Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2827/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X11, X3 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh pul və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-417/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən "Opel Zafira minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – avtomobil) X6 tərəfindən xx.xx.2019-cu il tarixində İddiaçı 5000 manata satılmışdır. 2. xx.xx.2020-ci il tarixində İddiaçı avtomobilə dair Cavabdeh 1 il müddətinə ümumi etibarnamə vermişdir.
3. Cavabdeh mülkiyyətçinin adından verdiyi xx.xx.2021-ci il tarixli etibarnamə ilə avtomobili etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətlərini xx.xx.2021- ci il tarixinədək X7 etibar etmişdir. 4. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin İddiaçı tərəfindən X1 7500 manata satılması barədə alğı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. 5. 20.04.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən isə V.Məmmədova avtomobili X2 8000 manata satmışdır.
6. İddiaçı üçüncü şəxslərMəmmədov Akif Mikayıl oğlu, X3 və Azərbaycan Respublikası DİN olmaqla cavabdehlər X12, X13 və X2 qarşı borcun ödənilməsi, müqavilənin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)1363/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh X5 borca görə 12000 manat pul, mənəvi zərərə görə 1000 manat pul və ödənilmiş 183 manat tutularaq iddiaç ıya ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilin satılması ilə bağlı 13.000 manat və mənəvi zərərə görə 1500 manat pulun və ödənilmiş 134 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, avtomobil onun mülkiyyətində olmuşdur və onu həyat yoldaşına və digər şəxsə idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Cavabdeh avtomobili hər ay 350 manat pul ödəmək şərti ilə ona verilməsini təklif etmiş və o da bununla razılaşmışdır. Cavabdehin oğlu şifahi olaraq bildirmişdir ki, həmin avtomobili onun atası idarə edəcək və hər hansı hadisə üçün özü cavabdeh olacaqdır. Avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verilməsi üçün notariat ofisinə getmişlər və o, qızları xəstə olduqları üçün onları xəstəxanaya aparması və dərmanların alınmasına vaxt ayırmış, həmin vaxt ərzində təlaşlı olduğuna və cavabdehə inandığına görə etibarnamənin məzmunu ilə tanış olmadan imza etmişdir. Daha sonra ona məlum olmuşdur ki, avtomobilin idarə edilməsi ilə bağlı yox, sərəncam verilməsi barədə baş etibarnamə verilməklə onu aldatmışlar. Lakin cavabdeh aralarındakı razılaşmada avtomobilin ona satılması barədə heç bir razılaşma olmamasına baxmayaraq, onlara məlumat vermədən avtomobili A.Məmmədova satmış, satışdan əldə edilən pulu da ona verməmişdir. İddiaçı avtomobili 15.000 manata almışdır və hazırda həmin avtomo bilin bazar qiyməti 13.000 manat dəyərindədir. Cavabdehin avtomobili 9000 manata iki illik kreditlə alması fikri tamamilə əsassızdır. Belə ki, iki il üçün hesablayanda cavabdehin qeyd etdiyi məbləğlə düz gəlmir, həmçinin o, avtomobili cavabdehə satmaq niyyəti olsaydı, notariusda alğı-satqı müqaviləsi bağlanardı. Həmçinin cavabdeh etibarnamənin müddətinin bitməsinə bir ay qalmış avtomobili başqa şəxsə satmışdır. Belə ki, avtomobil cavabdeh tərəfindən iki il müddətinə hissə-hissə ödənilməklə alınmışdırsa, bununla bağlı yenidən etibarnamə verilməli idi. O, avtomobilin cavabdeh tərəfindən satılmasını gec bilmiş, həmin vaxtlar pandemiya dövrü olduğundan gedib-gəlmək mümkün olmamışdır. Həmçinin cavabdeh uzun müddət telefon zənglərinə də cavab verməmişdir. İddiaçı ilə V.Məmmədova arasında bağla nmış müqavilə onun tərəfindən imzalanmamışdır. Cavabdehdən dəfələrlə avtomobilin pulunu qaytarmasını tələb etsə də, qaytarmaqdan imtina etmişdir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirtmiş, aldadıldığı, pul vəsaitindən məhrum edildiyi üçün və uzun müddət məsələnin həllini tapmaması onun şüuruna mənfi psixoloji təsir etmiş və sağlamlığı pozulmuşdur.
9. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlamış və xahiş etmişdir ki, cavabdehə həmin avtomobil xx.xx.2020-ci il tarixində verilmişdir və həmin vaxtdan üç il iki ay keçəndən sonra iddiaçı iddia tələbini irəli sürdüyü üçün iddiadan imtina edilməsi barədə qərar çıxarılmalıdır.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, tərəflər arasında şifahi alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə üzərinə düşən ödənişləri iddiaçıya ödəmişdir. İddiaçı həmin avtomobili özü 5000 manata almasına baxmayaraq cavabdehdən 13000 manat tələb edir. Cavabdeh iddiaçıya əvvəlcədən 2000 manat, yerdə qalan 7500 manatı isə hissə-hissə ödəmişdir. Belə ki, o, iddiaçıya poçt vasitəsilə 1834, bank hesabı vasitəsilə 1500 manat ödəniş etmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş N.Camalov bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Cavabdeh isə bibisi oğludur. O, cavabdehin oğlunun təklifi ilə razılaşaraq avtomobili cavabdehə bir illik kirayəyə versə də, cəmi 4 ay kirayə haqqı ödəmişdir. Sonradan pandemiya dövrünə düşdüyündən onlar cavabdehdən avtomobili geri ala bilməmişlər. O, həmin avtomobili digər şəxslərə də kirayə verirdi, lakin onlara həmişə bir aylıq etibar namə vermişdir.
12. Birinci instansiya məhkəməsinin 2(010)-1712/2023 nömrəli 14 iyul 2023-cü tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də, o mötəbər sübutlarla iddia tələbini əsaslandıra bilməmişdir. Həmçinin iddiaçı xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsini özü imzalamadığını iddia etsə də, həmin müqaviləni məhkəmədə mübahisələndirməmiş və iddiaçı tərəfindən hazırkı cavabdehə verilmiş səlahiyyətlər sonradan A.Məmmədova ötürüldüyündən avtomobilin dəyərinin cavabdehdən tutulmasına dair iddia tələbi təmin oluna bilməz.
14. Bundan başqa, iddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və ya hərəkətsizliyin nədən ibarət olmasını sübut edə bilmədiyindən mənəvi zərər barədə tələb də istisna olunmuşdur.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 166.1, 181.1, 181.3, 362.1, 359.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində iş materiall arına istinadla qeyd edilmişdir ki, guya xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin tərəflərindən biri də iddiaçı olmuşdur. Lakin birinci instansiya məhkəməsi işi araşdırarkən iş üzrə əhəmiyyət kəsb edən belə bir hala diqqət etməmişdir ki, avtomobil xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən etibarnamə əsasında A.Məmmədova satıldığı və artıq başqasının mülkiyyətində olduğu halda 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixində o həmin avtomobili səlahiyyəti olmadan yenidən başqasına necə sata bilər. Bundan əlavə o, ümumiyyətlə 2021-ci ildə Bakı şəhərində olmamış, Naxçıvanda olmuş və yalnız “koronovirus” pandemiyası qurtarandan sonra Bakıya gəlmişdir. Məhkəmə iclası zamanı dəfələrlə şifahi vəsatətlər verərək, həqiqətən 2021-ci ildə Bakıda olub-olmaması ilə bağlı dəqiqləşmə aparılma sı üçün aidiyyəti sorğular verilməsini və eyni zamanda onunla bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədəki imzanın həqiqətən də ona məxsus olubolmamasını müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin edilməsini tələb etsə də, məhkəmə tərəfindən vəsatəti rədd edilmişdir.
18. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmiş və ərizə birinci instansiya məhkəməsinə bu mövzuda təqdim edilən ərizə ilə eyni məzmunda əsaslandırılmışdır.
19. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı məhkəməyə birinci instansiya məhkəməsində verdiyi ifadənin məzmunu ilə uyğunluq təşkil edən etiraz ərizəsi təqdim etmiş və həmin ərizədə əlavə olaraq qeyd etmişdir ki, o, xx.xx.2021-ci il tarixində A.Məmmədova nəqliy yat vasitəsi barədə sərəncam verilməsi haqqında baş etibarnamə vermişdir, yəni ona avtomobili satmadığı üçün iddiaçıya da hər hansı ödəniş etməli deyil.
20. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 18 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsindəki iddiaçının adından olan yazı və imzalar onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-417/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) apellyasi ya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən avtomobilin dəyəri olaraq 5946 manatın tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının cavabdehə avtomobili icarəyə verməsi ilə bağlı iddiası onun tərəfindən sübuta yetirilə bilməmiş və məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında şifahi şəkildə bağlanılan alğı-satqı müqaviləsi qanunla nəzərdə tutulmuş formada bağlanılmadığı üçün etibarsız əq ddir. Belə ki, hazırda mübahisəli avtomobil üçüncü şəxs qismində cəlb edilmiş M.Mehralıyevin mülkiyyətindədir və sonuncunun vicdanlı alıcı olmaması iş materialları ilə müəyyən edilməmişdir.
23. İddiaçı avtomobilin satılması ilə bağlı 13000 manat tutulmasını tələb etsə də, avtomobili 13000 manata satmasını sübuta yetirə bilmədiyi üçün məhkəmə kollegiyası iş materiallarında olan digər alğı-satqı müqavilələrinin qiymətlərini nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, nə qədər ki göstərilən məbləğ nə iddiaçının dəlilləri, nə də iş materialları ilə təkzib olunmur, deməli, tərəflər arasında avtomobilin razılaşdırılmış dəyəri məhz 9500 manat məbləğində müəyyən edilməlidir.
24. Cavabdeh bütün pul məbləğini ödədiyini, hazırda borcu olmadığını qeyd etsə də, həmin iş üzrə müəyyən edilmişdir ki, ca vabdeh müxtəlif tarixlərdə iddiaçıya cəmi 3334 manat ödəmişdir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının bu ödənişlərin hamısının avtomobilin borcuna görə olmaması, qızının telefonuna görə və digər borcla bağlı olması barədə iddiaçı konkret dəlillər təqdim edə bilmədiyi üçün əsassızdır. Həmçinin telefonun kreditinə görə müəyyən ödənişlər cavabdehin oğlu tərəfindən edilmişdir.
26. İddiaçının mənəvi zərər tələbi ilə bağlı hissədə məhkəmə kollegiyasının gəldiyi nəticə birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə eyni olmuşdur.
27. İddia müddəti ilə bağlı cavabdehin ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, əvəz edilməsi mümkün olmayan (o cümlədən avtomobil) əşyalarda məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz m ülkiyyətin müdafiəsi ilə bağlı olduğundan bu tələbə kəsici və ya iddia müddəti tətbiq oluna bilməz. Hazırki iş üzrə müqavilə əvəzedilməz əşya olan avtomobilin alğı-satqısına dair bağlanmışdır və hazırda avtomobil başqa şəxsə satıldığından, onun dəyəri pulla ödənilməli olduğundan müddətlə bağlı cavabdehlərin dəlilləri əsassızdır.
28. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 329.1, 337, 600.1, 600.4-cü, MPM-in 14.2, 77.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri
29. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti apellyasiya şikayətinə qarşı təqdim edilmiş etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə kollegiyası qanunsuz olaraq iddiaçının cavabdehə verilmiş ümumi etibarnamə üzrə mübahisəli maşının A.Məmmədova satılıb-satılmamasını, satılıbsa, neçəyə satılmasını araşdıraraq qətnamə qəbul edəcəyi halda iddiaçının iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etmişdir. Həmçinin kassator Mülki Məcəllənin 650-ci maddəsinə istinadla qeyd etmişdir ki, məhkəmə kollegiyası qəbul etdiyi qətnamə ilə dövlət reyestrində qeydiyyata alınan daşınar əş yaların alğı-satqısının şifahi bağlana bilməsini qanunsuz olaraq nəzərə alıb əqdin etibarsızlığını tətbiq etmişdir.
31. Kassator qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli müqavilədəki imzaların iddiaçı tərəfindən imzalanmadığı sübuta yetirilmişsə, iddiaçı həmin müqaviləni məhkəmədə mübahisələndirməli olduğu halda qanunsuz olaraq avtomobilin dəyərini ondan tələb edir. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 42-45-ci bəndlərində və məhkəmə iclas protokolunda göstərilən fikirlərlə (cavabdehin iddiaçıya borcu olmasını göstərməsi barədə fikirlərə) münasibətdə göstərir ki, o məhkəmə iclasında verdiyi izahatda elə ifadələr işlətməmişdir və məhkəmə kollegiyasından xahiş etmişdir ki, həmin fikirlərə düzəliş edilməsi barədə qərardad qəbul edilsin, lakin məhkəmə bu barədə heç bir araşdırma aparmamışdır.
32. Bundan başqa kassator göstərmişdir ki, məhkəmə kollegiyası qəbul etdiyi qətnamə ilə dövlət reyestrində qeydiyyata alınan daşınar əşyaların alğı-satqısının şifahi bağlanıla bilməsini qanunsuz olaraq nəzərə aldığı üçün iddiaçının iddia müddətinin keçməsini tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
36. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
37. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
38. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
39. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdı r.
41. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratm aq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
44. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
45. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
46. Madd ə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflə rin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü ma ddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apell yasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya in stansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
59. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunda olan dəlilləri ilə bağlı məsələlər lazımi qaydada araşdırılmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətl ənmək mümkündür. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
60. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
61. Kassatorun iddia tələbi irəli sürülmədiyi halda məhkəmənin iddiaçı ilə aralarında olan müqavilənin etibarsız sayılması barədə gəldiyi nəticənin qanunsuz olması barədə dəlili əsassızdır. Çünki «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində mə hkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
62. Kassatorun bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Çünki MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya insta nsiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
63. Kassasiya icraatı faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-417/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.