Məhkəmə qərarları › İş №2(102)-2855/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2855/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2855/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1954/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Tərəflər arasında olan razılaşmaya əsasən iddiaç ı cavabdehə satmaq üçün qızıl verməli, cavabdeh isə qızılı satıb əldə olunan pulu ona verməli idi.

2. İddiaçı cavabdehin öhdəliklərini icra etmədiyinə ona 50.000 manat borcu yarandığını iddia edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.000 manat məbləğdə borc pulun və 240 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1866/2022 nömrəli iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilərək, cavabdehdən 23.000 manat məbləğdə pul vəsaiti və 110 manat dövlət rüsumu olmaqla, cəmi 23.110 manat pulun alınaraq iddiaçıya verilməsi, dövlət rüsumunun 130 manatının iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iddiaçı cavabdehə 50000 manat dəyərində qızıl-zinət əşyalarını verdiyini bildirsə də, verilmiş qızılların məhz tələb olunan miqdarda olmasına dair öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim olunan “Whatsapp” yazışmalarında əks olunan söhbətlər kifayət qədər aydın olmadığından, hazırkı tələb üzrə hər hansı faktın təsdiqi üçün sübut kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçının təşəbbüsü ilə şahid qismində dəvət olunmuş şəxslər öz ifadələrində cavabdehə qızıl-zinət əşyalarının verildiyini təsdiq etsələr də, məhkəmə, iddiaçının maraq və mənafeyinə uyğun verilməklə işin digər halları ilə uyğunlaşmayan şahid ifadələrini inandırıcı saymamışdır. Odur ki, tələbin tam təmin olunması üçün əsaslar müəyyən olunmamışdır. Mülki işdən görünür ki, cavabdeh 14200 manat dəyərində qızılları iddiaçıdan aldığını, həmçinin iddiaçıya “Whatsapp” sosial şəbəkəsində göndərdiyi səs yazısında 23000 manat məbləği etiraf edir. İddiaçı iddia tələbində cavabdehə 50000,0 manat dəyərində qızıl-zinət əşyaları verilməsini bildirsədə məhz həmin dəyərdə qızıl-zinət əşyalarının verilməsi iş materialları eləcə də işin araşdırılmış faktiki halları ilə öz təsdiqini tapmır. Lakin işin mübahisəsiz halıdır ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, cavabdeh də məhkəmə iclasında verdiyi izahatında bunu təsdiq edir. İşin mübahisəli hal ı isə yalnız verilmiş əşyaların dəyəri ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçıdan cəmi 14200,0 manat qızıl-zinət əşyalarını aldığını ondan 5000,0 manatını qaytarmaqla hazırda iddiaçıya 9200,0 manat borcunun olmasını bildirmişdir. Məhkəmə işin mübahisəli halı ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçıya ayrı-ayrı vaxtlarda aldığı qızıl-zinət əşyalarına görə 5000,0 manat ödəniş etdiyini bildirsə də məhkəmə iclasında iddiaçı, eləcə də cavbdeh təsdiq etdilər ki, cavabdeh iyul ayından iddaçıdan az dəyərdə qızıl-zinət əşyaları götürmüş və həmin əşyaların dəyərini iddiaçıya ödəmişdir. Lakin həmin məbləğində nə qədər olmasını, yəni cavabdeh tərəfindən həmin qızıllara (əvəllər az miqdarda verilmiş qızıl-zinət əşyaları) görə hansı məbləğdə iddiaçıya ödəniş etməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərk hesab edir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi olsada, yəni iddaçı həqiqətən satması üçün cavabdehə qızıl-zinət əşyaları versədə iddiaçı cavabdehə hansı miqdarda qızıl-zinət əşyaları verməsini, cavabdeh isə hansı məbləğdə ödənişlər etməsini sübut edə bilmədi.... Lakin məhkəmə iclasında tərəflərin iştirakı ilə iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan tərəflər arasında “Whatsapp” sosial şəbəkəsində aparılmış iki fərqli vaxtda aparılmış səs yazıları dinlənilmişdir. Ümumilikdə həmin səs yazısında cavabdeh iddiaçıya ümumilikdə 23000,0 manat məbləğində pulun iddiaçıya qaytarılmalı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh son nəticədə həmin səs yazısında aldığı qızıl-zinət əşyalarına görə iddiaçıya 23000,0 manat pul qaytar malı olmasını bildirdiyindən və həmin səs yazısı cavabdeh tərəfindən öz istəyi ilə, özünə məxsus “Whatsapp” sosial şəbəkəsindən iddiaçıya məxsus “Whatsapp” sosial şəbəkəsinə göndərildiyindən həmin səs yazıları sübut kimi qəbul edilməlidir. Məhkəmə cavabdehin həmin səs yazılarının ona məxsus olduğunu, həqiqətən də orada iddiaçıya 23000 manat pul verməli olduğunu bildirməsini, lakin buna baxmayaraq həmin səs yazılarının iddiaçının xahişi ilə iddiaçıya göndərilməsi ilə bağlı dəlilini əsassız hesab edir. Bundan əlavə, cavabdeh, iddiaçı ilə razılaşdıqdan 1 ay sonra qızıllar satılmadığı üçün onları iddiaçıya geri qaytarmaq istəməsini, lakin iddiaçının bununla razılaşmamasını və iddiaçının ondan qızılların dəyərini istəməsi ilə bağlı dəlillərinə münasibət də məhkəmə qeyd edir ki, məhkəmə araşdırm ası zamanı iddiaçının qızılları qəbul etməməsi, yaxud cavabdehin qızılları satmağa məcbur edilməsi ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Həmçinin, məhkəmə, “Whatsapp” səs yazısının məhkəmədə sübut kimi qəbul olunması məsələsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı mövqeyini qeyd edir. Belə ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3- cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir- birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bild irişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1954/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Fərrux Qasımov) cavabadehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsinin bağlanması barədə mübahisənin qanuni əsasının müəyyən edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, işin halları ondan ibarətdir ki, vəkalət verən olan iddiaçı qızıl-zinət əşyalarının satılması barədə vəkalət alan cavabdehə tapşırıq vermişdir. İddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, cavabdehə verilmiş 50000 manat dəyərində əşyaların pulu ödənilməmiş qalmışdır. Cavabdeh isə iddiaya etiraz edərək, ondan 14200 manat dəyərində qızıl əşyalarını aldığını, lakin həmin məbləğin 5000 manatını qaytardığını, hazırda borcunun 9200 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 14200 manat dəyərində qızılları iddiaçıdan aldığını, 5000 manatını qaytardığını, hazırda borcunun 9200 manat təşkil etdiyini bildirsə də, iddiaçıya “Whatsapp” sosial şəbəkəsində göndərdiyi səs yazısında 23000 manat məbləği etiraf etdiyindən, məhkəmə düzgün olaraq iddianın məhz həmin məbləğdə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya “Whatsapp” səs yazısının məhkəmədə sübut kimi qəbul olunması məsələsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı mövqeyini qeyd edir. Belə ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətlənd irilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Belə ki, iş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan tərəflər arasında “Whatsapp” sosial şəbəkəsində iki fərqli vaxtda aparılmış səs yazıları məhkəmə kollegiyası tərəfindən dinlənilmişdir. Həmin səs yazısında cavabdeh iddiaçıya ümumilikdə 23000,0 manat məbləğində pulun iddiaçıya qaytarılmalı olduğunu bildirmişdir. Kollegiya apellyatorun - “iddiaçı ona Namiq və Samir adlı şəxslərə borcunun olduğunu bildirmişdi. Namiqə 16000, Samirə isə 23000 manat borcu var idi. İddiaçı ondan xahiş etmişdi ki, ona borclarını qaytarmaq üçün başqa şəxslərdən pul istəyir, sonra satmaq üçün Samirdən əlavə qızıllar alıb ona verməli idi. Cavabdeh də ona inanıb xalasına və başqa şəxlərdən borc pul da istəmişdir. Lakin heç kim vermədi. O, həmin səs yazısında bunları demişdir” kimi qeyd etdiyi dəlilini əsassız hesab edərək, qeyd edir ki, səs yazılarında qeyd olunan hallar öz təsdiqini tapmamış, cavabdeh qeyd etdiyi dəlilini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən cavabdehin iddiaçının xahişi ilə iddiaçıya qeyd olunan səs yazısını göndərməsi ilə bağlı qeyd etdikləri əsassız olmaqla, kollegiya qeyd edir ki, aralarında pul məbləğinin ödənilməsi ilə bağlı mübahisə olduğu halda, iddiaçının belə bir xahişinə görə cavabdehin qeyd olunan səs yazısını göndərməsi inandırıcı olmamaqla, heç bir mötəbər sübutla təsdiq edilmir. Bundan əlavə, cavabdeh, iddiaçı ilə razılaşdıqdan 1 ay sonra qızıllar satılmadığı üçün onları iddiaçıya geri qaytarmaq istəməsini, lakin iddiaçının bununla razılaşmamasını və iddiaçının ondan qızılların dəyərini istəməsi ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının qızılları qəbul etməməsi, yaxud cavabdehin qızılları satmağa məcbur edilməsi ilə bağlı hər hansı hal müəyyən edilməmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

9. Apellyasiya instansiyası məhkəməsinin qətnam əsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinin dəlillərinə görə, birincisi, qeyd olunan “Whatsapp” sosial şəbəkəsində iki fərqli vaxtda aparılmış səs yazıları kimi qeyd olunsa da, hansı vaxtda yazılmasına dair heç bir sübut iş materiallarında mövcud deyil. İkincisi, qeyd olunan “Whatsapp” sosial şəbəkəsində iki fərqli vaxtda aparılmış səs yazılarında cavabdeh tərəfindən 23.000 manat məbləğdə pulun iddiaçıya qaytarılmalı olduğuna dair hər hansı söz və ümumiyyətlə səs yazılarında cavabdehin iddiaçıya hər hansı pul qaytaracağı barədə heç bir söz mövcud deyil. Üçüncüsü, ümumiyyətlə iddiaçının tələbi 23.000 manatla bağlı olmamışdır, onun tələbi 50.000 mana t olmuşdur ki, ondan 27.000 manatın qaytarılmasını nə iddiaçı, nə də ki, cavabdeh qəbul edir. Beləliklə mövcud mübahisədə 23.000 manat pul tələbi mübahisə predmeti olmamışdır. Dördüncüsü, iddiaçı mövcud iddia tələbini irəli sürməmişdən əvvəl cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün Xəzər RPİ 2-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. PŞ-də cavabdeh izahat verərək qeyd etmişdir ki, bu günə kimi İddiaçı iddiaçıya 9.200 manat borcunun olduğunu bildirmişdir. Beşincisi, məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun dayısının yoldaşıdır. Mübahisəli qızılları onun lombardında qalmış qızıllardır. Həmin lombard indi də fəaliyyət göstərir. Qızılları şəxsən özü 3 dəfə Səriyyə xanıma verib. 2021- ci ilin noyabr-dekabr aylarında, Rahat marketin qarşısında, Qara Qarayev metrosunun çıxışında vermişdir. 260 qram qızılı Səriyyə xanıma vermiş, iki dəfə isə “Mercedes” markalı maşınla gələn şəxsə cavabdehin tapşırığı ilə vermişdir. Səriyyə noyabr ayından sonra verdiyi qızılları qaytarmadı. Aytac onu Səriyyədən başqa heç kəslə tanış etməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Madd ə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 425.1. Öz hüquqların ı həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə o lmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdl ərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir; Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş ü zrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 4 16.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “... mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifad ə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi mü nasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Kassasiya şikayətiində qətnamənin ləğvi xahiş edilsə də, iddiaçı iddianın rədd edilən hissəsi ilə razılaşaraq, şikayət vermədiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı iddia təmin olunan hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

22. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərç ivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.

23. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1954/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar