Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2852/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Acıq Səhmdar Cəmiyyətinin cavabdeh Süleymanova Arifə Ağış qızına qarşı iş üzrə QƏRAR iş № 2(102)-2852/2022 Açar sözlər: (apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, şikayətin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) 05 may Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Abbasov Aqil Əzizağa oğlu sədrliyi, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyriyaşayış sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 16 mart tarixli, 2(105)949/2021 saylı qərardadından Cavabdeh kassasiya şikayətinə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-148/2022 nömrəli, 25 yanvar 2022-ci tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair iddiası təmin edilib, Cavabdeh Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226,3 kv.m o lan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
2. Cavabdeh apellyasiya şikayəti verərək, işin baxılmamış saxlanıması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə icraatın Bakı şəhəri Yasamal rayonu məhkəməsinin 2(004)-5301/2021 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər dayandırılması barədə vəsatət versə də, birinci instansiya məhkəməsi işin icraatını dayandırmayaraq, mahiyyəti üzrə işə baxıb.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-949/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarda dı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. (hakimlər Telman Quliyev (sədrlik edən-mərizəçi), Gülnarə Tağızadə, Lətifə Məmmədova).
5. Apellyasiya məhkəməsi şikayəti qeyri-mümkün sayarkən ona istinad edib ki, apellyasiya şikayətinin məzmunu ilə bağlı qanunvericiliyin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi barədə şikayət verən şəxsin tələbi göstərilməlidir. Lakin daxil olmuş apellyasiya şikayətində cavabdehin tələbinin nədən ibarət olması müəyyən deyildir.
6. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4, 363.1.1-1 və 366.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Ka ssasiya şikayətinin dəlilləri
7. Cavabdeh (Vəkil1 Tədriz oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinin dəlilləri: -apellyasiya şikayəti verən şəxsin tələbi MPM-in 384.0.5-ci maddəsinə əsaslanmışdır; - apellyasiya şikayətində də qeyd edildiyi kimi iş üzrə iddiaçının irəli sürdüyü tələb tərəflər arasında olan digər işin nəticəsinə əsaslanır. Həmin iş üzrə də qətnamə qanuni qüvvəsini almayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etirazın dəlilləri: - apellyasiya instansiyası məhkəməsi çikayəti qeyri-mümkün sayarkən prosessual hüquq normalrını tələbini pozmayıb. Belə ki, şikayətdə cavabdehin tələbi göstərilməyib; - bundan əlavə, cavabdeh apellyasiya şikayətində dəlillərini nədən ibarət olması və hansı hüquq normalarının pozulmasını qeyd etməyib, bununla da şikayətin mahiyyətini əsaslandırmayıb; - apellyasiya şikayəti verən tərəf MPM-in 361-ci maddəsinin tələblərinə mütləq şəkildə əməl etməlidir. Cavabdeh isə apellyasiya şikayətində bu normanın tələblərinə əməl etməyib. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
10. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
11. Apellyasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
12. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
14. Prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir, əks halda şikayət mümkün sayılmamalıdır.
15. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, cavabdeh apellyasiya şikayətində tələbinin nədən ibarət olmasını konkret göstərməmişdir.
16. MPM-nin 36.1.4-cü maddəsinin tələb indən göründüyü kimi, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməli olduğu halda, cavabdeh bu tələblərə riayət etməmişdir.
17. Belə olan halda da, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-mümkün sayılması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticəni prosessual qanunvericiliyə uyğun sayır.
18. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – iş üzrə iddiaçının irəli sürdüyü tələbin tərəflər arasında olan digər işin nəticəsinə əsaslanması həmin iş üzrə qətnamənin qanuni qüvvəsini almaması – əsasız sayır. Çünki qeyd edilən dəlillər işin baxılmamış saxlanması ilə bağlı deyil, işin icraatının dayandırılmasına yönələn dəlillərdir.
19. Bu baxımdan, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 16 mart tarixli, 2(105)-949/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.