Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2845/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili x1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli və 11 fevral 2020-ci il tarixli qərardadlarından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, 124565 manat məbləğində maddi ziyana görə pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı1 ödənilməsi, 25190 manat məbləğində maddi ziyana görə pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı3 ödənilməsi, 25500 manat məbləğində maddi ziyana görə pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı2 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermiş və qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. İddiaçılar da öz növbəsində ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 aid hissədə ərizədə göstər ilən həcmdə iddiadan imtina edərək həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-12256/19) iddiadan imtina qismən qəbul edilərək hazırki iş üzrə Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyun 2019-cu il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə tutulması qət edilmiş məbləğlərin 1/2 hissəsinin Cavabdeh1 tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Müəyyən edilmişdir ki, həmin qətnamənin iddianın qismən təmin edilməməsi və Cavabdeh2 İddiaçı 1 xeyrinə 62.282 (altmış iki min iki yüz səksən iki) manat 50 (əlli) qəpik, İddiaçı3 xeyrinə 12.595 (on iki min beş yüz doxsan beş) manat, İddiaçı2 xeyrinə 12.750 (on iki min yeddi yüz əlli) manat məbləğində pulun tutulması barədə hissəsi hazırki apelyasiya baxışının predmeti olmamışdır. Daha sonra Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli qərardadı ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, R.Eyvazov və Z.Əliyev, iş № 2(103)2061/20) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5368/2019 saylı işi üzrə 19.06.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya qəbul olunmamış hesab edilmiş və müəyyən edilmişd ir ki, mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli və 11 fevral 2020-ci il tarixli qərardadlarından kassasiya şikayətləri verərək 25 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi və mülki işin icraatının mahiyyəti üzrə davam etdirilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh həmçinin 11 fevral 2020-ci il tarixli qərardadının ləğv edilməsini, verilmiş apelyasiya şikayətinin mümkün hesab edilərək mülki işin icraatının mahiyyəti üzrə davam etdirilməsi və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək cav abdehlər tərəfindən iddiaçılara vurulmuş maddi zərərin əvəzi olaraq 205.565 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi; cavabdehlər tərəfindən iddiaçılara vurulmuş maddi zərərin əvəzi olaraq maddi zərərin əvəzi olaraq 25.190 manat, mənəvi zərərin əvəzi olaraq 25.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı3 ödənilməsi; cavabdehlər tərəfindən iddiaçılara vurulmuş maddi zərərin əvəzi olaraq maddi zərərin əvəzi olaraq 25.500 manat, mənəvi zərərin əvəzi olaraq 25.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izaha tları: Kassasiya şikayətləri apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. İddiaçıların nümayəndəsi və vəkili x3 məhkəmə kollegiyasının iclasında iddiaçılarla cavabdeh arasında razılıq əldə olunduğundan Cavabdeh2 aid hissədə iddiadan imtina etdiyini bildirmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçıların nümayəndəsi və vəkili x1 izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 25.10.2019-cu il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 25.10.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanmalı, Bakı Apelyasiya Məhkəməsinin 11.02.2020-ci il tarixli qərardadı ləğv olunmalı, hazırkı kassasiya icraatının predmeti olan hissədə iddiaçıların iddiadan imtinaları qəbul olunaraq, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 Bakı Apelyasiya məhkəməsinin 25.10.2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların digər cavabdehə münasibətdə iddiadan imtinalarının qəbul olunması onun hüquqlarının pozulmasına şərait yaratmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiadan imtinası olunması qanunvericiliyin iddiaçılara verilmiş hüquqlarından irəli gəlir, iddia üzərində sərəncam verilməsi məhz onlardan asılıdır. Hazırkı halda isə iş üzrə cavabdehlərdən birinə qarşı irəli sürülmüş iddiadan imtina olunması digər cavabdehin hüquqlarının pozulmasına şərait yaratması ilə bağlı nəticəyə gəlməyə imkan vermir. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən Bakı Apelyasiya Məhkəməsi nin 25.10.2019-cu il tarixli qərardadı ilə bağlı kassasiya şikayətinin prosessual normaların düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili x3 iddiaçıların Cavabdeh2 qarşı iddiadan imtina etməsi barədə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərə flər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası iddiaçıların nümayəndəsi və vəkili x1 iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların Cavabdeh2 münasibətdə iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(103)-2061/2020 nömrəli qərardadı ləğv olunmalı, iddiaçıların cavabdeh x2 qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 25.10.2019-cu il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 25 oktyabr 2019-cu il tarixli, 2(103)-12256/19 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İddiaçıların Cavabdeh2 qarşı pul tələbinə dair iddiasından imtinası qəbul edilsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(103)2061/20 saylı qərardadı ləğv edilsin. iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2845/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2845/2020
05.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver