Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2862/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2(103)-12129/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaç ı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən cinayət işi üzrə ona vurulmuş maddi ziyana görə 28.324 manat və mənəvi ziyana görə 30.000 manat məbləğində pul vəsaitinin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 162-1.2, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 193-1.3.1, 193-1.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri təqsirli bilinib, CM-nin 66.3 və 66.4-cü maddələrə əsasən 9 il müddətinə, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 162-1.2, 178.3.1, 178.3.2, 178.3.1, 179.3.2, 193-1.3.1, 193-1.3.2, 31 1.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3 və 66.4-cü maddələrə əsasən, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdirlər. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. Belə ki, 2014-cü ilin fevral-mart aylarında iddiaçı Cavabdeh2 tərəfindən «xxxx» MMC-nə mühafizəçi vəzifəsinə qəbul edilmiş, işə qəbul edilərkən həm Cavabdeh2, həm də Cavabdeh1 tərəfindən bildirilmişdir ki, MMC-də işə qəbul olunmaq və işləməyə davam etmək üçün MMC-nin depozit hesabına tərəfindən pul vəsaiti keçirilməlidir. Beləliklə, o işə qəbul olunmaq və işləməsini davam etmək üçün Cavabdeh2 rəhbərlik etdiyi MMCnin depozit hesabına ümumilikdə 12.500 manat pul vəsaiti köçürmüşdür. Daha sonra işlədiyi müddət ərzində Cavabdeh2 ona təklif etmişdir ki, MMC tərəfindən a vtomaşın almaq üçün ilkin ödəniş, sonra hər ay təxminən 700 manat pul vəsaiti MMC-nə ödəyib, avtomaşın əldə edə bilər. Beləliklə, o, GAC GS 5 markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomaşını əldə etmək üçün 9.000 manat pul vəsaitini Cavabdeh2 və 1000 manat pul vəsaitini Cavabdeh3 ilkin ödəniş kimi vermişdir. Bundan sonra səkkiz ay müddətində hər ay 728 manat, ümumilikdə 5824 manat pul vəsaiti Cavabdeh1 ödəmişdir. Cəmi bir ay avtomaşının aylıq ödənişini ödəyə bilməmiş, ona görə də avtomaşını ondan götürmüşlər. Bundan sonra məlum olmuşdur ki, cavabdehlər digər şəxslərlə birlikdə dələduzluq edib, aldadaraq, bu cür üsul ilə ondan və başqa şəxslərdən pul almışlar. Ümumilikdə cavabdehlər dələduzluq edib, 28324 manat pul vəsaitini aldadaraq ondan almışlar. Bundan başqa neçə vaxtdır ki, qeyd etdiyi işin baxılması həm istintaq orqanlarında həm də ki, məhkəmədə uzanmış, bütün bu işlərin dalınca gedib-gələnə qədər iddiaçı əsəb, sarsıntı keçirmiş və bununla da ona mənəvi ziyan da dəymişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rəşad Həsənov) 2(007)-1209/2019 №-li mülki iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada depozit kimi qoyulmuş 12500 manat və maddi zərərə görə 2450 manat məbləğində, cəmi 14950 manat məbləğində, eyni zamanda Cavabdeh2 3000 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 04 dekabr 2019 -cu il tarixli 2(103)-12129/2019 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1209/2019 nömrəli mülki iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verilərək iş üzrə Bakı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2(103)-12129/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin cəmi 14950 manat pulun digər cavabdehlərlə Cavab deh1 müştərək qaydada tutulması hissəsini həll edərkən gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi MPMin 82.4-cü maddəsinə istinad etməklə işin həqiqi, faktiki hallarını araşdırmamış, nə iddiaçının nə də cavabdehlərdən Cavabdeh2 bildirdiklərinə istinad etmədən yalnız Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.04.2018-ci il tarixli 1(101)-64/2018 nömrəli hökmünə əsasən Cavabdeh1 təqsirli bilinməsinə əsaslanmışdır. Lakin həmin hökmdə də, həmin cinayət işinin istintaqı zamanı üzləşmədə də iddiaçının Cavabdeh1 pul verməsini təsdiq edən heç bir hal olmamışdır. Həmçinin qeyd etmək istəyirəm ki, Cavabdeh1 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.04.2018-ci il tarixli 1(101)-64/2018 saylı hökmündən verilmiş şikayət üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhk əməsinin qərarı da Cavabdeh1 tərəfindən mübahisələndirilmiş və həmin qərardan da şikayət verilmişdir ki, işin ədalətli araşdırılması və təmin edildiyi təqdirdə hazırki qətnamə qanunsuz və əsassız qətnamə olacaq. İddiaçı öz ifadəsində xxxx MMC-nin mühafizə xidmətində işləmək üçün Cavabdeh2 müraciət etdiyini və onun tərəfindən işə götürüldüyünü həmin şirkətin rəhbəri kimi Cavabdeh2 12500 manat depozitə pul verdiyini bildirmiş, Cavabdeh1 ondan 1 manat olsun pul almamış, nə onu işə düzəltməmiş, nə ondan depozit almamış nə ona hər hansı əmək haqqı vədi verməmişdir. Həmçinin Cavabdeh2la aralarında olan maşın alqı-satqı və sair məsələlərində iştirakı olmayıb. Qətnamədən, işin həqiqi hallarından, digər Cavabdeh2 da izahatından və iddiaçının da Cavabdeh1 pul verməsi barədə dəqiq və düzgün ifadə ver məməsi və bu halı sübut edə bilməməsindən də göründüyü kimi Cavabdeh1 nə həmin şirkətlərin hansısa birində işəgötürmə səlahiyyəti olan bir şəxs olmamış, nə iddiaçının işə götürülməsi barədə əmr və ya sərəncamı olmayıb, nə də ona əmək haqqı barədə vəd verməmiş və ya depozit götürməmişdir. Həmin cinayət işi üzrə Cavabdeh1 rəhbərlik etdiyi şirkət NV LYUKS Təmir Tikinti şirkəti olmuşdur ki, həmin şirkətin fəaliyyəti ilə bağlı iddiaçı Cavabdeh1 şikayət etməmiş, onu həmin şirkətə işə düzəltməmiş və ya bunun üçün Nəzakətə pul ödəməsi barədə bir kəlmə deməmiş və bu barədə bir sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin tələbləri yerinə yetirilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə almamışdır. Məhkəmə kollegiyası işə baxarkən Azərbaycan» Respublikası MPM-nin 77.1, 88-ci maddələrinin tələblərini də pozmuş, sübutların obyektiv qiymətləndirməsini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14-cü, 88, 189-cu maddələrinin tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə icl asına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassator qətnamənin 14950 manat pulun digər cavabdehlərlə yanaşı Cavabdeh1 müştərək qaydada tutulması hissəsini mübahisələndirdiyindən, qətnamənin digər hissələri kassasiya baxışının predmetini təşkil etmir. Məhkəmələr tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2018-ci il tarixli 1(101)-64/2018 saylı hökmü ilə Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 162-1.2, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 1931.3.1, 193-1.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmə əsasən, Cavabdeh2 Cavabdeh1, Cavabdeh3 və qeyrilərindən ibarət mütəşəkkil dəstə halında özləri üçün qanunsuz olaraq yüksək gəlir, ayrı-ayrı bahalı əmlaklar əldə etmək, külli miqdarda fayda götürmək və s. üçün, qurduğu mükəmməl kriminal piramida sxeminə uyğun olaraq rolların və vəzifələrin bölgüsünü aparmaqla, yəni rəhbərlik olaraq tapşırıqlarına əsasən sıravi icraçılar tərəfindən, qeyd edilən qurumlara çoxsaylı şəxslərin yüksək məbləğdə vəsaitlərini depozit kimi qoymaqla mühafizəçi və digər vəzifələrə işçi kimi qəbul olunaraq yüksək qazanc əldə edəcəkləri adı ilə cəlb edilmələrinə nail olub, külli miqdarda törədilməklə rüşvət alma, ağırlaşdırıcı halda vəzifə səlahiyyətlərindən suistifadə etmə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə, etibar edilmiş külli miqdarda özgə əmlakını talama, cinayət yolu ilə əldə edil miş külli miqdarda pul vəsaitlərini leqallaşdırma cinayətlərini törətmişdir. Hökmə əsasən «xxxx» MMC-nin Baş idarəsi üzrə İddiaçı 2014-cü ilin fevral ayında depozit kimi 12.500 manat və digərlərinin cəmi 1.060.503 manat olmaqla, mütəşəkkil dəstə tərəfindən törədilməklə həmin şəxslərin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş və bununla da qeyd olunan hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunun mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmuşdur. Həmçinin Cavabdeh2, qeyd olunan vəzifələrdə işləyərkən 2014-cü ilin aprel ayında öz qulluq mövqeyindən istifadə edib təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, «xxxx» MMC və «xxxx» MMC-nin Baş mühasibi işləməklə aparılan maliyyə əməliyyatlarına rəhbərlik edən, Cavabdeh1 ilə birlikdə qeyd olunan struktur qurumlarda 17 dekabr 2013-cü il tarixdən əvvəlcə inspektor, sonra isə inspeksiya şöbəsinin rəis müavini işləyən İddiaçı 28.258 manat dəyərində Çin Xalq Respublikasının istehsalı olan «GAS GS-5 AT» markalı, xxx dövlət qeydiyyat nişanlı minik avtomobilini kreditlə alacağını bildirib ondan ilkin olaraq Cavabdeh1 vasitəsi ilə sonuncu ilə birlikdə 6000 manat, sonra isə özü şəxsən 3000 manat olmaqla cəmi 9000 manat pul alaraq, həmin pulun 2050 manatını 18 aprel 2014-cü il tarixli 223 saylı müqavilə ilə «xxxx» MMC-nə ödəyib, qalan 6950 manat pulu özünün şəxsi ehtiyaclarına sərf etməklə, mütəşəkkil dəstə tərəfindən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Cinayət işinə baxılan zaman hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2018-ci il tarixli 1(101)-64/2018 saylı hökmü ilə həmin hökmdə qeyd olunan pul vəsaitləri, habelə əmlakların satışından əldə olunacaq pul vəsaitlərinin bərabər şəkildə bölünməklə İddiaçı, eyni zamanda digər zərərçəkmiş şəxslərə ödənilməsinin təmin edilməsi hökm edilmiş, hökmün bu hissədə icrasının aidiyyəti icra şöbələrinə tapşırılması, qeyd olunan məbləğ ödənildikdən sonra zərərçəkmiş şəxslərin ziyanın ödənilməsi ilə bağlı əlavə tələblərinin olduğu təqdirdə mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etməklə ziyanı tələb etmək hüquqları izah olunmuş, iş ü zrə verilmiş digər mülki iddiaların baxılmamış saxlanması, bütün zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilmişdir. «xxxx» MMC-nin 30 aprel 2019-cu il tarixli məktubu ilə «xxxx» MMC ilə İddiaçı arasında bağlanmış 223 saylı 18 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsinə görə İddiaçı 2050 manat ilkin ödəniş, 385 manat nömrə, 90 manat icbari sığorta və 1025 manat kasko sığorta, cəmi 3550 manat ödəniş etmiş, eyni zamanda müqavilə dövründə (2014-cü ilin may-dekabr aylarında) İddiaçı tərəfindən 5824 manat ödəniş olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına və cavabdehlər barəsində olan hökmə əsasən qeyd etmişdir ki, iddiaçıya cavabdehlər tərəfindən depozit kimi qoyulmuş məbləğə görə 12500 manat və avtomobilə görə ödədiyi 9000 manatdan ödənilməmiş qalan pul məbləğlərinə görə ziyan vurulması müəyyən edilmiş və həmin hökmlə onlara cəza təyin edilmişdir. 5824 manat pul vəsaitinin tələbinə dair hissədə isə məhkəmə qeyd etmişdir ki, işin hallarına və iddiaçının izahatına əsasən həmin onun qanuni bağlanmış müqaviləyə əsasən ödədiyi pul məbləğidir və odur ki, bu hissədə iddiaçının tələbi əsassız və təmin edilməməlidir. Cavabdehlər tərəfindən iddiaçıdan alınmış 6000 manat pul məbləğindən cəmi 3550 manat ödəniş edildiyindən, qalan (6000-3550=2450), 2450 manat məbləği və 12500 manat, cəmi 14950 manat məbləğində pul vəsaiti onlardan müştərək qaydada, 3000 manat pul məbləği isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iddiaçıya mənəvi ziyan dəyməsinə dair heç bir sübut təqdim olunmadığından iddia həmin hissədə rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə iş üzrə maddi və prossesual hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha a z miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birba şa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apelyasiya instansiyası məhkəm əsi haqlı olaraq qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2018-ci il tarixli 1(101)-64/2018 saylı hökmü ilə Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 162-1.2, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 193-1.3.1, 193-1.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Cavabdeh1 hazırkı mübahisəyə aidiyyəti hökmlə müəyyən olunmuş, sonuncu mütəşəkkil dəstənin üzvü olmuşdur. Kollegiya qeyd edir ki, Cavabdeh1 bu əməlinə görə sözügedən hökm ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin hallar yenidən mübahisələndirilmir və sübuta yetirilmir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzəri nə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual nor malara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyə sinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayəti verən şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1 -ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2(103)-12129/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2862/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2862/2020
22.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver