Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2822/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10452/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2019-cu il tarixdə Cava bdeh atasının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı tərəfindən Cavabdeh 10000 manat pul verilmişdir. xx.xx.2019-cu il tarixli Cavabdeh tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, xx.xx.2019-cu il tarixində Azadlıq prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənmişdir. X1 qarşı heç bir maddi və mənəvi iddiası, tələbi və şikayəti yoxdur. Gələcəkdə də bu işlə bağlı İddiaçı qarşı heç bir iddiası, şikayəti və tələbi olmayacaq. İddiaçı ilə barışmışdır. Daha sonra isə cavabdeh bu ərizəni ləğv etdirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-36/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş ci nayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə İddiaçı bəraət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-388/2020 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(102)-1070/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-388/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə baxılarkən zərərçəkmişin hüquq varisi kimi iştirak etmiş Cavabdeh İddiaçı şikayətçi olmuşdur. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat pulun və 30 manat ödənilmiş dövlət rüs umunun, cəmi 10030 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən xx.xx.2019-cu il tarixdə, saat 17:25-də sürücülük vəsiqəsi olmaqla idarə etdiyi "Nissan Teana” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətdə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhl ükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerləşən işıqforun yaşıl işığında piyada keçidinə yaxınlaşıb keçmək istəyərkən yolun sağ kənarında olan piyada üçün nəzərdə tutulan hissəsindən sola doğru qaçaraq yolu keçmək istəyən piyada Həsənov Vaqif İsgəndər oğlunu avtomobilin qabaq sağ qanad hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan V.İ.Həsənovun ölümünə səbəb olmuş - sağ təpə-gicgah sümüyünün kəllə əsasına keçən sınığı, beyin qaşaları altına və maddəsinə qansızmalar, sağ təpə nahiyəsinin əzilmiş yarası, sol tərəfli V, Vİ, Vİİ qabırğalarının sınıqları və sol ağciyər toxumasına qansızma, gicgah nahiyəsinin, sol qulaq seyvan ının ön səthinin, sol bazunun ön səthinin, sol saidin arxa səthinin, bel nahiyəsinin, sol açıq baldır oynağının iç səthinin sıyrıqları ilə müşayiət olunan həyati xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, təqsirləndirilən şəxs İddiaçı Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 1 (001)-36/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə ona bəraət verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən verdiyi apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi xx.xx. 2020-ci il tarixdə baxaraq hökmün dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və cinayət işinə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Ali Məhkəmənin 28 oktyabr 2020-ci il tarixli qərarına əsasən şikayət təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yol-nəqliyyat hadisəsi baş verdikdən qısa müddət sonra mərhum Həsənov Vaqif İsgəndər oğlunun yas mərasimində iştirak edərkən cavabdeh 10000 manat pul verəcəyi təqdirdə ona qarşı heç bir hald a şikayəti, iddiasının və tələbinin olmayacağını bildirdi. Bundan sonra onun tərəfindən qohumlarının iştirakı ilə Cavabdeh 10000 manat məbləğində pul ödənilmiş, sonuncu isə 21 saylı Notariat Ofisinə gedərək ona dəymiş ziyanın tam ödənilməsi və ona qarşı heç bir şikayətinin, tələbinin olmadığı və gələcəkdə də olmayacağı barədə ərizə yazmışdır. Lakin bir müddət sonra cavabdeh ondan əlavə pul istəməyə başlamış və o, əlavə pul verməkdən imtina etdikdə sonuncu notarial qaydada vermiş olduğu ərizəni ləğv etdirmişdir. Həmin pulu ondan geri tələb etdikdə isə sonuncu pulu verməkdən imtina etmiş, əksinə bəraət aldığı hökmdən şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 avqust 2021-ci il tarixli 2(001)-5956/2021 nömrəli qətnaməsi ilə (h akim Nigar Nəbizadə) iddia tələbi təmin edilərək, Cavabdeh 10000 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh hər hansı formada ziyanın vurulmasında İddiaçı təqsirinin olmaması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunur və belə olan halda iddia tələbi təmin edilməli, cavabdeh Həsənov Vaqif Vasif oğlundan 10000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4, 119.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov- sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) xx.xx.2021-ci il tarixli, 2(103)-10452/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il t arixli 2(001)-5956/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin əsassız varlanması qənaətinə gələrək iddianı təmin etmişdir. Məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçının qohumlarının mərhumun yas mərasimində iştirak etməsi və cəmi 4 gün sonra cavabdehə 10000 manat məbləğində pul verməsi yalnız əxlaqi və mənəvi borcun icrası ilə bağlı olmuşdur (yas mərasiminin təşkili, qəbrüstü abidənin hazırlanması və s.). İddiaçının bu addımı heç bir halda cavabdehin varlanmasına xidmət etməmiş, nə də hadisənin baş verməsində iddiaçının təqsirli olub-olmaması məsələsin ə qabaqcadan təsiri olmamışdır («sonradan aradan qalxmış əsas»). Şəxsin özünə mənəvi və ya əxlaqi borc hesab edərək icra etdiyi hərəkət (pulun verilməsi və s.), həmin icranın əvəzsiz yerinə yetirilməsini ifadə edir, bu hərəkət bağışlama müqaviləsi ilə tənzimlənmir və belə icra sonradan mübahisələndirilmir (məsələn: ağır xəstə olan kasıb qonşusunun əməliyyatına əvəzsiz maddi yardım göstərmiş şəxs sonradan qonşusunun maddi imkanının yaxşılaşması səbəbi ilə etdiyi yardımı geri tələb edə bilməz). Baxılan iş üzrə də işin müəyyən edilmiş halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı özünə mənəvi borc hesab edərək cavabdehə 10000 manat pulu əvəzsiz qaydada vermişdir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəldiyindən, ape lyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Məhkəmə heç bir mötəbər sübuta əsaslanmadan iddiaçının özünə mənəvi borc hesab edərək cavabdehə 10000 manat pulu əvəzsiz qaydada verməyi qənaətinə gəlmiş, lakin həmin hissədə heç bir araşdırma aparmamışdır. Halbuki xx.xx.2019-cu il tarixdə cavabdeh ona vurulmuş ziyanın tam şəkildə ödənilməsi və iddiaçıya qarşı hər hansı tələb və şikayətinin olmaması barədə notariat kontorunda ərizə imzalamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlasa da, həmin ərizə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq elektron məhkəmə sisteminə yerləşdirilmədən yalnız poçt xidməti vasitəsi ilə ünvanlandığından həmin etiraz tələb olunan formada təqdim edilməməsi əsası ilə məzmunu qərarda əks etdirilmədi. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmış, iddia tələbində göstərmiş olduğu kimi kasasiya şikayətində də cavabdehin əsassız varlanmasına istinad etmiş, məhkəmənin sübutları düzgün tədqiq etmədiyini vurğulamışdır. Lakin kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, həqiqətən də cavabdehin hərəkətlərində əsassız varlanma halı mövcud olmamışdır. İddiaçının cavabdehə ödə miş olduğu vəsait cavabdehin atasının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölümü ilə bağlı qarşılanmalı olan dəfn və mərasim xərcləri ilə bağlı olmuşdur ki, həmin xərclər də mənəvi və əxlaqi (mövcud adət-ənənələrə uyğun) xərclərin tərkib hissəsini təşkil etmişdir. Belə olan halda apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10452/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2822/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2822/2022
31.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver