Məhkəmə qərarları › İş №2(105)-336/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-336/2025

19.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-336/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X23, X24, X35, X17, Əhmədova Reyhan Şakir qızının cavabdehlər X10 və Quba Regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpağa Mülkiyyət X40 Aktının ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X30 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçılar X23, X24, X35, X17 və Əhmədova Reyhan Şakir qızının nümayəndəsi və vəkili X3, cavabdeh X7 iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1808/2024 nömrəli qətnaməsindən cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Torpağa Mülkiyyət Hüququna dair JN-324 KOD 30319018 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.10 ha torpaq sahəsi Quba rayonu, İ Nügədi kənd sakinləri X23, X24, X35, X17, Əhmədova Reyhan Şakir qızının mülkiyyətinə verilmişdir.

2. 01 avqust 2003-cü il tarixli Torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, Quba rayonu, İ Nügədi kənd sakinləri X23, X24, X35, X17, Əhmədova X31 rayon AİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə onların mülkiyyətinə verilmiş Quba rayonu, İ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.10 ha torpaq sahəsindən 6572.76 kv sahəni X1. Müqavilə Quba rayon Notariat kontorunda 4Ə-234 nömrə ilə reyesterdə qeydə alınmışdır.

3. “Nikah haqqında şəhadətnamə”nin və “Doğum haqqında şəhadətnamə”lərin surətindən göründüyü kimi, X23 ilə Ağayeva (Hüseynova) Dilarə Kamal qızı arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmış və birgə nikahdan X35, X17, Əhmədova Reyhan Şakir qızı doğulmuşdur.

4. Quba rayonu İ Nügədi bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 172 nömrəli arayışdan görünür ki, Quba rayonu İ Nügədi bələdiyyəsi ərazisində Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə verilmiş, Akt nömrəsi (JN 2293 Kod ********) 1.10 ha torpaq sahəsindən 6572,76 kvm pay torpaq sahəsindən mütəmadi olaraq kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə istifadə edirlər. Torpaq vergisi X23 tərəfindən ödənilir.

5. JN 2293 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X38 görünür ki, Quba rayon Notariat Kontorunun 01 avqust 2003-cü il tarixli 4-Ə-234 saylı müqaviləsinə əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsi Bakı şəhər sakini X8 mülkiyyətinə keçmişdir

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********49 nömrəli X28 ünvanladığı məktubdan görünür ki, JN-324 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 324 M nömrəli planşetində göstərilən 6572,76 kv.m torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-1072/2023 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2003-cü il tarixli, 4-Ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.66 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına JN-2293 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət X40 aktı” işlənmişdir. “Torpağa mülkiyyət X40 akt”larının verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli 4/1002 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq alqı-satqı müqaviləsində “İmzalar.” Qrafasında “Ağayev Ş.O” yazıları qarşısındakı imza – X23 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Torpaq alqı-satqı müqaviləsində “İmzalar:” qrafasında “Ağayeva D.K” yazıları qarşısındakı imza- X24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş X15 adından olan 7 vərəq eksperimental xətt və imza nümunələrində, X16 adından olan 7 vərəq eksperimental xətt və imza nümunələrində-yazıların və imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır.

9. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-89/2023 saylı qətnaməsi ilə Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4-Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu İ Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair X23, X24, X35, X17, Əhmədova Reyhan Şakir qızı ilə X19 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və Məhkəmə-xətşünaslıq ekspertizası”nın xərci olan 110 (yüz on) manat cavabdeh X5 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** ŞFİFT BİK CTREAZ22 saylı hesabına köçürülməsi qət edilmişdir.

10. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-466/2024 saylı 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-89/2023 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar X23, X24, X35, X17 və Əhmədova Reyhan Şakir qızının Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572.76 kv.m pay torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1914/2024 saylı 03 iyun 2024cü il tarixli qərarı ilə iddiaçılar X23, X24, X35, X17 və Əhmədova Reyhan Şakir qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli 2(105)-466/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar X23, X24, X35, X17, Əhmədova Reyhan Şakir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon notariat kontorunda 01 avqust 2003-cü il tarixdə 4Ə-234 reyestrlə təsdiq edilməklə Quba rayonu İ Nügədi kəndində (müqavilədə İİ Nügədi kimi göstərilmiş) yerləşən 6572,76 kvm ha pay torpaq sahəsinin alqı-satqısına dair X23, X24, X35, X17, Əhmədova Reyhan Şakir qızı ilə X18 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında X8 adına işlənmiş JN-2293 Kod 30319018 saylı Torpağa Mülkiyyət X40 Aktının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət X40 Aktına əsasən paylı mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeni elektron nümunəli Çıxarışın alınması üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə onlara DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi **********49 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət X40 Aktının 324M nömrəli planşetində göstərilən 6572.76 kvm torpaq sahəsi üzərində mübahisənin mövcudluğu səbəbindən torpaq sahəsinə dair təqdim etdikləri Dövlət Aktı üzrə Dövlət reyestrindən Çıxarışın verilməsindən imtina edildiyi göstərilmişdir. Qeyd olunanlarla bağlı vəkil vasitəsilə sorğu edilməklə əldə olunan sənədlərə əsasən xəbər tutmuşlar ki, X15 müdiri olmuş X19 tabeçiliyindəki işçisi Ağayev Şakirdən onun və ailə üzvlərinin paylı mülkiyyətində olan 1.10 ha torpaq sahəsinə dair JN 324 Kod 30319018 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin 6572,76 kvm hissəsinə Quba rayon Notariat kontorunda 01 avqust 2003-cü il tarixdə 4-Ə-234 reyestrlə qeydiyyatdan keçmiş alqı-satqı müqaviləsi rəsmiləşdirmişdir. Həmin müqavilədən heç birinin xəbəri olmamış, ümumiyyətlə torpaq sahəsinin tam və ya hər hansı hissəsinin satılması ilə bağlı məqsədi olmamış, bununla bağlı müqavilə imzalamamışdılar. Vəkil vasitəsilə tələb edib əldə etdikləri notariat işindəki sənədlərdə, o cümlədən alqı-satqı müqaviləsində satılan torpaq sahəsinin Quba rayonu, 2-ci Nügədi kəndində yerləşdiyi göstərilmişdir ki, bu da ataları X15 aldadılması, müqavilənin mahiyyətindən şübhələnməməsi məqsədilə edilmişdir. X23 heç vaxt notariat kontoruna getməmiş, xatırladığına görə Mənsur Əliyev ona torpaqla bağlı kredit alınması üçün olan sənəd olduğunu bildirib nələrəsə imza etdirmişdir. X15 həyat yoldaşı X24 isə birgə mülkiyyətçisi olduğu torpaq sahəsinin alqı-satqısına dair heç bir müqavilə imzalamamışdır. Qeyd olunan müqavilənin ləğvinə dair Quba rayon Məhkəməsində baxılmış iddiaları üzrə məhkəmənin qərardadı ilə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/1002 saylı rəyində xx.xx.2003-cü il tarixli 4-Ə-234 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsində imzalar qrafasında "Ağayev Ş.O" yazıları qarşısındakı imzanın X23 tərəfindən icra olunduğu. “Ağayeva D.K" yazıları qarşısındakı imzanın X24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu təsdiq edilmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-89/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilib, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4-Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572.76 kvm pay torpaq sahəsinin alqısatqısına dair X25, X24, X35, X17, Əhmədova Reyhan Şakir qızı ilə X19 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-466/2024 saylı 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-89/2023 saylı qətnaməsi ləğv edilib iş üzrə iddiaçılar X23. X24, X35, X17 və Əhmədova Reyhan Şakir qızının Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572.76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi iddia tələbinin təmin olunması barədə Quba rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair gəldiyi nəticəni iddia ərizəsinin xahiş edirəm hissəsində müqavilənin ləğv olunması tələb edildiyi halda məhkəmə tərəfindən müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasına istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1914/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 466/2024 saylı 05 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Ona görə də, apellyasiya instansiyası tərəfindən göstərilən maddi və prosessual əsaslarda qeyd olunan formal pozuntuları aradan qaldırmaqla yuxarıda sadalanan yalan, uydurma, görünüş üçün paylı mülkiyyətçilərin hamısının razılığı və iradə ifadəsi olmadan qanunvericiliyə zidd olaraq, heç bir hüquqi və faktiki nəticə doğurmayan müqavilənin və ona əsasən aparılmış sənədlərin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət edib Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu. 1-ci Nügədi kəndində yerləşən 6572.76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair iddiaçılarla cavavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini və bununla da dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasına nail olmaq məcburiyyətində qalmışdır.

14. Cavabdeh X18 iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını olunla əsaslandırmışdır ki, 0,66 ha torpaq sahəsində xx.xx.2003-cü il tarixindən 350 ədəd müxtəlif növ alma ağaclarını əkib. Baxmayaraq ki, yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıq aparmaq istəsə də, (hətta onların vəkilinə də bu barədə deyib) iddiaçılar danışığa gəlməmişlər. Lakin məhkəmə prosesi bitməmiş xx.xx.2022-ci il tarixində Quba rayon 1-ci Nügədi kənd sakini X23 və ailə üzvləri 19 il əkdiyi və qulluq etdiyi çoxillik alma ağaclarını kökündən çıxardaraq yandırmışlar, torpağı isə şumlayıblar və ona 20000 (iyirmi min) manat miqdarda maddi ziyan vurmuşdular. Bınların hamısı Quba rayon 2-ci Nügədi kənd sakini X6 gözü önündə baş vermişdir. Bu faktlara dair əlində təsdiq edici video və foto şəkilləri vardır. Sumqayıt Apellyasiya Məhkəməsində aparılmış araşdırma zamanı Apellyasiya Məhkəməsinin hakimləri iddia tələbinin əsasının dəqiqləşdirilməsinə zərurət gördü və bu məqsədlə də iddiaçı tərəfin mövqeyini bir daha öyrənməyə çalışmışdır. Lakin, Məhkəmə kollegiyası tərəfindən bir neçə dəfə təklif olunmasına baxmayaraq iddiaçıların vəkili iddianın məhz “müqavilənin ləğv edilməsi” ilə bağlı olduğunu və tələbə də məhz bu qaydada baxılmasını xahiş etmişdir. İddiaçıların vəkili mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin etibarsızlığı ilə bağlı iddia müddəti bir il təşkil etdiyindən tələb məhz müqavilənin ləğvi ilə bağlıdır. İddiaçıların vəkili X12 bildirir ki, qeyd olunan müqaviləni X15 müdiri olduğu dövrdə işdən çıxarılması kimi hallarla üzləşməkdən qorxmasının mövcudluğu şəraitində rəsmiləşdirmişdir. Tam yalandır. O Ağayev Şakirlə 1993-cü ilə kimi işləmişdir. Torpaq sahəsini isə ondan xx.xx.2003-cü ildə, yəni 10 ildən sonra almışdır. Vəkil bildirir ki, qeyd olunan müqaviləni Dilarə Ağayeva tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunub. Tam yalandır. Mübahisəli torpaq sahəsini tam qanunu formada Quba rayon Notariat kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il Reyestr 4Ə 234 nömrəli torpağa mülkiyyət X40 aktına əsasən alqı-satqı müqaviləsi almışdır. Həmin alqı-satqı müqaviləsi imzalanarkən uşaqları yetkinlik yaşlarına çatmadığlarına görə, onların hüquqi varisi anaları X24 imza etmişdir. Quba rayon İcra Hakimiyyəyi yanında yetkinlik yaşına çatmayanlar şöbəsindən arayışda Quba rayon Notariat Kontoruna verilmişdir. O, satılan torpağa görə X20 və həyat yoldaşı X21 üç milyon manat ödəmişdir. Vəkil X12 bildirir ki, X23 heç vaxt notariat kontoruna getməmiş iş, xatırladığına ğörə ona torpaqla bağlı kredit alınması üçün olan sənəd olduğunu bildirib nələrəsə imza etdirmişdir. Tam yalandır. O, X13 0.66 ha torpaq sahəsini tam qanuni formada Quba rayon Notariat kontorunda təsdiq edilmiş torpağa mülkiyyət X40 aktına əsasən alqı-satqı müqaviləsi ilə almışdır və almağını öz imzası ilə təsdiq edib, həmdə torpağı ona satmasını təsdiq edən səs yazısı da vardır. Qeyd edir ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. İddiaçılar X23, X24, X17, Əhmədova Reyhan Şakir qızı. X26 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddiasının əsassız hesab edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.

15. Cavabdeh X18 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-466/2024 saylı xx.xx.2024 tarixli Qətnaməsi; Azərbaycan Respublikası Alı Məhkəməsinin MK-nın 2(102)- 1914/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı mövcuddur. Hazırki iddia ərizəsində göstərilən hallar Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın yuxarıda qeyd olunan normativ aktında Məhkəmə Kollegiyası tərəfindən iddiaçı və onun nümayəndəsinə verilən suallarda geniş müzakirə olunmuşdur. İddiaçıların vəkili və nümayəndəsi məhkəmə prosesində özü etiraf etmişdir ki, iddia tələbin "əqdin etibarsızlığı" yox, "əqdin ləğvi" formasında yazmasının səbəbi ondan ibarətdir ki, "əqdilərin etibarsızlığı" anlayışı zamanı qanunla dəqiq olaraq müəyyən edilmiş iddia müddəti mövcuddur. Qeyd olunanları rəhbər tutaraq iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1808/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kv.m pay torpaq sahəsinin alqı-satqısına dair X23, X24, X35, X17, Əhmədova Reyhan Şakir qızı ilə X19 arasında bağlanmış və Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4-ə-234 reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X8 adına işlənmiş JN- 2293 Kod 30319018 saylı Torpağa Mülkiyyət X40 Aktının ləğv edilməsi qət edilmişdir (hakim Aydın Babayev).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3, 324.1, 324.4, 337.1, 350, 372, 354.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarlarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

18. Cavabdeh X18 qətnamədən apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1808/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o Quba rayon 1-ci Nügədi kənd sakinləri X23 və həyat yoldaşı X14 Quba rayonu 1-ci Nügədi kəndi ərazisində 0,66 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsini tam qanuni formada Quba rayon Notariat Kontorunda Dövlət notariusu Mehriban Quluyeva tərəfindən təstiq edilmiş xx.xx.2003-cü il Reyestr 4Ə 234 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair JN-2293 KOD30319018 saylı Dövlət Aktına əsasən alqı-satqı müqavıləsi ilə almışdır. DWG–xəritədə 324M/0,66 ha nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-650-ci maddələrinin məzmunu tərəflərə izah olundu. Qeyd etmək istəyir ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrinin əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Həmin müqavilə bağlanarkən, iddiaçılar ərizəsində göstərilənlərdən fərqli olaraq, X23 və onun həyat yoldaşı X24 Notariat Kontorunda şəxsən iştirak ediblər və alqı-satqı müqaviləsini imzalayıblar. Onların yetkinlik yaşlına çatmayan uşaqlarının, yəni digər iddiaçıların əvəzinə onların qanuni varisi olan anaları X24 imza etmişdir. Quba rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanlar şöbəsindən arayışda Quba rayon Notariat Kontoruna verilmişdir. O, satılan torpağa görə X20 və həyat yoldaşı X21 üç milyon manat Quba rayon Notariat Kontorunda ödəmişdir. Həmin Torpağa Mülkiyyət X40 Aktı əsasında aldığı 0.66 ha torpaq sahəsində öz təsərrüfatını yaradaraq 350 ədəd müxtəlif növ alma ağaclarını əkmişdir. Torpaq sahəsindəki təsərrüfata nəzarəti isə razılıq əsasında iddiaçılara həvalə etmişdir. Lakin iddiaçlar xx.xx.2022-ci il tarixində hazırkı iddianı qaldırmış və hətta məhkəmə prosesi bitməmiş, 0.66 ha torpaq sahəsində yaratdığı təsərrüfatını qərəzli şəkildə məhv etmişlər və 19 il əkdiyi və qulluq etdiyi çoxillik alma ağaclarını kökündən çıxarmaqla yandırmışlar, torpağı isə şumlayıblar və ona 20000 (iyirmi min) manatdan çox miqdarda maddi ziyan vurmuşlar. Bunların hamısı Quba rayon 2-ci Nügədi kənd sakini X6 gözü önündə baş vermişdir. Bu faktlara dair təsdiqedici video və foto şəkilləri və X15 ona 0,66 ha torpaq sahəsini satmasını və o sahədə müxtəlif növ alma ağaclarını əkməsini təsdiq edən səs yazısı olan diskidə Quba Rayon Məhkəməsinə də təqdim etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçılar X23 və ailə üzvüləri xx.xx.2022-ci il tarixində Quba Rayon Məhkəməsinə 19 ildən sonra, (müddətin keçməsi maddəsinin tələbləri nəzərə alınmamışdır) onunla bağlanmış xx.xx.2003-cü il tarixində Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,66 ha torpaq sahəsini alqı-satqı müqaviləsinin etibarsızlığına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. X23 və ailə üzvüləri saxta sənədlər əldə edərək Quba Rayon Məhkəməsinə təqdim edərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə nail olmuşdurlar. X23 və ailə üzvüləri xx.xx.2022-ci il tarixində Quba Rayon Məhkəmisinə 19 ildən sonra ona Quba rayon 1-ci Nügədi kəndində yerləşən 1.10 ha torpaq sahəsini satması və xx.xx.2003-cü ildə bağlanan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə müracət etmişdirlər. Lakin o iddiaçılardan 0.66 ha torpaq sahəsini alqı-satqı müqaviləsi ilə Torpağa Mülkiyyət X40 Aktına əsasən almış və onu da özü təsdiq edir. Qalan 0.44 ha torpaq sahəsini isə saxta sənədlərlə başqasına satmışdır. Hələ də bu günə kimi 0.44 ha torpaq sahəsinə çıxarış ala bilmır. Necə ola bilər ki, 19 ildən çox vaxt keçməsinə baxmayaraq bu müddət ərzində iddiaçıların xəbəri olmasın və iddiaçılar tərəfindən nəyə görə müqavilənin etibarsızlığına dair iddia qaldırılmamışdır? İddiaçılar iş materiallarında olan xx.xx.2023-cü il tarixli 4/1002 nömrəli ekspert rəyinə istinad edərək hesab edirlər ki, alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Çünki qeyd olunan rəydə X16 alqı-satqı müqaviləsində olan imzasının saxtalaşdırılması göstərilib. Lakin həmin ekspert rəyində X15 imzasının isə saxtalaşdırılmadığı öz əksini tapıb. Bu zaman sual olunur: 0,66 ha torpaq sahəsinin alqı-satqısına dair onunla iddiaçılar arasında bağlanmış alqı-satqı müqaviləsi saxta idisə, bəs onda nəyə görə iddiaçılardan X23 həmin sənədə imza çəkmişdir? Bu halın özü bir daha sübüt edir ki, iddiaçılar alqı-satqı müqaviləsi bağlanarkən ondan xəbərdar olmuşlar. Buna görə də, müqavilənin predmeti olan torpaq sahəsinin onun mülkiyyətinə keçməsinə, həmin torpaq sahəsində təsərrüfat işləri aparmasına etiraz etməmişlər.

20. Bildirir ki, hazırki iddia ərizəsində göstərilən hallar Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Məhkəmə Kollegiyası tərəfindən iddiaçıların nümayəndəsinə və vəkılınə verilən suallarda geniş müzakirə olunmuşdu. İddiaçıların vəkili məhkəmə posesində özü etiraf etmişdir ki, iddia tələbin “əqdin etibarsızlığı” yox “əqdin ləğvi” formasında yazmasının səbəbi ondan ibarətdir ki, “əqdlərin etibarsızlığı” anlayışı zamanı qanunla dəqiq olaraq müəyyən edilmiş iddia müddəti bir il mövcuddur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protoklun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümuni prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hesab edir ki, məhkəmə mülki işə baxarkən yanlışlığa yol verərək əsassız qətnamə qəbul etmişdir. Tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunanları, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2024-cü il tarixli, 2(105)- 466/2024 saylı, qətnaməsini (Qərara aldı:Quba Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli,2(027)-89/2023 nömrəli qətnaməsi ləğv edilsin) və Azərbaycan Respublikası Ali Məhkəməsı Mülki Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2(102))-1914/2024 saylı qətnaməsini (Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2024-cü il tarixli 2(105)-466/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.) çıxarmış məhkəmə kollegiyasının mövgeyini nəzərə alaraq Sumqayit Apellyasiya Məhkəməsindən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1808/2024 saylı qətnaməsinın təmin edilməməsinə Sumqayıt Apellyasiya və Ali Məhkəmənin qətnamələrinin qüvvədə saxlanılmasına və iddia tələbinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

21. Bildirmək istəyir ki, iddiaçı tərəf məhkəmədə iştirak etməmiş, məhkəmə düzgün araşdırma aparmamışdır. Sözügedən mülk onun öz mülküdür və sözügedən iddiaçılardan almışdır və notariusda öz imzaları ilə təsdiq etmişlər. Qətnamə tam və hərtərəfli araşdırılmadan çıxarılmışdır. Beləliklə, maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında cavabdeh X18 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Quba Regional “ASAN Xidmət" Mərkəzində notariat ofisnin və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, bununla belə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər.

26. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

27. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

31. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Maddə 350. Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1808/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

45. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Belə ki, işin hallarına görə torpağa mülkiyyət X40 aktına əsasən iddiaçılara torpaq sahəsi verilmiş və notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi bir hissəsi X2. Qeyd edilən torpaq sahəsi üzərində X8 adına Torpağa Mülkiyyət X40 Aktı işlənmişdir. Alqı-satqı müqaviləsi notarial qaydada bağlanaraq təsdiq edilmiş olsa da, iddiaçılar qeyd edilən müqavilədən məlumatsız olduqlarını və iradə ifadələri olmadığı üçün həmin müqavilənin etibarsızlığına dair iddia qaldırmışlar.

48. Tərəflərin əvvəlki mülki iş üzrə keçirilmiş ekspertiza nəticəsində əldə olunmuş ekspert rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq alqı-satqı müqaviləsində “İmzalar.” Qrafasında “Ağayev Ş.O” yazıları qarşısındakı imza – X23 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Torpaq alqı-satqı müqaviləsində “İmzalar:” qrafasında “Ağayeva D.K” yazıları qarşısındakı imza - X24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

49. Kollegiya əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, qeyd olunan ekspert rəyi ilə müəyyən olunmuş halların yenidən hazırda baxılan mülki iş üzrə icraat zamanı sübut olunmasına zərurət yoxdur.

50. Belə olan halda sözügedən müqavilə iddiaçı X16 iradə ifadəsini əks etdirən əqd olmamış, tərəflərin hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə icra edilməmişdir. Kollegiya hesab edir ki, bu xüsusat həmin əqdin etibarsız hesab edilməsinə əsas verən hal kimi çıxış edir. Həmin müqavilə üzrə X15 iradə ifadəsi olması ilə bağlı isə qeyd olunmalıdır ki, birgə mülkiyyətçilər arasında əşyaya dair sərəncam verilməsi haqqında razılaşma olmamışdır və müqavilə predmeti olan əmlakın birgə mülkiyyətdə olması müqavilə bağlanarkən məlum olan və əqdin başqa tərəfi kimi cavabdehin bilməli olduğu hal olması sübuta yetirilir.

51. Məhkəmə kollegiyası izah edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt;

2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

53. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisəli torpaq sahəsi 2003cü ildən iddia verilənədək iddiaçıların faktiki sahibliyində və istifadəsindədir.

54. Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsində öz təsərrüfatını yaradılmasını, 350 ədəd müxtəlif növ alma ağaclarını əkilməsini, torpaq sahəsindəki təsərrüfata nəzarəti razılıq əsasında iddiaçılara həvalə edilməsini göstərsə də, həmin razılaşmaya dair mötəbər sübut təqdim edə bilməmişdir. Digər tərəfdən iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş Quba rayonu İ Nügədi bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 172 nömrəli arayışdan görünür ki, Quba rayonu İ Nügədi bələdiyyəsi ərazisində Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə verilmiş, Akt nömrəsi (JN 2293 Kod ********) 1.10 ha torpaq sahəsindən 6572,76 kvm pay torpaq sahəsindən mütəmadi olaraq kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X35 və ailəsi tərəfindən istifadə olunur. Torpaq vergisi X23 tərəfindən ödənilir.

55. Göründüyü kimi, torpaq sahəsinə dair müqavilə bağlandıqdan sonra torpaq cavabdehə təhvil verilməmiş, faktiki olaraq iddaiaçıların istifadəsində qalmışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı X16 və digər iddiaçıların bu müqavilənin mövcudluğundan məlumatlı olmaması inandırıcıdır.

56. Sadalanan qanunvericilik normalarına və işin xüsusatlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığından, apellyasiya şikayəti təmin oluna bilməz.

57. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.

58. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1808/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1808/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar