Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2843/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə və əmlakın qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə köçürülmə və əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 2(103)-1962/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı doğulduğu vaxtdan, yəni 1996-cı ildən ünvan 1 ünvanında bibiləri X15, X12 və nənəsi X14 ilə həmin evdə yaşamışdır.
2. X15 10 sentyabr 2014-cü ildə vəfat etmişdir.
3. Mübahisəli mənzil 06 aprel 2015-ci ildə mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. X12 isə 22 dekabr 2020-ci ildə vəfat etmişdir.
5. X2 birinci növbəli yeganə vərəsəsi olaraq iddiaçının nənəsi X14 qalmışdır.
6. İddiaçının nənəsi 13 aprel 2021-ci il tarixdən cavabdehin ailəsi ilə birlikdə yaşayır. İddiaçı da həmin tarixdən ev bağlı olduğu üçün evə daxil ola bilmir.
7. X12 öldükdən sonra iddiaçının nənəsi 50.000 manat məbləğində vəsaiti iddiaçının atasına, 15.000 manatı isə cavabdehə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və talanmış əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, cavabdeh tərəfindən həmin mənzildən talanmış cəmi 4.676 manat dəyərində olan qızılzinət əşyalarının naturada qaytarılması, 15.000 manat məbləğində pulun qaytarılması və dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tə ləbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun balaca bibisidir. X17 cavabdehin həyat yoldaşı, Karadağ Ulduz isə onların qızı, yəni bibisi qızıdır. O, dünyaya gözünü açdığı ilk gündən həmişə yanında böyük bibisi X8 gördüyü üçün ona həddindən artıq bağlanmış və əvvəllər elə bilirdi ki, o, onun əsl anasıdır. Ortancıl bibisi X12 və 1920-ci il təvəllüdlü nənəsi X14 ilə birlikdə 1988-ci ildən bibisi Həqiqətin öz vəsaiti hesabına aldığı, eləcə də öz adına olan, ünvan 1 ünvanında yaşayırdılar. Bir qədər böyüyüb özünü dərk etməyə başlayarkən ona məlum olmuşdur ki, anası X25 ona hamilə olarkən, bibisi Həqiqət onun atasına bildirmişdir ki, “qardaş, özün bilirsən ki, nə mənim, nə də Gülçöhrənin bir övladımız, yəni varisimiz yoxdur. Hamı kimi əvvəl-axır biz də ölüb gedəcəyik və həyatda bizdən heç bi r iz qalmayacaq”. Ondan xahiş etmişdir ki, bu dəfə doğulan uşağı körpəlikdən ona versin, o da uşağı öz övladı kimi böyütsün, onlar ölüb getdikdən sonra da nələri vardırsa uşağın olsun, həm ocaqları sönüb izləri itməsin, həm də onların da bir xatırlayanı olsun. Atası heç bir tərəddüd etmədən buna razılıq vermişdir. O, 10 avqust 1996-cı il tarixdə anadan olmuşdur. Bibisi ibadət əhli olduğu üçün onun adını Mehrab qoyaraq öz evinə aparmış, doğma ana duyğuları ilə ona nəvaziş göstərməyə, böyütməyə başlamışdır. Bibisi biologiya müəlliməsi olmuşdur. Onu böyüdüb məktəb yaşına çatdırdıqdan sonra da özünün işlədiyi, Biləcəri qəsəbəsində yerləşən 284 nömrəli orta məktəbə qoymuşdur. Hər yerdə və hər kəsin yanında fərəhlənərək böyük bir sevinc hissi ilə bildirirdi ki, Mehrabı qardaşı ona verib, onu o b öyütmüşdür, onun oğludur, evi və nəyi vardırsa onundur. O, öldükdən sonra da Mehrabın heç bir çətinliyi olmasın deyə evlənməsi üçün yeni bir ev, maşın alması üçün də hər şeyini hazırlamışdır. Odur ki, onu tanıyanların hamısı, qohumqonşular, o cümlədən cavabdeh və onun bütün ailə üzvləri də bunları bilirdi. 2011-ci ildə növbəti tibbi müayinə zamanı bibisi Həqiqətin süd vəzində bədxassəli şiş (xərçəng) aşkar olundu. Cərrahi əməliyyatdan (Mastektomiya), müvafiq kimya və şüa terapiyası aldıqdan sonra özünü yaxşı hiss etmiş, tamamilə normal həyat yaşamışdır. Bir gün Sona bibisigil onu özlərinin Buzovnada yerləşən bağ evinə qonaq aparmışlar. Oradan kəskin zəhərlənmə əlamətləri ilə qayıtdıqdan sonra onun səhhəti kritik həddə pisləşərək komaya düşdüyündən Təcili Yardım vasitəsi ilə 1 saylı X33 ç atdırılmış, orada ona "hidovolemik toksiki şok” diaqnozu qoyulmuşdur. Lakin, həkimlərin çox ciddi və operativ səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamış və 10 sentyabr 2014-cü il tarixdə vəfat etmişdir. Bu hadisədən bir neçə il sonra digər bibisi Gülçöhrənin nəfəs borusunda bədxassəli şiş əmələ gəlmişdir. Cərrahi əməliyyatdan, kimyaterapiya aldıqdan sonra qismən yaxşılaşmışdır. Lakin, 2020-ci ildə onun bronxlarında yenidən bədxassəli şiş yaranmışdır. Həmin ilin oktyabr ayının əvvəlində müalicə həkimi onun vəziyyətini nisbətən stabil saxlamaq məqsədi ilə venadaxili köçürülmək üçün bir sıra dərman preparatları təyin edərək bildirmişdir ki, artıq çox gecdir, xəstə hər an boğulub ölə bilər, aparsınlar nə qədər ömrü qalıbsa ev şəraitində yaşasın. Xəstəni evə gətirdikdən sonra ixtisasca feldşer olan bibisi Sonaya telefonla zəng edib vəziyyəti ona danışmış və xahiş etmişlər ki, heç olmasa gəlib son günlərini yaşayan xəstə bibisinin sistemlərini qoşub, venadaxili iynələrini vursun. Lakin o, pandemiya şəraiti olduğunu bəhanə gətirərək, gəlib həmin işləri görməkdən imtina etmişdir. Yalnız xəstənin vəziyyəti kritik həddə ağırlaşaraq onun ölümünə üç-dörd gün qalmış gəlib ona bir-iki iynə vurmuşdur. 22 dekabr 2020-ci il tarixdə saat 16:10 radələrində bibisi Gülçöhrə ölmüşdür. Həmin gecə meyitin yanında yalnız o, və nənəsi qalmışdır. DİNin 102 xidmətindən rəsmi icazə alınmasına baxmayaraq, cavabdeh öz həyat yoldaşı və qızı ilə birlikdə laqeydcəsinə çıxıb öz evlərinə getmişlər. 23 dekabr 2020-ci il tarixdə bibisi Gülçöhrə dəfn edilmiş və o gündən başlayaraq cavabdeh guy a nənəsini tək qoymamaq üçün 40 gün orada qalmışdır. O, həmişəki kimi hər gün səhər evdən çıxıb işə gedirdi. Axşamlar işdən sonra evə gəldikdə isə həmişə Sadıqov Təvəkkül və Karadağ Ulduzun da orada olduqlarını, onların özlərini faktiki olaraq mənzilin əsl sahibləri kimi apardıqlarının, ona tamamilə ögey münasibət bəslədiklərinin, bütün ev əşyalarının ələk-fələk edildiyinin, həmçinin nənəsinin də artıq get-gedə onunla soyuq davrandığının şahidi olmuşdur. Ailədə bütün mühüm qərarlar yalnız cavabdehin qızı Ulduz tərəfindən verilir və hətta onun icazəsi olmadan heç nəyə əl vurmaq olmazdı. Bu hal onda kifayət qədər əsaslı şübhələr doğursa da, heç nə başa düşə bilmirdi. Halbuki, əvəllər cavabdeh həmin ünvanda çox nadir hallarda, yalnız müəyyən qədər pul qoparmaq, qızları üçün cehizlik əşyalar v ə s. əldə etmək üçün gəlirdi. Cavabdehin qızı Ulduz isə hətta bir dəfə Gülçöhrə bibisinin onun heç kimə bildirmədən, Türkiyyə vətəndaşı olan kürd əsilli Şakir Karadağla gizli münasibət qurmasına və onunla “ailə qurmasına” etiraz bildirdiyinə görə həmin ünvana gəlib bibisini dilə gətirilməsi mümkün olmayan çox əxlaqsız sözlərlə təhqir edərək böyük bir həngamə qopardıqdan sonra həmin gündən oranı birdəfəlik tərk etmişdir. 29 yanvar 2021-ci il tarixdə 40 mərasimindən sonra onlar çıxıb öz evlərinə getmişlər. Yalnız bundan sonra ona məlum olmuşdur ki, cavabdeh 40 gün ərzində nənəsinin yüz yaşını ötmüş yaşlı bir qadın olmasından istifadə edib, S.Təvəkkül və K.Ulduzla qabaqcadan əlbir olaraq mənzili qarət etməklə məşğul olmuşdur. Müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mənzildən onun üçün topl anılmış pulun üzərindən 15.000 manat məbləğində nağd pul, onun adına alınmış qızıl sırğa, müxtəlif geyim, ev və məişət əşyaları talan edilərək mənzildən çıxarılmış və mənimsənilmişdir. 13 aprel 2021-ci il tarixdə isə onlar qızıl-zinət əşyalarının qalan hissəsini də bütünlükdə götürərək nənəsi ilə birlikdə öz yaşadıqları ünvana aparmışlar. Həmin gün o, işdən evə qayıtdıqda mənzilin qapısının açarla bağlı olduğunu görmüşdür. Əvvəl elə zənn etmişdir ki, nənəsinə nəsə olub və onu harasa aparıblar. Lakin cavabdehgilə zəng vurduqda telefona qızı Ulduz cavab verərək ona bildirmişdir ki, artıq bibilərinin ikisi də ölüb, nənəsini də onlar gətiriblər, daha onun həmin mənzildə yaşamağı üçün heç bir səbəb yoxdur. Getsin ata-anasının yanına yaşasın, oradan da nə götürmüşsə, nənəsindən hamısının halallı ğını almışdır. Bundan təxminən 4-5 gün sonra isə həmin mənzilin qonşuluğunda yaşayan Adilə adlı qadın o, işdə olduğu zaman atasına zəng vurub bildirmişdir ki, bu gün Sonagil gəlmişdilər, Mehrabın gündəlik geydiyi paltarları gətirib onların evinə qoydular və ona dedilər ki, xəbər eləsin gəlib bunları aparsınlar. Axşam işdən evə qayıtdıqdan sonra atası bu barədə məlumat vermiş, o, gedib onları götürməkdən imtina etmişdir. Qeyd edir ki, cavabdehin öz ailə üzvləri ilə birlikdə törətmiş olduğu, həyatının, arzularının, xatirələrinin alt-üst edilməsinə səbəb olan hərəkətlər ona hədsiz dərəcədə pis təsir etdiyindən çox dərin sarsıntı keçirir və özünə gələ bilmir. Həmçinin bildirir ki, bibisi Həqiqətin onun adına aldığı qızıl-zinət əşyalarının talan ediləcəyini əvvəlcədən bilmədiyi üçün, onların əlamətlərini (əyarı, çəkisi) yazıb götürməmişdir və bu səbəbdən də həmin məlumatları iddia ərizəsində göstərə bilmir. Lakin 13 aprel 2021-ci il tarixdə onların mənzildən götürərək özləri ilə apardıqları qızıl-zinət əşyalarını 12 mart 2021-ci il tarixdə nənəsi ona göstərərkən onların fotoşəkillərini çəkib telefonunun yaddaşında saxlamışdır. İddia ərizəsində əlamətləri göstərilməmiş əmlaklar qızıl-zinət əşyaları satılan ticarət obyektlərində, həmin modellərin ən aşağı çəkidə olan çeşidləri götürülərək aşağıdakı kimi qiymətləndirilmişdir: 1) “Oval” dəst, 583 əyar, 12 qram, 960 manat; 2) “Obodok” dəst, 583 əyar, 5,45 qram, 436 manat; 3) “Oval” dəst, 583 əyar, 15 qram, 1.200 manat; 4) “Traktor sep” dəst, 583 əyar, 10 qram, 800 manat; 5) “Boyunbağı” dəst, 583 əyar, 9 qram, 720 manat. Həmçinin, 5 83 əyarlı, 7 qram şəkidə qızıl sığralar.
10. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçının göstərdiyi ünvan 1 onun xüsusi mülkiyyətində deyil və orada heç bir vaxt yaşamamışdır. Həmin mənzil X4 (cavabdehin bacısına) məxsus olmuş və o, anası X14 ilə orada daimi yaşamışdır. 2020-ci ilin dekabr ayında X12 vəfat etdikdən sonra həmin mənzil faktiki olaraq yeganə varisi X5 mülkiyyətindədir. Bundan əlavə, mənzildə qızılların və pul vəsaitlərinin mövcudluğuna və ya iddiaçıya nəxsus olmasına dair heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının bu tələbləri irəli sürməyə subyektiv hüququ yoxdur. Bundan əlavə, iddiaçının atası, eyni zamanda iş üzrə nümayəndəsi Nümayəndə daha əvvəl eyni tələblərlə iddiaçı qismində məhkəməyə müraciət etmiş və onun iddiası rədd edilmişdir. Ha zırki ərizənin məzmununda qeyd edilənlər demək olar ki, daha əvvəl Nümayəndə tərəfindən qaldırdığı iddia tələbləri ilə eynidir. Göstərilənlərə əsasən iddia rədd edilməlidir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı həmçinin bildirmişdir ki, nənəsi ona sandıqda olan qızılları göstərərkən demişdir ki, sırğaları cavabdeh ondan nəvəsinə hədiyyə vermək üçün istəmişdir. Həmin sırğalar evdə olan şəkildə bibisinin qulaqlarında əks olunmuşdur. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, onun adına alınmış qızıl-zinət əşyalarının dəqiq adı və əlamətləri iddia ərizəsində göstərilmişdir. O, 6 yaşına qədər bibiləri və nənəsi ilə birlikdə qalmış, sonra isə həm orada həm də atasıgildə qalırdı. O, dəqiq bilir ki, ona məxsus 15.000 manat pul və qızıl-zinət əşyaları cavabdehdədir. O, 13 aprel 2021-ci il tarixdən nənəsini görmür. Çünki bir dəfə cavabdehin ərinə zəng etmiş və maraqlanmış, lakin onun danışığı xoşuna gəlmədiyi üçün bir daha onlarla əlaqə saxlamamışdır.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, o, iddiaçının atasıdır. Bacısı rəhmətə getdikdən sonra anası ona zərfdə 50.000 manat məbləğində pul vermiş, həmin pulun bacıları tərəfindən iddiaçı üçün yılığan pul olduğunu bildirmişdir. Anası həmçinin bildirmişdir ki, 15.000 manatı da cavabdehə vermişdir ki, o, səsini kəssin. Cavabdehin qanunazidd hərəkətləri barəsində hüquq-mühafizə orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 13 aprel 2021-ci il tarixdən anasını görmür.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişd ir ki, iddiaçının köçmək istədiyi ev ona məxsus deyil. Ev rəhmətlik bacısının olmuş, hazırda da yeganə vərəsə onun anası, iddiaçının isə nənəsidir. 15.000 manat məbləğində pulu anası ona verərək bildirmişdir ki, həmin pul onun pensiyasından yığılan puldur və ona görə vemişdir ki, o, övlad kimi anasının xəstə olanda əziyyətini çəkmişdir. Həmin məbləği qızına vermişdir ki, evin təmiri üçün şirkətə ödənilsin. İddiaçının tələb etdiyi qızıllardan ümumiyyətlə xəbəri yoxdur. İddiaçının bildirdiyi sırğanı mərhum bacısı Gülçöhrə sağlığında onun nəvəsinə hədiyyə etmişdir. 50.000 manat pulu anası iddiaçının atası, onun isə qardaşı Əhmədə vermişdir ki, iddiaçıya ev alsın.
14. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dəvət edilmiş X25 ifadəsində bildirmişdir ki, o, iddiaçının ana sıdır. Bütün qohumlar və qonşular bilirdi ki, iddiaçının bibiləri və nənəsi nə qazanırdılarsa, hamısı iddiaçı üçün idi. Qaynanası özü ona bildirmişdir ki, qızıl-zinət əşyalarını və 15.000 manat məbləğində pulu cavabdeh götürmüşdür. Cavabdehin qızı da ona bildirmişdir ki, 15.000 manatı qaynanası anasına, yəni cavabdehə verib.
15. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dəvət edilmiş X18 ifadəsində bildirmişdir ki, o, cavabdehin qızıdır. Xalası rəhmətə getdikdən sonra anası, nənəsi tək qalmasın deyə, onunla bir müddət bir evdə qalmışdır. Həmin vax o, teztez onlara baş çəkirdi, dərman və yemək gətirirdi. Xalası rəhmətə gedəndən sonra iddiaçı da nənəsinin yanına gəlib qalırdı. Nənəsi ona bildirmişdir ki, o, bu yaşda nəvəsinin, yəni iddiaçının qulluqçusuna çevirilib. Onun artıq o yaşı deyil ki, iddiaçıya yemək bişirsin və onun qulluğunu çəksin. Həmçinin nənəsi ona bildirmişdir ki, iddiaçının tələb etdiyi qızılzinət əşyaları onun evində sandıqdadır, həmin qızıllar xalası Həqiqətə aiddir, çünki o, müəllimə idi və özü o qızıl-zinət əşyalarından istifadə edirdi. Nənəsi ona bildirmişdir ki, o, sağ ola-ola evini heç kəsə verə bilməz. Çünki hələlik onlarla qalır, gələcəkdə ola bilər ki, yenidən öz evinə qayıtsın, küçədə qalmasın. İddiaçının tələb etdiyi 15.000 manat pulu nənəsi ona vermiş, həmin məbləğin təqribən 2.000 manatını dəfn və yas mərasimlərinə xərcləmiş, qalan məbləği isə nənəsinə qaytarmaq istədikdə, nənəsi qəbul etməmiş və o, pulu stolun uzərində qoyaraq çıxıb getmişir. Ona verilmiş suala cavab olaraq bildirdi ki, oktyabr ayından uşaqlarının təhsil ald ığı məktbənin yaxınlığında kirayə evdə qalır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2899 saylı, 03 iyun 2022-ci il tarixli rəyindən görünür ki, 1 ədəd 583 əyarlı, 7 qram çəkidə qızıl sırğanın nəzəri qaydada orta bazar dəyəri təxminən 560 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2899 saylı, 03 iyun 2022-ci il tarixli rəyindən görünür ki, 1 ədəd “Oval” dəst, 583 əyar, 12 qram, 1 ədəd “Obodok” dəst, 583 əyar, 5,45 qram, 1 ədəd “Oval” dəst, 583 əyar, 15 qram, 1 ədəd “Traktor sep” dəst, 583 əyar, 10 qram, 1 ədəd “Boyunbağı” dəst, 583 əyar, 9 qram qızıl-zinət əşyalarının orta bazar dəyəri təxminən 4.116 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəy əri 50 manat təşkil edir.
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1894/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim X23) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və talanmış əmlakın qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının köçmək istədiyi ev cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil, yəni cavabdeh həmin tələbə cavab verməli olan şəxs deyil. Həmin ev X2 mülkiyyətində olmuş, onun ölümündən sonra birinci növbəli yeganə vərəsəsi isə iddiaçının nənəsi X9r. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə bu tələblə bağlı X5 cavabdeh kimi işə cəlb edilməsi təklif edilsə də, iddiaçı razı o lmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
20. Məhkəmə iddia tələbinin 4.676 manat dəyərində olan qızıl-zinət əşyalarının naturada qaytarılması və 15.000 manat məbləğində pulun qaytarılması tələbi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən tələb edilən 15.000 manat məbləğində pulun mərhum bibisi X15 tərəfindən onun üçün toplanmış olduğu iddia edilsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Bundan başqa, cavabdehin bildirdiyinə görə, həmin pul onun anası tərəfindən pensiyasından yığılan puldur və iddiaçı bunun dəqiqləşdirilməsi üçün 13 aprel 2021-ci il tarixdən nənəsinə müra ciət etməmiş, bu halı araşdırmamışdır. Eynilə, iddiaçı tərəfindən cavabdehdən tələb edilən qızıl-zinət əşyalarının da ona məxsusluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, bu hal da iddiaçı tərəfindən araşdırılmamışdır. Belə ki, şahid X18 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, nənəsinin bildirdiyinə görə qızılzinət əşyaları ünvan 1-də sandıqda saxlanılır və həmin qızıl-zinət əşyaları mərhum X10 məxsus olmuşdur. Məhkəmə onu da qeyd edir ki, bibiləri vəfat etdikdən sonra iddiaçının nənəsi onun atasına iddiaçı üçün yığılmış 50.000 manat məbləğində pulu verərkən qızılzinət əşyaların da onun üçün nəzərdə tutulmuş olduğu təqdirdə verilməməsi ağlabatan deyil.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 1159.1, 1160-cı, 1 oktyabr 2009-cu il tarix ədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 50.3, 51.3, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 3.2.1-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin məhkəmə icraatı zamanı maddi hüquq normaları kobud şəkildə pozulmuş, ziddiyyətlər aradan qaldırılmamış, işin faktiki halları və proses iştirakçılarının i fadələri təhrif edilərək qətnamənin nəticə hissəsinə uyğunlaşdırılmışdır. İş materiallarında olan “Etiraz”dan müəyyən olunur ki, həmin “sənəd” Cavabdeh tərəfindən deyil, onun vəkili Vəkil1 tərəfindən tərtib edilmiş və yalnız onun özü tərəfindən imzalanmışdır. 2(001)-1894/2022 №-li iş 15 fevral 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin iş üzrə 17 mart 2022, 08 aprel 2022, 19 iyul 2022, 20 oktyabr 2022, 04 noyabr 2022-ci il tarixlərində məhkəmə iclasları keçirilmiş, sədrlik edən hakim ötən doqquz aydan da artıq müddət ərzində cavabdehin məhkəmədə şəxsən iştirakını təmin etməmişdir. Vəkil1 əvvəllər iddiaçının nümayəndəsini qətiyyən tanımadığı halda, qeyd edilən mülki işin məhkəmə icraatına başlanıldığı ilk gündən onun haqqında həddindən artıq mənfi fikirlər söyləyərək, guya onun uzun il lərdir ki cavabdehə qarşı kin bəslədiyini, onu hər zaman təhqir edərək şəxsiyyətini alçaltdığını, ona böhtan atdığını, iddia ərizəsində qeyd edilən halların tamamilə yalan olduğunu, cavabdehin məhkəmədə şəxsən iştirak etməsini tələb edərək ona psixoloji təsir göstərmək istədiyini, bu səbəbdən də cavabdehin məhkəməyə gəlməyəcəyini, cavabdehi nümayəndə qismində onun özü təmsil edəcəyini bildirərək məhkəmənin nəzərində ona dair əvvəlcədən neqativ obraz formalaşdırmaqla mübahisənin obyektiv həll edilməsinə süni əngəllər törədərək qarşı tərəfin qanuna zidd əməllərini ört-basdır etməyə, beləliklə də iddianın rədd edilməsinə nail olmağa çalışır və təəssüf ki, bütün hallarda onun mövqeyi ilə razılaşırdı. xx.xx.2022-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məhəmməd Rüstəmliyə Cavabdeh vəkili Vəkil1 fəaliyyət və dəlillərinə etiraza dair ərizə təqdim etmişdir. Lakin müraciətinə baxılmadı və cavabdehin vəkili öz qanuna zidd əməllərini həyata keçirməyi davam etdirirdi. İddiaçının nümayəndəsi Nümayəndə, onun adına qeydiyyata alınmış şəxsi kabinet vasitəsi ilə AR MPM-in 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyinə və cavabdehin vəkilinin hərəkətlərinə etiraz bildirdiyinə görə 19 iyul 2022-ci il tarixdə keçirilən növbəti hazırlıq iclasında hakim əsəbləşərək guya onun işinə mane olduğu üçün xəbərdarlıq edərək məhkəmə zalından xaric etmişdir. xx.xx.2022-ci il tarixdə bu barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına elektron qaydada müraciət etmişdir. Həmin müraciət MHŞ-dən 1/T-37 nömrəli 27 iyul 2022-ci il tarixli məktubla aidiy yəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərildikdən sonra, yalnız xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Cavabdeh şəxsən iştirakı formal olaraq təmin edilsə də, faktiki olaraq bütün proses boyu onun əvəzindən yenə də Vəkil1 fəaliyyət göstərirdi. Bildirir ki, Vəkil1 tərtib etdiyi “Etiraz”da özünü Cavabdeh nümayəndəsi kimi göstərməsi, buna uyğun fəaliyyət göstərməsi, məhkəmənin hazırkı iş üzrə onu cavabdehin nümayəndəsi qismində tanıması və onun göstərdiyi dəlilləri mötəbər sübut kimi qəbul etməsi tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinin mənasından da aydın görünür ki, məhkəmədə nümayəndə vasitəsi ilə iş aparmaq (hüquqi şəxs istisna olmaqla) yalnız iddiaçıya aiddir, cavabdeh isə ona qa rşı irəli sürülmüş iddia tələbi haqqında iş üzrə məhkəmədə şəxsən iştirak etməlidir və bunu başa düşmək üçün heç də xüsusi bir bilik tələb olunmur, sadəcə olaraq Azərbaycan dilini bilmək yetərlidir... Onu da nəzərə almaq lazımdır ki, Cavabdeh tam fəaliyyət qabiliyyətinə malik olan fiziki şəxsdir və bu səbəbdən də mövcud qanunvericiliyə görə onun məhkəmə prosesində şəxsən iştirak etməsi üçün üçüncü şəxsin köməyi tələb olunmur. Bundan əlavə, Vəkil1 əvvəllər tanımamışıq, faktiki olaraq o, ailəyə tamamilə yad bir şəxsdir və bu səbəbdən də ailədaxili məsələlərin bilavasitə iştirakçısı olmadığı halda, sadəcə olaraq üçüncü şəxslərdən eşitdikləri üzərində uydurduğu arqumentlər subut kimi qiymətləndirilə bilməz. Bu hissədə də iddiaçının nümayəndəsinin ifadəsi təhrif olunmuş, lakin qətnamədə göstəri lənlərin elementar məntiqi cəhətdən də qeyri-mümkün olduğunu məhkəmə nəzərə almamışdır. Əsl reallıqda isə X12 vəfat etdikdən sonra anası demək olar ki hər gün oğlu Əhmədə deyirdi ki, Mehrabın pullarını apar banka qoy, mən artıq saxlaya bilmirəm, yoxsa belə getsə xırda-xırda dağılıb gedəcəkdir. Mərhumun “40 mərasimi”ndən sonra cavabdehin yanında ona demişdir ki, bu gün boş vaxtın var apar pulları banka qoy, mən də artıq arxayın olum. O isə cavabında bildirmişdir ki, yaxşı indi ki deyirsən, gətir ver aparım qoyum. Bu zaman Cavabdeh ona bildirmişdir ki, pullar içəri otaqda sandığın içərisindədir, sandığın üstündə isə pal-paltarla dolu 5 ədəd çamadan vardır və onları oradan yalnız kişi xaylağı götürə bilər. Anası pulları iri bir parçaya bükülmüş şəkildə oğluna verərkən ona bildirmişdir ki, pul ların hamısı bu bağlamada idi, Sona o qədər onun zəhləsini tökdü ki, o da bu evin qızıdır, Mehraba qalan puldan ona da pay ver, o da axırda məcbur olub bu pulun üzərindən 15000 manat götürüb ona verdim ki, səsini kəsib ondan əl çəksin. Onu da nəzərə almaq lazımdır ki, anasının Nümayəndə verdiyi 5, 10, 20, 50, 100 manatlıq əskinaslardan ibarət olan pullar zərfdə deyil, iri bir bağlamada olmuşdur və həmin pullar iddiaçı üçün ona yalnız bibisi Həqiqət tərəfindən toplanmışdır. Halbuki, həmin pulların hamısı 100 AZN nominalında olsa belə, 500 ədəd 100 manatlıq pul əskinaslarının bir zərfdə olması sadəcə olaraq praktik cəhətdən mümkün deyil. Lakin qeyd edilən fakt (ziddiyyət) bilərəkdənmi, yoxsa səhlənkarlıqdanmı məhkəmənin diqqətindən kənarda qalmışdır. Cavabdeh S.Talıbova ünvan 1 ünvanında yer ləşən mənzildən pulun və digər əmlakların talan edilməsində biləvasitə iştirak etmiş şəxs olduğuna görə, məsuliyyətdən yayınmaq üçün yalan danışdığı şübhəsizdir, bu hissədə qeyd edilənlər cavabdehin vəkili N.M.Mirbabayev tərəfindən uydurulmuş ifadələrdən ibarətdir. Belə ki, bundan əvvəl keçirilən proseslərdə o, öz adından izahat verərkən eynilə bunları bildirirdi. 15000 manat məbləğində pulu anası ona verərkən həmin pulun onun pensiyasından yığıldığını və o, bir ölad kimi anası xəstə olarkən onun əziyyətini çəkdiyi üçün verdiyini deməsi tamamilə yalandır. Belə ki, cavabdeh S.İddiaçı anası xəstə olarkən heç bir zaman onun əziyyətini çəkməmişdir. Yuxarıda da göstərildiyi kimi, anası pulları iri bir parçaya bükülmüş şəkildə oğlu Əhmədə verərkən ona bildirmişdir ki, pulların hamısı bu bağlamad a idi, Sona o qədər onun zəhləsini tökdü ki, o da bu evin qızıdır, Mehraba qalan puldan ona da pay ver, o da axırda məcbur olub bu pulun üzərindən 15000 manat götürüb ona versin ki, səsini kəsib ondan əl çəksin. Həmin pulu evin təmirinə görə şirkətə ödənilməsi üçün qızına verdiyini bildirməsi də tamamilə yalan və uydurmadan başqa bir şey deyildir. Çünki onların mənzili təxminən 7-8 il bundan əvvəl, oğlu Nizaminin həmin işləri görməyi bacaran dostları tərəfindən təmənnasız təmir edilmişdir. Əks halda cavabdeh məhkəməyə ödəniş qəbzi təqdim etmiş olardı. Gülçöhrə sağlığında özünə məxsus olmayan sırğanı onun nəvəsinə hədiyyə etməmiş, o, vəfat etdikdən sonra guya nəvəsinin 18 yaşı tamam olması münasibəti ilə onun adından nəvəsinə hədiyyə vermək bəhanəsi ilə anası X3 almışdır. Qanunvericilikdə t am fəaliyyət qabiliyyətli fiziki şəxs olan cavabdehin məhkəmədə nümayəndə vasitəsi ilə iş aparmasını tənzimləyən hər hansı bir norma olmadığından, onun vəkili Vəkil1 izahatına istinad edilməsi qanunsuzdur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 102 yaşında bir qadın olduğu, onun hal-hazırda cavabdehin evində yaşadığı, onların köməyi olmadan müstəqil olaraq məhkəməyə gələ bilməyəcəyi iş materiallarından aydın göründüyü üçün bu hallar barədə sədrlik edən hakim məlumatı olduğundan onun məhkəmə iclasında iştirak etməsini təmin etməyi cavabdehə həvalə edə bilərdi. Başqa sözlə desək, Cavabdeh qızı Ulduzla birlikdə anası R.Əsgərovanın adından fikir söyləmək əvəzinə, oğlu Nizaminin maşını ilə onu məhkəməyə gətirə bilərdi. Onu da Məhkəmən in diqqətinə çatdırır ki, X19 faktiki olaraq cavabdehin evində girov kimi saxlanılır və onunla təmasda olmasına imkan verilmir. Belə ki, xx.xx.2022-ci il tarixində 52 yaşlı gəlini (iddiaçının anası) X25 vəfat etmiş, lakin onunla görüşməsin deyə, heç olmasa sadəcə olaraq adi bir başsağlığı vermək üçün onu yas mərasiminə gətirməmiş, bu səbəbdən özləri orada iştirak etməmişlər. Bundan əvvəl xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclasında Cavabdeh iştirak etməməsi səbəbindən, onun X11 şahid qismində dəvət edilməsi barədə vəsatət verməsi həqiqəti əks etdirmir və iş materiallarında da belə bir vəsatət mövcud deyildir. Digər tərəfdən iddia ərizəsində də qeyd edildiyi kimi, X18 ünvan 1 ünvanında yerləşən mənzildən pulun və digər əmlakların talan edilməsində biləvasitə iştirak etmiş şəxs old uğuna görə, məsuliyyətdən yayınmaq üçün onun da yalan danışdığı göz qabağındadır. Belə ki, o, xalası vəfat etdikdən sonra həmin mənzilə heç bir zaman dərman və ya yemək gətirməmişdir və hər dəfə ora gedərkən onun məqsədi yalnız götürdükləri əmlakları qardaşı Nizaminin şəxsi minik avtomobili ilə həmin mənzildən çıxarıb aparmaq olmuşdur. Onun dediklərinə görə, 15000 manat pulu nənəsi ona vermiş, həmin məbləğin 2000 manatını dəfn və yas mərasimlərinə xərcləmişdir. Halbuki onun iş üzrə cavabdeh qismində cəlb edilmiş anası Cavabdeh məhkəməyə verdiyi ifadəsində götərmişdir ki, 15.000 manat məbləğində pulu anası ona verərək bildirmişdir ki, həmin pulu ona görə verir ki, o, övlad kimi anasının xəstə olanda əziyyətini çəkmişdir. Həmin məbləği qızına vermişdir ki, evin təmiri üçün şirkətə ödənilsin. Lakin göründüyü kimi, yenə də ifadələr arasındakı ziddiyyətlər bilərəkdənmi, yoxsa səhlənkarlıqdanmı məhkəmənin diqqətindən kənarda qalmış və onlar aradan qaldırılmadan qətnaməyə köçürülmüşdür. Həmçinin bildirir ki, dəfn xərcləri X18 tərəfindən deyil, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. Yas mərasimlərinə gəldikdə isə, həftənin cümə axşamı günləri cavabdeh öz ailə üzvlərini başına toplayaraq, yəni onun özü, əri Təvəkkül, oğlu Nizami, gəlini Rita, qızı Ulduz və 2 qız nəvəsi guya ehsan verirlərmiş kimi qonşulardan da yalnız X16 dəvət edərək, həmin gün üçün anasından ayrıca aldığı pulla ərzaq məhsulları alaraq hazırladıqları müxtəlif yeməkləri özləri oturub yeyir, qalanını isə yığışdırıb öz evlərinə aparırdılar. Hətta onların ailə üzvlərindən kimsə orada iştirak etməsin deyə, Ulduz bildirirdi ki, pandemiya dövrüdür, bir yerdə çox adam toplaşanda polis gəlib onların hamısını tutub aparır, ona görə də daha bundan artıq adam gəlməsin. Bu barədə heç bir araşdırma aparılmadığı halda məhkəmə bu hissədə faktiki olaraq öz şəxsi mülahizəsini ortaya qoymuşdur. 2(001)- 1894/2022 №-li iş xx.xx.2022-ci il tarixində başlanılmış, lakin icraatda olduğu doqquz aydan da artıq müddət ərzində məhkəmə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 iştirakını təmin etməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuş, bunun nəticəsində iş üzrə qəbul edilmiş məhkəmə qətmaməsi biri digərini təkzib edən ziddiyyətli, qeyri-mötəbər, heç bir hüquqi əsası o lmayan arqumentlər və sədrlik edən hakimin öz qulluq mövqeyinə görə irəli sürdüyü, bu barədə heç bir müzakirə aparılmadığı halda ortaya qoyduğu şəxsi mülahizələri ilə əsaslandırılmışdır. Məhkəmə Vəkil1 Cavabdeh nümayəndəsi qismində tanımış, faktiki olaraq tam fəaliyyət qabiliyyətli cavabdeh fiziki şəxsin məhkəmə nümayəndə vasitəsilə iş aparmasına şərait yaratmış və bunu tamamilə normal bir hal hesab etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1962/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X20 (sədrlik edən və məruzəçi), X6 və X21) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1894/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının vəfat etmiş bibiləri X12 və X15 anaları X14 ilə birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9-cu sıra, ev 33 ünvanında yaşamışlar. X1 Gülçöhrə Mahmud qızının və X7 yeganə vərəsəsidir. Qızlarından qalmış miras ə mlaka sərəncam vermək hüququ ona məxsusdur. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının vəfat edənlərin mülkiyyətində olmuş qızıl-zinət əşyalarının naturada qaytarılması və 15.000 manat məbləğində pulun verilməsini tələb etmək üzrə subyektiv hüquqa malik olduğu müəyyən edilməmişdir. Belə ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. İstənilən şəxsin əmlak hüquqları ilə bağlı tələb hüququ onun mübahisəli əmlaka münasibətdə mülkiyyətçi və ya qanuni sahib olmasına əsaslanır.
26. Bundan başqa birinci instansiya məhkəməsi iddianın “mənzilə köçürülmə” hissəsi ilə əlaqədar haqlı olaraq qeyd etmişdir ki, iddiaçının k öçmək istədiyi ev cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olmadığı üçün, o, həmin tələbə cavab verməli olan şəxs deyildir. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evi X2 mülkiyyətində olmuş, onun birinci növbəli və yeganə vərəsəsi də hazırki mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş iddiaçının nənəsi X9r
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 1133.1, 1159.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 50.3, 51.3, 77.1, 81-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Resp ublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində şəxsi kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş dəfn xərcinin çəkilməsi barədə ara yışın surəti, xx.xx.2023-cü il tarixində isə izahat, həmcinin Həqiqət və Gülçöhrə bibisinin dəfn edildikləri məzarlıqda çəkilmiş fotolar təqdim edilmiş, lakin məhkəmə kollegiyası tərəfindən onlara heç bir qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, bu barədə qətnamədə bircə söz belə göstərilməmişdir.
30. Prosesin çəkişmə prinsipi təmin edilməmiş və işdə qarşılıqlı iddia olmadığı halda, tam fəaliyyət qabiliyyətli fiziki şəxs olan Cavabdeh vəkili Vəkil1 cavabdehin nümayəndəsi qismində onun vasitəsilə işin aparılmasını normal hal kimi qəbul etmişdir ki, bu da öz növbəsində əsl həqiqətlərin aşkar edilməsinə əngəl törədərək qeyri-obyektiv qətnamələr qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri
31. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
34. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 50.3 İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
37. Maddə 51.3 Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiy i halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət ged ə bilməz.” Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməs inin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. İddiaçı iddia tələbində pul və qızıl əşyaların geri tələb edir. Həmin hissəsinə işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr tərəfindən qiymət verilərək belə qənaətə gəlinmişdir ki, iddiaçının pul və qızıl əşyalarına hər hansı aidiyyəti yoxdur. Miras qoyanın vəfatından sonra sağ qalmış birinci növbə vərəsəsi (anası) həmin əmlakların bir hissəsinə (qızıl-zinət əşyaları) sahiblik edilir, tələb olunan pul məbləği isə məhz vərəsənin iradəsi əsasında cavabdehə verilmişir. Məhkəmələr haqlı olaraq iddiaçının iddianın göstərilən hissələri üzrə subyektiv hüquqa malik olmadığı nəticəsinə gəlmişlər. İddia tələbinin mənzilə köçürməyə aid hissəsi ilə bağlı qeyd edilməldir ki, mülkiyyətiçinin vəfatından sonra mənzilə faktiki sahibliyi mərhumun anası və 3-cü şəxs olan nənəsi tərəfindən həyata keçirildiyi müəyyən olunmuş, bu baxımdan tələb irəli sürülən cavabdehin əsl cavabdeh olmadığı və həmin şəxs tərəfindən iddiaçının mənafeyinə uyğun olmayan hər hansı hərəkətin edilməsinin təsdiq olunmadığı aşkardır.
51. Kasasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunlu olmuş və bu dəlillərə apellyasiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin mövqeyi maddi hüquq normalarına uyğun saymaqla əsaslı hesab edir.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1962/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.