərə baxmışlar, həmin mənzilləri satıb bir il müddətində 120000 manat ödəyəcəyini, həmin pulun bir hissəsini, yəni 20000 manatı qabaqcadan verməli olduğunu razılaşmışlar. Razılaşdıqdan 3-4 gün sonra cavabdeh ofisə gəlib ona 20000 manat pul vermiş və o həmin evlərin açarlarını cavabdehə vermişdir. Bundan bir neçə gün sonra o həmin evlərə baxmağa getmiş və cavabdehin hər üç evdə təmir işləri apardığını görmüşdür. O, Elmarın bu hərəkətlərini bəyənmiş, Elmara Digah qəsəbəsində olan mənzillərini də satmağı təklif etmişdir. Bundan sonra onlar birlikdə Digah qəsəbəsində yerləşən mənzillərə baxmış, o həmin mənzillərin 1 kv.metrini 500 manata satdığını bildirmiş, Elmara həmin mənzilləri satıb 1 ilə pulu ona qaytarmasını təklif etmişdir. Elmarla birlikdə həmin evlərə baxarkən yolda Elmar ona Mehdiabad qəsəbəsində özünə məxsus torpaq sahəsində ev tikib satdığını, beləliklə pul qazandığını demiş, ona həmin evlərin tikintisinə pul qoymağı və həmin puldan əlavə qazanc əldə etməyi təklif etmişdir. Belə olan halda o, Elmarla razılaşmış və Elmara 120000 manat pul verməyi təklif etmişdir. Elmar da 120000 manatın əvəzində evləri tikib satdıqdan sonra 150000 manat qaytaracağını demişdir. Beləliklə, Elmarla Digah qəsəbəsindəki evlərin 1 kv.metrini 450 manata razılaş dıqdan sonra həmin mənzillərin çıxarışı olduğuna görə 11 saylı notariat kontoruna gedib mənzillərə dair ona etibarnamə vermiş, həmçinin arvadı da bu mənzillərin satılmasına razılıq ərizəsi vermişdir. Əlavə get-gəl olmasın deyə həmin vaxt Mehdiabad qəsəbəsindəki torpaqla bağlı Elmarla aralarındakı işbirliyinə görə ona 120000 manat pul verməsinə dair borc müqaviləsi bağlanmış, müqavilə bağlanarkən notarius pulun notariat kontorunda verilib-verilməməsinin ona önəmli olmadığını bildirmiş və o, notariat kontorundan çıxdıqdan sonra avtomobildə həmin 120000 manatı cavabdehə vermişdir. 2017-ci ilin dekabr ayında Elmarın Binəqədi qəsəbəsində yerləşən evləri artıq satmasını bilmiş və bundan sonra Digah qəsəbəsində yerləşən mənzillərlə də maraqlanmış, həmin mənzillərin də artıq satıldığını öyrənmişdi r. Cavabdehlə danışıb pulunu istədikdə, lakin bir manat da olsun pul verməmişdir.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 2017-ci ilin dekabr ayından başlamışdır. Belə ki, təsadüfi tanışlıq zəminində iddiaçı cavabdehin tikinti materialları satdığını bilmiş, ondan özünə məxsus evlərin satılmasında köməklik istəmişdir. Sonradan cavabdeh iddiaçı ilə birlikdə iddiaçıya məxsus, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 296,5 kv.metr olan 4 ədəd evə baxmış, cavabdeh evlərin satılmasında köməklik edəcəyini demişdir. 04 iyun 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh notariat kontoruna getmişlər, iddiaçı sözügedən evlərin satışını həyata keçirməsi üçün cavabdehə etibarnamə vermişdir. Etibarnamı nın şərtlərinə əsasən, cavabdehə həmin evlərlə bağlı iddiaçı tərəfindən sərəncam hüququ verilmişdir. Lakin, iddiaçı cavabdehlə gələcəkdə aralarında yarana biləcək anlaşmazlığın təminatı olaraq həmin tarixdə notariat ofisində cavabdehlə borc müqaviləsi bağlamışdır ki, həmin müqaviləyə əsasən, güyə iddiaçı cavabdehə 6 ay müddətə geri ödəmək şərti ilə 120000 manat pulu borc kimi vermişdir. Halbuki, həqiqətən də 120000 manatın iddiaçı tərəfindən cavabdehə verilməsi ilə bağlı heç bir sübut mövcud deyil, evlərlə bağlı sərəncam hüququnu özündə əks etdirən etibarnamənin təminatı kimi bağlanmışdır. İkinci, yəni 120000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Yəni, iddiaçı Digah qəsəbəsindəki, iddia ərizəsində göstərilən 4 ədəd evin təminatı kimi müəyyə nləşdirdiyi 120000 manatın cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, iddiası təmin olunmuşdur. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilsə də, şikayət təmin olunmamışdır. Hazırda cavabdeh tərəflər arasında 120000 manatlıq borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iş Binəqədi Rayon Məhkəməsinin icraatındadır. İddia tələbi Digah qəsəbəsindəki evlərin alğı-satqısından əldə edilmiş 135000 manatın ödənilməsi hissəsində tamamilə əsassızdır, ona görə ki, həmin evlərin cavabdeh tərəfindən 135000 manata satılmasını təsdiq edən heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Cavabdeh iddia ərizəsinə əlavə edilmiş 26 aprel 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan ha zırki iddia ərizəsi məhkəməyə verildikdən sonra məlumat almış, həmin qərarla tanış olarkən müəyyən etmişdir ki, İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun izahatı təhrif olunmuşdur. Buna görə də, cavabdeh tərəfindən sözügedən qərardan şikayət verilmiş, izahatının yenidən, düzgün alınması tələb olunmuşdur. Tərəflər arasında Digah qəsəbəsindəki evlərdən başqa iş birliyi olmamışdır.

10. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5373/2021 saylı işi üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Hazırkı iş üzrə tərəflər arasında mübahisəli məbləğin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı hər hansı müqavilənin mövcudluğu iş üzrə müəyyən edilməməklə yanaşı, iddiaçı tələbinin əsası kimi digər mötəbər sübuta əsaslanmamış, yalnız cavabdehin Binəqədi rayon Polis İdarəsinin 5ci Polis Bölməsində verdiyi izahatına istinad etmişdir ki, həmin izahat cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranmasını sübut etmir (26 aprel 2021-ci il tarixli Qərar). Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı fa ktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Əksinə, həmin qərarda qeyd olunan, tərəflərin verdikləri izahatdan görünür ki, həm İddiaçı, həm də Cavabdeh Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 296,5 kv.metr olan 4 ədəd mənzillə bağlı etibarnamənin 2017-ci ilin yay aylarında verildiyini göstərmişlər. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(001)-5892/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsində göstərilmişdir ki, tərəflər arasında 120000 manatlıq müqavilə 2018-ci ilin iyun ayında bağlanmışdır. Hazır ki məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, Digah qəsəbəsindəki evlərlə bağlı notariat kontorunda cavabdehə etibarnamə verərkən əlavə get-gəl olmasın deyə, həmin vaxt aralarında 120000 manat borc müqaviləsi də bağlanmışdır. Beləliklə, müəyyən olunur ki, sözügedən 120000 manatlıq borc müqaviləsinin bağlanma tarixi qanuni qüvvəyə minmiş qətnamədə 2018-ci ilin iyun ayı kimi, iddiaçının həm istintaq şöbəsində, həm də hazırki məhkəmə iclasındakı izahtında isə 2017-ci ilin yay ayları kimi göstərilmişdir. Yaranmış ziddiyyətlə əlaqədar məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi sübut kimi qəbul edilməlidir, istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş qərarda göstərilən izahatların isə hazırki işdə sübut kimi qəbul edilməsi qeyrimümkündür. Belə olan halda tərəflər arasında iddia tələbində qeyd olunduğu kimi Binəqədi qəsəbəsində iddiaçıya məxsus 3 ədəd evin alğısatqı münasibətlərini təsdiq edən hərhansı sübut aşkar olunmur. Digər tərəfdən, iddia öz tələbində cavabdehdən ünvan 4 ünvanında ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 ədəd mənzilin alğı-satqısına görə əldə olunmuş 135000 manatın və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 3 ədəd mənzilin alğı-satqısına görə 100000 manatın cavabdehdən onun xeyrinə tutulmasını tələb edir ki, hazırki iş materialları ilə cavabdehin sözügedən mənzillərin satışından müvafiq olaraq 135000 və 100000 manat əldə etməsini təsdiq edən heç bir sübut müəyyən edilmir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərə rinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmiş, iddiaçının öhdəlik hüquq münasibətləri əsasında cavabdehdən pul tələb etməsi öz təsdiqini tapmamış və bunun əsası kimi hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –MM-nin) 21.2, 21.2, 385.1,425.1, 442, Mülki Prossesual Məcəlləsinin (MPM-nin) 14.2, 77.1, 78.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını x ahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı cavabdehin iddiaçıya məxsus Binəqədi qəsəbəsində yerləşən 3, Digah qəsəbəsində yerləşən 4 mənzili satıb pul əldə etməsi və aralarındakı şifahi razılaşmanı pozub iddiaçıya 235000 manat pulu ödəməməsi müəyyən olunsa da, məhkəmə əsassız olaraq iddianı rədd etmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov, E.C.Kazımov) 2(103)-1596/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilm iş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, cavabdehdən 76500 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, caabdeh iddiaçıya məxsus 4 mənzili X8, X7, X2 və X4 satışdan 76500 manat məbləğində pul əldə etmiş (14500+20000+30000+12000=76500), əldə olunan pulu iddiaçıya verməyərək tapşırıq müqaviləsindən irəli gələn öhdəliyini qəsdən vicdanla icra etməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi Binəqədi qəsəbəsində yerləşən 3 mənzilə münasibətdə qeyd etmişdir ki, həmin mənzillərin mövcudluğu, habelə iddiaçıya məxsus olması, mənzillərin satılaraq cavabdeh tərəfindən pul əldə olunması barədə iş materiallarında kifayət qədər mötəbər və tutarlı sübut yoxdur. Belə ki, Binəqədi R Pİ-də araşdırma zamanı cavabdehin istintaq orqanına verdiyi və doğruluğu cavabdeh tərəfindən sonradan inkar olunan izahatda adları çəkilən şəxslərin şəxsiyyətini müəyyən edib ifadələrini almaq mümkün olmamış, iddiaçı həmin evlərin satışı barədə məhkəməyə tutarlı sübut təqdim etməmişdir.

19. Məhkəmə öz mövqeyini MM-nin 21.1, 21.2, 385.1, 425.1, 442, 777.1, 772.2, 778.1, 779.1 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin polisə verdiyi izahatında hər şeyi etiraf etsədə lakin qətnamə çıxararkən bunların heç birini nəzərə alınmamışdır. Cavabdeh iddiaçının qarşısında öhdəlik götürsədə öhdəliyini icra etməmişdir. İddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Digah qəsəbəsi Zaur Həbibov küçəsi ev 2B ünvanında yerləşən ümumi sahəsi 296,5 kv.metr olan mənzilləri 120000 manata satması üçün cavabdehə həvalə etmişdir. Cavabdeh isə həmin mənzilləri razılaşdırılmış dəyərindən aşağı qiymətə satıb pulları mənimsəmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməsi razılşadırılmış məbləğə yox alqı satqı əsasında satılmış məbləğə istinad etməsi qanunvericiliyə uyğun olmamışdır. Eyni zamanda Binəqədi qəsəbəsində yerləşən 3 mənzilə münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, həmin mənzillərin mövcudluğu, h abelə iddiaçıya məxsus olması, mənzillərin satılaraq cavabdeh tərəfindən pul əldə olunması barədə iş materiallarında kifayət qədər mötəbər və tutarlı sübut yoxdur. Halbuki, iş materillarında olan cavadehin və digər şəxslərin polisə verdiyi izahatlarda Binəqədi qəsəbəsində yerləşən 3 mənzilə Binəqədi qəsəbəsində yerləşən 3 mənzillin cavabdeh tərəfindən satılması öz təsdiqini tapsada məhkəmə tərəfindən nəzərə alınmamışdır.

22. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və ya yenidən araşdırlması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan münasibətlər in təminatı olaraq bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası başqa məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir ki, pul ödənilsin. Bu hal onu göstərir ki, əgər etibarnamə verilməsinin təminatı olaraq bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması barədə qətnamə varsa, deməli həmin daşınmaz əmlakların satılmasından əldə olunmuş pul vəsaitinin iddiaçıya ödənilməsinə ehtiyac yoxdur. Belə ki, hazırki qətnamənin mövqeyi ilə yanaşsaq, deməli cavabdeh iddiaçının ona etibarnamə ilə verdiyi daşınmaz əmlakların satılmasına görə 120.000 manat və əlavə olaraq 76.500 manat ödəməlidir ki, bu tamamilə absurddur. Cavabdeh həm istintaqda həm də məhkəmə iclaslarında izahat vermişdir ki, həmin daşınmaz əmlakları satarkən alqı-satqı müqavilələri notarial bağlansa da həmin müqavilələrdən pulları al mamış, onun özünü də ayrı-ayrı şəxslər aldatmış, lakin buna baxmayaraq iddiaçıya olan borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Bu hal, iddiaçıya qarşı dələduzluq əməli kimi izah edilə bilməz, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli xüsusi qərardadı qanunsuz hesab edilməlidir. Belə ki, həmin hal Binəqədi Rayon Polis İdarəsində də araşdırılmış və qüvvədə olan qərara əsasən, tərəflər arasındakı münasibət mülki xarakterlidir və heç bir cinayət tərkibinin əlamətləri mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

24. Kassasiya şikayətinə yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəy yən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

28. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağl ana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

29. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. İşə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında iki ayrı ünvanda yerləşən evlərin satılması tapşırığına dair razılaşma olmuşdur. Belə ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində 0,03 ha torpaq sahəsində yerləşən evlərin, habelə Abşeron rayonu Digah qəsəbəsi Z.Həbibov küçəsində tikilmiş 5 mərtəbəli binanın beşinci mərt əbəsində mənzilin satışının həyata keçirilməsinə dair iddiaçıdan vəkalət almışdır.

38. İddiaçı bildirir ki, cavabdeh həmin yaşayış sahələrini alıcılara satsa da evlərin dəyəri olan pul vəsaitlərini ona təqdim etməmiş və bununla da öhdəliyini pozmuşdur.

39. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, evlərə dair ona etibarnamə verilən gün əmlakın (satışından əldə oluncaq pulun) təminatı kimi iddiaçıya 120000 manat pul borcunun olmasına dair kredit müqaviləsi vermişdir. İddiaçı ayrı mülki işdə həmin pulu tələb etmiş və göstərilən məbləğin ondan tutulmasına dair məhkəmə qətnaməsi çıxarılmışdır. Bundan əlavə, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Binəqədi rayonundakı evlərin onun tərəfindən satılmasına dair adından yazılmış izahat müstəntiq tərəfi ndən təhrif olunmuşdur. Abşeron rayonu Digah qəsəbəsindəki evlərdən başqa onun iddiaçı ilə iş birliyi olmamışdır.

40. Göründüyü kimi tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.

41. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər (§ 27-28).

42. Odur ki, iddiaçının tələblərinin qanuni əsası kimi, Mülki Məcəllənin 782.1-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

43. A pellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən, Abşeron rayonu Digah qəsəbəsində olan evlərin satışına aid hissədə cavabdehin öz öhdəliyini pozaraq satışlardan əldə olunmuş, ümumilikdə 76.500 manat vəsaiti iddiaçıya vermədiyi qənaətinə gəlmiş, Binəqədi rayonundakı evlərlə bağlı hesab etmişdir ki, həmin yaşayış sahələrinin mövcudluğu, iddiaçıya məxsusluğu, onların cavabdeh tərəfindən satılaraq pul əldə olunması barədə işdə kifayət qədər tutarlı sübut yoxdur. Ona görə də iddia həmin hissədə təmin olunmamışdır.

44. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, tələbin rədd edilmiş hissəsində iddiaçının dəlilləri, təmin olunan hissədə isə cavabdehin etirazları lazımi şəkildə araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir.

45. İlk olaraq, Binəqədi rayonunda yerləşən e vlərin satışı ilə bağlı nzəzərə alınmalıdır ki, iddiaçı həmin hissədə tələbinin faktiki əsası (buna dair sübut) kimi cavabdehin istintaq orqanında verdiyi izahata istinad edir.

46. İş materiallarına əlavə olunmuş həmin izahatdan görünür ki, cavabdeh, Binəqədi rayonunda iddiaçının tikdiyi evləri kimlərə və hansı qiymətlərə satdığını dəqiq şəkildə göstərmişdir. Cavabdeh izahatın müstəntiq tərəfindən təhrif olunduğunu bildirsə də, bu faktın sübuta yetirilib-yetirilmədiyi aydınlaşdırılmamışdır.

47. Bu məlumatlar dövlət orqanına cavabdehin özü tərəfindən verildiyi, izahatın hüquqi qüvvədən salınması təsdiqlənmədiyi halda hazırkı mülki işdə onların hansı səbəbdən sübut kimi qiymətləndirilməməsi apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır.

48. Odur ki, məhkəmə tərkibi iddianın təmin olu nmamış hissəsində iddiaçının kassasiya şikayətini haqlı sayır və hesab edir ki, onun əsaslandığı həmin sübuta mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymət verilməlidir.

49. Bununla yanaşı, hazırkı işdə cavabdehin də etirazları lazımi şəkildə yoxlanılmamış və onlara qiymət verilməmişdir.

50. Belə ki, cavabdehin etirazına əsasən, evlərin təminatı kimi iddiaçı ondan 120000 manatlıq borc müqaviləsi almışdır. Cavabdeh kredit borcunun məhz təminat olaraq ondan alınmasını onunla əsaslandırır ki, müqavilə evlərin satışına dair ona etibarnamənin verildiyi gün və eyni notariusda təsdiqlənmişdir. Bu məbləğ artıq məhkəmə qətnaməsi ilə ondan tutulmuşdur. Odur ki, daşınmaz əmlakın satılmasına görə 120.000 manatdan əlavə 76.500 manat ödəməsi ədalətsizlikdir.

51. Buna baxmayaraq, ape llyasiya məhkəməsi həmin dəlillərin tam və hərtərəfli araşdırılması üçün tərəflərə lazımi şərait yaratmamış, ağlabatan bir təminat olmadığı (almadığı) halda iddiaçının cavabdehə həm küllü miqdarda dəyəri olan daşınmaz əşyalar üzərində sərəncam vermək səlahiyyəti, həm də 120000 manat məbləğində borc verməsinin səbəblərini, müqavilənin etibarnamə ilə eyni gündə və yerdə təsdilənməsinin əslində daşınmazların satışından əldə oluncaq pul vəsaitinin təminatı olmasına dəlalət edib-etməməsini, bu sahədəki işgüzar adətlərdə belə bir sənədləşmənin aparılıbaparılmadığını və digər əhəmiyyətli halları aydınlaşdırmamış, məsələyə münasibət bildirməmişdir.

52. Halbuki, cavabdehin bu etirazı iddia tələblərinin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, əgər cavabdehin kredit borcu iddiaçı qarşıs ında məhz sözügedən tapşırıq müqavilələrindən irəli gələn öhdəliyinin təminatı kimi yaranmışsa və onun tutulmasına dair məhkəmə qərarı qanuni qüvvəsini almışsa, bu halın iddiaçının hazırkı iş üzrə tələblərini həmin həcmdə aradan qaldırıb-qaldırmadığına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verilməlidir.

53. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qətnamə bütövlükdə ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1596/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar