Məhkəmə qərarları › İş №2(102)-2828/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2828/2025

29.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2828/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2037/2025 nömrəli, 20 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında 29 oktyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında rəfiqəlik münasibəti olmuş, iddiaçı cavabdehə 2018-ci ilin dekabrında bir il müddətinə qaytarmaq şərti ilə 25000 manat borc pul vermişdir. Qeyd olunan puldan bir hissə ödənilsə də, 8600 manat ödənilməyib.

2. Tərəflər arasında yazılı müqavilə yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8600 manat borcun və 106 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2018-ci ilin dekabr ayında iddiaçıya müraciət edərək bildirmişdir ki, “28 May” metrostansiyası ətrafındakı keçiddə mağaza götürmüş, mağazanın 3 illik icarəsi 50.000 manatdır, icarə pulu əvvəldən istənildiyi üçün ona 25.000 manat borc lazım olmuşdur. İddiaçı bir neçə dəfə cavabdehin işlətdiyi mağazaya getmiş, satıcı hər dəfə cavabdehin orada olmadığını demişdir. Cavabdeh özü isə gah xəstə olduğunu, gah da daha sonra görüşəcəyini bildirmişdir. Beləliklə, borcun verilməsindən bir neçə ay keçmişdir. Bu müddətdə cavabdeh hissə-hissə borcundan qaytarmağa başlamışdır. Nəhayət iddiaçı cavabdehlə görüşmüş, ödənilən pulları hesablaşmış, cavabdehin ödəniləsi borcunun 16.600 manat olmasını müəyyən etmişlər. İddiaçı həmin pulun bir dəfəyə qaytarılmasını istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirmiş, sahibinin icarə obyektini onun əlindən aldığını, ziyanda olduğunu, utandığı üçün bütün bunları daha əvvəl demək istəmədiyini bildirm işdir. Cavabdeh 2022-ci ildə kart vasitəsilə 500 manat, 2023-cü ilin sentyabr ayının əvvəli 100 manat, sonu isə 100 manat qaytarmışdır, hazırda cavabdehin cəmi 8600 manat borcu qalmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdehlə danışıqları olmuş, o zaman cavabdeh qalan pulu göndərməyəcəyini bildirmiş, iddiaçıya məsələni məhkəmə ilə həll eləməyi demişdir.

5. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz etmişdir. Etirazın dəlilləri belə olub: - iddianın təmin edilməsi üçün hüquqi əsaslar və ona dəlalət edən aidiyyəti sübutlar olmalıdır ki, hazırkı məhkəmə işi üzrə heç bir sübut təqdim edilməmişdir; - iddia ərizəsində qeyd olunan “2018-ci ildə Ülkər xanım mağaza açmaq istəmiş və bildirmişdir ki, “sərfəli təklif olduğundan, mən də razı oldum və ona filan ünvanda 25.000 manat verdim ” ifadəsi heç bir şəkildə borc hesab edilə bilməz; - işin əsli isə ondan ibarətdir ki, iddiaçı həqiqətən də cavabdehlə rəfiqəlik münasibətində olmuşdur, cavabdehin “28 May”da obyekt işlətdiyini və obyektlərə nəzarət etdiyini bilmiş və bir obyektin də onun üçün ayrılmasını xahiş etmişdir. İddiaçı da ona uyğun obyektləri məsləhət görmüşdür. İddiaçı da obyektə 25.000 manat pul yatırmış, lakin 2018-ci ildə həmin obyekti işlədə bilmədiyi üçün iflas olmuş, oradan heç bir gəlir əldə edə bilməmişdir. Buna baxmayaraq, münasibətlərin qorunması üçün, iddiaçının yatırdığı sərmayə ona geri qaytarılmışdır; - qarşı tərəfin təqdim etdiyi yazışmalar var, həmin yazışmaların heç birində cavabdeh iddiaçıdan 25.000 manat borc aldığını, 16.400 manatın qaytarıldığını və 8600 manat qalıq borcu qaldığını heç bir ş əkildə etiraf etməmişdir. Hətta yazışmaların sonunda onların arasında aqressiv münasibətlərə keçəndə, cavabdeh deyir “mən sənə hər şeyi artıqlaması ilə qaytarmışam, sən 25.000 manat pul yatırdın, amma mən sənə münasibətlərimiz pozulmasın deyə 28.000 manat vermişəm, sən isə faizlə hesablayaraq hesablamanı 36.600 manatdan aparmısan”; - işin digər tərəfi bundan ibarətdir ki, iddiaçı həmin sərmayəni yaxın münasibətdə olduğu Ayxan adlı şəxsdən almışdır və yazışmalarda da var ki, o, pulu Ayxandan almış və ona görə də pulu geri qaytarmaq lazımdır; - 25.000 manatın verilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Şahidlər ziddiyyətli ifadələr vermişdir. Ümumiyyətlə belə nəticəyə gəlinir ki, şahidlərin verdiyi ifadələr yalnız iddiaçının sözlərinə əsaslanır və digər şəxsin sözü ilə verilən ifadələr, şahid ifadəsi kimi qəbul edilə bilməz və iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz; - tərəflər arasında heç bir saziş yoxdur, 25.000 manatın borc müqaviləsindən söz gedirsə, bu, qanunvericiliklə müəyyən edilmiş qaydada, yazılı olaraq tərtib edilməli idi. Heç bir yazışmada əksini tapmayıb ki, cavabdehin iddiaçıya 8600 manat borcu qalmış, 16.400 manatı qaytarılmışdır. Tərəflər rəfiqələr kimi qarşılıqlı olaraq bir-birindən pul alıb-vermişlər və onların heç birinin 25.000 manata aidiyyəti olduğu təsdiqini tapmır; - bundan başqa, bu məsələlər 2018-2020-ci illərdə baş vermişdir. Belə ki, iddiaçı 2018-ci ildə mağazaya getmişdir, həmçinin daha sonra “4 il bundan əvvəl sən mənə dedin Masazırdakı evi satacaqsan, o vaxtı da mənə atdın” kimi ifadələr yazışmalarda varsa, onun hüquqlarının pozulduğunu bilməli olduğu an elə həmin vaxtdan başlayır; - 6 il müddətində iddiaçı heç bir orqana müraciət etməmiş, iddia tələbi qaldırmamış və qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddətini buraxmışdır.

6. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

7. Birinci instansiya məhkəməsində şahid X7 bildirmişdir ki, o, 7 ildən artıqdır ki, iddiaçı ilə yaxın dostdur. İddiaçının ailəsi imkanlıdır. Cavabdehi iddiaçının vasitəsi ilə 2017ci ildən tanımış, onun bağında olmuşlar. Cavabdeh obyekt işlətmək üçün iddiaçıdan borc pul istəmiş, iddiaçı cavabdehə borca pul verəcəyini demiş, o isə məsləhət görməmişdir. Lakin iddiaçı yaxın rəfiqə olduqları üçün cavabdehə 25.000 manata yaxın pulu vermişdir. Pul verilərkən aralarında faizlə bağlı razılaşm a olmamışdır. Pulun verilməsi onun yanında olmamış, lakin hazırlanması onun yanında olmuş, məbləğin bir hissəsi dollar, bir hissəsi manat olaraq hazırlanmışdır. Cavabdeh pulu 2-3 il ərzində qaytaracağını demişdir. O, iddiaçıya “28 May”dakı yeraltı keçiddə cavabdehin obyekt götürməsi, işlədib-işlətməməsi ilə gedib maraqlanmasını demişdir. Cavabdeh pulu 50, 100, 200 manat olmaqla hissəhissə olmaqla 16.400 manatı qaytarmış, təxmini 8500-8600 manat qalır. Dəfələrlə o, iddiaçı ilə pulu götürməyə getmişdir. Pul gah şəhərdə cavabdehlə görüşərək, gah Bilgəhdə bağda, gah da karta göndərilərək ödənilmişdir. Borcun qaytarılması üçün cavabdeh ondan Masazırdakı evinə alıcı tapmağı xahiş etmişdir. Lakin evə yüksək qiymət dediyi üçün evin satılması çətinləşmişdir, hətta telefonunda hazırda həmin evin şək illəri də var. Cavabdeh bütün pulu onun yanında qaytarmamışdır. İddiaçı ilə Bilgəhdə 500 manat, yolda 200 manat gedib götürmüşlər. Cavabdeh karta pul göndəriləndə o, dəfələrlə iddiaçının yanında olmuşdur. Təxminən 2021-ci ildə maşında iddiaçı ilə gedərək “Qərənfil” marketin yanında cavabdehlə görüşərək 500 manatı götürmüşlər. O, iddiaçı evə gedəndə dəftərinə yazması üçün ödənilən pulları öz telefonuna qeyd etmişdir. O, cavabdehin qaytardığı pulların hamısını xatırlamasa da, 200, 500, 1450, 1500 manat ödədiyini bilir. İddiaçı ondan pul götürməmiş, cavabdehin götürdüyü pulları qaytarması üçün iddiaçıya pulları ondan aldığını deməsini söyləmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1699/24 saylı, 17 may 2024cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim Həqiqət Mahmud ova)

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

10. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdehin ona 8600 manat borcu olduğunu bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul e dilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Buna görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona qeyd edilən məbləğdə borcu olduğunu sübut etməlidir.

11. Qeyd edilənlər baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri və telefon yazışmaları qeyd olunan halı bilavasitə təsdiq etmir, o cümlədən iddia tələbinin əsası kimi istinad edilən hər h ansı bir halın həqiqiliyini müəyyən etmir. Cavabdehin nümayəndə və vəkili tərəflərin rəfiqə olmaqla onların qarşılıqlı olaraq bir-birindən borc alıb-vermələrini və telefon (votsap) yazışmalarında da həmin borclardan bəhs edildiyini inkar etmir (iddia ərizəsində də iddiaçı cavabdehin ondan tanış kimi hərdən borca ***-**** manat arası vəsait istədiyini qeyd etmişdir). Lakin həmin yazışmalarda cavabdeh iddiaçıdan 25000 manat aldığını, 16400 manatı qaytardığını və 8600 manat borclu qaldığını etiraf etməmişdir. Hətta yazışmaların sonunda cavabdeh iddiaçıya hər şeyi artıqlaması ilə qaytardığını, iddiaçının faizlə hesablayaraq, ondan artıq məbləğ tələb etdiyini bildirmişdir.

12. Şahid ifadələrini isə iddianı təsdiq edə biləcək mötəbər sübut kimi qəbul etməyərək, birinci instansiya məhkəməsi bildi rmişdir ki, şahid Ayxan Budaqov iddiaçının 25.000 manat pulu cavabdehə verməsinə şahidlik etməmiş, digər X5 isə cavabdehin onun yanında iddiaçıdan təxminən 25.000 manat pulu evdən götürüb getdiyini bildirsə də, bunu ümumi formada ifadə etmiş, həmin hadisənin dəqiqləşdirici detalları barədə məhkəməyə əlavə məlumat verməmişdir. X5 həmçinin bildirmişdir ki, cavabdehin 8600 manat borcu qaldığını iddiaçı ona demişdir.

13. Digər tərəfdən, iddiaçı cavabdehə 25.000 manat borc verdiyini iddia etsə də, qanunvericiliyin tələbinə uyğun olaraq, tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmamışdır. Belə ki, Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri h üquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

14. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə, birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddia əsaslı olduğu və mötəbər sübutlarla təsdiqini tapdığı halda, məhkəmə cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verə, ötürüldüyü halda, iddianı rədd edə bilərdi. Lakin baxılan işdə iddia sübuta yetirilməməsi əsası ilə rədd edildiyindən, iddia müddətinin tətbiqi barədə ərizə əsasında iddiaya təkrar qiymət verilməsi məqsədəuyğun deyil.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 739.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı a pellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının izahatı, şahid ifadələri və hər iki tərəfin qəbul etdiyi sübutlar mötəbər sübut kimi qəbul edilməmiş, lakin cavabdehin nümayəndə və vəkilinin tərəflərin rəfiqə olmaqla qarşılıqlı olaraq bir-birindən borc alıb-vermələri və telefon (votsap) yazışmalarında da həmin borclardan bəhs edildiyinin inkar edilməməsi barədə ifadəsi sübut kimi qəbul edilmişdir. İşin məhkəmədə müəyyən edilən hallarından görünür ki, cavabdeh məhkəmədə təmsil olunduğu vəkil vasitəsi ilə ilkin məhkəmə iclasında, ümumiyyətlə, hər hansı vəsaitin mövcudluğunu inkar etmişdir. Sonradan yazışmalar təqdim edildikdən sonra cavab deh müdafiə mövqeyi dəyişərək bildirmişdir ki, tərəflər arasında rəfiqə olaraq borc alınıbverilməsi olmuşdur, bu həmin borcun qaytarılmasıdır və hətta bunu iddia ərzəsində də qeyd edildiyini xüsusi vurğulayır. Tərəflər arasında olan danışıqların açıqlamaları təqdim edidikdən sonra 14-17 may 2024 tarixli iclaslarda cavabdeh yeni müdafiə mövqeyi seçir və cavabdehin nümayəndəsi bu dəfə etiraf edir ki, 25000 manat olub iddiaçı obyekt üçün götürüb, investisiya qoyub, lakin ziyana uğrayıb və pulu cavabdehdən tələb edib. Hətta cavabdehin nümayəndəsi ilk dəfə çaşaraq həqiqəti bildirib ki, iddiaçı cavabdehə pul verib, sonra düzəliş edib ki, iddiaçı investisiya yatırıb, işlədə bilməyib. Göründüyü kimi, iddia tələbində tələb olunan pul vəsaitinin qaytarılması ilə əlaqədar cavabdehin nümayəndəsi 3 z iddiyyətli mövqe bildirir, lakin məhkəmə bu ziddiyyətləri araşdırmaq əvəzinə, yalnız bir fikri əsas götürərək nəticəyə gəlir. Cavabdehin borcun olmamasına dair yazılı və səsli mesajlarının tarixinin tərəflər arasında borcun qaytarılması ilə əlaqədar artıq açıq-aşkar 2023-cü ilin sentyabr ayında olan mübahisə dövrünü əhatə etməsinə məhkəmə hüquqi qiymət verməmişdir. 2023-cü ilin sentyabr ayından əvvəlki tarixdə bir dəfə də olsun cavabdeh sübut təqdim etməmişdir və bir söz belə iddiaçıya yazmamışdır ki, mənim heç bir borcum yoxdur. Əksinə, iddiaçının yazdığı qalıq borc rəqəmlərini inkar etməyərək qəbul etmişdir. Məhkəməyə təqdim edilən elektron daşıyıcıda hər iki tərəfin qəbul etdiyi Whatsapp yazışmalarının heç birində iddiaçının yazdığı borc rəqəminə qarşılıqlı olaraq cavabdeh bir cümlə bel ə yazmır ki, bu hansı borcun qalığıdır, niyə bu borcu verməliyəm, niyə bu rəqəmi yazırsan.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5354/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın təmin olunması, Cavabdeh İddiaçı xeyrinə 8600 (səkiz min altı yüz) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106 manat olmaqla, cəmi 8706 (səkkiz min yeddi yüz altı) manat məbləğində pulun tutulması qət edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli).

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçı şifahi razı laşma əsasında cavabdehə 25.000 manat borc pul verdiyini, həmin puldan hissə-hissə qaytarıdığını, 8600 manat borcun qaldığını bildirir. Cavabdeh isə iddiaçıdan 25000 manat pulu borc olaraq deyil, investisiya olaraq qəbul etdiyini və onu qaytardığını bildirmişdir.

20. Apellyasiya baxışında isə cavbadehin nümayəndəsi 25000 manat pulun hazırkı mübahisə ilə bağlılığının olmadığını, tərəflər arasında başqa münasibətdən (yəni cavabdehin təklif etdiyi obyektə iddiaçının yatırdığı investisiya məbləği olduğunu) yarandığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir.

21. Bu da göstərir ki, cavabdeh 8600 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Bu hal yuxarıda göstərilənlərlə yanaşı tərəflər arasında aparılmış vatsap yazışmaları ilə də təsdiq olunur.

22. Apellyasiya instansiyası məhkəməsin in mövqeyinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirə bilməmişdir. Buna görə də, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 8600 manat pul və 106 manat dövlət rüsumu tutulmalıdır.

23. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə qeyd etmişdir ki, hazırkı iş üzrə iddia müddəti buraxılmamışdır. Belə ki, iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı verdiyi izahatdan göründüyü kimi, 25000 manat borc pul cavabdehə 2018-ci ilin dekabr ayında bir il müddətinə qaytarmaq şərtilə verilib. İddia müddətinin axımı növbəti ilin, yəni 2019-cu ilin dekabr ayından baş lamaqla 2022-ci ilin dekabr ayınadək davam edib. Cavabdeh məhz bu müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla iddiaçıya 16400 manat pul qaytarmışdır. Cavabdeh bu məbləği 2019-2022-ci illər ərzində deyil, 2018-ci ilin dekabr ayından sonra gələn bir il ərzində qaytarmasına dair hər hansı sübut təqdim etməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində borcun bir hissəsinin hissə-hissə olmaqla müxtəlif vaxtlarda qaytarılması iddia müddətinin axımını kəsmiş və müddətin axımı yenidən başlamışdır. İddiaçı isə borcun qalan hissəsinin, yəni 8600 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni müddət ötürülmədən müraciət etmişdir.

25. Apellyasiya instansiyası məhkəmə si gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 380, 739-cu, Mülki Prossesual Məcəllənin 14.2, 77.1 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri: -məhkəmə tərəflər arasında hər-hansı borc (öhdəlik) münasibətlərinin olduğunu, ümumiyyətlə, müəyyən edə bilməmişdir; -iddiaçı iddia edir ki, guya cavabdehə 2018-ci ildə 25000 AZN məbləğində məhz borc olaraq pul vəsaitini vermiş, cavabdeh isə guya həmin məbləği 1 (bir) il ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Əslində isə iddiaçı özü öz iddia ərizəsində münasibətl ərin borc olmadığını etiraf etmişdir; -bir şəxs digərinə faiz olmadan borc verirsə, yəni, bir şəxs aldığını olduğu kimi 1 ildən sonra qaytarmağı öz öhdəsinə götürürsə, bu münasibətlər heç bir halda sərfəli təklif sayıla bilməz. İkincisi, əgər nəticə etibarı ilə, iddiaçının da qeyd etdiyi kimi, guya cavabdeh ondan borc alıb, bir ilin sonunda da borcu qaytarmağı öz öhdəsinə götürübsə, belə olan halda, mağazaya gedib mağazanın işləyib işləmədiyini yoxlamaq borc verən şəxsin heç bir marağına uyğun gəlmir. Belə ki, borc verən şəxs pulu verməli, müddətin sonunda isə pulunun geri qaytarılmasını tələb edə bilər; -borc alanın biznesinin necə gedib-getmədiyini, həqiqətən də guya mağaza işlədibişlətmədiyi borc verəni maraqlandırmamalıdır. İşin əsli isə ondan ibarətdir ki, tərəflər arasında heç bir bo rc (öhdəlik) münasibətləri olmamış, iddiaçı biznes obyektlərinə investisiya etmiş, biznesi uğurlu getmədiyindən yatırdığı pul vəsaitini itirmişdir. Buna baxmayaraq, cavabdeh ilə iddiaçının uzun illər mehriban dostluq münasibətləri olduğundan, cavabdeh iddiaçının yatırdığı bütün vəsaiti iddiaçıya qaytarmışdır; -beləliklə, məhkəmə tərəflərin məhz hansı münasibətlərə daxil olmasını, ümumiyyətlə, araşdırmamışdır; -bundan başqa məhkəmə tərəflər arasında hər-hansı yazılı sazişin olmamasını ümumiyyətlə nəzərə almamışdır. İddia olunan borc məbləği üç min manatdan yuxarıdır, lakin tərəflər arasında heç bir yazılı razılaşma yoxdur. Halbuki, söhbət borc münasibətlərindən gedirsə, öhdəliklər aydın ifadə edilməli, açıq-aşkar yazılmalı, bir tərəfin digər tərəfə hansı məbləğdə, nə zaman pul verdiyi və ən əsası da həmin pul vəsaitinin nə zaman qaytarılacağı aydın şəkildə təsbit edilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 739-cu maddəsini düzgün tətbiq etməmişdir. -məhkəmə yanlış olaraq, guya ki, müxtəlif vaxtlarda edilmiş ödənişləri iddia müddətinin axımının kəsimi kimi qiymətləndirmişdir. birincisi, məhkəmə müxtəlif dövrlərdə edilmiş ödənişləri əsas gətirsə də, iş materiallarında cavabdehin iddiaçıya 2018-2022-ci ilə kimi hər hansı ödənişlərin aparılmasına dəlalət edən heç bir sübut yoxdur; -həmçinin, iddiaçı 2018-2023-cü illərdə cavabdehin müxtəlif vaxtlarda toplam 16400 AZN vəsaitin ödədiyini iddia etsə də, bu vacib məqam iş materialları ilə müəyyən edilməmişdir; -ikincisi, cavabdehin iddiaçıya 2023-cü ildə etdiyi ödəniş barədə qəbz var. Lakin bu qəbzin i ddiaçının iddia etdiyi borca aid olub-olmadığını məhkəmə müəyyən etməmişdir. Bu faktı iddiaçı özü belə sübut edə bilməmişdir. Başqa sözlə, ortada qəbz var, amma bu qəbz üzrə ödənişin necə, hansı əsaslar ilə və ən əsası da nə üçün aparılması müəyyən edilməyib. Halbuki, iddiaçı ilə cavabdeh uzun illərdir rəfiqə olmuşlar, bir-birilərinə tez-tez pul göndərirdilər, kontur yükləyirdilər, paltar verirdilər (yazışmalar ilə müəyyən olunur); -bundan başqa, iddiaçı istinad etdiyi halları sübut edə bilməmiş və məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Hazırkı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddiaçı cavabdehin ona 8600 manat borcu olduğunu bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Buna görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona qeyd edilən məbləğdə borcu olduğunu sübut etməlidir. Tərəflərin rəfiqə olmaqla qarşılıqlı olaraq birbirindən vaxtaşırı pul alıb-vermələri və telefon yazışmalarında da həmin ödənişlərdən bəhs edildiyi iş materialları ilə müəyyən olunur. Lakin həmin ödənişlərin məhz 25000 manat borc münasibətlərinə aid olması heç bir sənəd və ya dəlil ilə sübuta yetirilməmişdir. Eyni zamanda, yazışmalarda cavabdeh iddiaçıdan 25000 manat aldığını, 16.400 manatı qaytardığını və 8600 manat borclu qaldığını etiraf etməmişdir; -əslində isə, iddiaçının sərmayə yatırdığı mağazada işlərin pis getməsinə baxmayaraq, cavabdeh yatırdığı pulun hamısını iddiaçıya qaytarmışdı, lakin iddiaçının tələb etdiyi məhz əldən çıxmış faydadır ki, bu tələb də heç bir halda təmin oluna bilməz. Çünki tərəflər arasında, ümumiyyətlə, heç bir rəsmi razılaşma olmayıb. Cavabdeh mağazada işlərin pis getməsinə məsul deyil, yeganə məsul şəxs elə iddiaçının özüdür ki, mağazaya və satışlara yetərincə qayğı göstərməmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-351/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarı ilə cavabdeh X9 qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5354/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır (hakimlər X4 (məruzəçi), Şəfiyev İspəndi yar Əsəd oğlu və X1).

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi işin müəyyən edilmiş bu halına, yəni tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamasına baxmayaraq, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739-cu maddəsini mübahisəyə tətbiq edib, iddianı həmin maddi hüquq norması əsasında təmin etməklə maddi hüquq normasını tətbiqində səhvə yol vermişdir.

30. Belə ki, qeyd edildiyi kimi işin müəyyən edilmiş hallarına görə iddiaçı cavabdehə 25000 manat borc versə də, tərəflər arasında bununla bağlı yazılı borc müqaviləsi bağlanmamışdır. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu hallarda borc müqaviləsi yazılı formada bağlanmalı idi.

31. Bundan əlavə, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Konstitusiya Məhkəməsinin istinad edilən Qərarındakı hüququ mövqe baxımından hazırkı işdə iddia müddəti Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq 1 il təşkil etməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi tərəflər araşında yaranan hüquq münasibətinə düzgün qiymət vermədiyi üçün iddia müddətinin başlanması və bundan çıxış edərək müddətin hesablanmasını müqavilə tələblərində olan 3 illik iddia müddətindən götürmüşdür.

33. Əvvəla, apellyasiya instansiyası məhkəməsi cavabdehin məhz iddia müddəti ərzində (2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində) müxtəlif vaxtlarda hissəhissə olmaqla iddiaçıya 16400 manat pul qaytarmasını, bununla da iddia müddətinin axımının kəsilməsi və müddətin axımının yeni dən başlamasını göstərsə də, bunu hansı sübutun tədqiqi ilə müəyyən etdiyini qətnamədən müəyyən edilmir.

34. Bundan başqa, iddiaçının istinad etdiyi e-manat ödəniş sistemindən həyata keçirilmiş ödəniş qəbzində pulun məhz cavabdeh tərəfindən ödənilib-ödənilməməsinə qiymət verilməyib.

35. Belə ki, hətta müqavilə tələbləri üzrə iddia müddəti götürülsə belə, iddia müddətinin kəsilməsi və yenidən hesablanmasına yönələn hallar işdəki sübutlarla müəyyən edilmədiyi üçün iddia müddətinin ötməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün sayıla bilməz.

36. Məhkəmə öz mövqeyini 329.1, 331.1, 337.1, 337.2, 337.3, 337.4, 354.1, 380.1, 380.2, 739.1,739.2,740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instan siyası məhkəməsindəki ikinci icraat

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2037/2025 nömrəli, 20 may 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1699/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (X11 Sabir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X2 ibarət tərkibdə).

38. Apellyasiya instansiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmənin 2(102)-351/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranan hüquq münasibətinə düzgün qiymət vermədiyi üçün iddia müddətinin başlanması və bundan çıxış edərək müddətin hesablanmasını müqavilə tələblərində ol an 3 illik iddia müddətindən götürmüşdür. Həmçinin iş üzrə iddia müddətinin buraxılmaması barədə gəldiyi nəticəni apelyasiya instansiyası məhkəməsi belə əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı verdiyi izahata əsasən 25000 manat borc pul cavabdehə 2018-ci ilin dekabr ayında bir il müddətinə qaytarmaq şərtilə verilib. İddia müddətinin axımı növbəti ilin, yəni 2019-cu ilin dekabr ayından başlamaqla 2022-ci ilin dekabr ayınadək davam etmişdir.

39. Cavabdeh məhz bu müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla iddiaçıya 16400 manat pul qaytarmışdır. Cavabdeh bu məbləği 2019-2022-ci illər ərzində deyil, 2018-ci ilin dekabr ayından sonra gələn bir il ərzində qaytarmasına dair hər hansı sübut təqdim etməmişdir. İddiaçının deməsinə görə cavabdeh 2022-ci ildə kar t vasitəsilə 500 manat, 2023 cü ilin sentyabr ayının əvvəli 100 manat, sonu isə 100 manat qaytarmışdır. (bənd 8) İddiaçı cavabdehin 2022-ci ildə kart vasitəsilə 500 manat ödəməsinin təsdiqi kimi e-manat ödəniş sistemindən həyata keçirilmiş ödəniş qəbzinə istinad etmişdir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi cavabdehin məhz iddia müddəti ərzində (2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində) müxtəlif vaxtlarda hissə-hissə olmaqla iddiaçıya 16400 manat pul qaytarmasını, bununla da iddia müddətinin axımının kəsilməsi və müddətin axımının yenidən başlamasını göstərsə də, bunu hansı sübutun tədqiqi ilə müəyyən etdiyini qətnamədən görmək olmur. Bundan başqa, iddiaçının istinad etdiyi emanat ödəniş sistemindən həyata keçirilmiş ödəniş qəbzində pulun məhz cavabdeh tərəfindən ödənilib -ödənilməməsinə qiymət verilməyib. Başqa sözlə, hətta müqavilə tələbləri üzrə iddia müddəti götürülsə belə, iddia müddətinin kəsilməsi və yenidən hesablanmasına yönələn hallar işdəki sübutlarla müəyyən edilmədiyi üçün iddia müddətinin ötməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün sayıla bilməz.

40. Kollegiya qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 8600 manat borcu olduğunu bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Buna görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona qeyd edilən məbləğdə borcu olduğunu sübut etməlidir.

41. Kollegiya qeyd edilənlərə əsasən, belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədən kənar sübutlar təqdim edilmədiyindən rayon məhkəməsi iddia tələbini təmin etməyərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir.

42. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 739.2, 739.2, 740.1, 740.2, 1091.1, 1091.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.1, 372.2-ci maddələrin ə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2037/2025 nömrəli 20 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh keçən müddət ərzində mövcud yazışmalarda bir dəfə də olsun qalan borcun məbləğinə etiraz etməmşdir. Bundan əlavə, qeyd edilən yazışmaların heç birində cavabdehin 16400 manat ödədiyi görsənmir. Belə ki, iddiaçının təqdim edildiyi yazışmalarda iddiaçı dəflərlə müxtəlif tarixlərdə ödənilən məbləğin deyil, qalıq məbləğin nə qədər qaldığını yazır. Cavbadehin nümayəndəsi apellyasiya baxışında 25000 manat pulun hazırki mübahisə ilə bağlılığının olmadığını, tərəflər arasında başqa münasibətdən (yəni cavabdehin təklif etdiyi obyektə iddiaçının yatırdığı investisiya məbləği olduğunu) yarandığını bildirsə də, bu hal yenə də sübuta yetirilməmişdir.

45. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnam ənin qanuniliyinin kassatorun dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

50. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

51. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan ş əxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

52. Maddə 740.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

53. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

54. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

55. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüqu qi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

56. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 57. ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

58. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.4 Məhkəmə öz qətnamə sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

64. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

65. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı h esab edilə bilməz. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi qənaət maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.

66. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli qiymət verməklə, düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı hər iki kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə və əvvəlki kassasiya icraatında irəli sürülmüş göstərişlərə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

68. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2020-ci il i tarixli, 2(103)-2037/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar