Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-286/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X1 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı2, onun və digər iddiaçıların vəkili X3, Cavabdeh və vəkili X6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2 (011)-xx/17) iddiaçıla r İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “A” saylı fərdi yaşayış evinə köçürülməsi və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı2 və qeyrilərinə qarşı həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verərək qətnamənin qismən, onların iddia tələblərinin rədd olunmasına dair hissədə ləğv edilərək iddia tələblərinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)8523/17) İddiaçı2 və qeyrilərinin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-cı il tarixli qətnaməsi Davidovların iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, İddiaçı2 və qeyrilərinin iddiası təmin olunaraq iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “A” saylı fərdi yaşayış evinə köçürülmələri və Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, Cavabdeh apellyasiya şikayəti işə təmin edilməyərək qətnamə Davidovların evdən istifadə hüquqlarına xitam verilməsi tələbinin rədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə ( hakimlər A.Kalbalıyev - sədrlik edən və məruzəçi, V.İbayev və Ə.Əliyev, iş № 2(102)-xx/18) Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi Cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verərək Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarı ilə İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə, Cavabdeh İddiaçı2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı i ddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və məruzəçi, V.Həsənov və X.Sarıyev, iş № 2(103)-xxx/19) apellyasiya şikayətləri qismən təmin olunaraq Xətai Rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla həm ilk iddia, həm də qarşılıqlı iddia rədd olunmuşdur. İddiaçılar kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin qismən – ilk iddianın rədd edilməsi hissəsində ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. İşin halları: İddiaçılar İddiaçı2 və qeyrilər i Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2000-ci ildə X4 14000 ABŞ dollarına 1,5 sot torpaq sahəsini ev tikmək məqsədi ilə satın almışlar. Lakin evi 2005-ci ildə tikmişlər. Asan xidmət tərəfindən verilmiş arayışdan və Forma 2 üzrə arayışdan da görünür ki, iddiaçıların mübahisəli evə yaşayış hüququ vardır və Xətai Rayon Məhkəməsinin 22 may 2007-ci il tarixli qətnaməsi ilə onlar həmin ünvanda daimi qeydiyyata alınmışlar. Bakı şəhəri, Xətai rayonunun N.Mahmudov küçəsindəki 20A saylı evi öz vəsaitləri hesabına min bir əziyyətlə tikmişlər və bu ev 150 kv.m. olmaqla iki mərtəbədən və mansardan ibarətdir. Ev tikili b hazır olduqdan sonra, yəni 2005-ci ildə bütün ailə üzvüləri ilə birlikdə evə köçərək 2014-cü ilin sentyabr ayına kimi burada yaşamışlar. Lakin 2014-cü ilin sentyabr ayında Cavabdeh təzyiqləri və hədələri nəticəsində yaşadıqları evi məcburi qaydada tərk etməli olmuşlar. Belə ki, Cavabdeh öz dostu X10 ilə birlikdə onlara hiylə quraraq onları aldatmış və evdən məcburi şəkildə çıxarmışlar. Onların qanunsuz hərəkətlərindən Azərbaycan Respublikası DİN-nin rəhbərliyinə şikayət etmiş, lakin cinayət işinin başlanılması rədd edilmişdir. Onun oğlu XXX onların xəbəri olmadan X10 ilə razılığa gəlmiş və sonuncu ona faizlə ödənilmək şərti ilə 26000 manat pul vermişdir Bunun müqabilində X10 onların yaşadığı evin sənədlərini götürmüşdür. 04.07.2014-cü ildə X10 onlara bildirmişdir ki, Ayazı tutub saxlayıb lar. Bununla əlaqədar olaraq həyat yoldaşı və iki oğlu XX olduğu yerə getmişlər və bu zaman onlardan 56000 manat pul tələb olunmuşdur. Qusar rayonunda yerləşən evin sənədlərini girov qoyaraq XX azad etmişlər. X10 ona demişdir ki, bələdiyyəyə ərizə versin ki, evi müvəqqəti olaraq onun adına keçirtsin. Sonradan ona məlum olmuşdur ki, guya onun adından ərizə verilmişdir ki, o, evi X2. X10 isə həmin evi Cavabdeh satmışdır. Cavabdeh qanunsuz olaraq onların evini alaraq orada yaşayır. Onlar dəfələrlə ora köçmək istəsələr də, cavabdeh qanunsuz olaraq onlara maneçilik törətmişdir. Hal-hazırda ailə üzvləri ilə birlikdə kirayədə yaşayırlar və bu hal onların ailə büdcəsinə uyğun deyildir. Göstərilənlərə əsasən, azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N. Mahmudov küçəsi, 20 A saylı fərdi yaşayış evinə köçürülmələri və Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdeh İddiaçı2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mübahisəli mənzili 2014-cü ilin avqust ayında akt əsasında X5 almış və onun iştirakı ilə iddiaçıya 78.000 manat (həmin dövr üçün 100.000 ABŞ dolları) pul ödəmişdir. Həmin mənzilin satılmasında digər şahidlərlə birlikdə iddiaçının əri İddiaçı3, oğlanları İddiaçı1 və İddiaçı4 iştirak etmişlər. Evi alarkən Füzuli ona həmin evin satılması üçün sahibi tərəfindən onun adına keçirildiyin i bildirmiş və o, pulu həmin şəxslərin iştirakı ilə iddiaçılardan İddiaçı2 özünə vermişdir. Bunu iddiaçılar öz iddia ərizələrində də etiraf etmişlər. İddiaçıların və şahidlərin imzaları Xətai rayonu, Əhmədli bələdiyyəsinin sədrinin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı kimi G. Davidovanın evi niyə satması və onun oğlu Ayazın kiməsə borcu olub-olmamasından onun məlumatı olmayıb, o, evin satılması barədə ona heç bir təzyiq göstərməmişdir. Ona görə də onların evdən məcburi çıxarılmaları barədə iddiaları tamamilə əsassızdır. Onlar öz iradələrinə uyğun olaraq şahidlərin iştirakı ilə evi ona sataraq könüllü olaraq evi tərk etmişlər. Evi aldıqdan sonra orada təmir işi aparmış, 50.000 ABŞ dolları pul xərcləmişdir. Hazırda həmin evdə təkcə onun ailə üzvləri yaşayırlar. İddiaçlar isə onun ailə üzvləri deyil, aralarında hər hansı bir icarə və ya kirayə müqaviləsi bağlanmayıb, onların həmin yaşayış sahəsindən istifadə hüququ və evdə qeydiyyatda qalmaları üçün digər heç bir hüquqi əsas yoxdur. O, evi alandan bir gündə olsun həmin şəxslər burada yaşamamış və onların qeydiyyatı formal xarakter daşıyır. İddiaçılardan İddiaçı2 X7 və ona qarşı əşyaları ilə birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “a” saylı evdən çıxarılmalarına dair iddia tələbi Xətai Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələrinin müvafiq qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Evdə qeydiyyatda olan həmin şəxslərin pasport qeydiyyatından çıxarılması barədə Xətai rayon Polis İdarəsinə müraciət etmiş, Polis İdarəs indən cavab olaraq bildirilmişdir ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanunu qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Ona görə belə hesab edir ki, həmin şəxslərin Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “a” saylı evdən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. İddiaçıların ona qarşı iddiasının heç bir hüquqi əsası yoxdur və əksinə mülkiyyətçi kimi onun hüquqları pozulub, onların həmin evdən pasport qeydiyyatından çıxmaması və əsassız olaraq məhkəmə mübahisələrinə cəlb edilməsi sahiblik və istifadə hüququnu pozmaqla yanaşı, həm özünün, həm də ailə üzvlərinin əsəbləşməsinə və ailədə gərginlik yaranmasına s əbəb olub. Buna görə mənəvi sarsıntı keçirdiyindən ona 10.000 manat dəyərində mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “a” saylı evdən istifadə hüquqlarına xitam verilməsi, ona dəymiş 10.000 manat mənəvi zərərin və ödədiyi 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandı rılmışdır. İddiaçı2 və onun, eləcə də digər iddiaçıların vəkili K.Quliyeva məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh və vəkili İ.Rüstəmov isə kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız iddiaçılar mübahisələndirmiş və şikayətlərində qətnamənin qismən – ilk iddianın rədd edilməsi hissəsində ləğv olunub yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Qətnamənin qarşılıqlı iddia ilə bağlı hissəsindən kassasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız kassasiya qaydasında mübahisələndirilən hissədə, yəni ilk iddianın rədd olunması hissəsində yoxlayıb qiymət verir. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib ilk iddianı rədd edərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının vəsatəti ilə dindirilən şahid Davidov Ayaz Akif oğlu bildirmişdir ki, 2014-cü ildə Dağıstanda tikinti işləri ilə məşğul olmuş, 1-2 ay iş getdikdən sonra, şirkət aparılan işin pulunu verməmişdir. Ustalara pul verməli olduğundan, yaxın tanışları X pul istəmişdir. X pulunun olmadığını, yaxınlarından ala biləcəyini söyləmişdir. X onun xalası ilə köhnə qonşu olduğunu və bir məktəbdə oxududuqlarını bildirmişdir. Evin Bələdiyyə sənədini Xverər ək, 6000 manat götürüb ödədikdən sonra 10000 manat götürmüşdür. Cəmi 16.000 manata qarşı 1600 manat ödədiyini bildirmişdir. 3-4 ay ödədikdən sonra, yenə 10.000 manat götürərək 26.000 manata qarşı 2600 manat pul ödəmişdir. Sonralar, laminat işləri ilə məşğul olaraq, ucuz alıb baha satmaq istəsə də, əksinə, 8 manata sataraq, X olan borcunu ödəmişdir. Laminata 36.000 manat borcu qalmışdır. O, çıxılmaz vəziyyətdə qalaraq, yenidən X müraciət edərək, borc pul istəmişdir. X tanışı Rəhəddən 20.000 manat alıb ona verərək, 20.000 manata qarşı hər ay 10% ödəniş etməklə pul vermişdir. Faizini çatdıra bilmədiyindən, o aralar evin sənədini X götürməmişdir. O, pulu ödəyə bilmədiyi üçün, evi girov qoyduqlarını, pulu qadın verdiyini və evin qadının adına rəsmiləşdirilməsini bildirmişlər. Evin kimin adına k eçirilməsindən, ərizə yazılıb-yazılmamasından xəbəri olmamışdır. Həmin vaxt o, ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışlar. Lakin, bundan sonra evdən çıxıb gedərək, 5-6 ay evlə əlaqəsi olmamışdır. 5-6 ay sonra atası ona ailəsini evdən çıxardıqlarını bildirmişdir. Təxminən 2016-cı ilin yanvar ayının X-də həbs olunmuşdur. Fizuli pulun Rəhəddən almış, o isə borcu bir ay müddətində geri ödəyə bilməmişdir. Pulun qadın tərəfindən verildiyini, evi qadının adına rəsmiləşdirilməsini bildirmişdir. Qadın evdən çıxmalarını tələb etmişdir. Həmin vaxt Cavabdeh əsəbi olduğunu, pulun qadından aldığını bildirmişdir. O, Rəhədi 2011-ci ildən “vosmoy” bazarında X yanında gördüyünü bildirmişdir. Təxminən 2015-ci ildə pulla bağlı X 20.000 manat istəyəndə münasibətlərinin yarandığını bildirmişdir. 20.000 m anatı X istədiyini və X ona kömək edə biləcəyini söyləmişdir. Birinci dəfə, X işlədiyi qəssab dükanında Rəhəd pulun olmadığını, başqa şəxsdən ala biləcəyini bildirmişdir. Bundan 2-3 gün keçdikdən sonra, X və Rəhəd “Əhmədlidə” evin həyətində pulu ona verdiyini bildirmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, onu girov götürməmişlər, borcun ödənilməsini tələb etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, bundan əvvəl tərəflər arasında mübahisəli mənzilə dair digər tələblər üzrə başqa bir iş olmuş və Xətai Rayon Məhkəməsinin həmin iş üzrə çıxardığı 25.05.2015-ci il tarixli qətnamə ilə İddiaçı2 cavabdehlər X8 və Cavabdeh qarşı cavabdehlərin əşyaları ilə birlikdə Bakı şəhəri, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “a” saylı evdən çıxarılması barədə ilk iddia tələbi və eləcə də Cavabdeh İddiaçı2 qarşı pulun geri qaytarılması və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılan hallarına əsasən həmçinin müəyyən etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi, 20 “a” saylı ev ümumi sahəsi 147,60 kv.m-dən ibarət özbaşına tikili olmaqla dövlət reyestrində qeydiyyatdan keçməmişdir. X11 həmin evdə yaşamır. Həmin evdə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Mübahisəli ev iddiaçının mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmadığından onun həmin evə dair sərəncam vermək hüququ yoxdur. Digər tərəfdən, iddiaçı özü də təsdiq etmişdir ki, mübahisəli əmlak iddiaçı tərəfindən əvəzli şəkildə cavabdehlərə güzəşt edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqası na keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 146.2-ci maddəsinə görə isə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “a” saylı fərdi yaşayış evi qanunsuz (özbaşına) tikili olduğundan və həmin mənzilin onun sahibliyində olması barədə sübut təqdim olunmadığından İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə və yaradılan maneçiliyin aradan qaldırılması tələbinə dair iddiası təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli və Ali Mə hkəmənin Plenumuunun 12.04.2019-cu il tarixli qərarlarında şərh olunan göstərişləri yerinə yetirərək, eləcə də Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1.1, 385.1.2-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbləri rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin qeyd olunan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddiaya aid hissədə iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin həmin hissədə ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə iddiaçıların kassasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-XX/19 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddianın rədd olunması hissəsində həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-286/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-286/2020
14.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver