Məhkəmə qərarları › İş №2(102)-2842/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2842/2022

18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2842/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1767/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı (Vəkil) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1767/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməklə yeni qərar çıxarılması xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(009)1556/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş dir. İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1767/2021 nömrəli 28.01.21-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 2(009)1556/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (Vəkil) həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1749/2022 nömrəli 11.02.22-ci il tarixli qərardadı ilə icraata qəbul edilməmiş və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya şikayətinin geri qaytarılmasına səbəb iddiaçının şikayətdə yalnız yalnız üm umi şəkildə Əmək Məcəlləsinin və Mülki Prosessual Məcəllənin bir sıra normalarını qeyd etməklə kifayətlənməsi, həmin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməməsi, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməməsi olmuşdur. Həmçinin kassasiya şikayətinin “digər məsələlər” və “şikayətin əsasları” bölməsində cavabdeh təşkilatın işçilərinin hərəkətləri ilə bağlı işin faktiki halları sadalanması, “hüquqi məsələlər” bölməsində MPM-in normaları qeyd edilməsi, lakin şikayətin bu hissələrində də apellyasiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulmasının şərh edilməməsi göstərilmişdi. Hazırda İddiaçı (Vəkil) həmin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1767/2021 nömrəli 28.01.2021-ci il tarixli qətna məsindən təkrar kassasiya şikayəti vermişdir. Kassasiya şikayətindən görünür ki, iddiaçı təkrarən verdiyi kassasiya şikayətində də qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. İddiaçı hazırki şikayətini əvvəlki kassasiya şikayətindən köçürərək işin hallarına dair bir neçə cümlə əlavə etməklə kifayətlənimiş, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını yenə də şərh etməməmişdir. Kassasiya şikayətinin “digər məsələlər” və “şikayətin əsasları” bölməsi isə əvvəlki kassasiya şikayəti ilə eyni məzmunda tərtib edilmişdir. Bu da göstərir ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)1749/2022 nömrəli, 11.02.2022-ci tarixli qərardadı nda şərh edilən nöqsanları aradan qaldırmamışdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Bu baxımdan, təkrar verilən kassasiya şikayəti də bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanla ra əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və MPM-nin 407.1, 408.1.1 və 408.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı (Vəkil) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1767/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsindən təkrar verdiyi kassasiya şikayəti icraata qəbul e dilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar