Məhkəmə qərarları › İş №2(102)-287/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-287/2022

31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-287/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh1 qarşı “pul“ tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, tələbin iddiaya cavab verməli olmayan şəxsə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi X1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)4814/2021 nömrəli qətnaməsindən iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı MMC tərəfindən verilən 13 aprel 2017-ci il tarixli arayışa əsasən Cavabdeh1 adına 15 noyabr 2016-cı il tarixində Bakı-İstanbul-Vyana-Bremen-İstanbul-Bakı istiqamətındə dəyəri 1295 ABŞ dolları olan, 22 noyabr 2016-cı il tarixində Münhen-Bremen istiqamətində dəyəri 625 ABŞ dolları olan və 03 aprel 2017-ci il tarixində Bakı-İstanbulVyana istiqamətində dəyəri 495 ABŞ dolları olan bilet alınmışdır. Səfərlərə görə göstərilən xidmətlərin ümumi dəyəri 2415 ABŞ dollarıdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin idarə heyətinin sədri xxx tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini xxxa göndərilən 14 noyabr 2016-cı il tarixli məktubun surətindən görünür ki, növbəti partiya 450 baş (o cümlədən, 300 baş simmental, 150 baş Holştin-friz cinsli) damazlıq heyvanların yerində seçilməsi məqsədilə Aparatın heyvandarlığın inkişafı şöbəsinin baş məsləhətçisi Cavabdeh1 20 noyabr 2016-cı il tarixindən 6 gün müddətinə Avstriyaya və Almaniya Federativ Respublikasına ezam olunması üçün aidiyyəti göstəriş verilməsi xahiş edilmişdir. Ezamiyyə xərclərinin damazlıq heyvanları göndərən “xxx” şirkəti tərəfindən ödəniləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri xxx tərəfindən verilən xxx Avstriyaya və Almaniya Federativ Respublikasına ezam edilməsi haqqında EZ-268 saylı, 16 noyabr 2016-ci il tarixli əmrdən görünür ki, Cavabdeh1 heyvandarlığın inkişafı şöb əsinin heyvandarlıq məhsulları istehsalının təşkili sektorunun baş məsləhətçisinin vəzifəsini icra edən kənd təsərrüfatı məhsulları istehlakçılarına lizinq yolu ilə satılacaq damazlıq heyvanların cins tərkibinin müəyyən edilməsində və seçilməsində iştirak etmək üçün 2016-ci ilin 20-25 noyabr tarixlərində 6 günlük Avstriyaya və Almaniya Federativ Respublikasına ezam edilməsi, Cavabdeh1 ezamiyyə xərclərinin “İribuynuzlu cins damazlıq heyvanların satın alınması barədə” "xxxx" ASC ilə Cavabdeh2 LTD şirkəti arasında bağlanmış 2015-ci il 14 oktyabr tarixli 26/15 nömrəli satınalma müqaviləsinin 5.3cü bəndinə uyğun olaraq iribuynuzlu cins damazlıq heyvanların satın alınmasını həyata keçirən şirkət tərəfindən ödəniləcəyinin nəzərə alınması, bu əmrin icrasına nəzarətin nazir müavini xxxa həvalə edil məsi əmr edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin idarə heyətinin sədri xxx tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini xxxa göndərilən 03 aprel 2017-ci il tarixli məktubun surətindən görünür ki, növbəti partiya 450 baş simmental cinsli damazlıq heyvanların seçimi 05 aprel 2017-ci il tarixə planlaşdırılmışdır. Damazlıq heyvanların yerində seçilməsi məqsədilə Aparatın heyvandarlığın inkişafı şöbəsinin baş məsləhətçisi Cavabdeh1 05 aprel 2017-ci il tarixindən 6 gün müddətinə Avstriya Respublikasına ezam olunması üçün aidiyyəti göstəriş verilməsi xahiş edilmişdir. Ezamiyyə xərclərinin damazlıq heyvanları göndərən “xxx” şirkəti tərəfindən ödəniləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri xxx tərəfindən ver ilən xxx Avstriya Respublikasına ezam edilməsi haqqında EZ-77 saylı, 04 aprel 2017-ci il tarixli əmrdən görünür ki, Cavabdeh1 heyvandarlığın inkişafı şöbəsinin heyvandarlıq məhsulları istehsalının təşkili sektorunun baş məsləhətçisinin vəzifəsini icra edən kənd təsərrüfatı məhsulları istehlakçılarına lizinq yolu ilə satılacaq damazlıq heyvanların cins tərkibinin müəyyən edilməsində və seçilməsində iştirak etmək üçün 2017-ci ilin 5-10 aprel tarixlərində 6 günlük Avstriya Respublikasına ezam edilməsi, Cavabdeh1 ezamiyyə xərclərinin “İribuynuzlu cins damazlıq heyvanların satın alınması barədə” "xxxx" ASC ilə Cavabdeh2 LTD şirkəti arasında bağlanmış 2015-ci il 14 oktyabr tarixli 26/15 nömrəli satınalma müqaviləsinin 5.3-cü bəndinə uyğun olaraq iribuynuzlu cins damazlıq heyvanların satın alın masını həyata keçirən şirkət tərəfindən ödəniləcəyinin nəzərə alınması, bu əmrin icrasına nəzarətin nazir müavini xxxa həvalə edilməsi əmr edilmişdir. “X4” Azərbaycan Nümayəndəliyinin Başçısı xxx tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanan məktubdan görünür ki, Cavabdeh1 adlı sərnişin 20 noyabr 2016-cı il - 24 noyabr 2016-cı il tarixlərində Bakı-İstanbul-Vyana və İstanbul-Bakı marşrutu üzrə səyahət etmişdir. Sərnişinin bilet nömrəsi **********220-dir. Cavabdeh1 05 aprel 2017-ci il tarixlərində Bakı-İstanbul marşrutu üzrə səyahət etmişdir. Sərnişinin bilet nömrəsi **********092-dir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova tərəfindən məhkəməyə ünvanlanan 17 iyul 2020-ci il tarixli məktubundan görünür ki, A zərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi müxtəlif istiqamətlərdə səfərlərin təşkili məqsədilə aviabiletlərin sifariş edilməsi üçün İddiaçı MMC ilə müqavilə bağlamamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin idarə heyətinin sədri Elmin Rəhmanovun 17 iyul 2020-ci il tarixli məktubuna əsasən "xxxx" ASC ilə İddiaçı MMC arasında hər hansı hüquqi münasibətlərin təsbit olunduğu müqavilə bağlanmamışdır. Sifarişçi adlanan "xxxx" ASC ilə icraçı adlanan “xxx” şirkəti ilə arasında bağlanan iribuynuzlu cins damazlıq heyvanların satın alınması barədə 26/15 saylı müqaviləyə əsasən icraçı müqavilədə nəzərdə tutulan şərtlər əsasında satın alınan damazlıq heyvanları 180 gün ərzində sifarişçinin Gəncə regional Nümayəndəliyinə və ya lizinq alanın razılığı ilə onun təsərr üfatına təhvil verilməsini, sifarişçi isə müqavilədə nəzərdə tutulan şərtlər əsasında damazlıq heyvanları icraçıdan qəbul etməyi öhdəsinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2415 ABŞ dolları (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin tutularaq, iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıdan müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə aviabiletlər sifariş edilmişdir. İddiaçı sifariş olunmuş xidmətləri şəxsi vəsait hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri v axtında təqdim etmişdir. Lakin İddiaçı MMC cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən ödənilməməsinə baxmayaraq İddiaçı MMC həmin aviabiletlər üzrə səfərlərin həyata keçirilməsində, nə də digər formada onlara hər hansı bir çətinlik yaratmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(001)2584/20 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia tələbi təmin edilmiş, 2415 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla man atla və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1, 386.1, 390.1, 390.5, 403.1, 403.2, 403.6, 442, 443.2, 445.2, 445.2.1, 842.1, 842.2, 862.1, 862.2, 862.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və Sənədlərin tərtib edilməsi Qaydalarına istinad edərək göstərmişdir ki, İddiaçı MMC tərəfindən 15 noyabr 2016-cı il tarixində Bakı-İstanbul-VyanaBremen-İstanbul-Bakı istiqamətində, 22 noyabr 2016-cı il tarixində Münhen-Bremen istiqamətində 03 aprel 2017-ci il tarixində Bakı-İstanbul-Vyana istiqamətində təşkil edilən səfərlər üçün biletlər Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdehin həmin biletlərdən istifadə etməklə 20 noyabr 2016-cı il-24 noyabr 2016-cı il tarixlərində Bakı-İstanbul-Vyana və İstanbul-Bakı marşrutu üzrə və 05 aprel 2017-ci il tarixlərində Bakı-İstanbul marşrutu üzrə səyahət etməsi “X4” Azərbaycan Nümayəndəliyi tərəfindən təsdiq edilir. Beləliklə yuxarıda qeyd olunan istiqamətlər üzrə səfərlərin həyata keçirilməsi ilə bağlı İddiaçı MMC ilə cavabdeh arasında müqavilə münasibətləri sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan, yəni həmin biletlər cavabdehin adına rəsmiləşdirildiyi tarixdən yaranmışdır. Bundan başqa cavabdeh məhkəməyə ünvanladığı e tirazlarında həmçinin qeyd etmişdir ki, biletlərin dəyəri Sifarişçi adlanan "xxxx" ASC ilə icraçı adlanan “xxx” şirkəti ilə arasında bağlanan iribuynuzlu cins damazlıq heyvanların satın-alınması barədə 26/15 saylı müqavilənin 5.3-cü bəndinə əsasən icraçı “xxx” şirkəti tərəfindən ödənilməlidir. Lakin iş materialları ilə “xxx” şirkəti tərəfindən İddiaçı MMC-yə bilet sifariş edilməsi halı müəyyən edilməmişdir. Odur ki, iddiaçı Cavabdeh1 ilə onun arasında biletlərin satışından irəli gələn müqavilə münasibətlərinin yarandığını sübut etdiyindən, cavabdeh isə öz növbəsində həmin müqavilə münasibətlərinin üçüncü şəxsin xeyrinə bağlanmış müqavilə olduğunu sübut edə bilmədiyindən və eyni zamanda müqavilədən irəli gələn öhdəliklərin icra edildiyini sübut edə bilmədiyindən iddia əsaslı hesab edilərək təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(001)-2584/20 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)4814/2021 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Tanrıverdiyevdan ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(001)-2854/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən et mişdir ki, bilet sifarişi ilə bağlı müqavilənin tərəfi "xxxx" ASC ilə “xxx” şirkəti arasında bağlanan iribuynuzlu cins damazlıq heyvanların satın-alınması barədə 14 oktyabr 2015-ci il tarixli müqavilənin 5.3-cü bəndinə əsasən icraçı “xxx” şirkətidir. Cavabdehin ezamiyyəsi ilə bağlı biletlərin məhz həmin şirkət tərəfindən sifariş olunduğu müəyyən olunmuşdur. Buna baxmarayaq, iddiaçı tələbə cavab verməli olmayan şəxsə qarşı, başqa sözlə əsl olmayan cavabdehə qarşı tələb irəli sürmüşdür. Birinci instansiya məhkəməsi isə işin bu mühüm halına düzgün qiymət verə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)-4814/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutlar düzgün qiymətləndirilməmiş və işin faktiki halları düzgün müəyyən olunmamışdır. Belə ki, cavabdeh tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim etmiş olduğu e-mail yazışmalarından da görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 LTD arasında heç bir elektron yazışma olmamışdır. Həmçinin, məhkəmənin iddianın rədd edilməsinə dair əsas gətirmiş olduğu "xxxx" ASC ilə Cavabdeh2 LTD arasında bağlanmış 14 oktyabr 2015-ci tarixli müqavilə bağlanmamışdan daha öncə də c avabdeh İddiaçı MMC-nin xidmətlərindən istifadə etmişdir. Cavabdeh pulu tələb olunan biletlərdən istifadə etmiş və onun adına elektron biletin olması iddiaçı ilə cavabdeh arasında müqavilənin olmasını təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, üçüncü şəxslər “Aqrolizinq ASC-nin və “Novera İnvest” LTD Azərbaycan Respublikasındakı nümayəndəliyinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403.1-ci maddəsinə əsasən üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə hə yata keçirməli olduğunu müəyyənləşdirirlər. 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilm ədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya məhkəməsi iddia tələbinə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə səlahiyyətləri çərçivəsində hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kol legiyası qeyd edir ki, cavabdehin iddiaçının xidmətindən istifadə etməsi işin mübahisəsiz halıdır. Lakin işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehin səfərlərinin həyata keçirilməsi üçün bilet sifarişi cavabdeh tərəfindən deyil, Cavabdeh2 LTD şirkəti tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi iddianın cavab verməli olmayan şəxsə qarşı irəli sürməsinə dair nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoy ulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)4814/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar