Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-287/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-nə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddiaçının dəlillərinə qiymət vermədən iddia rədd edilə bilməz) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdeh3 ASC-nin vəkili İsmayılov Ruslan İsmayıl oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs DƏDRX-in 17 sa ylı Yevlax Ərazi İdarəsinə qarşı“ hərracın nəticələrinin etibarsız hesab edilməsi və resyestrdən çıxarışın ləğv olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-512/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus olmuş fərdi ev götürülmüş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdi. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün götürülmüş borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə bankın iddiasının təmin olunmasına dair məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin qətnamənin icrası qaydasında ipoteka il yüklü edilmiş ev hərraca çıxarı laraq satılmışdır. İddiaçı hazırkı tələblə çıxış edərək hərracın nəticələrini mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və 3-cü şəxs DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və resyestrdən çıxarışın ləğv olunması” barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın, həmin hərracın nəticələri haqqında xx.xx.2018ci il tarixli Y-360 saylı yekun protokolun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0488 ha torpaq sahəsi barədə Cavabdeh3 ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017ci il tarixli, 2(039)-882/2017 saylı qətnaməsi ilə iddiaçıCavabdeh3 ASC-nin iddiası təmin edilərək, cavabdehlər İddiaçı, X2, X4, X6, X3, X7 və X5 5714 manat əsas borc, 2908 manat faiz borcu, ümumilikdə 8622 manat kredit borcunun tutulması, tutmanın Yevlax şəhəri, X küçəsində mülkiyyətində olan 0,0488 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 77,02 kv.m yaşayış, 78,8 kv.m köməkçi sahədən ibarət 74 nömrəli fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəaitinin y uxarıda göstərilən pulı tələblərinin təmin edilməsi üçün iddiaçıCavabdeh3ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamənin icrası Cavabdeh2nə həvalə edilmiş, qeyd olunan icra orqanı tərəfindən prosessual tədbirlər görülərək, icra hərəkətləri aparılaraq fərdi yaşayış evinin və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin satılması ilə bağlı hərrac təşkil olunmuşdur. Llakin onun ipoteka qoyan kimi hərracın keçirilməsindən məlumatı olmamış, bu barədə sonradan başqa şəxslərdən eşitmişdir. Ona məxsus olan ev artıq Cavabdeh3 ASC-nin mülkiyyətinə keçdiyi üçün hazırkı tələbi irəli sürmüşdür. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1777/2019 nömrəli qətnаməsi ilə (ha kim Günay Cavadova) iddia təmin edilmiş, ünvan 1 ünvanına dair “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın və həmin hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli Y-360 saylı yekun protokolun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0488 ha torpaq sahəsi barədə Cavabdeh3 ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddianın etiraf olunması barədə cavabdeh bankın nümayəndəsinin iddianı etiraf etməsinə dair ərizəsini rəhbər tutmuş və maddi hüquq normaları kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 317, 414.2, 414.3, 415.2, 415.5 və “İpoteka haq qında” Azərbaycan Respublikası Qanunun 41.2, 42.1, 43.5, 43.7-ci maddələrinə, eləcə də MPM-nin 52.2. maddəsinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ə.Məcidov (sərlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) xx xxxx 2020-ci il tarixli, 2(107)-512/2020 nömrəli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)1777/2019 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq iddia tələbini təmin etməyərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-cı və “İpoteka haqqında” Azərbaycan Respub likası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf iddianı tamamilə qəbul etmiş və bu barədə məhkəməyə ərizə təqdim etməsinə baxmayaraq məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraa tı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin vəkili İsmayılov Ruslan İsmayıl oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlər və 3-cü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatə tdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 1-ci instansiya məhkəməsi iddianı təmin etmişdi ona görə ki, cavabdehlərdən biri“xxxx” Açıq Səhmdar Cəmiyyəti iddianı qəbul etmişdi. Apellyasiya Məhkəməsi haqlı olaraq hesab etdi ki, iddianı bu qaydada qəbul etmək, etiraf etmək qanunaziddir. Əvvəla, iş üzrə üç cavabdeh cəlb edilmişdir. İddia tələbi birgə cavabdehlərə qarşı yönəlmişdir. Hərracın etibarsız hesab olu nması tələbi əslində “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı yönələn tələbdir. Cavabdeh bank digər cavabdehə yönələn həmin tələbi qəbul edə bilməzdi və məhkəmə belə etirafı təsdiq etməməli idi. Bundan başqa, iddianın cavabdeh tərəfindən etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Ona görə işə baxan Apellyasiya Məhkəməsi qətnaməni ləğv etməkdə və idddianın etirafını qəbul etməməkdə haqlı olmuşdur. Lakin, iddia tələbinə mahiyyəti üzrə baxarkən Apellyasiya Məhkəməsi prosessual hüquq normalarının tələblərinə riayət etmədən qərar qəbul etdiyi üçün qətnamə ləğv edilərək iş yeni məhkəmə baxışına göndərilməlidir. Beləki, iddiaçı hərracın etibarsızlığı ilə bağlı iddia tələbinin əsası kimi bir neçə hala o cümlədən, hərracın onun məlumatı olmadan keçirilməsinə istinad etmişdir. İddiaçı hərracın ona məlumat verilmədən keçirilməsinə istinad edirsə, deməli bu bu halı təkzib edə biləcək sübutlar (sənədlər) cavabdeh tərəfdə olmalıdır. Məhz bu səbəbdən işə baxan 1-ci instansiya məhkəmə “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu yazaraq (mülki işin 25-ci vərəqəsi) müvafiq sənədləri tələb etmişdir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Zəruri sübu tlar məhkəmə sorğusu əsasında tələb olunsa da, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. İddianın etiraf olunması ilə bağlı 1-ci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan Apellyasiya İsnatsniyası Məhkəməsi iddia tələbinin dəlillərinə uyğun olaraq mübahisəyə hüquqi qiymət verməli idi. Bunun üçün mütlək sorğu edilmiş zəruri sənədlər götürülməli idi. Çünki həmin sənədlər götürülmədən hərracın keçirilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamaq mümkün deyildi. Beləki, hərraclarla bağlı kütləvi informasiya vasitələrində elanlar dərc olunub-olunmaması, bu barədə borcluya bildiriş göndərilib-göndərilməməsi və.s zəruri məlumatları həmin sənədlərdən əldə etmək olardı. Cavabdeh tərəf əslində həmin sənədləri təqdim etməyə borclu idi. Zəruri sübutları özündə əks etdirən sənədləri g ötürmədən iddianın rədd edilməsi əsaslı sayıla bilməz. Çünki idddianın etirafı ilə bağlı tələb təmin olunmursa deməli, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar yoxlanmalı idi. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamədə hərracın keçirilməsi qaydalarını nizama salan maddi hüquq normaları sadalanmışdır. Lakin, hərrac keçirilərkən həmin qaydalara riayət edilib-edilməməsini təsdiq edə biləcək yeganə süb ut olan yuxarıda qeyd edilən sənədlər əldə olunaraq tədqiq edilməmişdir. Məhkəmə qərarı o halda əsaslı sayılır ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-512/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul ed