Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2860/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan tələbi 18.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-202/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2071/2021 saylı iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qərarına əsasən, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində çıxarılma tələbinə dair iddiası Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehin iddiaçıya məxsus 23,21 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə isə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 150.000 manat maddi ziyan və 20.000 manat mənəvi ziyan olaraq, cəmi 170.000 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, onun qanuni icarəsi altında olan 50 ha torpaq sahəsinin 23,21 ha hissəsindən cavabdehin çıxarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır. 2017-ci ildən hal-hazıradək onun və ailə üzvlərinin icarəsi altında olan, o cümlədən 9 nəfərdən ibarət olan ailə üzvlərinin yeganə dolanışıq yeri olan 23,21 ha torpaq sahəsini cavabdeh qanunsuz və əsassız olaraq istifadə etmişdir. Bununla da, cavabdeh ona həm maddi ziyan, həm də mənəvi ziyan vurmuşdur. Ötən 4 il müddətində onun icarəsi altında olan 23,21 ha torpaq sahəsində cavabdeh taxıl, pambıq, ot məhsulu, bostan əkmiş, daha sonra isə payız mövsümündə həmin sahədə heyvanlarını otarmış və həmin sahələrdən külli miqdarda mənfəət əldə etmiş və bununla da ona və ailə üzvlərinə külli miqdarda maddi ziyan vurmuşdur. Ötən 4 il müddətində həmin sahələr onların özünün istifadəsində olsaydı, onlar həmin sahələrdən hər hektara hər il birinci biçimə 250 bağ ot, ikinci biçimə isə 180 bağ ot g ötürəcəkdilər. Ot biçini başa çatdıqdan sonra isə payız və qış mövsümlərində həmin sahədə heyvanlarını otaracaqdılar. Buna görə də heyvanlarının payız və qış mövsümündə otarılması üçün torpaq sahəsinə ehtiyacı olmamışdır. Lakin 23,21 ha torpaq sahəsi ötən 4 il ərzində onların ailəsində olmadığı üçün heyvanlarının yemlənməsi üçün onlar payız və qış mövsümündə otlaq sahəsini satın almış və hər il bu məqsədlə 15.000 manat pul xərcləmək məcburiyyətində olmuşdur. 4 il ərzində hər ilə 15.000 manat ödəməklə payız və qış mövsümləri üçün otlaq sahəsinə, ümumilikdə 60.000 manat pul məsrəf etmişdir ki, ona bu ziyanı birbaşa cavabdeh vurmuşdur. Ötən 4 il müddətində onların icarəsi altında olan 23,21 ha torpaq sahəsindən, əgər həmin torpaq sahələri onun istifadəsində olsaydı əldə edə biləcəyi gəlir aşa ğıdakı kimi müəyyən edilmişdir: birinci biçimdə 34.815 manat, ikinci biçimdə 23.767,04 manat olmaqla, iki biçimdə əldən çıxmış fayda cəmi 58.582,04 manat. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurulmuş və mənəvi ziyanın qiymətinin 20.000 manat olduğunu hesab etmişdir.
5. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 16 noyabr 2021-ci il tarixli, 2(039)1671/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razı lığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçı iddia ərizəsində cavabdehin onun ailə üzvlərinə silah çıxarması, üzərinə maşın sürməsi, vəzifəli şəxslərə rüşvət verməsi səbəbindən müraciət etdiyi hər yerdə süründürməçiliklə və laqeydliklə qarşılaşmasını əsas gətirərək, ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, qeyd olunan halların baş verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının, əldən çıxmış faydanın tutulması barədə tələbi təmin edilə bilməz.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instanisyası məhkəməsində birinci icraat
8. Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1671/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı apellyasiya şikayəti vermişdir.
9. İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən hakim maddi hüquq normalarının tələblərini pozaraq onun icarəsi altında olan 23.21 ha torpaq sahəsinin ötən 4 il ərzində Cavabdeh tərəfindən zəbt edilməsinə halına hüquqi qiymət verməmişdir. Sadalanan maddi hüquq normalarına istinadən iddia tələbi qanuni və əsaslı olduğu halda məhkəmə heç bir əsaslandırma gətirmədən qanunun tələblərini pozmuşdur. Qətnamənin əsaslandırıcı hissəsində işin faktiki halları barəsində, məhkəmənin hansı səbəbdən bu nəticəyə gəlməsi açıqlanmamışdır. Məhkəmənin mövqeyinə görə cavabdeh tərəfindən icarəsi altında olan 23.21 ha torpaq sahəsi zəbt edilərkən o, tamamilə hərəkətsiz qalmışdır. Halbuki, o, ilk başdan aidiyyəti üzrə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmiş və məhz həmin zəbti ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə Cavabdeh barəsində cinayət işi qaldırılmışdır. Məhkəmənin həmin mövqeyinə qarşı, Cavabdeh barəsində cinayət işinin başlanmasına dair Yevlax Rayon Polis Şöbəsində qəbul edilmiş qərarı və Cavabdeh istintaqdan yayınaraq barəsində axtarış işi açılması ilə bağlı qəbul edilmiş qərarı hakimə təqdim etsələr də, bütün hallar birtərəfli olaraq hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində, məhkəmə yalnız, işə əlavə edilmiş sənədləri sıralamaqla və mübahisəni əsaslandırmağa aid olmayan maddi hüquq normalarını rəhbər tutmaqla qəbul etdiyi nəticə işin hallarına uyğun dey ildir (bununla da MPM –nin 220.4-cü maddəsinin tələbləri pozulmuşdur). Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(039)-1671/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (həmçinin nümayəndəsi) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəsi gedən torpaq sahəsi iddaçının icarəsində olmasına baxmayaraq, neçə il cavabdeh t ərəfindən istifadə olunmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X11 (sədrlik edən və məruzəçi), X3 və X5) 2(107)-400/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
13. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi kimi ehtimal olunan ziyanın məbləği və əldə edə biləcəyi həcmdə faydanın mənbəyi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, hesablama qaydasını heç bir sübuta söykənməyən riyazi hesablamaya istinad etməklə iddiasının təmin olunmasını xahiş etmişdir.
14. Kollegiya daha sonra qeyd etmişdir ki, iddiaçının a pellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddianın təmin olunması və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz.
15. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1097.1-ci maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-400/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya instansiyasında baxılarkən məhkəmə kollegiyası açıq-aşkar haqsızlıq və ədalətsizlik etmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Hazırkı işin faktiki halları ilə bağlı irəli sürdüyü dəqiqliklərə qiymət verilməmiş və iddia tələbi ilə bağlı hər hansı sübut təqdim etməməyi səbəbindən iddia tələbi rədd edilmişdir. Ötən 4 il ərzində cavabdehin onun icarəsi altında olan torpaq sahəsini zəbt etməsi birmənalıdır və işin mübahisə edilməyən halıdır. Belə olan halda, iddiaçının dəqiqliklə irəli sürdüyü hesablara qarşı cavabdeh tərəfin heç bir mövqeyi yox idi və ola da bilməzdi. Tələblərinə qarşı cavabdeh tərəfin etirazı daxil olmamış və müdafiəsini qura biləcək mövqey i olmamışdır. Cavabdeh tərəf məhkəmə iclasında iştirakını belə artıq hesab etmişdir. Lakin qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının qanuni əsaslarla icarəsində olan 23.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişdir. Zəbtlə bağlı heç bir sübut təqdim etməyə ehtiyac yoxdur. Bu hal açıq- aşkar hər kəsə bəyandır. Apellyasiya qaydasında baxılarkən sübutların qiymətləndirilməsi baxımından məhkəmə kollegiyası ədalətsizlik etmiş, iş materiallarında irəli sürülmüş sübutlara obyektiv qiymət verməmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, mülki iş üzrə məhkəmə iclasında yuxarıda qeyd edilən hallar, işin faktiki halları dəfələrlə məhkəmənin nəzərinə çatdırılmışdır.
18. Azərbaycan Respub likası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X18 (məruzəçi), X10 və X2) 2(102)-3847/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)400/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
19. Kollegiya qeyd etmişdir ki, qeyd olunan sahənin daxil olduğu 50 ha torpaq sahəsi bələdiyyə tərəfindən müqavilə əsasında iddiaçıya (onun varisi olduğu şəxsə) icarəyə verilmişdir. Buna baxmayaraq, sahənin icarə dəyərinin aydınlaşdırılması üçün həmin müqavilədəki məlumatların nəzərdən keçirilməsi, icarə müqaviləsi və əlavə sübutların təqdim olunması, zəruri olduqda bu xüsusat üzrə mütəxəssisin cəlb olunması və ya ekspertiza keçirilməsi t ərəflərlə lazımi şəkildə müzakirə olunmamışdır. Belə olan halda, iddiaçının istinad etdiyi zərəri sübuta yetirə bilməməsi haqqında gəlinən qənaət qanuni və əsaslı mövqe sayıla bilməz.
20. Kollegiya onu da göstərmişdir ki, mübahisənin müəyyən edilmiş halları baxımından iddiaya əsassız varlanmaya dair normaların tətbiqi imkanları hazırkı işdə ümumiyyətlə yoxlanılmamışdır. Belə ki, cavabdehin 23.21 ha torpaq sahəsindəki sahibliyi məhkəmə aktı ilə qanunsuz sayılaraq onun həmin ərazidən çıxarılması qət edilmişdir. İcarə hüququ ilə iddiaçıya verilmiş torpaq sahəsindən cavabdeh istifadə etdiyi halda, onun iddiaçının hesabına varlanıb-varlanmadığına maddi hüquq normaları əsasında qiymət verilməlidir. Bu məzmunda tələb hüququ qanundan irəli gələn iddia imkanıdır. Diqqət edilməlidir ki, əsassız va rlanma çərçivəsində müəyyən edilməli olan hallardan biri iddiaçının zərərə düşübdüşməməsi deyil, cavabdehin iddiaçının hesabına varlanıb-varlanmamasıdır. Odur ki, hazırkı işin düzgün həlli üçün əmlak hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən cavabdehin istifadə etməklə varlanıb-varlanmaması, əgər varlanmışsa həmin varlanmanın iddiaçının tələb etdiyi pul məbləğindən az olub-olmaması araşdırılmamış, mübahisəli olduğu halda bu xüsusatların çəkişmə prinsipi əsasında tərəflərin təqdim etdikləri sübutlar, habelə mütəxəssis və ya ekspert rəyi ilə yoxlanılması üçün prosessual imkanlardan istifadə edilməmişdir.
21. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1097.1, 1091.1, 1091.2, 1092.1, 1092.3-cü maddələrinə, MPM-in 14.2, 7 7.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, Yevlax Rayon Aran Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 041 nömrəli məktubuna əsasən, iddia olunan 23 ha torpaq sahəsinin istifadə edilməsi ilə bağlı mübahisəli olan 23 ha torpaq sahəsi ilkin olaraq Cavabdeh icarəsində olmuş, bütün texniki göstəricilərdə bütün faktlar və reallıqlar, yəni ona aid torpaq sahəsi sürüşdürülərək Cavabdeh icarəsində olan örüş torpaq sahəsinin üzərinə sürüşdürülərək 23 ha torpaq sahəsinin əvvəllər onun olduğu sonradan iddiaçının icarəsində olan torpaq sahəsinə sənədləşdirilmişdir. Bu torpaq sahəsi irəmə adlanan torpaq sahəsidir ki, şor torpaq sahəsi olduğundan 4-cü keyfiyyət qrupuna aid olmaqla 20 bonitet baldan aşağıdır və örüş üçün nəzərdə tutulmaqla əkin üçün əkin üçün son dərəcə aşağı keyfiyyətlidir. Həmin torpaq sahəsi Aran Bələdiyyəsinin mülkiyyəti olmaqla örüş üçün nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən həmin torpaq sahəsində mübahisədən əvvəl və sonra heç bir əkin-biçin işləri aparılmamış, torpaq sahəsi boş olaraq qalmışdır. Bu torpaq sahəsində kənd camaatı torpaqdan örüş sahəsi olaraq istifadə etmişdir. X8 Mikayılov tərəfindən mübahisələndirilən örüş torpağının istifadə edilməsi və həmin torpaq sahəsindən hər hansı bir qazancın əldə edilməsi ilə bağlı olaraq heç bir məlumat və real fakt mövcud deyildir. Cavabdeh həmin torpaq sahəsini başqa şəxslərə icarəyə verib qazanc əldə et məsi, həmçinin, özü və digər şəxslər üçün otlaq vasitəsi olaraq istifadə etməsi halları, həmçinin, bu torpaq sahəsi üzərində müəyyən əkin-biçin işləri aparmaqla qazanc əldə etməsi halları mövcud olmamışdır.
23. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X15 Mərkəzinə sorğu edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X15 Mərkəzinin xx.xx.2023cü il tarixli mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan 23,21 ha torpaq sahəsi Yevlax Rayon Aran Bələdiyyəsinin mülkiyyətində olan örüş, otlaq uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.6-cı maddəsinə əsasən “yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin ya lnız 3 (üç) faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Mübahisə predmeti olan 23,21 ha torpaq sahəsinin yuxarı və aşağı hissəsində çoxdan əkilmiş pambıq bitkisinin qalıqlarına rast gəlinmişdir. Həmin torpaq sahəsinin orta hissəsində isə buğda bitkisinin samanı və buğda dəninin köynəyi müşahidə edilmişdir. Mübahisə predmeti olan 23,21 ha torpaq sahəsində əkin işlərinin aparılmasından xeyli müddət keçdiyindən və torpaq sahəsinin suvarıldığından həmin torpaq sahəsində hansı bitkidən hansı ölçüdə əkildiyini müəyyən etmək mümkün olmamışdır. Mübahisə predmeti olan 23,21 ha torpaq sahəsində əkin işlərinin aparılmasından xeyli müddət keçdiyindən və hazırda həmin torpaq sahəsindən örüş, otlaq sahəsi kimi istifadə edildiyindən, həmin torpaq sahəsində əvvəllər əkilmiş bitkilərin məhs uldarlığını təyin etmək mümkün olmamışdır.
24. Yevlax Rayon Aran Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı icarəsində Aran Bələdiyyəsinin mülkiyyətində olan 50 ha örüş torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə görə 2020-ci ildə cəmi 260 manat, 2021-ci ildə 300 manat, 2022-ci ildə 300 manat icarə haqqı ödəmişdir. Hər hektara görə ödənilən 6 manat, 2002-ci ildə bağlanmış müqavilə əsasında ödənilməsi nəzərdə tutulan məbləğdir. Hazırda örüş torpaq sahəsinin hərrac və müsabiqə vasitəsilə icarəyə verilməsi nəzərdə tutulan hər hektara görə ilkin qiymət 33 manatdır.
25. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X7) 2(107)-202/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədə n, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kollegiya tərəfindən aparılan araşdırma nəticəsində işin müəyyən edilmiş hallarından görünür ki, hazırkı iddiaya əsassız varlanmaya dair normalar tətbiq edilməlidir. Belə ki, cavabdehin 23.21 ha torpaq sahəsindəki sahibliyi məhkəmə aktı ilə qanunsuz sayılaraq onun həmin ərazidən çıxarılması qət edilmişdir. Belə olan halda icarə hüququ ilə iddiaçıya verilmiş torpaq sahəsindən cavabdeh istifadə etdiyi halda, onun iddiaçının hesabına varlanıbvarlanmadığına əsassız varlanmaya dair maddi hüquq normaları əsasında qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini zərərin ödənilməsi öhdəliyi əsası ilə təmin etməmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşm ayaq qeyd edir ki, hazırkı işdə əsassız varlanma çərçivəsində müəyyən edilməli olan hallardan biri iddiaçının zərərə düşüb-düşməməsi deyil, cavabdehin iddiaçının hesabına varlanıb-varlanmamasıdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli qərarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X15 Mərkəzinə sorğu edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X15 Mərkəzinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan 23,21 ha torpaq sahəsi Yevlax Rayon Aran Bələdiyyəsinin mülkiyyətində olan örüş, otlaq uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikasının T orpaq Məcəlləsinin 16.6-cı maddəsinə əsasən “yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 (üç) faziə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Mübahisə predmeti olan 23,21 ha torpaq sahəsinin yuxarı və aşağı hissəsində çoxdan əkilmiş pambıq bitkisinin qalıqlarına rast gəlinmişdir. Həmin torpaq sahəsinin orta hissəsində isə buğda bitkisinin samanı və buğda dəninin köynəyi müşahidə edilmişdir. Mübahisə predmeti olan 23,21 ha torpaq sahəsində əkin işlərinin aparılmasından xeyli müddət keçdiyindən və hazırda həmin torpaq sahəsindən örüş, otlaq sahəsi kimi istifadə edildiyindən, həmin torpaq sahəsində əvvəllər əkilmiş bitkilərin məhsuldarlığını təyin etmək mümkün olmamışdır. Bundan başqa Yevlax Rayon Aran Bələdiyyəsi xx.xx.2023-cü il tarixli 041 nö mrəli məktubla iddia tələbinə münasibət bildirərək göstərmişdir ki, torpaq sahəsi Aran Bələdiyyəsinin mülkiyyəti olmaqla örüş üçün nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən həmin torpaq sahəsində mübahisədən əvvəl və sonra heç bir əkin-biçin işləri aparılmamış, torpaq sahəsi boş olaraq qalmışdır. X8 Mikayılov tərəfindən mübahisələndirilən örüş torpağının istifadə edilməsi və həmin torpaq sahəsindən hər hansı bir qazancın əldə edilməsi ilə bağlı olaraq heç bir məlumat və real fakt mövcud deyildir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göründüyü kimi, xx.xx.2002-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Yevlax Rayon Aran Bələdiyyəsi tərəfindən icarəyə verilmiş mübahisə predmeti olan 23,21 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan örüş, otlaq uqodiyalı k ənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək icarəçinin vəzifəsidir. Qanunvericiliyin tələblərinə əsasən, yay və qış otlaqlarının əkilməsinə yol verilmir. Eyni zamanda mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan 23,21 ha torpaq sahəsində əkin işlərinin aparılmasından xeyli müddət keçdiyindən və hazırda həmin torpaq sahəsindən örüş, otlaq sahəsi kimi istifadə edildiyindən, torpaq sahəsində əvvəllər əkilmiş bitkilərin məhsuldarlığını təyin etmək mümkün olmamışdır.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçının hesabına əsassız varlanması ilə bağlı hallar iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir.
30. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etmə yi zəruri hesab etmişdir ki, mübahisə predmeti olan 23,21 ha torpaq sahəsi örüş, otlaq uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.6-cı maddəsinə əsasən “yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 (üç) faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.” Bundan başqa xx.xx.2002-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin 2.13cü bəndində də göstərilmişdir ki, icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək icarəçinin vəzifəsidir. Yəni, hər bir halda mübahisə predmeti olan torpaq sahəsi örüş, otlaq uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan həmin torpaq sahəsinin əkilməsinə yol verilmir.
31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
32. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin mahiyyəti baxımından düzgün nəticəyə gəlsə də maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası qətnamənin maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv olunmasına zərurət görməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a)Kassasiya şikayətinin dəlilləri
33. İddi açı (Vəkil1) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)202/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cavabdehin 23.21 ha torpaq sahəsindəki sahibliyi məhkəmə aktı ilə qanunsuz sayılaraq onun həmin ərazidən çıxarılması qət edilmişdir. İcarə hüququ ilə iddiaçıya verilmiş torpaq sahəsindən cavabdeh istifadə etdiyi halda, onun iddiaçının hesabına varlanıb – varlanmadığına maddi hüquq normaları əsasında qiymət verilməlidir. Bu məzmunda tələb hüququ qanundan irəli gələn iddia imkanıdır. O bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarix li 2(102)-3847/22 saylı qərarında kassasiya instansiyası məhkəməsinin mövqeyi (qərarın 38- 53- cü halları) apellyasiya instansiyası məhkəməsində nəzərə alınmamışdır.
35. Kassator daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(102)-3847/22 saylı qərarının 49 və 50-ci hallarında Ali Məhkəmə qeyd etmişdir: hazırkı işin düzgün həlli üçün əmlak hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən cavabdehin istifadə etməklə varlanıb – varlanmaması, əgər varlanmışsa həmin varlanmanın iddiaçının tələb etdiyi pul məbləğindən az olub – olmaması araşdırılmamış mübahisəli olduğu halda bu xüsusatların çəkişmə prinsipi əsasında tərəflərin təqdim etdikləri sübutlar, habelə mütəxəssis və ya ekspert rəyi ilə yoxlanılması üçün prosessual imkanlardan istifad ə edilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həll zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə -mütəxəssislərə müraciət etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir. Ali Məhkəmənin yuxarıda göstərilən bu və digər göstərişləri nəzərə alınmamış və həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Hazırkı iş üzrə qeyd edilən 23.21 ha torpaq sahəsinin daxil olduğu 50 ha torpaq sahəsi bələdiyyə tərəfindən müqavilə əsasında iddiaçıya (onun varisi olduğu şəxsə) icarəyə verilmişdir. Buna baxmayaraq, sahənin icarə dəyərinin aydınlaşdırı lması üçün həmin müqavilədəki məlumatların nəzərdən keçirilməsi, icarə müqaviləsi və əlavə sübutların təqdim olunması apellyasiya instansiyasında qismən həyata keçirilsə də, məhkəmə kollegiyası tərəfindən həmin sübutlara hüquqi qiymət verilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
38. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
40. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
41. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
42. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticəüçünəhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına vəyaxud qətnamə vəqərardadda ifadəolunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan həmin dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Bu zaman apellyasiya instansiya məhkəməsi mübahisəyə düzgün olaraq əsassız varlanma ilə bağlı maddi hüquq normalarını tətbiq etmiş, müvafiq olaraq mütəxəssislərdən rəylər almış və nəticədə cavabdehin iddiaçının icarəsində olan torpaq sahəsinin istifadəsi zamanı varlanmadığını müəyyən etmişdir. Hər bir halda əsassız varlanma ilə bağlı tələb irəli sürən iddiaçı mötəbər sübutlara malik olmalıdır. Lakin işin araşdırılmış halları ilə belə sübutların mövcud olmaması təsdiq olunmuşdur. Məhkəmə torpaq sahəsinin iddiaçının iddia etdiyi müddətdə cavabdehin istifadəsində olmasını müəyyən etmişdir. Lakin baxılan iş üzrə sübut olunmalı hal məhz cavabdehin torpaqdan istifadə nəticəsində varlanıb-varlanmasını n müəyyən edilməsidir ki, bu hallar isə təsdiq olunmamışdır.
55. Məhkəmələr müəyyən etmişlər ki, torpaq sahəsində pambıq və taxıl bitkilərinin qalıqları mövcuddur, lakin artıq sahənin suvarılması nəticəsində əkin müddətini və bu əkinlə bağlı götürülən gəlirin müəyyən edilməsinin mümkünsüz olması qeyd edilmişdir. Hər bir halda məhkəmələr haqlı olaraq nəzərə almışlar ki, iddiaçının icarəsində olan torpaq sahəsi əkin üçün yararsızdır, örüş torpaq sahəsidir və əkin işlərinin aparılması ilə yolverilməzdir.
56. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alara q belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-202/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.