Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2874/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2018-ci il tarixli, 2(107)-3013/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Balakən rayon Məhkəməsinin (hakim H.Səlimov) 25.09.2018-ci il tarixli, 2(019)-155/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Əmlak Məsəl ələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “16 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasına mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməyərək, 50 manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 14.12.2018-ci il tarixli, 2(107)-3013/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Balakən rayon Məhkəməsinin 25.09.2018-ci il tarixli, 2(019)-155/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı və vəkili X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2018-ci il tari xli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “16 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasına mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə 25.12.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, 16 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasına onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili X1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr Balakən rayon İcra hakimiyyətinin Memarlıq şöbəsinin 14.03.2018-ci il t arixli, məktubuna əhəmiyyət verməmiş, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 180.1-180.4-cü maddələrinə istinad edərək iddiaçının tikdiyi köşkün özbaşına tikili olduğu, özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyini göstərmişdir. Lakin Mülki Məcəllənin 180.3-cü maddəsində izah edilmişdir ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəi onun mülkiyyətində olsun. İş materiallarından da görünür ki, 16 kv.m torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi əsassız qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2018-ci il tarixli, 2(107)-3013/2018 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iş ə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və vəkili X1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi məhkəməyə ərizə ünvanlayaraq, işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən İddiaçı adına Balakən şəhəri, *************** yerləşən 16 kv/metr torpaq sahəsinə Seriya RX № ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində iddiaçı tərəfindən sahəsi 8.7 kv.metr olan tikili və qarşısında sahəsi 3.5 kv.metr olan talvar inşa edilmişdir. Tikintiyə dair Baş Dövlət texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən 12.11.2001-ci il tarixində texniki pasport tərtib edilmişdir. İddiaçı sonradan əlavə tikinti aparmış və hazırda mövcu d olan 12.5 kv/metr (3.7x3.4)qeyri-yaşayış binasına mülkiyyət hüququnun məhkəmə qaydasında tanınması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyinə əsasən Balakən şəhəri ****************** yerləşən, İddiaçı məxsus, 16 kv/metr torpaq sahəsi üzərində inşa edilmiş qeyriaşayış binasının faktiki sahəsinin 12.5 kv.metr (3.7x3.4) olduğu müəyyən edilir. Tədqiq olunan tikilinin faktiki vəziyyətinin 12.11.2001 -ci il tarixli texniki pasportda göstərilən parametrlərlə üst-üstə düşmədiyini nəzərə alaraq, həmin tikili üzrə arakəsmə divarın söküldüyü və yeni divarın inşa olunduğu müəyyən edilmişdir ki, bu dəyişikliyin yaranmasına səbəb olan işlərin aparılmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli ******* №-li qərarı ilə təsdiq edilmiş «Təsdi q olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, hazırda kassasiya şikayətinin dəlilləri olan, apelyasiya şikayətinin də dəlilləri olmuş hallara hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hü ququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli **(( №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sə nədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na əsasən tikililər üzrə aparılmalı olan dəyişikliklər, tikinti –quraşdırma işləri və s işlər yuxarıda göstərilən tələblər əsasında aparılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respu blikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2018-cı il tarixli, 2(107)3013/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2874/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2874/2019
29.04.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver