Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2853/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiadan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2156/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış XXX iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh1 XXX iyun 2022ci il tarixədək qaytarmaq şərti ilə 250.000 manat pulu borc kimi vermişdir.
2. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış XXX iyun 2021-ci il tarixli ipoteka müqaviləsinə görə, Cavabdeh1 öz adına olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “A” tikilisi (2 otaq) və qarajın 2/3 hissəsini XXX iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilə XXX iyun 2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “A” tikilisi (2 otaq) və qarajın 2/3 hissəsi Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə/XXX reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Sözügedən əmlakın hazırda ipoteka ilə yüklü edilməsi haqqında məlumat aşkar edilməmişdir.
4. Cavabdeh1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində verdiyi 20 avqust 2022-ci il tari xli izahatında bildirmişdir ki, o, 2021-ci ilin iyun ayında İddiaçı 250.000 manat pul istəmiş və həmin pulun müqabilində yaşadığı ünvan 2 ünvanı girov qoyacağını bildirmişdir. İddiaçı onun keçmiş iş yoldaşı olduğu üçün və onunla arasında yaxın münasibət olduğu üçün deyilənlə razılaşmış, 23 iyun 2021-ci il tarixdə 14 saylı notariat ofisində aralarında ipoteka və kredit müqavilələri bağlanmışdır. İddiaçı ona 250.000 manat pul vermiş, o, XXXə pulu 1 il müddətinə qaytarmayacağı halda həmin evin XXXin mülkiyyətinə keçəcəyini bildirmişdir. Lakin, sonradan öyrənmişdir ki, XXX həmin evi ipoteka ilə yüklü etməmiş və o, həmin evlə bağlı istənilən alğı-satqı və digər hərəkətlər edə bilər. Bundan sonra ona yenidən pul lazım olduğu üçün o, tanışı, faizlə pul verən Cavabdeh2 70.000 manat pul istəmiş, Ca vabdeh2 ona məxsus, yuxarıda göstərilən evi girov qoymaqla ona pul verəcəyini bildirmişdir. O, İddiaçı evi ipoteka ilə yüklü etməməsindən istifadə edib 28 sentyabr 2021-ci il tarixdə Cavabdeh2 ilə aralarında formal olaraq alğı-satqı müqaviləsi bağlamış, həmin evi guya Cavabdeh2 50.000 manata satdığını qeyd etmişdir. Həmin alğı-satqı müqaviləsi formal olaraq bağlanmış, o, Cavabdeh2 ilə razılaşmışdır ki, həmin pulu 1 il müddətində geri qaytaracaq və XXX da söz vermişdir ki, evi öz adına keçirməyəcək. O, həbs edildikdən sonra eşitmişdir ki, XXX evi öz adına rəsmiləşdirmişdir.
5. Cavabdeh1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində verdiyi 20 avqust 2022-ci il tarixli izahatında göstərmişdir ki, 2021-ci ilin qış aylarında Cavabdeh1 ondan borc pul istəmiş, o da 70.000 manat verə biləcəyini demişdir. XXX razılaşmış və o, verəcəyi pulu sığortalamaq üçün girov kimi XXXün XXX ünvanda yerləşən mənzili ilə bağlı alğı-satqı müqaviləsi bağlamış, müqavilədə evi 50.000 manata aldığı göstərilmişdir. Bundan sonra XXX ilk ay üçün borcundan 2.000 manat ödəniş etmiş, sonradan ondan xəbər çıxmamış, həbs edildiyi məlum olmuşdur. O da alğı-satqı müqaviləsində göstərilən evi öz adına rəsmiləşdirmişdir. XXXün İddiaçı 250.000 manat pul aldığını, həmin evlə bağlı ipoteka müqaviləsi bağlandığını bilməmişdir, bilsəydi evi almazdı.
6. Bakı şəhəri 11 saylı notariat ofisinin 4Ə-XXX nömrəli notariat işi materiallarına əsasən, Cavabdeh1 ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 188,5 kv.m. olar fərdi yaşayış evinin paylı mülkiyyətində olan “A” tikilisinin (2 otaq) və qarajın 2/3 hissəsini 5 0.000 manata bütünlükdə Cavabdeh2 mülkiyyətinə vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış, Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 2 otaqlı A tikilisinə dair 28 sentyabr 2021-ci il tarixli reyestrdə 4Ə/XXX nömrə ilə qeydə alınmış əqdin etibarsız hesab edilməsi, həmin əqdə əsasən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi onlar arasında borc münasibətlərini pərdəl əmək məqsədilə bağlandığından, etibarsız əqddir. Cavabdeh2 isə Cavabdeh1 həbs edilməsi ilə borcunun qaytarılmayacağını düşünmüş və evi öz adına dövlət qeydiyyatına aldırmış, bu barədə ona çıxarış verilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5XXX5/2022 nömrəli 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlillərinə görə, Cavabdeh2 alqı-satqı müqaviləsinin tərəfi olaraq əmlaka nisbətdə vicdanlı əldə edəndir və reyestrin həqiqiliyi prezumpsiyasına əsasən baş tutmuş müqavilə üzrə artıq mülkiyyətçidir. Yalnız dövlət qeydiyyatına alınmış ipoteka müqaviləsi tərəflər arasında mülki hüquq münasibətləri yarada bilir. İpotekanın dövlət qeydiyyatına alınmaması isə, həmin əmlakla bağlı digər sərəncamverici hərəkətlərin verilməsinə maneə deyil.
12. Apellyasiya instansiyası məhkəməsində tərəflər aralarında razılıq əldə olunduğunu bildirərək, barışıq sazişini məhkəməyə təqdim etmişlər.
13. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədiyindən daha sonra tərəflərdən iddiaçı (onun vəkili və nümayəndəsi Nümayəndə) ərizə təqdim edərək, tərəflər arasında barışıq əldə olunduğunu, cavabdeh tərəfin apellyasiya şikayətindən imtina etdiyini, onun isə qeyd olunanları nəzərə alaraq iddia tələbindən imtinasının nəzərə alınmasını xahiş etmişdir.
14. Cavabdeh (onun vəkili və nümayəndəsi Vəkil1) ərizə təqdim e dərək, iddiaçı tərəfin iddiadan imtina etdiyini nəzərə alaraq, müvafiq qərardad qəbul edilməsini xahiş etmiş, iddiadan imtina edilməsini qəbul etdiyini bildirmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), M.Məmmədov və S.Bəhrəmzadə) 2(103)-2156/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
1. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, iş üzrə icraata birinci instansiya mə hkəməsinin qətnaməsinin qüvvədə saxlamaqla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərardadı qəbul edərkən prosessual normaları düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya şikayətindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. İmtina barədə iddiaçı tərəf ərizə təqdim etməmiş ərizənin mətinində apellyasiya şikayətinin geri götürülməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə MPM-dən 391-ci maddənin ləğv edilməsini nəzərə almadan birinci instansiya məhkəməsinin qətnaməsini də ləğv etmişdir. Hal-hazırda mülki prosessual qanunvericilikdə apellyasiya şikayətindən imtina edilməsi və barışıq sazişinin bağlanılması birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş qətnamə nin ləğvi üçün əsas deyil. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı və onun nümayəndəsi tərəf olaraq iddia tələblərindən imtina etməmişlər. Apellyasiya şikayəti verən Cavabdeh2 apellyasiya şikayətindən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin prosessual normaları düzgün anlayıb tətbiq etməməsi, habelə MPM-ə edilmiş dəyişikliklərdən xəbərsiz olduğu üçün icraata xitam verməklə yanaşı, qərardadda birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğvi haqqında qərarını əks etdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərl ər; Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; Maddə 261.0. Hakim iş üzrə icr aata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbi q edilir; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.
1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qərardadın ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, işə məhkəmə iclasında baxılması barədə iddiaçılar Akif Qəmbərov və Ədalət Qəmbərovun vəsatəti ilə razılaşmamış və kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İlk olaraq, apellyasiya instansiyası məhkəməsi diqqətsizliyə yol verərək, MPM-in 384.0.5-ci maddəsinə deyil, qüvvədə olmayan 391-ci maddəsinə istinad etməklə prosessual hüquq normalarını pozsa da, həmin pozuntu düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnmədiyi üçün iş üzrə yekun məhkəmə aktının ləğvinə əsas təşkil etmir. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd olunan məzmunda dəlili ilə razılaşır.
26. Kassasiya şikayətinin digər dəlillərinə münasibətdə isə qey d edilməlidir ki, imtina barədə iddiaçı tərəfin ərizə təqdim etməməsinə dair dəlil əsassızdır. Belə ki, işin 188-ci vərəqindən göründüyü kimi, iddiaçı (onun vəkili və nümayəndəsi Nümayəndə) ərizə təqdim edərək, tərəflər arasında barışıq əldə olunduğunu, cavabdeh tərəfin apellyasiya şikayətindən imtina etdiyini, qeyd olunanları nəzərə alaraq iddia tələbindən imtinasının nəzərə alınmasını xahiş etmişdir. İşin 192-ci vərəqində olan məhkəmə iclasının protokolundan isə məlum olur ki, iddiaçının vəkili və nümayəndəsi “... ərizəni təqdim edərək bildirirəm ki, hazırkı qətnamənin icrasına ehtiyac qalmır. Artıq biz əmlakı yüklü edə bilirik. Gələcəkdə bununla bağlı heç bir problem qalmayacaqdır. Biz barışıq sazişini təsdiqləmişik.” məzmunda izahat vermiş, ərizənin məzmunu ilə bağlı sədrlik edənin dəq iqləşidirici suallarına isə “Cavabdeh apellyasiya şikayətindən, biz isə iddiadan imtina edirik.” cavabını vermişdir.
27. Şikayətin apellyasiya şikayəti verən Cavabdeh2 apellyasiya şikayətindən imtina etməsi barədə dəlil də əsaslı deyil. Belə ki, həmin cavabdehin vəkili və nümayəndəsi ərizə təqdim edərək, iddiaçı tərəfin iddiadan imtina etdiyini nəzərə alaraq, müvafiq qərardad qəbul edilməsini xahiş etmiş, iddiadan imtina edilməsini qəbul etdiyini bildirmişdir, onun apellyasiya şikayətindən imtina etməsi iş materialları ilə təsdiqini tapmır.
28. Fərz olunsa ki, cavabdeh də apellyasiya şikayətindən imtina etmişdir, o halda da iş üzrə qəbul edilən qərardadın əsaslarında və gəlinən nəticədə dəyişiklik olmayacaqdı. Belə ki, iş üzrə tərəflərdən biri apellyasiya şikayətindən, o biri isə iddiadan imtina etdikdə, şikayətdən imtina yalnız həmin şikayət üzrə icraat, iddiadan imtina isə bütövlükdə iş üzrə icraatla bağlı olduğu üçün, dispozitivlik prinsipinə uyğun olaraq ilkin qaydada tərəflərin mübahisəni aradan qaldırmağa yönələn hərəkətlərinə hüquqi qiymət verilməli, bu mərhələdə hər hansı hüquqi əngəl müəyyən edilərsə, növbəti məsələ müzakirə edilməlidir.
29. Kassasiya şikayətinin icraata xitam verildikdə qətnamənin ləğv edilməməli olmaması barədə dəlili də əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin bu səlahiyyəti MPM-in 384.0.5-ci maddəsində nəzərdə tutulmuşdur (“birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını... tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin... 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər”).
30. Beləliklə, mülki i şə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2156/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.