Məhkəmə qərarları › İş №2(102)-283/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-283/2022

18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-283/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat münasibətlərində sifarişçinin qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb etməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)4619/2021 saylı qətnaməsindən İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK ilə İddiaçı arasında çoxmənzilli kooperativ yaşayış binasında mənzil alğı-satqısına dair 27.11.2017-ci il tarixli 7 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbaliyev 34-36 ünvanda inşa edilən 1-ci binanın 1-ci blokunun 13-cü mərtəbəsində 2 otaqlı 69 nömrəli sahəsi 79,9 m2 olan mənzili tikib təmirsiz vəziyyətdə alıcıya təhvil vermək, alıcı isə onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqının ödənilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin 2.2-ci bəndində mənzilin 1 m2-nin qiyməti 829 manat olmaqla ümumi dəyəri 662 37 manat müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini icra etmiş və mənzilin dəyərini tam ödəmişdir. Eyni zamanda "xxxx" MTK tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmiş, mənzil inşa edilərək iddiaçıya təhvil verilmişdir. Bundan sonra tərəflərin evin təmir olunması barədə danışıqlarına əsasən iddiaçı tərəfindən "xxxx" MTK-ya 9000 manat pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə mürasiət edərək, cavabdehdən 4464 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə bağlanmış 27.11.2017-ci il tarixli müqavilə əsasında ünvan 2 ünvanda inşa edilmiş 1-ci binanın 1-ci blokunun 1 3-cü mərtəbəsində 2 otaqlı 69 saylı, sahəsi 79,9 kv.m. olan mənzil tikilib təmirsiz vəziyyətdə ona təhvil verilmişdir. 2018-ci ilin oktyabr ayında "xxxx" MTK-nın satış şöbəsinin rəisi Səbuhi adlı şəxs mənzilin yüksək keyfiyyətlə təmir edilməsini ona təklif etmişdir. Sonuncunun təklifi ilə razılaşmış, lakin təmir üçün lazım olan sənədlərdən - təmir üçün müqavilə, təmir smetası və təmirə razılaşma protokolunu hazırlayıb imzaladıqdan sonra işə başlanılmasını tələb etmişdir. Həmin şəxs təmir üçün vəsaitin bir hissəsinin ödənilməsini istəmiş, o da 9000 manat məbləği 2 dəfəyə MTK-ya ödəmişdir. Sənədləri istədikdə isə həmin şəxs hüquqşünaslarının olmadığını, gələndə hazırlayıb sənədləri təqdim edəcəyini bildirmiş, lakin bu günə kimi qeyd olunan sənədlər ona təqdim edilməmişdir. Şifahi razılığa əs asən onlar mənzilin hər kv.m.-nin 180 manata təmir olunması barədə razılaşmışlar. Onun tərəfindən pul ödənildikdən sonra mənzilin təmirinə başlanılmış, lakin təmir çox ləng getmiş, 2019-cu ilin aprel ayına qədər təmirin çox az bir hissəsi yerinə yetirilmişdir. Digər sakinlərin mənzillərinin təmirinə baxmış, istifadə olunan materialların aşağı keyfiyyətli olduğunu müşahidə etmiş və cavabdehin təmirdə keyfiyyətsiz materiallar işlətdiyini başa düşmüşdür. Bundan sonra o, təmir üçün lazım olan bütün materialları özü almağa başlamışdır. Həmin vaxt "xxxx" MTK-nin iki işçisi mənzili təmir etmişdir. O, həmin işçilərlə razılaşmış və işçilər cavabdehin hesabına görülən işləri hesablayaraq, cavabdehin hesabına cəmi 1036 manatlıq təmir-tikinti materiallarının işlədilməsi müəyyən edilmişdir. Bundan sonr a cavabdehin işçiləri mənzili onun verdiyi tikinti materialları ilə təmir edib başa çatdırmışdır. Həmin işçilər görülən işin 3500 manat dəyərində olduğunu bildirmişlər və onların zəhmət haqqı olan 3500 manat pul cavabdeh tərəfindən ödənilmişdir. Yəni ümumilikdə cavabdeh tərəfindən 4536 manat pul vəsaiti xərclənməsinə baxmayaraq, cavabdeh onun tərəfindən ödənilmiş 9000 manat məbləğdən qalığını ona qaytarmamışdır. Halbuki, cavabdeh tərəfindən həmin məbləğdə iş görülməmiş, cavabdeh əsassız olaraq həmin məbləği özündə saxlamışdır. "xxxx" MTK ona məxsus mənzili təmir etməyi öz öhdəsinə götürərək bu məqsədlə ondan 9000 manat məbləğində pul vəsaiti almış, lakin həmin pul vəsaitinin müqabilində çox az dəyəri olan təmir işləri görmüş, təmir işləri onun vəsaiti hesabına aparılıb başa çatdırılmışdır. Cavabdehin əməli gözlənilən məqsədə uyğun olmamışdır və belə olan halda onun cavabdehdən təmir üçün ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Lakin mənzilin təmirinə cavabdehin aldığı 1036 manat dəyəri olan tikinti materialları işlədildiyindən və cavabdeh tərəfindən təmiri həyata keçirən şəxslərə 3500 manat məbləğində pul vəsaiti ödənildiyindən, həmin pul vəsaitləri nəzərə alınaraq, cavabdehdən cəmi 4464 manat məbləğində pul vəsaiti alınıb ona ödənilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsində təmirin onun tərəfindən aparıldığını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də qarşılıqlı iddia ərizəsinin rədd edilməsini, ilkin iddia ərizəsinin təmin edilərək "xxxx" MTK-dən 4464 manat pulun alınaraq ona ödənilməsi barə də qətnamə qəbul edilməsini xahiş edir. 4. "xxxx" MTK-nın nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 5382 pulun tutulub "xxxx" MTK-ya ödənilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, "xxxx" MTK İddiaçıla təmirin dəyərini mənzilin 1 kv.metri üçün 180 manat olmaqla, ümumilikdə 14382 manata razılaşmışdır. İddiaçı da həmin məbləğdən 9000 manatını "xxxx" MTK-ya ödəmiş, hal- hazırda İddiaçı iddia etdiyinin tam əksinə olaraq onun MTK-ya 5382 manat borcu vardır. Mənzildə təmir "xxxx" MTK tərəfindən aparılsa da, bu barədə müqavilə bağlanmamış, təmirlə bağlı smeta tərtib edilməmiş, görülən işlərin şifarişçiyə təhvil verilməsinə, tikinti materiallarının alınmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir. Ona görə də ilkin id dia ərizəsinin rədd edilməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı 5382 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın Etibarlı MTK-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(001)232/2021 nömrəli qətnaməsi ilə (hakim S.Səlimova) İddiaçı ilkin iddiası təmin edilərək, "xxxx" MTK-dan 4464 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, "xxxx" MTK-nın İddiaçı qarşı təmir xərclərinə görə 5382 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 5412 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, "xxxx" MTK-dan iş üzrə keçirilən ekspertiza tədiqatının dəyərinə görə 100 manat və dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulmuşdur.

7. Məhkəmə gəldiyi nəti cəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2020-ci il tarixli, 10/1640 saylı rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbaliyev 34-36 ünvanında inşa edilmiş 1-ci binanın 1-ci blokunun 13-cü mərtəbəsində 2 otaqlı sahəsi 79,9 kv.m. olan 69 saylı mənzildə və eləcə də, İddiaçı məhkəməyə təqdim etdiyi siyahıda qeyd olunan 15 adda işlərin faktiki olaraq görüldüyü, 2019-cu il tarixdə aparılmış həmin tikintitəmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 15940,5 manat məbləğində olduğu müəyyən edilmişdir.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəb əsi, Əhməd Mehbaliyev 34-36 ünvanda inşa edilmiş 1-ci binanın 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 79,9 kv.m. olan 69 saylı mənzilin təmir edilməsi üçün şifahi podrat müqaviləsi bağlanmış, şifarişçi M.M.Səfərov bu məqsədlə podratçı "xxxx" MTK-ya 9000 manat ödəmiş, sonuncu isə öz öhdəliklərini lazımı qaydada icra etməmişdir. "xxxx" MTK şifahi qaydada razılaşdığı podrat müqaviləsi üzrə öhdəliklərini icra etməsini, sifarişçinin isə ona gördüyü işlərin dəyərini ödəmədiyini iddia etsə də, nəzərdə tutulan işləri icra etməsinə, icra etdiyi işlərin nəticəsini sifarişçiyə təqdim etməsinə, icra etdiyi işlərin dəyərinin müəyyən edilməsinə, sifarişçinin işin nəticəsini qəbul edərək ona razılaşdırılmış muzdu ona ödəməməsinə dair mötəbər, təkzib olunmaz sübutları məhkəməyə təqdim e də bilməmişdir

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442, 752.1, 759.1, 762.1, 765-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən "xxxx" MTK qarşılıqlı iddianın məzmununa uyğun apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə sübutlara obyektiv qiymət verməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)4619/2021 saylı qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(001)-232/2021 nömrəli qətnaməsi qismən, yəni İddiaçı ilkin iddiasının təmin olunmuş hissəsində ləğv edilmiş, "xxxx" MTKdan 4464 manat pulun tutulmasına dair İddiaçı ilkin iddiası rədd edilmiş, ilkin iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilmiş, iş üzrə ekspertiza xərci olan 100 manat tərəflər arasında bərabər bölüşdürülmüş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan ilkin iddianı təmin edərək "xxxx" MTK-dan 4464 manat pulun tutulmasını qət etməklə səhv nəticəyə gəlmişdir. Birinci instansi ya məhkəməsi işə baxarkən İddiaçı ilkin iddia tələblərinə münasibətdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir. Bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2 və 385.1.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddiaya aid hissədə ləğv edilməsi üçün birbaşa əsasdır.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər mənzilin təmiri ilə bağlı aralarındakı münasibətləri və razılaşmanı yazılı müqavilə şəklində rəsmiləşdirməmişlər, onlar arasında mövcud olmuş şifahi razılaşmanın şərtləri konkret müəyyən olunmamış və tərəflər iddia tələblərində istinad etdikləri hallarla bağlı mötəbər sübutlar təqdim etməmişlər.

14. Məhkəmə daha sonra bildirmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi mənzilin təmirində iştirak etmiş iki nəfər işçinin məlumatlarına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin iki nəfər şahid qismində məhkəmə iclasına dəvət olunub izahatları alınmamış və apellyasiya baxışı zamanı həmin şəxslərin şahid qismində cəlb olunmaları məhkəmə kollegiyası tərəfindən ilkin iddiaçıya təklif olunmasına və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, ilkin İddiaçı həmin şəxslərin məhkəmə iclasında şahid qismində iştiraklarını təşkil etməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 80 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd olunmasına aid hissədə ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti əsaslandırılarkən iddia ərizəsində sadalanan hallar təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsini, Mülki Məcəllənin 329, 406-407-ci, 752-753cü maddələrini baxılan işə düzgün tətbiq etməmişdir. Məhkəmə qətnamədə tərəflər arasında yazılı müqavilə bağlanmadığna istinad etsə də, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən yazılı m üqavilə bağlanması öhdəliyinin icraçıya aid olduğunu, o cümlədən Mülki Məcəllənin 329, 385 və 406-407-ci maddələri baxımından qanunla podrat müqaviləsinin yazılı formasının məcburi olmadığını və şifahi bağlanmasının mümkünlüyünü nəzərə almamışdır. Qətnamədə istinad olunan 9000 manat pulun kassa mədaxil orderlərində təmir üçün ödənildiyinin qeyd olunması, tərəflərin arasında muzd barədə razılaşma olduğunu təsdiq edir. Məhkəmə işin hallarına qeyd olunan hüquq normaları əsasında hüquqi qiymət verməli, tərəflərdən hansının öhdəliklərini yerinə yetirdiyini araşdırmalı idi. Məhkəmə onun tərəfindən mənzilin təmiri üçün 11-12 min manatlıq materialların alındığına dair qaimələri nəzərə almamış, təmir işləri ilə məşğul olmuş işçilərin şahid kimi dəvət olunmasını təklif etmişdir. Lakin məhkəmənin b u mövqeyi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə ziddir. Çünki işlərin icrası ilə əlaqədar tərəflər arasında mövcud olmuş müqavilə münasibətləri və öhdəliklərin icrası şahid ifadələri ilə sübut edilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən iş ə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

22. Prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhk əməsi aktının ilkin iddianın rədd olunmasına aid hissədə ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq 25.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. M üqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə

753. Muzd barəsində razılaşma 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, o nda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən v ə ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə

764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə

767. İşin podratçının materialları ilə icra edilməsi 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. 767.2. Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların pros essual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vah idliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi, tərəflərin mənzilin təmir edilməsi ilə bağlı razılaşması, buna görə iddiaçının cavabdehə 9000 manat pul ödəməsi işin mübahisəsiz halıdır.

29. Tərəflərin arasında olan bu münasibətlər podrat münasibətləri (Mülki Məcəllənin 752-776-cı maddələri), aralarında olan razılaşma isə podrat müqaviləsidir (Mülki Məcəllənin 389, 752-ci maddələri). Buna görə də baxılan iddia podrat hüquq münasibətlərini tənzimləyən müddəalar əsasında həll olunmalıdır.

30. İddiaçı onun mənzilinin lazımi keyfiyyətdə olmayan materiallarla təmir edildiyini görüb, müəyyən vaxtdan sonra materialların özü tərəfindən alındığını bildirir və buna əsasən, ödəmiş olduğu pulun bir hissəsinin geri qaytarılmasını tələb edir.

31. Mülki Məcəllənin 759, 762, 764 və 767-ci maddələrinin təhlili podrat münasibətlərində bu qaydanı ehtiva edir ki, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina etmək hüququna malikdir. Əgər sifa rişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

32. Podratçı podratın nəticəsini qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad vəziyyətdə icra etməyə borcludur. Podratın nəticəsinin qüsurlardan azad olması dedikdə, podratın nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlməsi başa düşülür. Əgər tərəflərin arasında keyfiyyət şərtləşdirilməmişdirsə, podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (Mülki Məcəllənin 762.1 və 762.2-ci maddələri).

33. Bu baxımdan iddiaçının podratçı tərəfindən lazımi keyfiyyətdə olmayan materiallardan istifadə etməsi, bunun nəticəsində görülmüş işlərin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlməməsi yaxud adi istifadə üçün yararlı olmaması sübut edilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi də məhz bu əsasla araşdırma apararaq qeyd etmişdir ki, tərəflər mənzilin təmiri ilə bağlı aralarındakı münasibətləri və razılaşmanı yazılı müqavilə şəklində rəsmiləşdirməmişlər, onlar arasında mövcud olmuş şifahi razılaşmanın şərtləri konkret müəyyən olunmamış və tərəflər iddia tələblərində istinad etdikləri hallarla bağlı mötəbər sübutlar təqdim etməmişlər.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi mənzilin təmirində iştirak etmiş iki nəfər işçinin məlumatlarına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin iki nəfər şahid qismində məhkəmə iclasına dəvət olunmayaraq izahatları alınmamış və apellyasiya baxışı zamanı həmin şəxslərin şahid qismində cəlb olunmaları məhkəmə kollegiyası tərəfindən ilkin iddiaçıya təklif olunmasına və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, ilkin İddiaçı həmin şəxslərin məhkəmə iclasında şahid qismində iştiraklarını təşkil etməmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Çünki işin düzgün həlli üçün sifarişçinin öz hesabına materiallar almağa başlayanadək podratçı tərəfindən görülən işlərin həcmi, həmin vaxta kimi görülmüş işlərin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlməməsi yaxud adi istifadə üçün yararlı olmaması sübut mötəbər sübutlarla təsdiq olun malıdır. Lakin bu cür sübutlar təqdim olunmamışdır.

37. Bundan başqa, podratın nəticələri üzrə qüsurların sifarişçi tərəfindən düzəldilməsinin əsasları və hüquqi nəticələri Mülki Məcəllənin 764-cü maddəsi ilə müəyyən olunmuşdur. Həmin normaya görə podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

38. Bu normanın şərtlərindən göründüyü kimi, sifarişçinin qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini tələb edə bilməsi üçün podratçının əlavə icra üçün müəyyənləşdirilmiş müddətin nəticəsiz qurtarması vacibdir. Bu şərt onu ehtiva edir ki, iddiaçı qüsur barədə cavabdehə məlumat verməli, qüsurun aradan qald ırılması üçün müddət təyin etməli, cavabdeh bununla bağlı hərəkətsizlik etdikdə öz hesabına qüsuru aradan qaldırmaqla çəkdiyi xərclərin əvəzini tələb etməlidir. Lakin iş materialları ilə iddiaçının təmir üçün istifadə olunan materialların lazımi keyfiyyətdə olmaması ilə bağlı podratçıya irad tutması, bu nöqsanın aradan qaldırılmasını tələb etməsi və vaxt verməsi müəyyən olunmur.

39. İşin bu halları mövcud olduğu təqdirdə, kassasiya şikayətində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsinə istinadla irəli sürülmüş dəlilin araşdırılmsına zərurət qalmır.

40. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsəl ənin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)4619/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar