Məhkəmə qərarları › İş №2(102)-2861/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2861/2021

21.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2861/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçılar: İddiaçı1, X6, X8 Cavabdeh: X7 İddia tələbi: daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi Açar sözlər: əsassız qeydiyyat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 21 aprel 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları XXX, 33 saylı evin “B” tikilisi X2 və “A” tikilisi X3 xüsusi mülkiyyət hüququ kimi 07.03.1998-ci il tarixdə daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. Qeyd edilən evin “A” tikilisi miras əmlak kimi X3 vərəsəsi X5 miras qalmış, 11.04.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reystrində bu barədə qeydiyat aparılmışdır. Eyni zamanda həmin ünvandakı “B” tikilisi X2 mülkiyyətində olmuş, sonuncu 15.02.2018-ci il tarixli ərizə ilə payının X1 ilə əlaqədar qeydiyyat vəsiqəsində dəyişiklik edilməsi və hər birinin payına uyğun yeni çıxarış verilməsini xahiş etmişdir. 13.04.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əli Bayramov küçəsi, 33 saylı evin “B” tik ilisi X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. a) Birinci instansiya məhkəməsində icraat 27 avqust 2018-ci il tarixdə iddiaçılar İddiaçı1, X6, X8 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsi, 33 saylı evin “B” tikilisinə dair mülkiyyət hüququ barədə cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5620/2018 saylı iş üzrə 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehə məxsus mənzilin çıxarışının etibarsız hesab edilməsini t ələb etmələrinə baxmayaraq, özlərinin bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmalarını sübut etməmişlər. Belə ki, iddiaçıların cavabdeh ilə hər hansı qohumluq əlaqələri yoxdur, eyni zamanda iddiaçılar mübahisəli daşınmaz əmlaka hüquqlarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8218/2019 nömrəli iş üzrə 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev, E.Y.Yaquboviç, E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, baxılan iş üzrə iddiaçılar belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli evə və ya onun bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim edilməli idi. Belə sübutlar təqdim edilmədiyindən, birinci instasniya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. c) Kassasiya inst ansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-133/2020 saylı iş üzrə 21 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və Q.A.Əsgərov) İddiaçı1, X6nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən tikili cavabdehin adına Bakı şəhəri, Nizami rayon məhkəməsinin 04 dekabr 1997-ci il tarixli qərarına əsasən qeydə alınıb (iş vərəq 13). Apellyasiya instansiyası məhkəməsi qeyd olunan qətnamənin hazırda qüvvədə olub-olmaması ilə bağlı heç bir araşdırma aparmadan, cavabdehin mübahisəli tikiliyə mülkiyyət hüququ əldə etmə əsaslarını yoxlamadan, eləcə də bu barədə apellyasiya şikayətində göstərilən dəlilləri araşdırmadan və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, yalnız cavabdeh tərəfin gətirdiyi arqumentlərlə kifayətlənərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Mübahisəli tikilinin mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasına əsas olmuş Bakı şəhəri, Nizami rayon məhkəməsinin 04 dekabr 1997-ci il tarixli qətnaməsi sonradan Azərbaycan Respublikası Baş Prokurorunun müavininin protestinə əsasən Ali Məhkəmənin Mülki Kollegiyasının 06 yanvar 1999-cu il tarixli qərardadı ilə ləğv edilərək, mülki iş yenidən başqa tərkibdə baxılması üçün Bakı şəhəri, Niza mi rayon məhkəməsinə qaytarılmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehin və Şəfiqə Quliyevanın “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə yekunda hansı qərarın qəbul edilməsi bir daha araşdırılmaqla, mübahisəli tikiliyə mülkiyyət hüququna dair cavabdehin adına verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında” 13 aprel 2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş sənədin qanuniliyi yoxlanılmaqla, iddia ərizəsinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3804/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov, Ş.Ə.Mə hərrəmova, R.M.Həsənov) iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, XXX, 33 saylı evin “B” tikilisinin X2 mülkiyyətinə verilməsi barədə 13.04.2018-ci il tarixli, RX seriyalı, ******* №-li “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” etibarsız hesab edilməsi qət edilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ş.Qoçulu və Ş.Quliyeva mübahisəli yaşayış sahəsinin mülkiyyətçiləri Yusif, Xeyrulla və Gülzadədən miras qalmasına əsaslanaraq, mübahisəli sahənin “A” tikilisinin Ş.Quliyeva, “B” tikilisinin isə Ş.Qoçulu tərəfindən miras əmlak kimi qəbul edilməsi və idarə edilməsi faktının tanınmasını Nizami Rayon Xalq Məhkəməsindən xahiş etmişlər. Məhkəmənin 04.12.1997-ci il tarixli qətnaməsi ilə tələb təmin olunmuşdur. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.01.1999-cu il tarixli qərardadı ilə həmin məhkəmə aktı ilə ləğv edilmişdir. Həmin qəraradaddan görünür ki, Ali Məhkəmə bu nətiəcəyə gələrkən əsaslandığı hallardan biri də ondan ibarət olmuşdur ki, Ş.Qoçulunun atası Xeyrullanın mübahisəli əmlaka mülkiyyət hüququ yoxdur. Belə ki, qeydiyyat vəsiqəsinin surətindən görünür ki, həmin əmlak Yusif və Gülzadəyə məxsusdur. Nizami Rayon Xalq Məhkəməsininin qətnaməsi qəbul edildikdən sonra-07.03.1998-ci il tarixdə mübahisəli yaşayış sahəsinin “B” tikilisi cavabdehin adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Mülki işin 13-cü səshifəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 28. 06.2018-ci il tarixli məktubundan da görünür ki, mübahisəli yaşayış sahəsinin “B” tikilisi Nizami Rayon Xalq Məhkəməsinin 04.12.1997-ci il tarixli qərarına əsasən cavabdehin adına qeydiyyatdan keçmişdir. Beləliklə müəyyən olunmuşdur ki, dövlət reyestrində qeydiyyat sonradan ləğv olunmuş məhkəmə aktı əsasında aparılmışdır. Bu halda, birinci instansiya məhkəməsinin iddiaçıların subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə səhvdir. Belə ki, iddiaçılar mübahisəli əmlaka dair hüquqmüəyyənedici sənədləri təqdim etməsələr də, onlar tələbini qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar ilə əsaslandırırlar. Halbuki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştira k edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlər nəzərə almaqla hesab edilməlidir ki, yuxarıda qeyd olunmuş mülki işlər üzrə çıxarılmış məhkəmə aktları ilə müəyyən olunan hallar hazırki iş üzrə preyudisial xarakter daşıyır. Həmin məhkəmə aktlarından görünür ki, hazırki iş üzrə cavabdehin mübahisəli əmlaka dair heç bir iddiası təmin edilməmişdir. Cavabdehin mübahisəli yaşayış sahəsinə dair heç bir hüququ məhkəmələr tərəfindən təsdiq edilməmişdir. Lakin cavabdehdən fərqli olaraq iddiaçılar mübahisəli yaşayış sahəsində yaşayırlar. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini və ya iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçıların hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamalarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. H azırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının olmaması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar