Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2861/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçıXXXnın Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə; İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehXXXna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2861/2022 (Açar sözlər: müqavilənin etibarsız sayılması) Bakı şəhəri 22 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-990/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Podratçı Cavabdeh MTK ilə X1 arasında bağlanmış 30 may 2005-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” müqaviləyə əsasən, Podratçı Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə tikilməkdə olan yaşayış binasının İ korpusunda, İ mərtəbədə 116,8 m2 ümumi sahəsi olan mənzilin tikintisini öz üzərinə götürmüş, müqavilə imzalanarkən sifarişçi müqavilənin ümumi dəyərinin 100%-ni ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə imzalanmış “Müqaviləyə əlavə №1” də əsas tikinti işlərinin siyahısı göstərilmişdir. Hər iki sənəd imzalanmış, lakin MTK tərəfindən möhürlənməmişdir.
2. Cavabdeh MTK tərəfindən imzalanmış və möhürlənmiş 30 may 2005-ci il tarixli, 2 nömrəli Kassa mədaxil orderinin qəbzi nə əsasən mənzilin dəyəri X9 tərəfindən ödənilmişdir.
3. Cavabdeh MTK tərəfindən verilmiş 03 mart 2015-ci il tarixli Kassa mədaxil orderinə əsasən kommunal xidmətlər üçün X9 tərəfindən 1.400 manat ödənilmişdir. 4. "xxxx" ASC ilə X9 arasında bağlanmış 15 iyul 2016-cı il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” müqaviləyə əsasən tərəflər “Su təchizatı və tullantı suları haqqında” Qanuna əsasən bu müqaviləni bağlamışlar.
5. Ödəniş qəbzlərinə əsasən iddiaçı tərəfindən Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən sahəyə görə "xxxx" ASC-yə və "xxxx" ASC-yə ödənişlər edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxləsin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 06 iyun 2020ci il tarixli, **********447400 nömrəli məktubla məhkəməyə göndərilmiş sənədlərə əsasənCavabdeh 15 mart 2005-ci il tarixdə qeydiyyata alınmış, daha sonra 22 yanvar 2014-cü il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmiş, daha sonra 09 iyun 2020-ci il tarixdə yenidən Cavabdeh Mənzil Tikinti Kooperativinə çevrilmişdir. 7. 22 noyabr 2005-ci il tarixli, 61 nömrəli müqavilədən, müqaviləyə əlavə edilmiş əlavə №1 və Kassa mədaxil orderinin qəbzlərinə əsasən, həmin sənədlər X3 aid mənzillə bağlı tərtib edilmiş, Cavabdeh tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat "xxxx" barədə məlumat:
8. İddiaçı MTK cava bdeh İddiaçı qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, MTK tərəfindən inşa edilmiş və Bakı şəhəri, Gəncə prospekti, 2942-ci məhəllədəki yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 kv.metrdən ibarət qeyriyaşayış sahəsinə (bundan sonra – mübahisəli qeyri yaşayış sahəsi) dair onunla İddiaçı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış “Çoxmənzilli binada mənzil tikintisi haqqında fərdi müqavilənin” və İddiaçı adına verilmiş xx.xx.2005-ci il tarixli "xxxx" etibarsız hesab edilməsi, İddiaçı həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, MTK ilə İddiaçı arasında heç bir müqavilə bağlanmamış və o, MTK-nə heç bir vəs ait ödəməmişdir. Müqavilə və “Kassa mədaxil orderi” sonradan tərtib edilmişdir və saxtadır. Müqavilədə İddiaçı ünvanı, şəxsiyyətini təsdiq edən sənəd göstərilməmişdir. Müqavilənin 1-ci bəndində müqavilənin predmetinin qeyri yaşayış sahəsi, yaxud mənzil olduğu göstərilməmişdir. Müqavilənin 2-ci bəndində qeyri yaşayış sahəsinin deyil, mənzilin ümumi sahəsinin 116,8 kv.metr olduğu göstərilmişdir. İddiaçı zəbt etdiyi sahə qeyri-yaşayış sahəsidir. Müqavilənin 2.2-ci bəndində həmçinin mənzilin və ya qeyri yaşayış sahəsinin hər kv.metrinin və ümumi sahənin dəyərinin neçə ABŞ dolları olduğu qeyd olunmamışdır. Bilinmir ki, İddiaçı neçə ABŞ dolları ödəməlidir. Müqavilənin məzmununa ödəniş vasitəsi olaraq ABŞ dollarının yazılması yolverilməzdir. Müqavilənin 3.1-ci bəndində İddiaçı müqavilənin ümumi dəyərinin 100%-ni ödəməyi öhdəsinə götürdüyü qeyd olunur. Ümumi dəyər nə qədərdir məlum deyil. Müqavilə MTK-nın möhürü ilə təsdiq edilməmişdir. İddiaçı müqavilədəki imzası ilə şəxsiyyət vəsiqəsindəki imzası fərqlidir. Bu da müqavilədəki imzanın İddiaçı məxsus olmadığını deməyə əsas verir. İddiaçı təqdim etdiyi xx.xx.2005-ci il tarixli “Kassa mədaxil orderində” mənzil alınması üçün ödənildiyi, ödənilməli məbləğ qrafasında “Dəyəri tam ödənilmişdir” sözü qeyd olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi X19 xx.xx.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarıında göstərilir ki, kassir kassa əməliyyatlarını həyata keçirən maddi məsul şəxsdir. Kassa sənədi — kassa əməliyyatlarının aparılması üçün istifadə olunan ilkin uçot sənədidir. Kassa əməliyyatları mədaxil və məxaric kassa orderləri ilə sənədləşdirilir. Kassa əməliyyatlarım birbaşa kassir (xəzinadar) yerinə yetirir. Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində təşkilatın rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər. Qəbzdə ödənilən məbləğ göstərilməmişdir. Qəbzdə düzəliş vardır. Qəbz baş mühasib və kassir tərəfindən imzalanmayıb. Qəbzdəki imza naməlum şəxsə məxsusdur. Qəbz yuxarıda qeyd olunan Qaydalara uyğun deyil. Beləliklə sübuta yetir ki, iddiaçının təqdim etdiyi xx.xx.2005-ci il tarixli müqavilə və “K assa mədaxil orderi” saxtadır.
10. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddia rədd edilmişdir.
11. İddiaçı MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Əsasları iddia ərizəsinin əsasları ilə eyni olan apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. “İkinci iş” barədə məlumat:
13. İddiaçıXXX Cavabdeh MənzilTikinti Kooperativinə qarşı (məhkəmənin 21 sentyabr 2020-ci il t arixli qərardadı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh ilə əvəz edilmişdir) müqavilənin təsdiqlənməsi, maliyyə arayışının, protokoldan çıxarışın və layihə sənədlərinin verilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıXXX ilə Cavabdeh MTK arasında Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 m2 –dən ibarət sahənin tikintisinə dair bağlanmış 30 may 2005-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilənin və həmin müqaviləyə 1 nömrəli əlavənin Cavabdeh MMC tərəfindən təsdiqlənməsi, cavabdeh tərəfindən Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binasının 1-c i korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 m2 –dən ibarət sahəyə dair maliyyə arayışının, həmin sahəyə dair protokoldan çıxarışın və layihə sənədlərinin iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin sahənin yerləşdiyi binanın tikintisi 2008-ci ildə başa çatmışdır. Qeyd edilən 116,8 m2 –dən ibarət sahə 2008-ci ildən bəri iddiaçının istifadəsində olmuş, keçən dövr ərzində göstərilən sahə iddiaçı tərəfindən iki dəfə təmir olunmuşdur. Həmin sahə illərdir ki, ofis kimi fəaliyyət göstərir. Keçən dövr ərzində qeyd olunan sahəyə dair hər hansı şəxs tərəfindən heç bir tələb, iddia olmamışdır. O cümlədən, 03 mart 2015-ci il tarixdə iddiaçı tərəfindən əlavə olaraq kommunal xidmət üçün 1.400 manat məbləğində pul ödənilmiş və həmin ödənişə dair cavabdeh tərəfindən kassa mədaxil orderi verilmişdir. Bir neçə gün öncə cavabdeh MMC-nin rəhbərliyi tərəfindən ona bildirilmişdir ki, mənzilə çıxarışların verilməsi ilə bağlı sənədlər toplanır. Ona görə də o, müqaviləni, ödəniş qəbzini götürüb cavabdehin ofisinə yaxınlaşmış, lakin rəhbərlik ona protokoldan çıxarışı, yeni maliyyə arayışını və lahiyə sənədlərini verməkdən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, müqavilə və 1 nömrəli əlavə hər iki tərəfdən imzalansa da, onlara MMM-nin möhürü vurulmamışdır. Belə olan halda MMC-nin arxiv sənədlərinə baxış keçirilmiş və məlum olmuşdur ki, qeyd olunan sahəyə dair arxivdəki sənədlər iddiaçıya təqdim olunmuş sənədlərlə eynilik təşkil etmir. Yəni ki, arxivdəki sənədlərin surətləri olduğu kimi iddiaçıya verilmişdir. Cavabdeh nəzərə almamışdır ki, həmin müqavilə arxiv sənədlərində də eyni onda olduğu kimidir və bu hal onun səhvi və ya qüsuru deyil. Onun tərəfindən həmin sahə üçün ödənişin edilməsinə dair verilmiş kassa mədaxil orderi və illər sonra kommunal xidmət üçün edilmiş ödənişə dair qəbz cavabdehin möhürü ilə təsdiqlənmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən Cavabdeh MTK-ya təqdim edilmiş müqavilə MTK tərəfindən möhürlə təsdiq edilməmişdir. Bu isə həmin müqavilənin doğruluğunu şübhə altına qoyur. Belə ki, oxşar tarixlərdə digər şəxslərlə bağlanmış müqavilələr möhürlə təsdiqlənmişdir. Hazırda iddiaçıya mübahisə edilən sahə ilə bağlı iddia edilən sənədlər verilsə və həmin sahə iddiaçının adına rə smiləşdirilsə, gələcəkdə həmin sahəyə dair təsdiqlənmiş müqaviləsi olan başqa şəxs aşkar oluna bilər və bu da onun hüquqlarını pozacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binası onlar tərəfimizdən 2016-cı ildə təhvil götürülmüşdür. Bina təhvil götürüldükdən sonra bina sakinlərinə mənzillərə dair çıxarışların alınması üçün sənədlər toplanmağa başlanmış, iddiaçıyada bu barədə dəfələrlə şifahi və yazılı şəkildə məlumat verilmişdir. İddiaçı onların şirkətinə yaxınlaşdıqdan sonra onlara məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 30 may 2005-ci i l tarixli müqavilədəki iddiaçı tərəfindən icra edilmiş imza ilə iddiaçının şəxsiyyət vəsiqəsindəki imzalar tamam fərqlidir. Bu da onlarda əsaslı şübhələr yaratmışdır ki, müqavilədəki imza iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Həmçinin, sənədlərdə iddiaçının soyadı da düzgün qeyd edilməmişdir. Belə ki, tikilinin planında iddiaçı “A.Qurbanova” kimi qeyd edilmişdir. Bundan əlavə, iddiaçıya Cavabdeh MTK tərəfindən maliyyə arayışı və layihə sənədi də verilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, 30 may 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzində X9 tərəfindən qeyri yaşayış sahəsinin dəyərinin tam ödənilməsi qeyd edilsə də, qeyd olunan qəbz həmin formada tərtib olunmamalı idi. Qeyd olunan mədaxil qəbzində yaşayış və ya qeyri yaşayış sahəsinin ölçüləri, nə üçün və nə qədər məbləğin ödənilməsi qeyd edilməmişdir. Həmin qəbzdəki möhür saxta deyil, belə ki, 2005-ci ildə Cavabdeh MTK-nın möhürü həmin formada olmuşdur, bunu sübut edən başqa şəxsə verilmiş qəbz də vardır. Mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı başqa şəxslə bağlanmış hər hansı bir müqavilə mövcud deyildir.
16. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, o, iddiaçının ailəvi dostudur. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi təmirsiz olduğundan o, 2016-2017ci il ərəfəsində həmin yeri özü şəxsən təmir etmişdir. O, qeyd olunan yeri təmir edərkən binanın komendatı Xəqani müəllim onu və digər fəhlələri görmüşdür. Qeyd etdiyi qeyriyaşayış sahəsi Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşir. Həmin sahəninin təmiri ni təmənnasız etmişdir. O, təmir işləri ilə məşğul olan ustadır və vergi orqanında vergi ödəyici kimi qeydiyyatda deyil. O, həmin qeyri-yaşayış sahəsini təmir edərkən iddiaçı binanın komendatından işığa və suya görə arayışlar almışdır. O, həmin sahədə hər hansı fəaliyyətlə məşğul olmur, şəxsi işlərini görür və iddiaçı həmin sahədən istifadəni ona təmənnasız vermişdir. 2005-ci ilin dekabr ayında qeyd olunan bina tikilməyə başlamış, 2012-ci ildə binanın tikintisi yekunlaşmış və bina sakinləri həmin vaxtdan mənzilərini təmir etməyə başlamışlar.
17. X13, X6 və X14 tərəfindən imzalanmış ərizənin məzmununa əsasən Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binası inşa edilib istismara veriləndən bəri həmin binada yaşayırlar. Həmin bina inşa edilib istismara veriləndən sonra binanın 1ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 m2 -dən ibarət sahəXXXna məxsus olmuşdur. Bina tikilib istismara veriləndən bəri həmin sahəyə başqa şəxslərin girişi-çıxışını görməmişlər və ya hər hansı digər şəxsin həmin sahəyə mülkiyyət hüququnu iddia etdikləri barədə hər hansı söhbət, mübahisə olmamışdır. Həmin sahəni alandan bəri o sahəyə yalnız İddiaçı və onun ailə üzvlərinin girişi-çıxışını görmüşlər.
18. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim X10) 2(001)-2383/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binasının birinci korpusunda, birinci mərtəbəsində yerləşən 116,8 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin layihəsi,XXX tərəfindən həmin sahənin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının və həmin sahəninXXXna verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın iddiaçıXXXna təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuş. İddia digər hissədə təmin edilməmişdir.
19. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, tərəflər arasında 30 may 2005-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” müqavilə bağlanılmaqla və iddiaçı tərəfindən müqavilədə göstərilən 116,8 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə tam ödəniş edilməklə iddiaçı Cavabdehndə faktiki olaraq üzvlüyə qəbul edilməklə pay haqqını tam ödəmiş və bununla da həmin sahə üzərində mülkiyyət hüququnu əldə etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən həmin müqavilədə olan imzanın iddiaçıya məxsus olmadığı, i ddiaçının soyadının düzgün olmadığı, habelə iddiaçıya verilən qəbzin düzgün formada doldurulmadığı bildirilsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya verilən qəbzdə olan möhür Cavabdehnə məxsus olmuş, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı başqa şəxslə bağlanmış hər hansı bir müqavilə mövcud deyil. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilmiş digər şəxslə 2005-ci ildə bağlanmış müqavilə, müqaviləyə əlavə və kassa mədaxil orderinin qəbzləri də iddiaçıya təqdim edilmiş həmin sənədlərlə eyni qaydada tərtib edilmiş, lakin iddiaçının müqaviləsi və ona əlavə cavabdehin möhürü ilə təsdiqlənməmişdir.
20. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə inşa edilmiş yaşayış binasının birinci korpusunda, birinci m ərtəbəsində 116,8 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Hazırda iddiaçı tərəfindən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün onun tərəfindən qanunvericiliyə əsasən dövlət orqanına yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış və pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı təqdim edilməlidir. Bundan əlavə, Mənzil-Tikinti Kooperativinin üzvünün kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kimi hüqüqu da vardır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia cavabdeh tərəfindən maliyyə arayışının, protokoldan çıxarışın və layihə sənədlərinin iddiaçıya verilməsi barədə tələbi əsaslı hesab edilməklə təmin edilməli, Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə inşa edilmiş yaşayış binasının birinci korpusunda, birinci mərtəbədə 116,8 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin layihəsi,XXX tərəfindən həmin sahənin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının və həmin sahəninXXXna verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın iddiaçıXXXna təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
21. Məhkəmə iddia tələbinin 30 may 2005-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilənin və həmin müqaviləyə 1 nömrəli əlavənin təsdiqlənməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilənin möhürlə təsdiqlənməsi barədə tələb b ağlanmış müqavilədə əks olunmamışdır. Bundan əlavə, mülki qanunvericilikdə də yazılı əqdin mütləq möhürlə təsdiq edilməsi ilə bağlı imperativ norma yoxdur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
22. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra MM) 56.5, 109.1, 109.2, 109-4.1, 139.1, 139.1.1, 529.1, Mənzil Məcəlləsinin 109.1, 112.1, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
23. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2383/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MTK apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4568/2021 saylı xx.xx.2021-ci il tarixli qəra rdadı ilə iddiaçı Folklor MTK-nın cavabdehXXXna qarşı müqavilənin və kassa mədaxil orderinin qəbzinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair 2(103)4568/21 saylı mülki iş və iddiaçıXXXnın cavabdeh Folklor MTK-ya qarşı müqavilənin təsdiq edilməsi, maliyyə arayışının, protokoldan çıxarışın və layihə sənədlərinin verilməsi tələbi barədə 2(103)-990/21 saylı mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.
25. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) Z.Əsgərov, nümayəndələri M.Əmrahov və S.Murquzov apellyasiya baxışı iclasında iştirak edərək, hər iki iş üzrə MTK-nın verdiyi apellyasiya şikayətlərini müdafiə etmişlər və şikayətlərin əsaslarına uyğun izahat vermişlər.
26. İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərə k hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və təmsil etdiyi şəxsin “ikinci iş” üzrə verdiyi iddia ərizəsinin məzmununa, habelə hər iki iş üzrə birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qətnamələrin əsaslarına uyğun izahat vermişdir. O, əlavə olaraq bildirmişdir ki, mübahisəli müqavilə MTK-nın əvvəlki direktoru tərəfindən imzalanmışdır. Müqavilədə MTK-nın möhürünün olmaması və müqavilədəki imzanın İddiaçı imzasına oxşamaması müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Çünki MTK tərəfindən verilmiş və MTK-nın möhürü ilə təsdiq edilmiş "xxxx" mövcudluğu təsdiq edir ki, İddiaçı ilə MTK arasında müqavilə bağlanmış və İddiaçı qeyri-yaşayış sahəsinin dəyərini MTK-ya ödəmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, MTK, İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərinə hüq uqlarını tanıyaraq xx.xx.2015-ci il tarixdə İddiaçı əlavə olaraq kommunal xidmət üçün 1.400 manat məbləğində pul almış və bu barədə sonuncuya “Kassa mədaxil orderi” vermişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X7) 2(103)-990/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, 2005-ci ildən həmin əmlak İddiaçı sahibliyində və istifadəsində olmuş sonuncu tərəfindən orada təmir işləri görülmüş, hətta MTK kommunal xidmətlər üçün 1.400 manatı İddiaçı qəbul edərək bununla bağlı MTK xx.xx.2015-ci il tarixli “Kassa mədaxil orderi” vermişdir. Bu isə ona dəlalət edir ki, ən azından həmin vaxtdan etibarən MTK-ya bəlli idi ki, qeyri-yaşayış İddiaçı sərəncamında və istifadəsindədir. Əgər bunun hüquqi əsası yox idisə, onda MTK 5 ildən sonra deyil, həmin ərəfələrdə İddiaçı qarşı hazırki iddianı irəli sürə bilərdi. Lakin MTK bunu etməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, "xxxx" baxmış Yasamal Rayon Məhkəməsi MTK-nın iddiasını təmin etməkdə haqlı olmuşdur.
29. MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin və eyni tarixli "xxxx" etibarsız hesab edilməsi mümkün deyil. Belə olan halda mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin İddiaçı tərəfindən təsdiq edən maliyyə arayışının, həmin sahənin İddiaçı verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın, sahənin layihə sənədlərinin İddiaçı təqdim edilməsi MTK-nın vəzifəsidir.
30. Qanunveri cilikdə qeyd olunan müqavilənin möhürlə təsdiqlənməsi tələbi nəzərdə tutulmamışdır. Bunu tərəflər özləri aralarında razılaşma ilə müəyyənləşdirilə bilərlər. Lakin haırki iş üzrə tərəflər arasında belə bir razılaşmanın olması müəyyən olunmur.
31. Bundan başqa, MTK bildirir ki, müqavilədəki imza İddiaçı məxsus deyil, belə olduğu halda müqavilə etibarlı hesab oluna bilməz.
32. Məhkəmə MTK-nın bu dəlili ilə bağlı qeyd edir ki, hazırki halda müqavilədəki imzanın İddiaçı məxsus olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Çünki imza həqiqətən ona məxsus olmasaydı, bu o zaman etibarsızlığa səbəb olardı ki, İddiaçı müqaviləyə etiraz etmiş və müqavilə üzrə yaranmış hüquq və vəzifələrdən imtina etmiş olsun. Lakin əksinə İddiaçı müqaviləyə etiraz etmir və müqavilənin yaratdığı hüquqi nəticələri bəyəni r.
33. MTK-nın digər bir dəlili isə ondan ibarətdir ki, Azərbaycan Respublikasında pul vahidi manatdır və respublika ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Müqavilənin dəyərinin ABŞ dolları ilə göstərilməsi müqavilənin etibarsızlığı deməkdir.
34. Məhkəmə MTK-nın bu dəlilinə münasibətdə bildirir ki, MTK-nın göstərdiyi bu əsas da müqavilənin (sazişin, əqdin) etibarsız hesab edilməsi üçün səbəb deyil. Çünki baxmayaraq ki, müqavilə üzrə İddiaçı pul öhdəliyi xarici valyutada ifadə oluna bilməzdi, yuxarıda qeyd edildiyi kimi MMC müqavilənin etibarsızlığı ilə bağlı qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür.
35. Birinci instansiya məhkəmələri tərəfindən hazırki iş üzrə gəldikləri nəticələr qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamələrin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Hər iki iş üzrə MTK-nın verdiyi apellyasiya şikayətləri təmin edilməməli, hər iki iş üzrə birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qətnamələr dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-in 109.1, 109.2, 139.1, 178.8, 331.1, 337.1, 337.3, 354.1-ci maddələrə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-990/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndə rilməsini xahiş etmişdir.
38. Kassator kassasiya şikayətini belə əsaslandırmışdır ki, Mənzil Məcəlləsinin 136.4cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Göstərilən kommunal xidmətlərə görə haqq aidiyyəti qurumlara ödənilir. Əgər mübahisəli qeyri yaşayış sahəsi 2005-ci ildən İddiaçı istifadəsində olubsa soyuq və istisu təminatına, kanalizasiyaya, elektrik təminatına, qaz təminatına və istilik təchizatına görə ödədiyi haqqlara dair qəbzləri təqdimetməli idi. Belə bir qəbzləri isə İddiaçı məhkəməyə təqdim etməmişdir və məhkəmə saxta olan xx.xx.2005-ci il tarxli kassa mədaxil orderini sübut kimi qəbul etmişdir.
39. Kassator bildirmişdir ki, Məhkəmə kollegiyası işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara düzgün qiymət verməmiş, MPM-nin 9,14-cü maddələrinin tələbini pozmuşdur. Məhkəmə kollegiyası MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin və eyni tarixli "xxxx" etibarsız hesab edilməsinin mümkün olunmadığını nəzərə alaraq mübahisəli qeyri yaşayış sahəsinin dəyərinin İddiaçı tərəfindən təsdiq edən maliyyə arayışının, həmin sahənin İddiaçı verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın, sahənin layihə sənədlərinin İddiaçı təqdim edilməsinin MTK-nın vəzifəsi olması, müqavilədə MTK- nın möhürünün olmamasının müqavilənin etibarsızlığı üçün əsas ola bilmədiyi barədə səhv nəticəyə gəlmiş və mübahisəyə Mülki Məcəllənin 331.2-cimaddəsini tətbiq etmişdir. Mülki Mə cəllənin 331.2-ci maddəsi müqavilənin möhürlə təsdiqlənə bilməsini müəyyən etmişdir. Müqavilə möhürlə təsdiq edilmədiyindən etibarsızdır. Məhkəmə kollegiyası MMnin 331.2-cimaddəsinin düzgün təfsir etməmişdir.
40. Kassator hesab etmişdir ki, məhkəmə kollegiyası müqavilədə X5 ünvanının, kimliyini təsdiq edən sənədin yazılmadığını, müqavilə predmetinin qeyri yaşayış sahəsi, yaxud mənzil olduğunu, müqavilənin ümumi dəyərinin nə qədər olduğunu aydınlaşdırmamışdır.
41. Daha sonra kassator qeyd etmişdir ki, Cavabdehin təqdim etdiyi 30 may 2005-ci il tarixli kassa mədaxil orderinin surətində ödənişin mənzil alınması üçün ödənildiyi, ödənilməli məbləğ qrafasında “Dəyəri tam ödənilmişdir” sözü qeyd olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi X19 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlərin inkassasiyasının təşkili Qaydaları”ında göstərilir ki, kassir (Xəzinadar)— kassa əməliyyatlarını həyata keçirən maddi məsul şəxsdir. Kassa sənədi — kassa əməliyyatlarının aparılması üçün istifadə olunan ilkin uçot sənədidir. Kassa əməliyyatları mədaxil və məxaric kassa orderləri ilə sənədləşdirilirlər. Kassa əməliyyatlarını birbaşa kassir (xəzinadar) yerinə yetirir. Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində təşkilatın rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər. Kassa mədaxil orderinin qəbzində ödəni lən məbləğ göstərilməmişdir. Qəbzdə düzəliş vardır. Qəbz baş mühasib və kassir tərəfindən imzalanmayıb. Qəbzdəki imza naməlum şəxsə məxsusdur. Qəbz yuxarıda qeyd olunan “Qaydalar”a uyğun deyildir.
42. Kassator qeyd etmişdir ki, Sübuta yetir ki, iddiaçının təqdim etdiyi 30 may 2005-ci il tarixli müqavilə, 30 may 2005-ci il tarixli kassa mədaxil orderi və kommunal xidmətlərə görə 1400 manat ödəməsi barədə xx.xx.2005-ci il tarixli kassa mədaxil orderi saxtadır.. Cavabdeh MTK ilə iddiaçı arasında belə bir müqavilə bağlanmamışdır və iddiaçı Cavabdeh MTK-nə heç bir vəsait ödəməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasında manatdan başqa pul vahidinin ödəniş vasitəsi kimi işlədilməsinin qadağan edilməsi, müqavilə üzrə İddiaçı pul öhdəliyinin xarici valyutada ifadə oluna bilməməsi barədə düzgün nəticəyə gəlmiş, bununla belə MMC-nin müqavilənin etibarsızlığı ilə bağlı qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürdüyü barədə səhv nəticəyə gəlmişdir. Belə ki, mübahisələndirilən müqavilə və kassa mədaxil orderinin mövcudluğundan 2020-ci ildə məlumatlı olmuşuq, bu haqda məhkəməyə sübutlar təqdim etmişik, müddəti ötürməmişik. Məhkəmə həmin sübutlara hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. İddiaçı Kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, kassasiya şikayəti ilə razı deyildir, o hesab etmişdir ki, şikayətin dəlilləri formal mülahizələrə dayanmışdır, əsassızdır və verilməsində məqsəd işin uzadılması xarakteri daşıyır. Çünki apellyasiya instansiyasının qətnaməsi maddi və prosessual hüquq normaları baxımından tam qanuni və əsaslı dır, hər hansı hüquq normalarının tətbiq edilməsində pozuntuya yol verilməmişdir. İddiaçı kassasiya şikayətinin təmin edilmədən və apellyasiya instansiyası məhkəməsinin qətnaaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
44. Maddə 109.1 Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
45. Maddə 109.2 Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilm iş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.
46. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
47. Maddə 178.8 Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sa həsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
48. Maddə 337.1 Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
49. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.
50. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
51. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
60. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-990/2021 nömrəli,