Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2863/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin ödənilməsi, deliktdən irəli gələn mübahisələr, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2728/2024 nömrəli, 01 may 2024cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 26 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhk əməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra mətndə “iddiaçı”) 2012-ci il tarixdə 1800 manata Cavabdeh (bundan sonra mətndə “cavabdeh”) Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində 0,03 ha torpaq sahəsi almışdır.
2. Qeyd edilən torpaq sahəsində başqa şəxs tərəfindən tikinti işləri aparılmışdır.
3. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 25 may 2023-cü il tarixli qərara əsasən, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il 334/2109/04-1/2023 saylı mək tubuna əsasən, inflyasiya göstəricisi kimi qəbul edilmiş istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayında 2012-ci ilin noyabr ayına nisbətən 193,6 faiz təşkil etmişdir.
5. Mübahisə torpaq sahəsinə görə ödənilmiş və oraya çəkilmiş xərcin tutulması barədə yaranlıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci il tarixində Xəzər rayonu, Qala qəsəbəsində Hövsan südçülük sovxozunda yerləşən 0.03 ha torpaq sahəsinin alınması üçün üçün cavabdehə ödədiyi 1800 (min səkkiz yüz) manat və həmin torpaq səhəsində tikinti işlərinin aparılması ilə əlaqədar çəkdiyi 2253 (iki min iki yüz əlli üç) manat məbləğində pulun, ümumilikdə 2012-ci ildən 2023-cü ilədək olan infylasiya faiz dər əcəsinin 2,5 əmsal olmasını nəzərə alaraq 10132.50 (on min yüz otuz iki manat əlli qəpik) manat məbləğində vəsaitin (inflasiya nəzərə alınmaqla) və həmçinin ödənilmiş 120.4 (yüz iyirmi manat qırx qəpik) dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixində Xəzər rayonu, Qala qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən 0.03 ha torpaq sahəsini cavabdehdən etibarnamə əsasında 1800 manata almış, sonra həmin torpaq sahəsini 10 mişar daşında hasarlatmış və 5 daş hündürlüyündə qarşısı yumru, təxminən 10x12 m sahədə evin özülünü tikdirmişdir. Həmin torpaq sahəsinə darvaza qoymağa imkanı olmadığına görə iddiaçı mişar daşı ilə darvazanın yerini bağlamışdır ki, gələ cəkdə imkanı olan kimi yarımçıq qalan tikilini davam etdirsin. Sonrakı illərdə həm xəstəliyi ilə əlaqədar, həm də maddi imkanı olmadığına görə orada heç bir tikinti işi aparılmamış və müvəqqəti nəzarətsiz qalmışdır. Daha sonra iddiaçının oğlu Süleyman Hüseynov 2023-cü ilin yanvar ayında Bakıya gələrkən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə baş çəkməyə gedərkən Kamil Zeynalov adlı şəxsin onların tikmiş olduğu evin özülünü sökərək yerində başqa ev tikdiyini görmüşdür. Süleyman Hüseynov bu barədə iddiaçıya məlumat verdikdə, iddiaçı ona baş vermiş hadisə ilə əlaqədar ərazi üzrə polis bölməsinə müraciət etməyi bildirmişdir. Oğlu Süleyman Hüseynovun Polis Bölməsinə müraciəti əsasında Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən ********* saylı cinayət işi açılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Aparılan araşdırmalar zamanı cavabdeh bildirmişdir ki, xx.xx.2011-ci ildə Xəzər rayonu, Qala qəsəbəsində X3 2500 manata 0.06 ha torpaq sahəsi almışdır. xx.xx.2012-ci ildə həmin torpaq sahəsinin 0.03 ha hissəsini 1500 manata etibarnamə əsasında iddiaçıya satmışdır. Aygün Əliyeva da ona torpaq sahəsini cavabdehə etibarnamə əsasında satmışdır. Bu illər ərzində iddiaçıya satdığı torpaq sahəsinə görə hər hansı problem olmamışdır. Lakin iddiaçıya ilin əvvələrində məlum olmuşdur ki, həmin torpaq sahəsinin yaxınlığında yaşayan mərhum X4 həmin torpaq sahəsini təxminən 6 il bundan əvvəl İlqar adlı şəxsə satmış, sonuncu isə 2022-ci ilin sonlarında torpaq sahəsini başqa şəxsə satmışdır. Bundan başqa, baş verənlərdən məlumatı yoxdur.
8. Abşeron Rayon İcra Hakimiyyətinin verilmiş sorğulara cavablarına əsasən həmin torpaq sahəsinə dair sərəncam tarix və nömrəsi məlum olmadığına görə torpaq sahəsinin X5 və ya başqa şəxsə ayrılmasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, cavabdeh Xəzər rayonu, Qala qəsəbəsində dövlət mülkiyyətində olan 0.03 ha torpaq sahəsini xx.xx.2012-ci il tarixində özünə məxsus olması barədə iddiaçıya yalan məlumat verməklə aldadaraq 1800 manata satmış, həmin torpaq sahəsi iddiaçı tərəfindən daş hasara alınaraq orada təxminən 10x12 m fərdi yaşayış evinin kürsüsü inşa edilmişdir. Uzun müddət Bakıya gəlmədiyinə görə iddiaçı həmin torpaq sahəsinin yaxınlığında yaşayan mərhum Rüfət adlı şəxsdən xahiş etmişdir ki, həm in torpaq sahəsinə nəzarət etsin. 2017-ci ildə iddiaçı tərəfindən nəzarət edilməsi tapşırılan mərhum X4 qeyd olunan torpaq sahəsini içərisindəki yarımtikili ilə birlikdə X8 özünə məxsus daşınmaz əmlak kimi təqdim etməklə aldadaraq ona 600 manata satmışdır. X12 isə həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixində X6 9.000 manata satmış və sonuncu da torpaq sahəsini X1 hədiyyə etmiş, bundan sonra sonuncu həmin torpaq sahəsində özünə fərdi ev inşa etmişdir.
9. Cavabdeh xx.xx.2012-ci ildə Xəzər rayonu, Qala qəsəbəsi, Hövsan südçülük sovxozunun ərazisində yerləşən özgənin (dövlət, bələdiyyə və şəxsi, o cümlədən Aygün Əliyevanın və qeyrilərinin mülkiyyətində olub-olmamasından asılı olmayaraq) 0.03 ha torpaq sahəsini özünə məxsus olması barədə iddiaçıya yalan məlumat verməklə aldadaraq 1800 manat a satmış, etibarından sui-istifadə edərək ona maddi ziyan vurmuşdur. Qeyd olunan hallar ibtidai istintaq zamanı ********* saylı cinayət işi üzrə təsdiq olunmuş və cavabdehin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixli, ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən cavabdeh barəsində AR CM-in 178.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onun barəsində AR CM-in 178.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət məsuliyyətindən azad edilmişdir.
10. Həmçinin iddiaçı torpaq sahəsini aldıqdan sonra 10 mişar daşında hasarlamış, 5 daş hündürlüyündə qarşısı yumru, təxminən 10x12 m sahədə evin özülü inşa etdirmişdir. İddiaçı həmin işləri n görülməsinə 1 ədədi 0,45 qəpik olmaqla 2500 ədəd kubik üçün 1125 manat və 1 ədədi 0,50 qəpik olmaqla 1100 ədəd kubik üçün 550 manat, ümumilikdə 1675 manat; 1 maşını 50 manat olmaqla 3 maşın qum üçün 150 manat və 1 maşını 60 manat olmaqla 2 maşın qum üçün 120 manat, ümumilikdə 270 manat məbləğdə pul; 1 ədədi 7 manat olmaqla 44 ədəd sement üçün 308 manat məbləğdə pul xərcləmişdir. İddia ərizəsində müəyyən edilmiş 10132.50 manat məbləğində vəsait tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı hazırda həmin torpaq sahəsi və üzərində inşa etdiyi yarımtikili ilə bağlı mülkiyyət hüququ əldə etmiş olsa idi, həmin torpaq sahəsi və üzərindəki yarımtikilini orta bazar qiyməti ilə minimum 15.000 manat satmış ola bilərdi. Cavabdehin iddiaçını aldatması ilə əlaqədar olaraq iddiaçı yuxarıda qeyd olu nan məbləğdə maddi zərərə uğramışdır.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir.
12. Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, torpağı 1800 manata iddiaçıya satmışdır. Lakin ustalara ödənilən ödəniş və tikinti materiallarının alınması ilə bağlı olan xərcləri qəbul etmir. Belə ki, torpaq sahəsində tikinti işləri gedən zaman orada olmamış və bütün bunları görməmişdir.
13. Birinci instansiya məhkəməsində şahid X10 göstərmişdir ki, o, iddiaçı ilə uzaq qohumdur. 2012-ci il tarixdə torpağı cavabdehdən almışlar. İddiaçının yaşamaq üçün evi yox idi, buna görə bir müddət onun evində yaşamışdır. Bu səbəbdən onlar torpağı alarkən notariat orqanına birlikdə getmişlər. Torpağı almaq üçün 1800 manat ödəmişlər. Daha sonra iddiaçı daş və s ement alaraq həyətə tökmüş və hasar çəkmişdir. Bununla da evin fundamenti qurulmuşdur. Daha sonra isə onlar torpağın başqa birinə satıldığını müəyyən etmişlər. İddiaçı torpağı aldıqdan sonra oraya təxminən 4-5 maşın daş, 3 maşın qum gətirtmişdir. Ustalara müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul vermişdir. Birinci dəfə ustalara pul verərkən o, da onun yanında olmuş və iddiaçı təxminən 450-550 manat arası ödəniş etmişdir. Sonrakı ödənişlərdə isə orada olmamışdır.
14. Birinci instansiya məhkəməsində şahid X11 göstərmişdir ki, o da iddiaçı ilə uzaq qohumdur. Cavabdehi şəxsən tanımır. Təxminən 2012-ci il tarixdə iddiaçı cavabdehdən torpağı notariat qaydasında 1800 manata almışdır. Torpaq alınana qədər iddiaçı onların evində yaşamışdır. İddiaçı ilə daha çox atası Eyyub bir yerdə olmuşlar. O isə öz işləri ilə əlaqədar onların yanında az olmuşdur. İddiaçı tərəfindən usta ödənişləri və materiallara təxminən 4-5 min manat pul verilmişdir.
15. İddiaçı vəsatət verərək, torpaq sahəsində görülən işlərin dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsini xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsi ayrıca qərardadla vəsatəti təmin etməmiş, bunu da onunla əsaslandırmışdır ki, əvvəla vəsatət işin hazırlıq mərhələsində deyil, məhkəmə baxışında verilib, bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsinə dair sübut təqdim etməyib. Həmçinin iddiaçının nümayəndəsini izahatına əsasən tikililər söküldüyündən, mövcud olmayan tikiliyə çəkilmiş xərcin hesablanması da qeyrimümkündür.
17. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-357/2024 saylı, 31 yanvar 2024-cü i l tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 3484,8 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Rüstəmov).
18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2012-ci il tarixdə 1800 manat məbləğində pul verərək cavabdehdən Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin yarısını-yəni 0,03 ha hissəsini almışdır. Həmin hal cavabdehin özü tərəfindən həm məhkəmə iclasında, həm də istintaq zamanı verdiyi ifadədə etiraf edilmişdir.
19. Birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar çəkdiyi 2253 manatın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hal iddiaçı tərəfində n sübut edilmədiyindən təmin edilməlidir. Tikinti xərcləri ilə bağlı şahid ifadələri isə heç bir digər sübutla təsdiq olunmadığından mötəbər sübut hesab oluna bilməz.
20. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı iddia tələbində inflyasiya faiz dərəcəsinə görə, yəni uzun müddət keçdikcə pulun dəyərdən düşməsi əsası ilə əldən çıxmış fayda olaraq ona dəymiş 1800 manat məbləğində zərərlə təmir xərclərinə görə ödədiyi pul məbləğini toplayaraq cəmlənən məbləğ həddində hesablama aparmaqla cavabdehdən 10132,50 manat məbləğində pul tələb etsə də, Dövlət Statistika Komitəsinin məktubuna əsasən pulun verildiyi 2012-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmə ərəfəsi olan 2023-cü ilin sentyabr ayına inflyasiya faiz dərəcəsi 193,6 faiz təşkil edir. Hazırkı halda iddia tələbi q ismən təmin edildiyindən inflyasiya faiz dərəcəsi ilə birlikdə cavabdehdən tutulmalı olan məbləğ 3484,8 (1800 x 93,6/100=1684,8; 1684,8+1800=3484,8) manat təşkil edir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında təmirtikintiyə çəkilmiş xərclərin müəyyən edilməsi ilə əlaqədar olaraq vəsatət təqdim edilmiş, lakin hakim şahidlərin təmir-tikinti ilə bağlı çəkdiyi xərclərlə bağlı ifa dələrinə münasibət bildirməyərək, vəsatəti əsassız qaydada rədd etmişdir. Oxşar əhəmiyyətli işlərdə məhkəməyə təqdim edilmiş tikintinin sahəsi ilə ora sərf olunan xərclərin həddini və həcmini ekspertiza müəyyən edir. Lakin iddiaçı tərəfdən əsaslandırılmış vəsatət təqdim edilsə də, məhkəmə ekspertin rəy verə bilməyəcəyini əsas gətirərək vəsatəti rədd etmişdir. Həmin vaxtlar torpaq sahəsi və üzərindəki tikilinin şəkil və videolenti iddiaçının telefonundan silindiyi üçün vəsatətdə həmin şəkilləri təqdim edə bilməmişdir. Hazırda həmin şəkillər elektron mütəxəssislər tərəfindən qaytarıldığı üçün həmin şəkillər də apellyasiya şikayətinə əlavə edilmişdir ki, çəkilən xərclərin və dəymiş zərərin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə kömək etmiş olsun.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 may 2024-cü il, 2(103)2728/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2012-ci il tarixdə 1800 manat məbləğində pul verərək cavabdehdən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində 0,03 ha torpaq sahəsi almışdır. Bu hal mülki işin mübahisələndirilməyən halıdır. Qeyd olunan haldan irəli gələrək birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, 1800 manat pul məbləğinin inflyasiya faiz dərəcəsinə uyğun olaraq hesablanaraq cavabdehdən tutulması qət edilmiş və qətnamə qeyd olunan hissədə cavabdeh t ərəfindən mübahisələndirilməmişdir
26. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, işin hazırda mübahisələndirilən halı iddiaçının torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar çəkdiyi 2253 manatın cavabdehdən 2012- ci ildən 2023-cü ilədək olan inflyasiya faiz dərəcəsinin nəzərə alınması əsasında tutulması ilə bağlıdır.
27. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən qeyd olunan halı təsdiq edən əsaslı, mötəbər sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində mülki işin icraatı zamanı sadəcə şahid ifadələri ilə iddia tələbini əsaslandırmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən dəvət edilən şahidlərin həmin məsələ ilə bağlı ifadələri heç bir digər sübutla təsdiq olunmadı ğından mötəbər sübut hesab oluna bilməz.
28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tikinti işlərinin aparılması ilə əlaqədar xərclər mötəbər dəlillərlə isbat edilmədiyindən, iddia olunan vəsaitin inflyasiya faiz dərəcəsinə uyğun olaraq hesablanmasına lüzum yoxdur. Belə ki, ilkin olaraq çəkilən xərc sübut olunduğu təqdirdə, əldən çıxmış faydanın maddi dəyəri müəyyən edilməlidir. Hazırkı halda isə iddiaçı öz iddiasının əsası təsdiq edəcək hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.
29. Apellyasiya şikayətində foto və video materialların mövcud olması barədə iddiaçının dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə həmin sübutların mövcudluğu müəyyən edilmir.
30. Ape llyasiya instansiyası məhkəməsi ekspertizanın keçirilməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə isə göstərmişdir ki, iddiaçı tərəfindən iddia olunan tikili hazırda mövcud olmadığında, bu halda ekspert tərəfindən mövcud olmayan tikiliyə çəkilmiş xərclərin hesablanması da qeyri-mümkündür. Heç bir başqa sübutla doğruluğu təsdiq olunmayan şahid ifadələrinə və tərəfin özünün iddia etdiyinə uyğun olaraq hesablamanın aparılması ədalətli hesab edilə bilməz.
31. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməyərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsas ən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən çıxarılmış 25 may 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan da göründüyü kimi, iş üzrə şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində torpaq sahəsinin əvvəlki Ələkbər adlı sahibinin 3-4 mişar daşı ilə evinin özülünü tikdiyini qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi işi araşdırarkən ekspertizanın təyin edilməsi üçün həmin yarımtikilinin şəkillərinin mövcudluğundan xəbərdar olduğu halda ekspertizanın keçirilməsini və dəymiş zərərin müəyyən edilməsi və işin həqiqi hallarının ortaya çıxması ilə bağlı hərəkətsizlik nümayiş etdirərək, ekspertizanın keçirilməsinə dair vəsatətə biganə qalmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverici liyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkə məsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkə n apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsini qətnaməsi iddiaçının apellyasiya şikayəti əsasında iddianın təmin edilməyən hissəsi ilə bağ lı olub. Bu baxımdan, qətnaməınin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.
40. Apellyasiya instansiyası məhkəməsi torpaq sahəsində tikinti işlərinin aparılması barədə iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
41. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarına görə iddiaçı torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar 2253 manat xərc çəkməsini sübuta yetirə bilməyib, bununla bağlı məhkəməyə əsaslı, mötəbər sənəd təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
43. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
44. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsində tikinti işlərinin aparılması barədə iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini haqlı olaraq dəyişdirmədən saxlamışdır.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin torpaq sahəsində tikinti işlərinin aparılması barədə iddia tələbi ilə bağlı hüquqi dəyərləndirməsi ilə razılaşır.
46. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, işin faktiki hallarına aid olan həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət vermişdir.
47. İddiaçı apellyasiya şikayətinə tikinti ilə bağlı fotoşəkillər əlavə edilməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsi fotoşəkillərin olmamasını müəyyən etmişdir.
48. Kassasiya şikayətinə əlavə edilmiş fotoşəkillərə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, sübutlar birinci instansiya məhkəməsinə, özü də işin hazırlıq mərhələsində təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılm ağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (MPM, 78.1-ci maddə)
49. Bundan əlavə, kassasiya instansiyası məhkəməsi sübutları araşdırmır, kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 2(103)-2728/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.