Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2870/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9994/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları S abunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-3062/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh2, X6, X3, X1, X5, X7, X2 və digərlərinin Abşeron İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 25 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 1198/2020 saylı qətnaməsi ilə həmin qətnamə göstərilən hissədə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq Cavabdeh2, X6, X3, X1, X5, X7, X2 və digərlərinin Abşeron İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 25 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə əraz isində İddiaçı ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılması qət edilmiş, iddia “digər şəxslərə” münasibətdə əsassız olduğu üçün təmin olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4041/2020 saylı qərarı ilə sonuncu qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yataq mebeli bir dəst, qonaq mebel dəsti, uşaq mebel dəsti, divan, mətbəx mebeli, soyuducu, paltar yuyan, ət çəkən, televizor masası, krosna aparatı, video aparatı, xalça, pərdə, çil-çıraq, döşək 6 ədəd, yorğan 5 ədəd, qaşıq-bıçaq dəsti, çaşkalı say servisi - 96 parça, çay və yemək dəsti, samovar dəsti, 3 qazan dəsti (Tefal), şirli qazan dəsti, nerjaveykadan qazan dəsti, 6 ədəd pastel dəsti, 2 ədəd məhrəba dəsti, 3 parçalı padnos dəsti, bir semodan, xrustal bakal, qrafinka, 12 ədəd xrustal stəkan, nəlbəki, 2 ədəd meyvə qabı xrustal, 2 ədəd gül qabı xrustal, 1 ədəd kombi aparatı, 7 ədəd radiatorun cavadehlərdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(008)-3062/2019 saylı qətnaməsi ilə cavabdehlərin Abşeron rayon İcra Hakimiyyəti xx.xx.1995-ci il tarixli 25 saylı qərarı ilə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni məhəllə ərazisində ona ayrılmış torpaq sahəsin dən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və mübahisəli evin boşaldılması qət edilmişdir. Həmçinin Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1198/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayət qismən təmin edilmiş, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-404/2020 saylı qərarı ilə sonuncu qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin instansiya məhkəmələrində qeyd edilən ünvanda onun adına ayrılmış torpaq sahəsinin və üzərində inşa edilmiş evin cavabdehlər tərəfindən zəbt edilməsi öz əksini tapmışdır. Lakin cavabdeh evi boşaldarkən onun əşyalarını da götürüb getmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 aprel 2021-ci il tarixli 2(008)-1114/2021 nömrəli qətnaməsi ilə (hakim Zaur Hacıyev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 uşaq mebel dəsti, 1 ədəd divan, 1 ədəd televizor və masası, 1 ədəd xalça, 1 ədəd pərdə, 1 ədəd çil-çıraq, 6 ədəd döşək, 5 ədəd yorğan, qaşıq-bıçaq dəsti, 1 ədəd xrustal gül qabı, 1 ədəd kombi aparatı və 7 ədəd radiatorun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdə olan Sabunçu Rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş aktlardan göründüyü kimi, xx.xx.2021-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının icrası ilə əlaqədar həmin evə icra məmuru tərəfindən baxış keçirilən zaman iddia predmeti olan əşyalardan yalnız 1 ədəd kombi aparatı və 7 ədəd radiator aşkar edilmişdir. xx.xx.2021-ci il tarixdə isə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1198/2020 saylı qətnaməsi icra edilərək cavabdehlər tərəfindən mübahisə predmeti olan ev boşaldılmış və iddiaçıya təhvil verilmiş, lakin əvvəlki aktla həmin evdə mövcudluğu təsdiqlənmiş 1 ədəd kombi aparatı və 7 ədəd radiator müəyyən edilməmişdir. Eyni zamanda işdə olan, əvvəl və sonra eyni fonda çəkilmiş fotoşəkilləri müqayisə etdikdə, kombi aparatının quraşdırılıb sonradan çıxarıldığı aşkar görünür və bu fakt xx.xx.2021-ci il tarixli aktla da təsdiqlənir. Odur ki, xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ünvanında iddiaçıya məxsus 1 ədəd kombi aparatı və 7 ədəd radiatorun mövcudluğu artıq işin mübahisəsiz halıdır. İddia predmeti olan digər əşyalar - uşaq mebel dəst i, 1 ədəd divan, 1 ədəd televizor və masası, 1 ədəd xalça, 1 ədəd pərdə, 1 ədəd çilçıraq, 6 ədəd döşək, 5 ədəd yorğan, qaşıq-bıçaq dəsti, 1 ədəd xrustal gül qabının sözügedən ünvanda olması fotoşəkillərdən aşkar görünür. Ona görə də, məhkəmə, işdə olan mövcud sübutları iddia tələbinin sadalanan əşyalara münasibətdə təmin edilməsi üçün mötəbər və kifayətedici hesab edir. Beləliklə, göstərilən əşyalar cavabdehlərin sahibliyindədir. Belə sahiblik isə hüququ tanınan sahiblik haqqı olmadığından qanunsuz sayılır. Odur ki, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan MM-in 157.2-ci maddəsinin zəruri dispozisiya şərtləri müəyyən edildiyindən, iddiaçının həmin əşyaları cavabdehin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmalı və sözügedən əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddia tələbinin yataq mebel dəstinə gəldikdə, həmin əşya iddiaçının mülkiyyəti kimi qəbul edilir, lakin cavabdehin sahibliyində olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia ərizəsində göstərilən digər əşyalara münasibətdə isə iddiaçı tələbini əsaslandıran tutarlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia göstərilən hissələrdə əsaslı olmadığından təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin lə ğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 2(103)-9994/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(008)-1114/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən məhkəmə qətnaməsində hazırki cavabdehlərin evdən öz əmlakı ilə birlikdə çıxarılması qeyd edildiyindən onlar qeyd edilən məhkəmə qətnaməsinə əsasən evdən çıxanda öz ə mlakları ilə birlikdə çıxmışdır. Bundan başqa, həmin qətnamədə Cavabdeh2 və başqalarının evdən çıxarkən hansı əşyaların evdə qalması, hansı əşyaların özləri ilə aparmalı olması qeyd olunmamışdır. Belə olan halda, həmin qətnamənin preyudisiallığı hazırda mübahisələndirilən əmlakların kimə məxsus olmasına aid edilə bilməz. İddia ərizəsində qeyd edilən əmlakların iddiaçıya məxsus olması irəli sürüldüyündən həmin əmlakların həqiqətən də iddiaçıya məxsus olmasını sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin həmin qətnamə icra olunan zaman cavabdehlərin özləri ilə apardıqları əmlakların İddiaçı məxsus olması iddiaçı tərəfindən sübuta yetirilmir və belə bir sübutun olması iş materiallarında aşkar olunmur. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi işdə olan, əvvəl və sonra e yni fonda çəkilmiş fotoşəkillərə istinad edərək kombi aparatının quraşdırılıb sonradan çıxarıldığı faktının olması qənaətinə gəlmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, fotoşəkillər kombi aparatının mövcudluğunu göstərir, hansı ki, cavabdeh apelyasiya şikayətində bunu inkar etmir. Belə olan halda, həmin fotoşəkilərdə əvvəl kombi aparatının olması, sonra isə olmaması həmin əmlakın həqiqətən də iddiaçıya və ya cavabdehə məxsus olması halını təsdiq etmir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili X4) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası AR Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə riayət etməmiş, cavabdehin qanunsuz istifadəsində olan əmlaklarının geri qaytarılması barədə kifayət qədər sübutlar olmasına baxmayaraq, iddianı təmin etməmişdir. Apelyasiya instansiya məhkəmələri tərəfindən sübutlar səthi araşdırılmış, cavabdehin iddianın rədd edilməsini təsdiq edən hər hansı sübutunun olmaması nəzərə alınmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, o, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmiş, habelə icra məmurları tərəfindən tərtib edilmiş aktlar və onun təqdim etdiyi fotoşəkillər araşdırılmamışdır. Apelyasiya instansiyası məhkəməsi qanu ni qüvvəsini almış Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-3062/2019 saylı qətnaməsinin və həmin qətnamə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-1198/2020 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-404/2020 saylı qətnaməsinin mövcudluğunu və qanuni qüvvəsini almış məhkəmə aktlarının icrası ilə bağlı cavabdehlərin onun mülkiyyətində olan daşınmaz əmlakdan məcburi qaydada çıxarılmalarının mümkün olduğunu, çıxarılma zamanı cavabdehlərin öz əmlaklarından başqa ona məxsus əmlakları da özləri ilə aparmalarını nəzərə almamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayə tində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətində kifayət qədər sübutları məhkəməyə təqdim etməsinə, qüvvədə olan məhkəmə a ktlarına, cavabdehlərin ona məxsus əşyaları aparmamalarına dair sübut təqdim edə bilməmələrinə istinad etsə də, kasasiya yoxlaması nəticəsində də aşkar edilmişdir ki, iddiaçı tərəf öz tələbini sübut etməli olduğu halda hər hansı mötəbər sübutu işə mahiyyəti üzrə baxmış məhkəmələrə təqdim edə bilməmişdir. Onun istinad etdiyi məhkəmə aktları və fotoşəkillər isə iddiaçınnı tələb etdiyi əmlakların cavabdehlər tərəfindən aparılmasını təsdiq edə biləcək sübut kimi nəzərə alına bilməz. İddiaçı tələb etdiyi əmlakların cavabdehlərin qanunsuz sahibliyində olmasını, yəni tələbini təsdiq edə bilən mötəbər sübutları məhkəmələrə təqdim edə bilmədiyindən işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya koll egiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9994/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2870/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2870/2022
07.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver