Məhkəmə qərarları › İş №2(102)-2849/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2849/2024

05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2849/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(106)233/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları

1. İddiaçı Cavabdeh ilə 12 iyun 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 30 may 2018-ci il tarixdə X adlı övladları doğulmuşdur.

2. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)1849/2022 saylı qətnaməsi ilə nikah pozulmuş və azyaşlı uşaqları X iddiaçının himayəsində saxlanılmışdır.

3. Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X ilə hər həftənin şənbə günü səhər saat 11:00-dan, günorta saat 13:00-dək görüşmək üçün şərait yaradılması, ünsiyyətin şəxsi görüş formasında həyata keçirilməsi, ərizənin digər hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Hal-hazırda qüvvədə olan Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsin in xx.xx.2022- ci il tarixli, e-2(006)- 1850/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh övladı 30 may 2018-ci il təvəllüdlü Xı ilə ay ərzində 8 gün (hər həftənin cümə və bazar günü olmaqla), uşağın ad gününün ikinci günü, Qadınlar günü, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, hər birində bir gün olmaqla bayramların ilk günü səhər saat 10:00-dan, axşam saat 20:00-dək (birinci bir ay ərzində ananın – X2 iştirakı ilə, daha sonra şəxsi görüş formasında) görüş vaxtı müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X3 yetkinlik yaşına çatanadək Cavabdeh (bundan sonra- cavabdeh) razıl ığı olmadan anası ilə birgə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, övladının dünyagörüşü və istirahəti ilə bağlı xarici ölkəyə müvəqqəti olaraq aparmaq üçün cavabdehin razılığını almaq istəmiş, lakin sonuncu ona yazılı razılıq verməmişdir. Bu səbəbdən azyaşlı uşağı Xqızını sərbəst surətdə xaricə apara bilmir. Belə ki, qızı azyaşlı olduğu üçün onun Azərbaycan Respublikası ərazisindən kənara aparılmasına cavabdehin yazılı razılığı tələb olunur. Hazırda cavabdeh buna müxtəlif bəhanələrlə razılıq verməkdən yayınır. Bu da qızının xaricə aparılmasını qeyri-mümkün edir. X6 azyaşlı olduğu üçün onu kiminsə yanında qoyub gedə bilmir, bu səbəbdən məcburiyyət qarşısında qal ıb bu haqda məhkəməyə müraciət edib.

7. İş üzrə cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, iddiaçı ona olan inamından sui-istifadə edərək, uşağın onunla ölkə xaricinə çıxarılmasına icazəsinə dair üç aylıq müddətə verdiyi etibarnamə əsasında (bitmə müddəti 2020-ci ilin mart ayı) uşağı 2020-ci ilin mart ayında Rusiyaya, Moskva şəhərinə valideynlərinin yanına aparmış və orada 2 yaşlı körpəni onun razılığı olmadan bağçaya qoymuşdur. Artıq etibarnamə müddətinin bitməsinə baxmayaraq o, uşağını görmədiyindən, ondan telefon vasitəsi ilə tələb etmişdir ki, uşağı gətirsin. Uzun müddət təkidlərindən sonra, hətta ona qarşı boşanma iddiası qaldıracağı hədəsindən sonra, o, altı aydan sonra, yəni 2020-ci ilin oktyabr ayında, uşağı valideynlərinin yanında qoyaraq, Türkiyə əra zisindən keçməklə Azərbaycana gəlmişdir. Uşağı niyə uzun müddətə apardığını və özü ilə niyə gətirmədiyi suallarına da müxtəlif bəhanələr, eləcə də etibarnamənin vaxtının bitdiyini əsas gətirmişdir. Ondan uşağı təcili gətirməsi tələbinin təsiri altında o, Rusiyaya qayıtmış və yenə də bir müddət orada qaldıqdan sonra, nəhayət 2021-ci ilin fevral ayında ona göndərdiyi etibarnamə ilə uşaqla birlikdə Azərbaycana gəlmişdir. İddiaçının artıq onun səmimiyətini belə dəyərləndirməsi, onun valideynlərinin Rusiya vətəndaşları olaraq orada yaşamaları və iddiaçının özünün də Rusiyaya meyilli olması (onun daimi yaşamaq məqsədi ilə Moskvaya valideynlərinin yanına köçmək və atasının üzərinə vətəndaşlıq almaq niyyəti), onun, uşağın onunla ölkə xaricinə icazəsi olmadan, üstəlik ona məlumat belə verilmədən öl kə xaricinə çıxarılması tələbi, onun uşaq üzərində valideynlik hüquqlarının pozulması baxımından təmin oluna bilməz. Belə bir iddianın təmin olunması halında, yəni əvvəla ona məlumat verilmədən övladının hara, kiminlə, nə məqsədlə, hansı müddətə aparılması aşkar onun uşaq üzərindəki valideynlik hüquqlarının kobud surətdə pozulması ilə nəticələnə bilər. Bundan başqa iddianın təmin olunması yuxarıda qeyd etdiyi kimi uşağın anasının valideynlərinin Rusiya vətəndaşları olması, eləcə də iddiaçının özünün Azərbaycanda yaşamaq istəməməsi, Azərbaycanla bağlılığınınolmaması (iş yerinin və sair olmaması), onun uşağı özü ilə birdəfəlik Azərbaycandan aparılmasına şəraitin yaradılması deməkdir. İddiaçının mövcud iddiada məqsədi uşağın yaddaşında onun atası olduğunu uşağa unutdurması və aralarında bərpa etdiyi isti münasibəti və uşağın ona olan bağlılığın uşağın yaddaşından silinməsinə nail olmaqdır. Hal-hazırda artıq Rusiya Federasiyasının ərazisində müharibənin getməsi ilə əlaqədar uşağının təhlükəli yerlərə aparılmasına qəti razı deyiləm.

8. Lənkəran Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2(049)-187/2023 saylı qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddia təmin edilərək, cavabdehlə birgə nikahdan doğulmuş 30 may 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birgə (uşağın atası Cavabdeh məlumat göndərilməklə və məlumatda uşağın hansı ölkəyə, hansı müddətə və hansı məqsədlə aparılması qeyd edilməklə, eyni zamanda səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icra məmuruna məlumat verməklə) Azərbaycan Respubl ikasının hüdudlarından kənara getməsinə (daimi olmamaq şərtilə) icazə verilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflərin nikahı pozulduqdan sonra uşaq anasının, yəni iddiaçının yanında yaşayır və uşağın ölkədən xaricə müvəqqəti çıxarılması üçün cavabdehin razılığını almaq mümkün deyil. İddiaçının uşağı ilə bağlı malik olduğu ən təməl hüquqlardan biri də onunla birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək və sair məqsədlə ölkədən getmək və ölkəyə qayıtmaq hüququdur. Onun bu hüququ yalnız qanundan irəli gələn çox ciddi əsasların mövcudluğunda və mötəbər sübutlarla dəstəkləndiyi hallarda hər hansı məhdudiyyətə məruz qala bilər. İşin hallarından göründüyü kimi iddiaçı nın öz uşağı ilə birlikdə ölkədən getmək və gəlmək hüquqlarının məhdudlaşdırılmasına imkan verən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Öz növbəsində, uşağın xarici ölkəyə aparılmasına etiraz edən cavabdeh də səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, yalnız etirazında formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlillər irəli sürmüş, həmin dəlillər isə öz növbəsində iddianın rədd edilməsi üçün məhkəmə tərəfindən yetərli hesab edilməmişdir.

10. Cavabdehin razılığı olmadan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın anası ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə ve rildiyi təqdirdə iddiaçının uşaqla birlikdə Azərbaycan Respublikası hüdudlarını birdəfəlik tərk edəcəyi qənaətinə gəlməyə əsas vermir. Bu baxımdan məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçının uşağın dünyagörüşü və istirahəti ilə bağlı uşaqları ilə birlikdə ölkədən kənara getməsi uşağın mənafeyinə, sağlamlığına və inkişafına xidmət etsə də, iddiaçıya cavabdehin razılığı olmadan uşağın Azərbaycan Respublikası hüdudlarından kənara aparılmasına icazə verilməsi həmin uşaqdan ayrı yaşayan Cavabdeh qanunvericiliklə ona verilmiş hüquqlarına xələl gətirməməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələl ərin həll edilməsində iştirak etmək hüququna malik olmasını, cavabdehin övladı ilə ünsiyyət hüququnun həyata keçirilməsinə dair müvəqqəti təminat tədbiri barədə qərardadın mövcud olmasını, həmçinin ünsiyyət tələbi ilə bağlı yuxarıda qeyd olunan müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəsini alacağının mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqdan ayrı yaşayan cavabdehin övladı ilə ünsiyyət, onların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək, uşaq barəsində məlumat almaq hüquqlarının təmin etmək məqsədi ilə, uşağın anası ilə birlikdə respublika hüdudlarından kənara çıxarılması barədə əvvəlcədən uşağın atasına məlumat göndərilməklə həyata keçirilməli, məlumatda uşağın hansı ölkəyə, hansı müddətə və nə məqsədlə aparı lması qeyd edilməli, eyni zamanda iddiaçının üzərində səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsi qoyulmalıdır.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9 və 11-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə süb utlar (iddiaçının ata ilə uşağın görüşünü süni olaraq ertələməsi, atanın iddiaçıya hələ evli olarkən verdiyi uşaq üzərinə icazədən iddiaçının istifadə edərək Moskva şəhərindən uşaqı könüllü geri qaytarmaması) təqdim olunsa da, məhkəmə bu halları aydınlaşdırmamış və hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçı mövcud qətnaməyə söykənərək uşaqla birgə gizlin öz valideynlərinin yanına Moskva şəhərinə daimi yaşamağa köçmək fikri təqdim olunmuş sübutlardan aydın şəkildə görünürdü. Birinci instansiya məhkəmə icraatında bu sübutları təqdim etmək ona görə mümkün deyildir ki, 01 fevral 2023-cü il tarixdə iddiaçı ”tik-tok”sosial şəbəkədə özünə məxsus hesabdan canlı yayım açaraq aşağıdakı məlumatları bildirmişdir: İddiaçı Rusiya Federasiyasında ailəsinin yaşaması və onların yanına daimi yaşamağa köçəc əyini, Azərbaycanda çox darıxdığını və Rusiyada ailəsi ilə birgə yaşamaq istədiyini, Rusiyada hazır işinin olmasını, Azərbaycanda ona iş təklif olunsa da, imtina etməsini, yəni Azərbaycan Respublikası ilə bağlığının olmadığı və gələcək həyatını uşaqla birgə burada görmədiyini və buradan köçənə qədər bu məlumatları gizli saxlamasını açıq şəkildə bildirmişdir. Mövcud icazəni iddiaçı məhkəmədən uşağın inkişafı və dünya görüşünün artırılması məqsədi ilə alınmasını bildirsə də, əslində əvvəldən məqsədi valideynlərinin yanına, yəni Rusiya Federasiyasına köçməkdir.

15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-640/2023 nömrəli iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.T.Əhmədov (sədrlik edən və məruzəçi), C.F.İmanov və T.S.Kərimov) cavabdehin apellyasiya şikay əti təmin edilmədən, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2(049)-187/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu uşağın həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz.

17. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin razılığını rəsmi olaraq almaq mümkün olmadığından, iddiaçının faktiki himayəsində olan uşağı ilə birlikdə qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüquqları pozulur. Bir sözlə, iddiaçı uşağı ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə və s. məqsədlə ölkədən getmək hüququndan məhrum olur. Eyni zamanda, himayəsində olan valideyn tərəfindən uşağın müvəqqəti olaraq xarici ölkəyə aparılması digər valideyni Ailə Məcəlləsinin 61.1 və 61.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlardan məhrum etmir.

18. Apellyasiya məhkəməsi “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 nömrəli qərarının 7.18-ci və 7.19-cu bəndlərinə istinad edərək göstərmişdir ki, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməli dir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2, 60.1, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.4, 11.2, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 5 və 27.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının 8-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3400/2023 nömrəli iş üzrə 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- Elşanə Vəliyeva (məruzəçi), Elşad Şamayev və Əhliman Xıdırov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(106)-640/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yeni baxışa göndərilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının valideynlərinin Rusiya Federasiyası vətəndaşları olması barədə işdə müvafiq sənədlər vardır, iddiaçı da bu halı mübahisələndirməmişdir. Eyni zamanda, tərəflərin valideyn kimi münasibətlərindəki gərginlik, uşaqla ünsiyyət və sair məsələlərlə bağlı aralarında narazılıq mövcuddur.

23. Cavabdeh apellyasiya şikayətində iddiaçının daimi əsaslarla ölkəni tərk etmək niyyətini təsdiq edən yeni sübutunun olmasını (xx.xx.2023-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində özünə məxsus hesab da canlı yayında verdiyi məlumatlar) və həmin sübutun birinci instansiya məhkəməsinin qətnaməsindən sonraya aid olduğuna görə həmin məhkəməyə təqdim edilməsinin mümkün olmamasını, həmin sübutu portal vasitəsi ilə yükləmək mümkün olmadığından poçt vasitəsilə göndəriləcəyini göstərsə də, həmçinin xx.xx.2023-cü il tarixdə iş rejimi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyinə görə məhkəmə iclasının başqa vaxta təxirə salınması barədə vəsatət təqdim edərək, üzürlü səbəbdən iştirak edə bilməməsinə dair müvafiq sübutunu əlavə etsə də, həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmiş, cavabdehə apelyasiya şikayətində istinad etdiyi sübutları məhkəməyə təqdim etməyə şərait yaradılmamışdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, valideynin birinin razılığı olmadan uşaqların müxtəlif məqsədlərlə xarici ölkələrə getməsinə icazə veriməsi barədə iddia ilə onların daimi yaşamaq məqsədilə ölkədən getməsinə icazə verilməsi barədə iddia arasında həm onların araşdırılm ası, həm iddianın uşaqların üstün mənafelərinə uyğunluğunun yoxlanılması, həm də sübutetmə yükünün bölüşdürülməsi baxımından fərqliliklər vardır. Bu barədə “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 7.17-7.22 bəndlərində ətraflı qeyd edilmişdir.

25. Lakin apellyasiya məhkəməsi həmin Plenum Qərarının müddəalarını nəzərə almamış, iddianın uşağın daimi əsasla Azərbaycan Respublikasından kənara çıxarılması məqsədilə verilməsinə əsasların olub-olmamasını araşdırmadan, bu məqsədlə cavabdehin etirazının və apelyasiya şikayətinin dəlilinə müvafiq hüquqi qiymət vermədən, belə əsas mö vcud olduğu halda, iddianı bu istiqamətdə yoxlamadan, daimi əsaslarla başqa ölkəyə köçmənin uşağın mənafeyinə uyğun olub-olmamasını adı çəkilən Plenum qərarında göstərilmiş tələblər çərçivəsində araşdırmadan və sübutetmə yükünü düzgün müəyyən etmədən iddianın təmin edilməsi nəticəsi ilə razılaşmışdır.

26. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, ara şdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

27. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2, 60.1-ci maddələrinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.4, 11.2-ci maddələrinə, “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 7.17, 7.18, 7.19, 7.20, 7.21, 7.22-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 2(106)-233/2024 nömrəli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və T.X.Heydərov) cavabdehin vəsatəti təmin edilərək, iş üzrə məhkəməfonoskopik ekspertizasının təyin edilməsi qərara alınmışdır.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş, 19 mart 2024-cü il tarixli məhkəmə fonoskopik ekspertizasının rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kingston” markalı fləş yaddaş kartında olan mübahisəli videofonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir.

30. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(106)-233/2024 nömrəli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və T.X.Heydərov) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2(049)-187/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş üzrə məhkəmə fonoskopik ekspertizasının rəyinə əsaslanaraq hesab etmişdir ki, iddia əsaslıdır.

32. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, məhkəmə-fonoskopik ekspertizasının 19 mart 2024-cü il tarixli rəyinə görə, mübahisəli video-fonoqramda tədqiqi hissədə qeyd olunan montaj əlamətləri müəyyən olunur (montaj istisna olunmur). Başqa sözlə, ekspert rəyi qəti deyil. Ona görə kollegiyanın qənaətinə görə, təqdim edilmiş səs yazıları mötəbər sübut kim i qəbul edilə bilməz.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının müvəqqəti olaraq uşağı ilə Rusiya Federasiyasına, öz valideynlərinin yanına getməsinə hər-hansı əngəl müəyyən olunmur. Belə ki, iddiaçının özünün və valideynlərinin Bakıda daimi yaşayış yeri, iddiaçının özünün iş yeri vardır. Moskva şəhərində iddiaçının valideynlərinin iş yeri və yaşayış ünvanı bəllidir.

34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, uşağının öz anası ilə müvəqqəti olaraq Rusiyaya səfər etməsinin uşağın mənafeyinə, tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını cavabdeh tərəf sübut edə bilməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, uşağın anası ilə birgə ölkə hüdudlarından kənara getməsinə cavabdehin raz ılıq verməməsi nəticəsində iddiaçının uşağı ilə birgə, eləcə də uşağın özünün qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək hüquqları pozulur. Halbuki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Yalnız Qanunda nəzərdə tutulmuş müəyyən hallarda vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. İddiaçının öz uşağı ilə birlikdə ölkədən getmək və gəlmək hüquqlarının məhdudlaşdırılması üçün Qanunda nəzərdə tutulmuş əsaslar mövcud deyildir

36. Məhkəmə kollegiyası gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qa nunun5, 8-ci maddələrinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1, 9.2, 11.1, 11.2-ci maddələrinə, “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 13 nömrəli Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən Ali Məhkəmənin göstərişlərinə əməl etməmişdir. Göstərişlərdən biri məhkəmənin işi hərtərəfli araşdıraraq sübutetmə yükünün müəyyən edilməsi və sübutetmə yükünün həyata keçirilməsidir. Lakin məhkəmə bu hissədə göstərişləri tam icra etməmiş, ekspertiza təyin etsə də ekspertizanın qeyri-müəyyən cavabı olduğu halda təkrar və əlavə ekspertiza təyin etməmiş və ya eksperti məhkəmə iclasına dəvət etməmişdir. Halbuki, bu halın müəyyən edilməsiiş üçün olduqca əhəmiyyətli haldır ki, məhkəmə də məhz qətnaməsində səs yazılarını montaj kimi qiymətləndirib. Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə fononskopik ekspertiza təyin edilmiş, ekspert qarşısında suallar qoyulmuşdur. Lakin həmin suallara e kspert tərəfindən ətraflı cavab verilməmiş, səs yazılarında montaj əlamətlərinin olduğu qeyd edilmişdir. Həmçinin ekspertin rəyi əsassız olmuşdur. Belə ki, montaj əlamətləri olmayan səs yazısına dair “montaj əlamətləri müşahidə olunur” rəyini vermişdir. Ekspertizanın rəyinin dəqiq olması iş üçün olduqca əhəmiyyətlidir, belə ki, iddiaçı uşağını daimi əsaslarla müharibə zonasına aparsa bu ilk növbədə uşaq hüquqlarının pozuntusuna, daha sonra atanın öz uşağını görmək hüququndan məhrum olunmasına əsas verəcək. Ona görə də bu məsələyə səthi yanaşmaq olmaz, uşağın üstün mənafeyi prioritet məsələ olmalıdır. Lakin məhkəmə cavabeh tərəfin vəsatətlərinə düzgün hüquqi qiymət verməmiş, işin hərtərəfli və tam araşdırılmasında maraqlı olmamışdır. Halbuki dövlətin adından çıxarılan qətnamələrdə qeyri-m üəyyən halların mövcudluğu həmin qətnaməni ziddiyyətli edir, onun nəticəsinə və müəyyən edilmiş hallara şübhə doğurur. Bundan əlavə, məhkəmə MPM-in 102.3-cü maddəsinin də tələblərini pozub. Belə ki, əlavə və təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlərini rədd etdiyi halda bununla bağlı əsaslandırılmış qərardad qəbul etməmişdir. Cavabdehin uşaqla ünsiyyətlə bağlı qanuni qüvvəyə minmiş qətnaməsi vardır, uşağın daimi əsaslarla ölkə xaricindən kənara çıxarılması digər məhkəmə qətnaməsini əhəmiyyətsiz edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edil ən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

40. Maddə 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.

41. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi

42. Maddə 9.3.4. Vətəndaşın ölkədən getmək hüququ yalnız üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tama milə ləğv edilənədək müvəqqəti məhdudlaşdırıla bilər.

43. Maddə 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası A li Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarı

44. Bənd 7.17. Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir.

45. Bənd 7.18. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə d ə, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir.

46. Bənd 7.19. Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər.

47. Bənd 7.20. Qeyd edilməlidir ki, iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz.

48. Bənd 7.21. Məhkəmə bu halda yuxarıda qeyd edilənlərdən fərqli olaraq, ölkədən daimi əsaslarla çıxarılmanın uşağın mənafeyinə uyğunluğu ilə bağlı sübut etmə yükünü iddiaçının üzərinə qoymalıdır, həmçinin uşağın mənafeyi ilə bağlı bütün məsələlər dahaciddi yoxlamadan keçirilməlidir. Belə ki uşaq himayəyə verilərkən məhkəmə, yanında saxlanıldığı valideynin şəxsi keyfiyyətləri ilə yanaşı, uşağın yaşayış yeri, həyat şəraiti, təhsil aldığı mühit, daxil olduğu sosial qrupun onun mənafeyinə uyğunluğunu nəzərə alır. Faktiki himayədə olduğu hallarda isə bu məsələlər digər valideyn tərəfindən mübahisələndirilmir. Odur ki, uşağın valideyni ilə birlikdə daimi əsaslarla başqa ölkəyə getməsi onun həyat şəraitinin köklü surətdə dəyişilməsinə səbəb olacağından, bu dəyişikliyin uşağın mənafeyinə uyğun olacağına dair sübut etmə yükü də, məhz iddiaçının üzərinə düşür.

49. Bənd 7.22. Bu yanaşma iddiaçının belə əsaslarla çıxış etməməsinə baxmayaraq, cavabdeh tərəfin iddiaçının uşağı daimi əsaslarla ölkədən çıxaracağını sübuta yetirdiyi hallara da tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

61. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

62. Cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

63. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tələbində övladının dünya görüşü və istirahəti ilə bağlı xarici ölkəyə müvəqqəti olaraq aparmaq istədiyini bildirmiş və əlavə olaraq göstərmişdir ki, Moskva şəhərində onun valideynləri yaşayır və işləyirlər. İddiaçı həmçinin qeyd etmişdir ki, onun daimi olaraq Rusiya Federasiyasına köçmək və orada yaşamaq niyyəti yoxdur. Onun özünün və valid eynlərinin Bakıda daimi yaşayış yeri, özünün iş yeri vardır. Moskva şəhərində isə onun valideynlərinin iş yeri və yaşayış ünvanı vardır. Müəyyən vaxtlarda müvəqqəti olaraq uşağın Azərbaycan Respublikasının hüdudlarından çıxarılaraq Rusiya Federasiyasına öz baba və nənəsinin yanına aparılması uşağın mənafeyinə uyğundur.

64. Cavabdeh isə etirazında iddiaçının uşağı xarici ölkəyə aparmasının düzgün olmamasını onunla izah etmişdir ki, iddiaçı daimi olaraq uşağı ölkə xaricinə aparmaq istəyir. Cavabdeh etirazının əsaslandırmaq üçün iddiaçının səsi yazılmış yaddaş kartını təqdim etmişdir və göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdə iddiaçı ”tik-tok” sosial şəbəkədə özünə məxsus hesabdan canlı yayım açaraq Rusiya Federasiyasında ailəsinin yaşaması və onların yanına daimi yaşamağa köçəcəyini, A zərbaycanda çox darıxdığını və Rusiyada ailəsi ilə birgə yaşamaq istədiyini, Rusiyada hazır işinin olmasını, Azərbaycanda ona iş təklif olunsa da, imtina etməsini, yəni Azərbaycan Respublikası ilə bağlığının olmadığı və gələcək həyatını uşaqla birgə burada görmədiyini və buradan köçənə qədər bu məlumatları gizli saxlamasını açıq şəkildə bildirmişdir.

65. Cavabdehin bildirdiyinə görə, iddiaçı uşağın inkişafı və dünya görüşünün artırılması məqsədi ilə alınmasını bildirsə də, əslində əvvəldən məqsədi valideynlərinin yanına, yəni Rusiya Federasiyasına köçməkdir. Belə ki, cavabdehin etirazına görə, xx.xx.2023-cü il tarixdə iddiaçı “tik-tok” sosial şəbəkədə özünə məxsus hesabdan canlı yayım açaraq müəyyən məlumatları bildirmişdir. Belə ki, iddiaçı Rusiya Federasiyasında ailəsinin yaşadığını və onların yanına daimi yaşamağa köçəcəyini, Azərbaycanda çox darıxdığını və Rusiyada ailəsi ilə birgə yaşamaq istədiyini, Rusiyada hazır işinin olmasını, Azərbaycanda ona iş təklif olunsa da, imtina etməsini, yəni Azərbaycan Respublikası ilə bağlığının olmadığı və gələcək həyatını uşaqla birgə burada görmədiyini və buradan köçənə qədər bu məlumatları gizli saxlamasını açıq şəkildə bildirmişdir.

66. İddiaçı təqdim edilən səs yazısında onun daimi yaşamaq üçün Moskvaya getdiyini demədiyini, səs yazısının montaj edildiyini, iddiaçı isə səs yazısındakı səsin iddiaçıya məxsus olduğunu bildirmişdir.

67. Cavabdehin təqdim etdiyi yaddaş kartlarında (flesh-kartlarda) olan və “tik-tok” sosial şəbəkələrdə danışıqları əks etdirən səs yazılarının iddiaçıya məxsus olub-olmamasını, təqdim olunan səs yazıla rında montaj əlamətlərinin olub-olmamasını, olduğu təqdirdə səsin özünün və yaxud hansısa konkret hissəsinin montaj olunub-olunmaması barədə məlumat verilməsi üçün məhkəmə fonoskopik ekspertizası keçirilmiş və ekspertin 19 mart 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kingston” markalı fləş yaddaş kartında olan mübahisəli video-fonoqramda montaj əlamətləri vardır. Lakin, həmin əlamətlərin hansı səbəbdən- yazılışdan sonra edilmiş dəyişiklik nəticəsində və ya kanalın xarakterindən asılı səbəblərdən yaranmasını müəyyən etmək mümkün olmamışdır.

68. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq, habelə iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş üzrə məhkəmə fo noskopik ekspertizasının rəyinə əsaslanaraq qeyd etmişdir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı övladının dünyagörüşü və istirahəti ilə bağlı xarici ölkəyə müvəqqəti olaraq aparmaq istədiyini bildirmişdir. Onun uşağı ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək və sair məqsədlə ölkədən getmək və ölkəyə qayıtmaq hüququ vardır. Onun öz uşağı ilə birlikdə ölkədən getmək və gəlmək hüquqlarının məhdudlaşdırılmasına imkan verən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmir.

69. Cavabdeh etirazında iddiaçının daimi olaraq Rusiyaya köçmək niyyətində olduğunu sübuta yetirmək üçün sübut olaraq iddiaçıya məxsus səs yazılarını məhkəməyə təqdim etmişdir.

70. İş üzrə məhkəmə-fonoskopik ekspertizasının 19 mart 2024-cü il tarixli rəyinə görə, mü bahisəli video-fonoqramda montaj əlamətləri müəyyən olunur (montaj istisna olunmur). Başqa sözlə, ekspert rəyi qəti deyil. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin səs yazısını mötəbər sübut kimi qəbul etməmişdir.

71. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının müvəqqəti olaraq uşağı ilə Rusiya Federasiyasına, öz valideynlərinin yanına getməsinə hər-hansı əngəl müəyyən olunmur. Belə ki, iddiaçının özünün və valideynlərinin Bakıda daimi yaşayış yeri, iddiaçının özünün iş yeri vardır və “X” İKF-nin 26 aprel 2024-cü il tarixli arayışına görə, iddiaçı 16 avqust 2023-cü il tarixdən “X” İKF-da mühasib vəzifəsində işləyir. Habelə, Bakı şəhəri, Yasamal rayonu 82 saylı uşaq bağçasının arayışına görə tərəflərin övladı X3 2021-ci ildən həmin bağçada təlim- tərbiyə alır və həftənin 5 günü bağçaya gəlir.

72. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən Qərarının 7.19-cu bəndində göstərilir ki, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər.

73. Apellyasiya instansiyası məhkəməsi, işin yuxarıda göstərilən hallarını nəzərə alıb qeyd etmişdir ki, məhz cavabdeh uşağının öz anası ilə Rusiya Federasiyasının Moskva şəhərinə səfər etməsi uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etməlidir. Lakin, ca vabdeh bu hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

74. Bununla belə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edilmişdir ki, iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz (bənd-7.20). Çünki, iddiaçı öz iddia ərizəsində və izahatlarında uşağın ölkədən daimi əsaslarla deyil, müvəqqəti olaraq çıxartmaq niyyətində olduğunu bildirmişdir. Belə ki, onun Bakı şəhərində iş yeri, daimi yaşayış yeri vardır. Daimi olaraq Rusiyaya köçmək niyyəti yoxdur. Rusiya Federasiyasında onun valideynləri yaşayır və onların da ünvanları və iş yerləri bəllidir.

75. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, uşağın anası (iddiaçı) ilə birgə ölkə hüdudlarından kənara getməsinə cavabdehin razılıq verməməsi nəticəsində iddiaçının uşağı ilə birgə, eləcə də uşağın özünün qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək hüquqları pozulur. Halbuki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. (Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi).

76. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə b ilməz (Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsi).

77. Qanunun mənasına görə, yalnız Qanunda nəzərdə tutulmuş müəyyən hallarda vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. İddiaçının öz uşağı ilə birlikdə ölkədən getmək və gəlmək hüquqlarının məhdudlaşdırılması üçün Qanunda nəzərdə tutulmuş əsaslar mövcud deyil.

78. Cavabdeh öz etirazında, apellyasiya və kassasiya şikayətlərinin dəlillərində Rusiya Federasiyasında müharibə getdiyini, tez-tez orada terror hadisələrinin törədildiyini göstərsə də, tərəflərin izahatlardan və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının getmək istədiyi yer müharibə zonasından aralıdadır. Bundan başqa, iddiaçının valideynlərinin yaşadığı və işlədiyi (Moskva və Moskva ətrafı) ərazidə Azərbaycandan olan kifayət qədər i nsanlar yaşayır və işləyirlər.

79. Cavabdeh həmçinin apellyasiya və kassasiya şikayətlərində onu da qeyd etmişdir ki, onun uşaqla ünsiyyətlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır və uşağın ölkə hüdudlarından kənara çıxarılması digər məhkəmə qətnaməsini əhəmiyyətsiz edəcəkdir.

80. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu arqumentləri ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, onun bu dəlilləri də iddianın rədd olunması üçün əsas hesab edilə bilməz. Çünki, Ailə Məcəlləsinin 60.1-ci maddəsinin mənasına görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

81. Ona görə də cavabdehin (uşağın atasının) uşaqla ünsiyyətlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, uşağın digər valideynlə ölkə hüdudlarından kənara çıxarılmasını məhdudlaşdır an hal kimi qiymətləndirilə bilməz.

82. Göstərlənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, cavabdehin eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(106)-233/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar