Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-287/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Dağlar MTK-ya və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Dağlar MTK-ya və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4843/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 76 saylı müqaviləyə əsasən satıcı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli binanın 1-ci girişinin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112 m² olan 3 otaqlı, 28 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Maliyyə arayışına əsasən Cavabdeh1 MTKnın payçısı İddiaçı Yeni Yasamal İİ yaşayış massivi 28 saylı mənzilin tam dəyəri olan 50000 manatı ödəmiş, mənzilə görə borcu yoxdur.
3. Satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 76 sa ylı müqavilə məhkəmə qaydasında etibarsız hesab olunmuş, Dağlar MTK-nın sədri vəzifəsində işləmiş X8 törətdiyi cinayət əməlləri nəticəsində İddiaçı 50000 manat maddi ziyan vurulması qanuni qüvvəsini alan məhkəmə aktları ilə sübuta yetirilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(004)64/2019saylı hökmünə əsasən X14 Cavabdeh1 MTK-nın sədrivəzifəsində işləyərkən vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə koorperativ tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2-ci yaşayış massivində 16 mərtəbəli binada 103,83 m2 sahəsi olan 28 saylı mənzili xx.xx.2005-ci il tarixdə X1 baxmayaraq, 2013-cü ilin oktyabr ayında ona mənzil almaq üçün müraciət edən İd diaçı qeyd edilən binada yerləşən 28 saylı mənzili heç kəsə satılmamasını yalandan bildirib, mənzili ona50000 manata sata biləcəyini vəd edərək saxta xx.xx.2013-cü il tarixli 76 nömrəli müqaviləni tərtib edərək imza və kooperativin möhürü ilə təsdiq edib İddiaçı verərək sonuncunun hissə-hissə olmaqla, cəmi 50000 manat pulunu aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)8867/2017saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək, Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 103,83 m2 olan, 3 otaqlı, 28 saylı mənzilinə dair İddiaçı və Cavabdeh1 MTKarasında bağlanmış xx.xx.2013 -cü il tarixli, 76 nömrəli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı, X3, X4 və X5 həmin mənzildən çıxarılmaları qət edilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)1158/2018saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və X9 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-48/2020 saylı qətnaməsindən müəyyən olunur ki, birinci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəsinin2(004)-8867/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsindən İddiaçı və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə qismən dəyişdirilərək Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivind ə inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 103,83 m2 olan 3 otaqlı, 28 saylı mənzilinə münasibətdə İddiaçı və Cavabdeh1 MTK arasında bağlanmışxx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab olunmuş, həmçinin, birləşdirilmiş iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-1158/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3502/2021 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-48/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 aldığı mənzilin təmirsiz dəyərinə görə 103700 manatın, 50000 manat itirilmiş gəlirin, vurulmuş mənəvi ziyana görə 20000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və ona məxsus pul vəsaitini müqavilə bağlandığı gündən özlərində saxlamaqla faydalandıqları üçün həmin vəsaitin məbləğindən müqavilənin bağlandığı gündən qətnamənin icra edildiyi günədək bank uçot dərəcəsi ilə məhkəmə tərəfindən müəyyən ediləcək faiz məbləğinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 76 nömrəli müqaviləyə əsasən o, 50000 manat ödəm əklə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2-ci Yaşayış Massivi 2a saylı binanın 1-ci girişinin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112 m2 olan, 3 otaqlı 28 saylı mənzili almış, Cavabdeh1 MTK isə bunun qarşılığında qeyd olunmuş mənzili ona verməyi öhdəsinə götürmüşdür. O, ilkin olaraq mənzilin dəyərindən 30000 manat ödəmiş və aralarında olan razılaşma əsasında qalıq məbləği də bir müddət sonra tam olaraq cavabdehə ödəmişdir. Bununla bağlı olaraq MTK heç bir borcunun olmamasına dair ona xx.xx.2014-cü il tarixli arayış vermişdir. Mənzili aldıqdan dərhal sonra təmir etdirmiş və bu işlərə 48000 manat xərcləmişdir. O, 2013-cü ildən hal-hazıradək ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 MTK-nın sədri dələduzluq edərək ona məxsus mənzili X13 ad lı başqa bir şəxsə də satmışdır. Bu səbəbdən də o, dərhal hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Ona qarşı edilmiş dələduzluq cinayətinə görə Cavabdeh1 MTK-nın sədri X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə məhkum edilmişdir. 2017-ci ildə X13 ona qarşı iddia qaldıraraq onunla Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun həmin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-8867/2017 saylı qətnaməsi ilə X7 iddiası təmin edilmişdir. Həmin qətnamədən onun verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh1 MTK-nın sədri X8 dələduzluğu nəticəsində o, mənzilindən məhrum olmaq məcburiyyətində qalmışdı r. 2013-cü ildə mənzili alarkən ödədiyi pul 61000 ABŞ dolları ekvivalentində olmuşdur. Hazırki məzənnə ilə 61000 ABŞ dolları 103700 manat təşkil edir. Bundan başqa mənzilin təmiri üçün o, 48000 manat pul xərcləmişdir. Eyni zamanda uzun müddətdir ki, istintaq və məhkəmə orqanlarına gedib gəlmək məcburiyyətində qalmış, bu hal isə onun səhhətinə ciddi ziyan vurmuşdur. "xxxx" MTK-nın vəzifəli şəxsi isə onun ödədiyi pulu özündə saxlamaqla gəlir əldə etmiş, öz biznes fəaliyyətini genişləndirmiş, özünə, ailə üzvlərinə mülklər almışdır. Ona görə də hesab edir ki, cavabdehlər ona məxsus pul vəsaitini özlərində qanunsuz saxlamaqla, həmin vəsaiti qaytarmaqdan imtina etməklə, həmin vəsaitdən faydalanmaqla ona maddi ziyan vurduqlarına görə məhkəmənin bank faiz dərəcəsi əsas götürməklə müəyyənləşdirəcəy i məbləği də ona ödəməlidirlər.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim S.R.Səlimova) 14 aprel 2022-ci il tarixli, 2(001)-47/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Dağlar MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 50.000 manat, əldən çıxan faydaya görə 32.604,8 manat, mənəvi zərərə görə 3.000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 85.634,8 manat İddiaçı xeyrinə tutulması və iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, birinci tərəflər X13, X6, X10 ilə ikinci tərəf İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış mübahisələrin qarşılıqlı razılaşma sülh yolu ilə həll edilməsi barədə notarial qaydada təsdiq olunmuş razılaşmanın surətindən müəyyən olunur ki, birinci tərəflər özlərinə məxsus Bakı ş əhəri Yasamal rayonu Yeni Yasamal İİ yaşayış massivində inşa edilmiş 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunun 4-cü mərtəbəsində 3 otaqlı sahəsi 112 m² olan 28 saylı mənzilini ikinci tərəfə məxsus ünvan 1 ünvanında Statistika MİK tərəfindən inşa edilən yaşayış binasında İİ girişin 4-cü mərtəbəsində 3 otaqlı sahəsi 109,6 m² olan 48 saylı mənzillə dəyişmişlər.
13. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, satıcı Dağlar MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 76 saylı müqavilənin etibarsız olması, Dağlar MTK-nın sədri vəzifəsində işləmiş X8 törətdiyi cinayət əməlləri nəticəsində İddiaçı 50000 manat maddi ziyan vurulması qanuni qüvvəsini alan məhkəmə aktları ilə sübuta yetirilmişdir.
14. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı Y.Ş. Qəhrəmanova əqd bağl anarkən Dağlar MTK-nın sədri tərəfindən aldadıldığından iddiaçının həmin müqavilə üzrə ödədiyi 50000 manatın cavabdeh Dağlar MTK-dan alınaraq ona verilməsinə dair iddia tələbi əsaslıdır, ona görə də, iddia ərizəsi mənzilə görə pul tələbinə dair bu hissədə təmin edilir.
15. Məhkəmə iddiaçının cavabdehlərdən itirilmiş gəlir və pul vəsaitinin qanunsuz saxlamaqla faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, bu iddia tələbləri də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplama qla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
16. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir.
17. Özünün və ailəsinin mənzil şəraitini təmin etmək məqsədi ilə Dağlar MTK ilə müqavilə bağlayan iddiaçının sonda aldadılmasını bilməsi nəticəsində sarsıntılara, əzaba və məyusluğa məruz qalması istisna edilmədiyindən məhkəmə İddiaçı cavabdeh Dağlar MTK-dan mənəvi ziyana görə 3000 manat tələbini əsaslı hesab edib təmin, mənəvi ziyan tələbinin qalan hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.5, 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 82.4 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh1 MTK apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin olunan hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissədə təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya iddia etdiyi 50.000 manat məbləğində maddi ziyan mülki hüquq deyil, cinayət hüquq pozuntusu nəticəsində vurulmuşdur. Ödənilməsi tələb olunan 50.000 manat iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətlərinə əsaslanır. Ona görə də, həmin tələblə bağlı mübahisəyə MM-in 1099.1-ci maddəsinin tətbiqi qanuni və əsaslı deyil. Eyni zamanda MTK ilə iddiaçı arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, hökmlə müəyyən edilən hallar səbəbindən MTK-ya münasibətdə MM-nin 337.5-ci maddəsi tətbiq oluna bilməz. İddiaçı tərəfindən cavabdehin ona məxsus pul vəsaitin dən faydalanmasına, yəni hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Lakin məhkəmə bütün bunları aydınlaşdırmadan cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə pul tutmuş və nəyə görə məhz 3000 manat tutulmasını əsaslandırmamışdır. 2
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) 2(103)-4843/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(001)- 47/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki və cinayət məhkəmə icraatı qaydasında çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğu ilə satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 76 saylı müqavilənin etibarsız olması və Dağlar MTK-nın sədri vəzifəsində işləmiş X8 törətdiyi cina yət əməlləri nəticəsində İddiaçı 50000 manat maddi ziyan vurulması faktları öz təsdiqini tapır.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə əqd bağlanarkən Cavabdeh1 MTK-nın sədri tərəfindən aldadıldığından, iddiaçının həmin müqavilə üzrə ödədiyi 50000 manatın Cavabdeh1 MTK-dan alınaraq ona verilməsinə dair iddia tələbi əsaslıdır, ona görə də, iddia ərizəsi mənzilə görə pul tələbinə dair hissədə düzgün olaraq təmin edilmişdir
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.5, 449.1, 152.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 MTK kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehin ona məxsus pul vəsaitindən faydalanmasına, yəni hər hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə əsassız olaraq MM-in 1099.1-ci maddəsini tətbiq edərək, müqavilə üzrə ödənilmiş vəsaitə görə 50.000 manatın Cavabdeh1 MTK- dan alınıb iddiaçıya verilməsinə dair nəticəsini belə əsaslandırmışdır ki, iddiaçı həmin əqd bağlanarkən MTK-nın sədri tərəfindən aldadıldığına görə hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Baxmayaraq ki, iş materiallarına və işin hallarına görə ödənilməsi tələb edilən 50.000 manat iddiaçı və cavabdeh MTK ar asında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətlərinə əsaslanır. Apellyasiya instansiyası məhkəməsi isə bu dəlillə bağlı düzgün olmayaraq belə qənaətə gəlmişdir ki, qətnamədə MM-in 1099.1-ci maddəsi qeyd olunsa da, guya tərəflər arasındakı münasibətə həmin maddə tətbiq olunmamışdır. Əgər doğurdan da belədirsə, onda sual olunur, məhkəmə öz qətnaməsində bu normaya hansı səbəbdən istinad etmişdir. Qətnamənin əsaslandırıcı hissəsinin məzmunundan açıq-aydın görünən odur ki, məhkəmənin həmin maddəni tətbiq etməkdə məqsədi iddiaçının hüquqi şəxs olan cavabdeh MTK-nın sədri (işçisi) tərəfindən aldadılaraq ona qarşı mülki hüquq pozuntusu (delikt) törətməsinə dair nəticəsini əsaslandırmaq olmuşdur. Məhkəmə tərəfindən MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra t ətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə, qətnamənin qanuniliyinə və əsaslılığına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalı olmasına dair 88,217.1 və 217.3-cü maddələrinin tələblərinə əməl edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tər əfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
30. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb 31. sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
33. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
34. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.
35. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürm əklə ödəyə bilər.
36. Maddə 152.3. İstifadə istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi iləmüəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəməprosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
40. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqib iüzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkənməhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayə tinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4843/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.