Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2824/2019 29.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Musayeva Gülnarə Eldar qızının katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün ap ellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı öhdəlik müqaviləsinin müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Səmədov, iş 2(006)-5164/2018) İddiaçı Cavabdeh qarşı öhdəlik müqaviləsinin müddətinin uzadılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Əliyev və R.Eyvazov, iş № 2(103)-13032/2018)iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 sentyabr 2018ci il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyy ənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu H.H.Hacızadə tərəfindən təsdiq edilmiş 23 yanvar 2018-ci il tarixli öhdəlik müqaviləsinə əsasən İddiaçı ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1 korpusunda yerləşən ümumi sahəsi 79,2 kv.m, yaşayış sahəsi 38,0 olan 2 otaqlı 41 nömrəli mənzili 91000 manat bor c pul müqabilində Cavabdeh adına sənədləşdirmiş və 23.07.2018-ci il tarixə kimi həmin pulu Cavabdeh qaytarmağı öhdəsinə götürmüş, Cavabdeh isə öz növbəsində borc pul tam şəkildə qaytarıldığı təqdirdə göstərilən mənzilin İddiaçı adına müqavilənin dəyişdirilməsi əsasında keçirməyi öhdəsinə götürmüşdür (səh.6), Bakı şəhəri Yasamal rayon məhkəməsinin 07.09.2018-ci il tarixli, 2(004)6876/2018 saylı qətnaməsinin surətinə əsasən iddia təmin edilmiş, iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri,ünvan 1 ünvanında inşa olunan yaşayış binalarının 1-cı korpusunda yerləşən ümumi sahəsi 79,2 kv.m yaşayış sahəsi 38,0 kv.m olan 2 otaqlı 41 nömrəli mənzildən cavabdeh X1 çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir (səh.36), "xxxx" MMC-nin 23.01.2018-ci il tarixli arayış ın surətinə əsasən Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən yaşayış binalarının 1 korpusunda yerləşən 41 nömrəli, 2 otaqlı mənzilin haqqını tam ödəmişdir (səh. 39). Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385, 390.1, 423, 442, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 80, 82.1, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməmiş və işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə kolle giyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, iş materiallarının 72-ci vərəqində olan bildirişdən görünür ki, apelyasiya instansiyası məhkəməsi 13 noyabr 2018-ci il tarixli bildirişlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilmişdir. İddiaçı ona ünvanlanmış bildirişi 19 noyabr 2018-ci il tarixdə qəbul etmiş və bu barədə iş materiallarının 73-cü vərəqində olan xəbərnaməyə imza etmişdir. Həmçinin mülki işin 77-ci vərəqində olan 03 dekabr 2018-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, işə cavabdehin nümayəndəsinin iştirakı ilə baxılmış, onun izahatı dinlənilmiş və məhkəmə iclas protokolunda qeyd olunmuşdur. Digər tərəfin isə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib-edilməməsi yalnız onun özü tərəfindən mübahisələndirilə bilər. Mülki işin materialarından da göründüyü kimi apellyasiya instansiyası məhkəməsi cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxı ldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2824/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2824/2019
29.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver