Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2858/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh ASC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(009)-2033/2019, hakim İ.Ş.Rüstəmli) İddiaçı Cavabdeh ASC-yə qarşı idd iası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13822/2019, hakimlər Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev və M.A.Məmmədov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, “maliyyə hesabatları və əsas vəsaitlərin hərəkəti barədə sənədlərin təqdim edilməsinin” rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, Cavabdeh ASCnin üzərinə cəmiyyətin 2018-ci ilə dair maliyyə hesabatları və əsas vəsaitlərin hərəkəti barədə sənədlərin təsdiq edilmiş formada İddiaçı təqdim edilməsi vəzifəsinin qoyulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilib iddian ın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, cavabdehin nümayəndəsi isə verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "Cavabdeh" ASC-yə müraciət edərək ASC-nin səhmdarlarından biri kimi ASCnin torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilən pul vəsaitinin köçürülməsi, həmin torpaq sahələrinin texniki pasportları, dövlət reyestrindən çıxarışları, 2018-ci ilə dair maliyyə hesabatları, əsas vəsaitlərin hərəkəti barədə sənədlərin təsdiq edilmiş formada ona təqdim edilməsi üçün müraciət etmişdir. "Cavabdeh" ASC-nin həmin sorğuya xx xxx 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, qanunla səhmdarlara göndərilməsi nəzərdə tutulan sənədlər Nizamnamənin surəti (Mülki Məcəllə nin 102.4-cü maddə), Səhmdarların reyestri (Mülki Məcəllə 106-2.3-cü maddə) və Ümumi yığıncağın protokolunun surəti (Mülki Məcəllə 1076.3-cü maddə) olduğundan bütün digər sənədlərlə, o cümlədən, cəmiyyətin torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilən pul vəsaitinin köçürülməsi, həmin torpaq sahələrinin texniki pasportları, Dövlət reystrindən çıxarışları, maliyyə hesabatları, əsas vəsaitlərin hərəkəti barədə sənədlərlə AR Mülki Məcəlləsinin 106-1.3.2 bəndini əsas tutaraq istənilən zaman iş saatlarında cəmiyyətdə tanış ola bilər. Həmçinin göstərilmişdir ki, cəmiyyətin hər il malyyə hesabatları səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq edildikdən sonra xxxx qəzetində dərc edilir. Cəmiyyətin kütəvi informasiya vasitələrində dərc edilməsi üçün verilmiş ən son hesabatı xx xxxxxx 2017-c i il tarixinə dairdir. (xx.xx.2018-ci il tarixli 31 saylı qəzet buraxılışı). Adı çəkilən qəzetin həmin buraxılışını müvafiq satış məntəqələrində əldə edilməsi mümkün olmazsa, qeyd edilən buraxılışın Cəmiyyətin mühasibatlıq şöbəsində saxlanılan nüsxəsi ilə tanış olmaq və ya surətini çıxarmaq üçün müvafiq şərait yaradıla bilər. xx xxxx 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilən pul vəsaitinin köçürülməsi, həmin torpaq sahələrinin texniki pasportları, dövlət reyestrindən çıxarışları, 2018-ci ilə dair maliyyə hesabatları, əsas vəsaitlərin hərəkəti barədə sənədlərin təsdiq edilmiş formada ona təqdim edilməsinin "Cavabdeh” ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yu xarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ASC-nin hesabatları hər ilin maliyyə yekunlarında Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X2 Palatası tərəfindən təsdiq edilir və yalnız bundan sonra kütləvi informasya vasitələrində dərc edilir. Maliyyə nəticələrinin bu cür açıqlanması isə Mülki Məcəllədə birbaşa göstərilmişdir. ASC də öz növbəsində qanunun bu tələbi nə əməl etmiş və hesabatlarını “xxxx” qəzetində dərc etdirmişdir. ASC bu barədə iddiaçıya məlumat vermiş və həmin buraxılışlı qəzeti əldə edə bilməyəcəyi təqdirdə, ASC-yə gəlməklə qəzetlə tanış olmaq və surətini çıxarmaq təklif edilmişdir. İddiaçı isə ASC-yə gəlməkdən imtina edərək hazırki əsassız iddianı qaldırmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı səhmdarı olduğu cavabdeh səhmdar cəmiyyətinin torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilən pul vəsaitinin köçürülməsi, həmin torpaq sahələrinin texniki pasportları, dövlət reyestrindən çıxarışları, 2018-ci ilə dair maliyyə hesabatları, əsas vəsaitlərin hərəkəti barədə sənədlərin təsdiq edilmiş formada ona təqdim edilməsinin cavabdeh ASC-yə həvalə edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1-ci maddəsi ilə səhmdar cəmiyyətinin səhmdarlarını n hüquqları və vəzifələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququ vardır. Apellyasiya məhkəməsi cavabdeh ASC-nin belə məlumatların verilməsindən imtina olunmadığı, həmin məlumatlarla tanış olmaq üçün iddiaçıya imkan verildiyi barədə dəlillərini əsassız hesab edərək göstərmişir ki, iddiaçı əldə etmək istədiyi məlumatları yazılı şəkildə tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsinə, «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3,3.0.1, 3.0.6 və 16-cı maddələrinə əsasən informasi ya sahibi tələb olunan informasiyanı şifahi, yazılı, həm də tanış olmaq üçün təqdim etmək üsulu ilə icra edə bilər. Lakin Qanunda tələb olunan informasiyanın hansı üsulla və formada cavablandırılması şərtləri konkret göstərilmişdir. Qanunun 16.3.1 və 16.3.2-ci bəndlərindən görünür ki, əgər tələb olunan informasiyanın aid olduğu sənədin surətini çıxararkən onun əslinə ziyan vurulacağı ehtimalı olarsa, bu halda həmin informasiya tanış olmaq üçün təqdim etmə üsulu ilə icra edilə bilər. Apellyasiya məhkəməsi sadalanan normaların tələblərini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh ASC-nin üzərinə 2018-ci ilə dair maliyyə hesabatları və əsas vəsaitlərin hərəkəti barədə sənədlərin təsdiq edilmiş formada iddiaçıya təqdim edilməsi vəzifəsi qoyulmalıdır. Bununla bərabər, “torpaq sahəsinin özəlləşd irilməsi üçün ödənilən pul vəsaitinin köçürülməsi, həmin torpaq sahələrinin texniki pasportları və dövlət reyestrindən çıxarışların təqdim edilməsi” tələblərinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının konkret olaraq hansı torpaq sahəsindən bəhs etdiyi iddia ərizəsindən müəyyən edilmir. İddiaçı ilk növbədə ASC-də hər hansı bir torpaq sahəsinin özəlləşdirildiyini sübut etməli və bundan sonra bunun nəticəsi barədə məlumatların ona təqdim edilməsini məhkəmədə müvafiq iddia qaldıraraq tələb etməli idi. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə b ilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2858/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2858/2020
20.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver