Məhkəmə qərarları › İş №2(102)-2841/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2841/2024

26.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2841/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, kəsici müddət, vicdanlılıq, apellyasiya baxışının hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respubl ikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-462/2024 nömrəli, 2024-cü il 8 aprel tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN-625 KOD 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında iddiaçılar və onların mərhum ailə üzvləri olan X8 birgə mülkiyyətinə Quba şəhərində 0.80 ha torpaq sahəsi verilmişdir.

2. Quba rayon notariat kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə-632 və 4ə-383 reyestr nömr əli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi iddiaçılar tərəfindən Cavabdeh2 satılmış və xx.xx.2019-cu il tarixdə sonuncunun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. (müqavilənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti iş materiallarında mövcud deyildir).

3. X17 xx.xx.2020-ci il tarixdə ölmüşdür. 4. xx.xx.2022-ci il tarixli, 4Ə-1312 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mübahisəli torpaq sahəsini 4000 manata X2, hazırda sonuncunun mülkiyyətindədir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi xx.xx.2022-ci il tarixli məktubla iddiaçılara bildirmişdir ki, xx.xx.2002-ci il tarixli, 4Ə-632 və 4ə-383 reyestr nömrəli alqı-satqı müqavilələri və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar məhkəməyə müraciət edərək, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Torpağa Mülkiyyət Hüququna Dair JN-625 KOD 30301004 saylı Dövlət aktı ilə onlara və mərhum ailə üzvləri olan X12 məxsus olan 0,80 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətlərində olan torpaq sahəsinə dair sənədin dublikatını əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Vəkil sorğusuna verilən cavabda həmin torpaq sahəsinin Quba rayon Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4ə-383 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilməsi qeyd olunmuşdur. Halbuki alğı-satqı müqaviləsi barədə halhazıradək məlumatı olmamışdır. Daha sonra onlar qeyd edilən 15 sentyabr 2002-ci il tarixli, 4-632 və 4ə-383 reyestr nömrəli alğı-satqı müqaviləsinin surətinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etmişlər və həmin qurumdan onlar Quba dövlət notariat ofisi tərəfindən həmin saylı müqavilənin arxivə təhvil verilmədiyi cavabı verilmişdir. Yuxarıda qeyd etdiklərində n göründüyü kimi cavabdeh Reyhan Ağakişiyeva onların xəbəri və məlumatı olmadan onlara məxsus olan torpaq sahəsinin hansısa yollarla rəsmiləşdirmiş, digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də Cavabdeh2 çıxarış vermişdir. Onlar mülkiyyətlərində olan torpaq sahəsini heç kimə satmamışlar. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Onlarla guya Cavabdeh2 arasında bağlandığı iddia edilən və sonucuya hüquq müəyyənedici sənəd kimi çıxarış verilməsinə əsas olan 4ə-reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında cavabdehə verilmiş çıxarış ləğv edilməlidir.

8. Quba Rayon Məhkəməsinin 2(027)-36 8/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Rahim Həsənov).

9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsində imzalar öz əksini tapsa da, müqavilədə həmin imzaların kim tərəfindən imzalanması göstərilməyib. Belə ki, mübahisəli alqı-satqı müqaviləsində satıcıların imzalarının qarşısında ad, soyad və ata adı qeyd edilməmişdir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi Quba rayon Notariat Kontorunun dövlət notariusu X13 tərəfindən təsdiq edilmişdir ki, həmin şəxs müqavilə üzrə alıcı, iş üzrə cavabdeh olan X6 bacısıdır. Bundan başqa, xx.xx.2002-ci il tarixli, 4-ə-383 və 4-Ə-632 reyestr nömrələri ilə təsdiq edi lmiş alqı-satqı müqavilələri və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir.

11. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 13, 29, MM-nin 19, 140, 144.1, 146.8, 149.2 152.1, 157.1, 157.2, 213.1, 213.2, 213.6, 215.5, 337.1, 337.2, 337.3, 337.5, 405.1, 567-ci, “Notariat haqqında” Qanunun 28, 43-cü, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 12.1, 23.1, 23.3-cü maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-in xx.xx.2000ci il tarixli, 05 saylı qərarı ilə iddiaçılara 0.80 ha torpaq sahəsi verilsə də, faktiki olaraq torpaq sahəsi iddiaçıların istifadəsində, sahibliyində olmamışdır. Torpaq sahəsi Quba rayon AİK tərəfindən qərar qəbul olunduğu tarixədək və qərar qəbul olunduğu tarixdən sonrakı müddətlərdə cavabdehin sahibliyində, istifadəsində və sonradan mülkiyyətində olmuşdur. Torpaq sahəsindən 2010-cu ilədək Cavabdeh2 taxıl əkini sahəsi kimi istifadə etmiş, 2010-cu ildən sonra Quba rayonu, Caqacuq Çay kənd sakini X14 icarəyə verilmişdir. Hazırda torpaq sahəsi icarə əsasında həmin şəxsin istifadəsindədir. İddiaçılar torpaq sahəsindən heç vaxt istifadə etmədiklərindən, torpaq sahəsinə sahiblik etmədiklərindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etməmişlər. Mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-368/2023 №-li qətnaməsində göstərildiyi kimi cavabdeh işə məhkəmədə baxılmasında iştirak etməmişdir. Mülki işə məhkəmədə baxılmasında iştirak etmədiyindən iddia tələbinə dair münasibətlərini bildirmək imkanları olmamışdır. İşin faktiki halı ondan ibarətdir ki, Quba şəhəri ərazisində 0.80 ha torpaq sahəsi də daxil olmaqla 20 ha torpaq sahəsi Quba rayon X16 tərəfindən1998-ci il tarixdə X9 icarəyə verilmişdir. M.Quliyeva həmin tarixdən torpaq sahəsindən istifadə etmişdir. Həmin ərazidə olan torpaq sahələri AİK tərəfindən əhaliyə pay torpağı kimi verilərkən AİKnın qərarları ilə müxtəlif şəxslərin adlarına qərarla verilmiş olsa da, faktiki olaraq torpaq sahəsi həmin şəxslərin istifadəsində, sahibliyində olmamış, əvvəldən bağlanmış icarə müqaviləsi əsasında Mehr iban Quliyevanın istifadəsində və sahibliyində olmuşdur. Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə torpaq sahəsinə hüquqları müəyyən olunmuş iddiaçılar alqı-satqı müqaviləsi ilə torpaq sahəsini özgəninkiləşdirmiş və cavabdeh torpaq sahəsini almışdır. X18 04 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsi ilə Cavabdeh2 torpaq sahəsini almışdır. Quba Rayon Məhkəməsi tərəfindən mülki iş üzrə işin halları tam, hərətəfli və obyektiv araşdırılmadan qətnamə qəbul edilmişdir. Belə ki, torpaq sahəsinin icarə hüququ ilə 1998-ci ildən X7 istifadəsində olması, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli qərarı ilə həmin 0,80 ha torpaq sahəsinin X19, X20 və X10 və mərhum X5 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilməsinə baxmayaraq hazırkı müddətəd ək torpaq sahəsindən həmin şəxslərin heç vaxt istifadə etmədikləri, 2000-ci ildən ötən müddət ərzində torpaq sahəsindən istifadə etməmələrinin səbəbləri araşdırılmamışdır. İddia təmin edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsız hesab edilməsinə, iddia müddətləri, müqavilənin ləğv edilməsinə və reyestrin məzmununun qeyri-dəqiqliyi, məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasına dair tələblərinə əməl edilməmişdir. 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsinin satıcılar tərəfindən imzalanmaması məhkəmə tərəfindən faktiki olaraq araşdırılmadan qətnamə qəbul edilmişdir. Məhkəmənin 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsində imzaların öz əksini tapması, həmin imzaların kim tərəfindən imzalanma sını göstərməsi xüsusi biliyə malik ekspert tərəfindən araşdırılmamışdır. Alqı-satqı müqaviləsində satıcıların imzalarının qarşısında ad, soyad və ata adının qeyd edilməməməsi alıcının və mülki iş üzrə cavabdehin təqsirli hərəkətlərindən baş vermiş hal kimi qiymətləndirilə bilməz. Alqı-satqı müqaviləsinin Quba rayon Notariat Kontorunun dövlət notariusu Mehriban Quliyeva tərəfindən təsdiq edilməsi, həmin şəxsin müqavilə üzrə alıcı, iş üzrə cavabdehin bacısı olması müqavilənin ləğv edilməsi üçün əsas ola bilməz. Daşınmaz əmlakların alqı-satqı müqaviləsi əmlakın olduğu yer üzrə notariat kontorları və notariuslar tərəfindən təsdiq edilməlidir. Əmlakın alqı-satqısına dair 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 və 4-Ə-632 reyestr nömrələri ilə təsdiq edilmiş alqı-satqı müqavilələrinin və onları n qeydə alındığı reyestr kitabının arxivə təhvil verilməmə əsasları məhkəmə tərəfindən araşdırılmadan cavabdehin təqsiri kimi qiymətləndirilməsi əsassız və qanunsuzdur. Həmin halın iddiaçının mənafeyinə uyğun və cavabdehin mənafeyinə zidd sübut kimi qiymətləndirilməsi əsassızdır. Həmçinin Quba Rayon Məhkəməsi tərəfindən mülki iş üzrə məhkəməxətşünaslıq ekspertizasının aparılması və rəy alınması üçün prossesual hərəkətlər aparılmadan müqavilədə olan imzaların iddiaçılara aid olmaması nəticəsinə gəlməsi qanuna ziddir. Mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy alınması zəruridir. Quba Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 tərəfindən 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə ödənilmiş pul vəsaitinin kim tərəfindən cavabdehə qaytarılması həll edilməmişdir. Alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi halda tərəf müqavilə ilə verdiyini geri almalıdır. 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 torpaq sahəsini almış, torpaq sahəsindən istifadə etmiş və torpaq sahəsinə sahiblik etmişdir. Torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlandığı 15 sentyabr 2002-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.3-cü maddəsi ilə müəyyən olmuşdur ki, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilə bilmədikdə(vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəf indən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun.

14. Apellyasiya instansiyası məhkəməsində iştirak edən İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinin əsassız hesab edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-462/2024 nömrəli iş üzrə 2024-cü il 8 aprel tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. (hakimlər İlqar Dəmirov – sədrlik edən və məruzəçi, Fuad Məmmədov, Lalə Rəhimli)

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X19 izahatında torpağın bacısı X8 adında olması və torpaqla bacısının maraqlanmasını göstərmişdir. Həmçinin bildirmişdir ki, bacısı X17 2020-ci ildə rəhmətə getmiş və övladları da olmadığından Torpağa Mülkiyyət Hüququna Dair JN-625 KOD30301004 saylı Dövlət Aktının harada olması barədə məlumatı yoxdur.

17. Məhkəmə kollegiyası tərəfindən Torpağa Mülkiyyət Hüququna Dair JN-625 KOD30301004 saylı Dövlət Aktının əslinin iddiaçılarda hansı səbəbdən olmaması bildirilmiş, bununla əlaqədar iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddiaçı X15 bacısı mərhum X1 Cavabdeh2 ilə münasibətlərinin olduğunu və Dövlət Aktının əslinin bu səbəbdən cavabdehə verilə bilməsini qeyd etmişdir.

18. Məhkəmə kollegiyası MPM-in 354.2-ci maddəsində n əzərdə tutulan 1 illik kəsici müddəti tətbiq edərək göstərmişdir ki, hazırkı iş üzrə iddiaçılar mübahisələndirilən xx.xx.2002-ci il tarixli, 4ə-632 və 4ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia tələbi üzrə birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixində müraciət etmişlər. Beləliklə, iddiaçılar əqdin etibarsızlığı ilə bağlı bəlli olan halın onlara çoxdan (ən azından X8 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi vaxtdan) məlum olmasına baxmayaraq onu bir il ərzində mübahisələndirməmiş, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda qeyd olunan bir illik kəsici müddəti ötürmüşlər. Buna görə də birinci instansiya məhkəməsi müqavilənin etibarsız hesab edilməsi ilə bağlı nəticəyə gələrkən iddiaçılar tərəfindən məhkəməyə müraciət etmək ü çün qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyünü nəzərə almamışdır.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının bacısı X17 xx.xx.2020-ci ildə vəfat etmişdir. Lakin iddiaçılar həmin torpaq sahəsindən kimin faktiki istifadə etməsi ilə əlaqədar maraqlanmamış, həmin torpaq sahəsindən uzun müddət ərzində hər hansı gəlir götürülməsi, torpaq vergisi ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər.

20. Məhkəmə kollegiyası torpaq sahəsinin X3 və mülkiyyətində olması ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 mübahisə edilən 0.80 ha torpaq sahəsini almış X18 alqı-satqı müqaviləsinin legitimliyi barəsində onda şübhə yaranmadığından vicdanlı alıcı kimi nəzərdən keçirilməlidir. Bu səbəbdən də, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə çıxarışın ləğv edilməs inə heç bir əsas yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 152.11, 354.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli qərarına, «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiy a şikayətinin dəlilləri

22. İddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlillərinə görə, mübahisələndirilən müqaviləni imzalamamış, cavabdehlə ona torpaq satmaq barədə, həmçinin müqavilənin mühüm şərtləri barədə heç bir razılığa gəlməmiş, torpaq sahəsini cavabdehin mülkiyyətinə verməmiş, torpaq sahəsinin əvəzində hər hansı pul məbləğini almamışlar. Belə olan halda iddia tələbinin təmin edilməməsi ilə MM-in 337.1, 405.1, 567-ci maddələrinin tələbləri pozulmuşdur. 24. “Notariat haqqında” Azərbaycan RespublikasıQanununun 28-ci maddəsinin tələbləri pozulmaqla aparılmış notariat hərəkətləri etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır. Hazırkı işə baxılarkən qanunun bu tələbi də pozulmuşdur.

25. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsində belə bir qətnamə qəbul edilməsi nəticəsində, mülkiyyət hüququna əsasən onlara məxsus olan torpaq sahəsindən məhrum olmuşlar, cavabdeh isə heç bir qanuni əsas olmadan torpaq sahəsinə çıxarış almışdır.

26. İş materiallarında olan sübutlara obyektiv qiymət verilməmişdir. Alqı-satqı müqaviləsində imzaların iddiaçılara məxsus olmasına dair heç bir sübut olmadığı halda belə bir qətnamə qəbul edilmişdir. Eyni zamanda apellyasiya məhkəməsində işə baxılarkən 2004-cü il tarixli müqavilə də cavabdeh tərəfindən təqdim edilmişdir ki, bu da alqı-satqı müqaviləsinin ziddiyyətli olduğunu göstərir.

27. Cavabdeh qeyd edir ki, guya həmin torpaq sahəsi heç vaxt onların mülkiyyətimizdə və istifad ələrində olmamışdır. Daha sonra isə bildirir ki, mübahisəli torpaq sahəsini onlardan Quba rayon Dövlət notariat kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-ə383 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında almışdır. Daha sonra isə məhkəməyə daha bir alqı-satqı müqaviləsi təqdim edərək əslində torpaq sahəsini 2004-cü il tarixində aldığını bildirmişdir. Halbuki bu alqı-satqı müqavilələrinin heç biri onlar tərəfindən imzalanmamışdır, belə bir müqavilələrdən məlumatları yoxdur. Həmin torpaq sahəsi yerləşən ərazi dəmyə əkin sahəsidir. Bütün mülkiyyətçilər kimi onlar da öz torpaq sahələrindən istədikləri kimi, istədikləri vaxt istifadə etmişlər. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məc əllə:

29. Maddə 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

33. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı i lə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Plenum Qərarı: 35. “...Mülki Məcəllənin 354.2-ci mad dəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qə dər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.

36. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndir mənin mümkün olduğu müəyyən edilmişdir.

37. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

38. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənl əşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

39. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur...”

40. Bənd

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığ ının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 2022-ci il 14 iyun tarixli qərardadı:

41. Bənd

18. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.

42. Bənd

19. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.

43. Bənd

20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüqu q qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).

44. Bənd

21. Əqdi bağlayan şəxsin iradəsi zədələndikdə isə belə əqdlər mübahisə edilən əqdlər sayılır. İradənin zədələnməsinə səbəb olan əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1 - 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin qərarında tərəfin iradə ifadəsinin hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində zədələnmiş olduğu hallarda əqdlərin mübahisələndirilməklə etibarsız hala gəldiyi qeyd edilmiş və bununla da mübahisə edilən əqdlərin dairəsi göstərilmişdir. Bu növ etibarsız əqdləri digər etibarsızlıq hallarından fərqləndirən mühüm xüsusiyyət odur ki, iradəsi zədələnmiş şəxs əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə qanunda nəzərdə tutulan müddətlərdə (Mülki Məcəllə, maddə 354.2) əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Başqa sözlə, bu halda iradə qüsurlu olsa belə, hüquqi baxımdan tanınan etibarlılıq, mübahisələndirmə ilə pozulmuş olur (pozula bilən etibarlılıq). Mübahisələndirmə isə geriyə şamil olunaraq əqdin bağlandığı andan etibarsız sayılmasını təmin edir.

45. Bənd

22. Məhkəmə təcrübəsində bəzi hallarda “əqdi mübahisələndirmək” ifadəsi, “əqdin etibarsız sayılmasına dair iddia qaldırmaq” kimi başa düşülür. Prosessual anlamda bu, yanlış olmasa da, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) əqdi mübahisələndirmək məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəb büsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlill ər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Qətnamədən kassasiya şikayəti verən iddiaçılar qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

56. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə iddiaçıların (həmçinin mərhum bacılarının) adından birgə mülkiyyətlərində olan 0,80 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair xx.xx.2002-ci il tarixli müqavilələr bağlanmış, həmin müqavilələr əsasında xx.xx.2019-cu il tarixdə sonuncunun adına mülkiyyət hüquqlarına dair reyestr qeydi aparılmışdır. xx.xx.2022-ci ildə torpaq sahəsi Cavabdeh2 tərəfindən X4, hazırda onun mülkiyyətindədir. İşin digər mübahisəsiz hallarına görə xx.xx.2002-ci il tarixli müqavilələr alıcının (Cavabdeh2) həmin vaxt notarius olmuş bacısı X13 tərəfindən təsdiq edilmişdir, həmçinin həmin müqavilələr və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir.

57. Hazırda iddiaçılar xx.xx.2002-ci il tarixli müqavilələri və xx.xx.2019-cu il tarixli reyestr qeydini mübahisələndirmişlər. İddiaçılar iddia edirlər ki, torpaq sahəsini heç kəsə satmamışlar, alqı-satqı müqavilələrindən xəbərləri olmamış, bacıları Həqiqət Məmmədova vəfat etdikdən sonra torpağı sənədləşdirmək istəyərkən müqavilələrdən xəbər tutmuşlar.

58. Birinci instansiya məhkəməsi id dianı təmin etsə də, apellyasiya instansiyası məhkəməsi mübahisəyə MM-nin 354.2-ci maddəsində nəzərdə tutulan 1 illik kəsici müddəti tətbiq edərək iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, Rəhman Hacıyev alqı-satqı müqaviləsinin legitimliyi barədə onda şübhə yaranmadığından vicdanlı alıcı kimi nəzərdən keçirilməlidir.

59. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıdakı mövqeyi ilə razılaşmayaraq bildirir ki, qətnamə maddi və prosessual pozuntu ilə qəbul edilməklə düzgün nəticəyə gəlinməmişdir.

60. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə MM-in 354.2-ci maddəsində nəzərdə tutulan kəsici müddəti tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, MM-in 354.2-ci maddəsi etibarsızlığın növlər indən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur.

61. Əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) “əqdi mübahisələndirmək” məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən ) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir. Odur ki, əqdin tərəfi yalnız bu hallara istinad edərək Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddətlərdə məhkəmədə iddia qaldırdıqda əqdi mübahisələndirmiş sayılır. (Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 2022-ci il 14 iyun tarixli Qərardadı)

62. Mübahisə edilən əqdlərdə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (haki miyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s).

63. Hazırkı mübahisədə isə iddiaçılar iradə ifadəsinin zədələnməsinə (Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş hallara) istinad etməmiş, əksinə, ümumiyyətlə iradə ifadələrinin olmadığını göstərmişlər. Başqa sözlə, iddiaçılar əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğuna - müqavilənin onlar tərəfindən imzalanmadığına, belə bir müqaviləni ümumiyyətlə bağlamadıqlarına, torpaq sahəsini heç kəsə satmadıqlarına istinad etmişlər ki, bu da iddianın əsasının əhəmiyyətsiz əqdlərlə bağlı olduğunun göstəricisidir.

64. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özüözlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).

65. Qeyd edilməlidir ki, hazırkı iş üzrə etibarsızlıq Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş hallara deyil, digər növlərə aid olduğundan iddiaya hansısa müddət şamil olunmamalıdır, Mülki Məcəllənin 354.1-ci maddəsindəki iddia müddətinin mülkiyyətin müdafiəsinə dair iddialara deyil, yalnız etibarsız əqd üzrə əmələ gələn əsassız varlanma tələblərinə, özü də cavabdehin ərizəsi əsasında tətbiq edildiyi diqqətdə saxlanılmalıdır.

66. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfində n MPM-in 57-ci maddəsinin tələbləri pozulmuş, mübahisəli torpaq sahəsinin hazırda Rəhman Hacıyevin mülkiyyətində olması işin mübahisəsiz halı olduğu halda, həmçinin birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qətnaməsi sonuncunun hüquq və mənafelərinə toxunduğu halda, sözügedən şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməmiş və onun iştirakı olmadan icraat aparılmışdır.

67. Apellyasiya instansiya məhkəməsi prosessual pozuntulara yol verilməsinə davam edərək üçüncü şəxs qismində cəlb etmədiyi Rəhman Hacıyevi vicdanlı əldə edən qismində tanımış və bu səbəbdən də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə çıxarışın ləğv edilməsinə heç bir əsas görməmişdir. Bununla da MPM-in 372-ci maddəsinin tələbləri pozulmu şdur, çünki, Rəhman Hacıyevə qarşı tələb ümumiyyətlə mövcud olmamış, torpaq sahəsinin Cavabdeh2 tərəfindən Rəhman Hacıyevə satılması barədə xx.xx.2022-ci il tarixli müqavilə və sonuncunun adına aparılmış reyestr qeydi hazırkı iş üzrə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası apellyasiya baxışının, o cümlədən iddia tələbinin hədlərini aşaraq bu hala qiymət vermişdir. Halbuki, Rəhman Hacıyevin vicdalı əldə edən olub-olmaması məsələsinin hazırkı iddianın təmin edilib-edilməməsi baxımından heç bir əhəmiyyəti olmamışdır, başqa sözlə, xx.xx.2022-ci il tarixli müqavilə və sonuncunun adına aparılmış reyestr qeydi mübahisələndirildiyi halda, onun vicdanlı əldə edən olub-olmaması məsələsi araşdırma predmeti ola bilərdi.

68. Bundan başqa, apellyasiya instansiyası məhkəm əsi MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, sübutların qiymətləndirilməsində səhvə yol verərək sübutlara hərtərəfli və tam qaydada baxmamış, kəsici müddəti tətbiq etdiyindən iddianın mahiyyəti üzrə araşdırma aparmamış, bir-birini təkzib edən halları araşdırmamış, iddiaçı tərəfin torpağın mərhum bacıları Həqiqət Məmmədovanın adında olması, torpaqla bacısının maraqlanması, Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktının harada olması barədə məlumatlarının olmaması, mərhum bacılarının cavabdehlə münasibətlərinin olması səbəbindən aktın cavabdehə verilə bilmə ehtimalının olması barədə izahatına sübut qismində (iddiaçıların müqavilələrdən məlumatlı olması baxımından) yanaşarkən, elektron kabinet vasitəsilə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş mübahisəli torpağın iddiaçıların a dından cavabdehin əri İmran Əmrullayevə satılması barədə xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsini ümumiyyətlə işə əlavə etməmiş, belə bir müqavilənin mövcudluğuna, mübahisələndirilən müqavilələr mövcud olduğu halda, hansı səbəbdən belə bir müqavilənin bağlanmasına, bütün bu müqavilələri təsdiq edən notarius Mehriban Quliyevanın Cavabdeh2 bacısı olmasına əhəmiyyət verməmişdir. 69. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. (2.2-ci bəndi) Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutla rla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (2.4-cü bəndi)

70. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır.

72. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-462/2024 nömrəli, 2024-cü il 8 aprel tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar