Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2835/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Zaqatala rayonu Aşağı Tala bələdiyyəsi və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, ötürülmüş prosessual müddətin bərpası haqqında ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1100/2023 nömrəli, 20 iyun 2024-cü il tarixli qər ardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra – iddiaçı) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Zaqatala Rayon Məhkəməsinin 2(033)-71/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Zaqalala rayonu, Aşağı Tala bələdiyyəsinə məxsus 7,74 ha torpaq sahəsi ilə bağlı 53 nömrəli xx.xx.2021-ci il tarixli Mərkəzin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolun etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsi arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-181 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 manat özünə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 50 manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
3. Cavabdeh2 apellyаsiyа şikаyəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-373/2023 saylı, 17 may 2023-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikаyəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
5. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadını ləğv edilərək, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
6. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-2950/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
7. Apellyasiya instansiya məhkəməsinin 2(107)-1100/23 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
8. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir.
9. Kassasiya instansiya məhkəməsinin 2(102)-1247/2024 saylı, 19 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayətinin məzmunu prosessual qanunvericiliyə uyğun olmadığından qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.
10. İddiaçı yenidən kassasiya şikayəti verərək, qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətinin üzrlü səbəbdən ötürdüyündən onun bərpa edilməsini və qətnamənin ləğv edərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Şəki Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 27 mart 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2023-cü il tarixli qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti baxılması üçün işlə birlikdə kassasiya instansiya məhkəməsinə göndərilmişdir.
12. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1862/2024 saylı, 25 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti elektron imza ilə imzalanmadığından qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.
13. Apellyasiya instansiya məhkəməsinin 30 may 2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından geri qaytarılmışdır.
14. İddiaçı (vəkili Vəkil4) yenidən kassasiya şikayəti və ona əlavə edilən vəsatət verərək kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişd ir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elçin Mehdiyev – sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədli) 2(107)-1100/23 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadı ilə iddiaçının ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə kollegiyası iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğunu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin h üquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 135.5, 135.6, 135.8, 408.1.4-cü, “O.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci tarixli Qərarı, “Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkili Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmi şdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə də daha öncə kasasiya şikayəti verilməsi müddəti bərpa edilmişdir. Lakin həmin vaxt müddət bərpa edilməyinə baxmayaraq hazırda müddətin bərpa edilməsindən imtina edilmişdir. Göründüyü kimi hər iki qərardadı müqayisə etdikdə artıq məhkəmədə ikili yanaşmanın yarandığı aydın şəkildə görünür. Beləliklə məhkəmə öz qərardadında MPM-nin 409-cu maddəsinə istinad edərək ərizəni təmin etməli olduğu halda bunu etməmiş və nəticə etibarı ilə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Yəni, işə baxan apellyasiya instansiya məhkəməsi daha öncə eyni qaydada geri qaytarılmış kasasiya şikayəti verilməsi müddətinin bərpa edərək müddətin üzürlü səbəbdən ötürüldüyünü və kassas iya şikayətinin vaxtında verildiyini qeyd etsə də hazırda hansısa səbəbdən mövqeyini tam dəyişərək kassasiya şikayətini vaxtında vermədiyimi qeyd edir.
20. İddiaçı şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 71, 127-ci maddəsinin İİ hissəsinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 217, 409-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədl ərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Məcəllənin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
25. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
26. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötü rülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının eyniməzmunlu ərizəsinin daha əvvəl təmin edilmiş olması hazırkı ərizəsinin də birmənalı şəkildə təmin edilməli olması anlamına gəlmir. Belə ki, ötürülmüş prosessual müddətin bərpasına dair hər bir ərizəyə müstəqil şəkildə baxılaraq onun təmin edilməsi üçün qanuni əsasların olub-olmamasına hüquqi qiymət verilir.
26. İddiaçının ötürülmüş prosessual müddətin bərpasına dair növbəti ərizəsinə baxan apellyasiya məhkəməsi onun dəlillərini müddətin bərpası üçün əsaslı və üzrlü səbəb saymamışdır. Məhkəmə, müddətin ötürülməsinin cavabdehin iradəsindən asılı olmayan, onun tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.
27. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları araşdırılmış, iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kolle giyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə mə sələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
30. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1100/2023 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən s