Məhkəmə qərarları › İş №2(102)-2834/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2834/2022

06.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2834/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə vurulmuş zərərə görə məsuliyyət, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(103)9354/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesi, döngə 7 ünvanında yerləşən bir otaqlı yaşayış evi 2015-ci ildən İddiaçı faktiki istifadəsindədir. 2. 2019-cu ilin mart ayında həmin fərdi yaşayış evinin yerləşdiyi ərazidə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində çirkab suları axıdılan açıq kanalın əvəzinə d=200 mm, l=30 p/m ölçülü boru vasitəsilə yeni kanalizasiya xətti çəkilmiş və 2 ədəd baxış quyusu tikilmişdir. Görülmüş tədbirlər nəticəsində tikilidən 5-6 metr məsafədən keçən D+1m olan metal boru xətti mexanizm vasitəsi ilə qazılaraq kəsilib çıxarılmışdır. Bunun nəticəsində həmin sahədə torpaq sahəsi çökməyə başlamış və iddiaçının istifadəsində olan evə zərə r dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəymiş maddi ziyana görə 15000 manat pul vəsaitinin və ödədiyi 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 2015-ci ildə aldığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin aşağı hissəsində istifadə edilməyən su borusu olmuş və 2019-cu ilin mart ayında bu su borusu Cavabdeh ASC-nin əməkdaşları tərəfindən kəsilə rək götürülmüş, nəticədə kanalizasiya xətti yararsız hala düşmüş, evin aşağı hissəsində torpaq sahəsi çökməyə başlamışdır. Bu səbəbdən fərdi yaşayış evinin qırmızı kərpicdən olan hissələrində, ümumiyyətlə hər bir tərəfində çatlar yaranmış, fərdi yaşayış evi qəzalı vəziyyətə və yaşayış üçün yararsız hala düşmüşdür. İddiaçı bu barədə dəfələrlə Cavabdeh ASC-yə müraciət edərək, evin tikilib əvvəlki vəziyyətinə bərpa edilməsini xahiş etsə də, nəticəsiz qalmışdır. Onun müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Agentliyi tərəfindən əraziyə baxış keçirilmiş və verilmiş cavabda müraciətdə qeyd edilənlərin təsdiqini tapması göstərilmişdir. İddiaçının 40 yaşında bir xəstə oğlu vardır, özü yaşlıdır, aldığı pensiyadan başqa heç bir gəliri yoxdur və bu fərdi yaşayış evi onların yeganə yaşayış yer idir.

5. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 11 mart 2021-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mühəndisi M.Nəbiyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: tikilidən 5-6 metr məsafədən keçən D+1m olan metal boru xəttinin mexanizm vasitəsi ilə qazılaraq kəsilib çıxarılması tikilidə fasadların yaranmasına səbəb olmuşdur. İddiaçının qonşularının dediklərinə görə D-1 metr olan su borusunun ərazidən Cavabdeh ASC-nin işçiləri kəsib aparmış və torpağın qazılması qrunt strukturunun (boşalmasına) dəyişməsinə səbəb olmuşdur.

6. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 27 may 2021-ci il tarixli rəyin ə əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin bərpa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi mümkündür. Bakı şəhəri, Binəqədi rayonu Binəqədi-Xırdalan şosesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin təmir-bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 7128 manat məbləğində müəyyən olunur.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(004)335/2021 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia qismən təmin edilmiş, Cavabdeh ASC-dən dəymiş maddi ziyanın əvəzi olaraq 7128 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilm əsi, dövlət rüsumunun kəsiri 20 manatının 75%-nin, yəni 15 manatının iddiaçıdan, digər 25%-nin, yəni 5 manat məbləğində pul vəsaitinin isə Cavabdeh ASC-dən tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin 50%-nin, yəni 50 manatının iddiaçıdan, digər 50%-nin, yəni 50 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, cavabdehin gördüyü işlər nəticəsində iddiaçının evinə birbaşa ziyan vurulması iş materialları ilə təsdiq olunduğundan iddiaçı dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(004)-335/2021 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(103)-9354/2021 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(004)-335/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamış və göstərmişdir ki, apellyasiya şikayətində cavabdeh təşkilat tərəfindən qeyd olunan ünvanda heç bir qazıntı işlərinin aparılmadığı və sözügedən evə hər hansı bir ziyan vurulmadığı, sözügedən fərdi yaşayış sahəsinin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi göstərilsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edilməmişdir.

12. Həmçinin cavabdeh apellyasiya şikayətində iddiaçı evinə dəymiş ziyanın məhz sözügedən borunun çıxarılmasından sonra yaranmasını sübut etmədiyini və evi 6000 manata aldığını qeyd etsə də, evin təmir olunması üçün 7128 manat məbləğin tutulmasının düzgün olmadığını bildirməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, c avabdeh təşkilatın gördüyü işlər nəticəsində iddiaçının fərdi yaşayış evinə ziyan dəyməsi, ekspert rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır.

13. Bundan başqa, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozması qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etiraz əsaslandırılmamış, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. Cavabdeh ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(103)-9354/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi bar ədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Mülki Məcəllənin 1096.1, 1096.2-ci maddələri pozulmuşdur.

16. Belə ki, iddiaçıya məxsus tökmə torpaq üzərində inşa edilmiş (Vulkan dağının ətəyində) yaşayış evi Cavabdeh ASC-nin balansında olan diametri 1420 mm olan yerüstü iki paralel xəttin arasında (7-8 m intervalla) yerləşir. Cavabdeh ASC-nin əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilə n material qiymətlərinin satışı üzrə Qaydalar”ının tələbinə əsasən, yerin üzərində yerləşən həmin xətlərdən birini istehsalat zərurəti ilə əlaqədar sökərkən qeyd olunan ünvanda heç bir qazıntı işləri aparmamış və sözügedən evə hər hansı bir ziyan vurmamışlar. İnşa edilmiş tikili nəticəsində iddiaçı tərəfindən qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Qanunun, Torpaq Məcəlləsinin, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun, “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Ekspert rəyindən də göründüyü kimi, sözügedən tikili ilə boru arasındakı məsafə 7-8 metr təşkil edir. Bu da öz növbəsində yaşayış sahəsinin sanitar-mühafizə zonasında qanunsuz olaraq tikildiyini təsdiq edir. Digər tərəfdən, sözügedən fərdi yaşayış sahəsi tikinti norma və qaydalarına uyğun inşa edilməmişdir. Tikinti bir kiçik vaqondan və ona bitişik ölçüləri 5,4 m x 6 m olan boşluqlu kərpicdən inşa olunmuş bir otaqdan ibarət olmaqla Vulkan dağının ətəyində tökmə torpaq üzərində tikilmişdir. Bu cür inşa edilmiş tikilinin yağıntılar nəticəsində belə çökməsi mümkündür. Bundan başqa, 27 may 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, fərdi yaşayış evində həm rütubətin və nəmişliyin, həm də çatların aradan qaldırılması, evin tam təmir-bərpası yolu ilə mümkün ola bilər. Evin nəmişliyinin və rütubətinin yaranmasının borunun çıxarılması ilə nə kimi əlaqəsinin olması anlaşılan deyildir. Həmçinin, öncədən də təmirsiz vəziyyə tdə olmuş evin tam təmir olunması öhdəliyinin cavabdeh qarşısında qoyulması əsaslı deyildir. Digər tərəfdən, iddiaçı məhkəmə iclasında dəfələrlə ona məxsus evi 6000 manata aldığını qeyd etmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən bu faktı nəzərə almamış, evin təmir olunması üçün 7128 manat məbləğin tutulmasını qət etmişdir.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qi ymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini cavabdeh verdiyindən iddianın təmin edilmiş hissəsini mübahisələndirdiklərindən, apellyasiya instans iyası məhkəməsinin baxış predmetini yalnız iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən eyni dəlillərə tam mübahisələndirdiyindən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya ç əkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşı yır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəm iyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəb ul edilməsi göstərilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublik asının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəl i gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

25. Qeyd olunmalıdır ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələri təş kil edir. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr cavabdeh təşkilatın hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmasını müəyyən edərək, vurulmuş zərərin əvəzinin tutulmasını qət etmişlər.

26. Lakin Mülki Məcəllənin 1096.1-ci maddəsinin dispozisiyasında mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

27. Cavabdeh həm birinci instansiya məhkəməsində verdiyi yazılı etirazında, həm də apellyasiya şikayətində iddiaçıya zərər vurulması ilə nəticələnən iddia olunan hərəkətin, yəni köhnə metal borunun sökülməsinin qanunsuz olmamasını, ərazidə yeni kanalizasiya xəttinin çəkilməsini, iddiaçının evinin isə özbaşına tikili olmaqla, cavabdehin balansında olan borunun üzərində və mühafizə zonasında inşa olunmasını göstərsə də, məhkəmələr həmin istiqamətdə ümumiyyətlə ar aşdırma aparmamışlar. Halbuki, deliktə görə məsuliyyətin yaranması üçün belə məsuliyyətə cəlb edilən şəxsin hərəkətinin qanunsuz olmasının müəyyən edilməsi zərəruridir.

28. Apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlili üzrə yalnız göstərmişdir ki, apellyator fərdi yaşayış sahəsinin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyinə dair sübutları təqdim etməmişdir.

29. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının istifadəsində olan evin özbaşına tikili olması, yəni müvafiq icazələr alınmadan inşa olunması işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdehin göstərdiyi həmin dəlil, yəni iddiaçının zərərə uğradığı yaşayış sahəsinin cavabdeh təşkilatın balansında olan su xəttinin üzərində və mühafizə zonasında inşa olunması mü vafiq ekspertiza keçirilməklə müəyyən oluna bilərdi ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iki dəfə məhkəmə tikinti-texniki ekspertizaları təyin olunarkən bununla bağlı müvafiq suallar ekspertin qarşısında qoyulmamışdır. Apellyasiya məhkəməsi özü də, apellyasiya şikayətinin bu dəlilinə uyğun ekspertizanın keçirilməsi məsələsini tərəflərlə müzakirə etməmiş, müvafiq araşdırma aparmamışdır.

30. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iş üzrə alınmış ekspert rəylərini MPM-in 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirməmişdir.

31. Belə ki, ekspertin 11 mart 2021-ci il tarixli rəyində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mühəndisi M.Nəbiyevin tərtib etdiyi mü təxəssis rəyinə istinad olunur ki, həmin mütəxəssis rəyinin necə alınması iş materialları ilə müəyyən olunmur və surəti işdə yoxdur.

32. Ekspertin 27 may 2021-ci il tarixli rəyində isə iddiaçının fərdi yaşayış evinin bərpa olunaraq əvvəlki vəziyyətə gətirilməsi üçün ümumilikdə 7128 manat məbləğində vəsait tələb edildiyi göstərilsə də, rəyin tədqiqat hissəsində evin əvvəlki vəziyyətinin hansı qaydada müəyyən edilməsi qeyd olunmamış və təmir-bərpa işlərinin smeta xərcləri göstərilməmişdir. Belə olan halda, evin tam təmiri üçün zəruri olan vəsaitin cavabdehin üzərinə qoyulmasının səbəbi qeyri-müəyyən qalmışdır.

33. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımda n, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda m əhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

35. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

36. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

37. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olun an halların araşdırılması üçün məhkəmə ekspertizalarının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(103)-9354/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instan siyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar