Məhkəmə qərarları › İş №2(102)-2875/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2875/2023

08.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2875/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin; Cavabdeh İddiaçı ogluna qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən və evdən istifadəyə maneənin aradan qaldırılması, qeyriqanuni tikilinin söküməsi, açılmış qapının bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və evdən istifadəyə maneənin aradan qaldırılması, qeyri-qanuni tikilinin sökülməsi və açılmış qapının bağlanması” tələbinə dair ilk iddia, Cavabdeh İddiaçı qarşı “qanunsuz açılmış qapının, pəncərənin bağlanması və peyk antenasının cavabdehin hesabına sökülməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)418/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 8 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 25.07.2013-cü il tarixli torpaq alğı-satqısı müqaviləsindən görünür ki, İddiaçı ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən 0.0273 ha hissəsini 5000 manata İbadov Əvəz Şamil oğluna satmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.0273 ha olan torpaq sahəsi İbadov Əvəz Şamil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü tarixli çıxarışına əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən sahəsi 0,018 h olan torpaq sahəsi 435 nömrəli reyestr kitabının 28 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,018 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, qeyri-qanuni qoyulmuş qapının bağlanması və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı massivində X1 0,05 ha torpaq sahəsini notariat qaydada alğ-satqı etməklə almışdır. Sonradan razılaşdıqları kimi bu torpaq sahəsinin 0,027 ha hissəsini İbadov Əvəz Şamil oğlunun (mərhum), 0,018 ha hissəsini isə özünün adına sənədləşdirmişdir. İbadov Əvəzin torpağı 0,027 ha olduğundan t orpağın arxa tərəfini, özü isə qarşı tərəfini götürməyi razılaşmışlar. Bu zaman yerdə qalan torpaq sahəsini yol üçün vermişdir. Bu yoldan da ortaq yol kimi istifadə etmişlər. Hər ikisinə aid torpaq sahəsi halhazırda sənəddə olduğu kimidir. Eyni zamanda onun avtomaşın yolu bu yol üçün uyğun olmadığından həyətinə başqa maşın yolu da qoymuşdur. Beləliklə o, torpaq sahəsindən eni 3,3m, uzunluğu 19m olan yol vermişdir ki, bu yol sənəddə göstərilən yoldan artıqdır. Çünkü 0,054 ha torpaq almış, sənəddə də 0,05 ha-dır. Yəni hal-hazırda yol 0,0063 ha-dır, əslində isə 0,0047ha olamlıdır. Amma bu yolda olan torpaq sahəsinin əvvəlki mülkyyətçisi o olmuşdur. İndi heç birinin mülkünə aid deyil. Sənəddə də göstərildiyi kimi ümumi yoldur. Əvəz İbadovun razılığı ilə ev tikdirmişdir. Evi hasar əvəzinə torpa ğın ortasından və bir tərəfin də, hər ikisinin istifadə edəcəyi yol üçün nəzərdə tutduqları torpaq sahəsində qoymaq istəmiş, İbadov Əvəz Şamil oğlu buna razı olmuşdur. O da pəncərəsinin birini o ümumi yola tərəf qoymuş və eyni zamanda o yola bir həyət qapısı qoymuşdur ki, uşaqları bir başa əsas yola çıxmasın. Çünki o yol onların ümumi yoludur. Əgər o vaxt razılıq olmasaydı o evi, hasarın yerinə qoymazdı, həmin hissəyə pəncərə qoymazdı, özünə hasar çəkərdi. Yola düşən torpaq sahəsinin də ödənişini ondan alıb yolu tam olaraq onun mülkiyyətinə verərdi. Hər ikisi ev tikmiş, normal olaraq yaşamışlar. İllər sonra Əvəz İbadov vəfat etmişdir. O, evi tikəndə də oğlu İbad Bakı şəhərində oxuyurdu və evin necə tikdiyini görmüşdür. Bu günə qədər də heç bir etiraz bildirməmiş, heç bir problemləri olma mışdır. İbadın evi tam hazır olandan bir müddət sonra öz həyətini hasara almış və sənəddə özünə aid olan torpaq sahəsinə də darvaza qoymuşdur. Yəni atası ilə razılaşdırdıqları ümumi yol olan torpaq sahəsinə girməmişdir. Ora elə ümumi yol olaraq qalmışdır. Bu yolun digər qonşu tərəfində isə yarı tikili və uçuq hasar var idi. Onunla cavabdeh bu yoldan istifadə etmişlər. İbad maşın alana qədər həmin yolda o, öz maşınını saxlayırdı. İbad maşın alan gündən o yolda maşın saxlamamışdır. Onun həmin yolda bir qədər tikinti materialı (qum) var idi. İbad maşın alandan sonra onu da yoldan götürmüşdür. Hər şey yaxşı davam etmiş, bu günə qədər bütün bu deyilənlərə heç bir etirazı olmamışdır. Bu yarımçıq qalan yerə də şərikli hasar çəkmək barədə aralarında söhbət olmuş, amma cavabdeh ona heç nə deməmişdi r. Bir gün səhər ustanın yarımçıq tikilini sökdüyünü görmüş, səbəbini soruşduqda cavabdehin onun yerində yenidən hasar çəkəcəyini və darvazanı da halhazırda olan yerindən çıxarıb bura, yəni yolun sonuna qoyacağını öyrənmişdir. O, cavabdeh ilə bu barədə danışmışdır. Cavabdeh ona bildirmişdir ki, darvazanı söküb gətirib burdan qoyacaq. Yəni bu vaxt o sənədlərdə də qeyd olunan ümumi yolu zəbt etmiş olacaqdı. Nə qədər təkliflər etsə də cavabdeh razı olmamışdır. Hasarı da axıra qədər hörmuş, eyni zamanda darvazanın da arxasına qıfıl vurub girəndə və çıxanda da bağlayır. Bu müddət ərzində onun və ailəsinin haqlı olmağına baxmayaraq psixoloji olaraq əziyyət çəkirlər və çox narahat olurlar. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

6. Cavabdeh qanunsuz açıl mış qapının, pəncərənin bağlanması və peyk antenasının cavabdehin hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun istifadəsində olan yola açılmış qapısının bağlanması, həyətinə icazəsiz olaraq açdığı pəncərəsinin bağlanması və icazəsiz olaraq həyətinə düşən ərazidə quraşdırdığı peyk antenasının sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, atası İbadov Əvəz Şamil oğlunun tikdirdiyi fərdi yaşayış evində məskunlaşmışdır. İddiaçı 2013-cü ildə atasına zəng edərək Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivində 0,01 hektarı 3000,00 (üç min) manat olan cəmi 0,05 ha torpaq sahəsinin ümumi qiyməti 15000,00 (on beş min) manat məbləğində bütöv ol maqla satışda olduğunu bildirmiş və atası ilə birlikdə həmin torpaq sahəsinin satın alınmasını təklif etmişdir. Atası təklifi qəbul etmiş və qeyd olunan torpaq sahəsinin 0,03 ha hissəsinin atası tərəfindən, 0,02 ha hissəsinin isə İddiaçı tərəfindən alınması tərəflər arasında telefon danışığı zamanı şifahi razılaşdırılmışdır. Şifahi telefon danışığından sonra həmin torpaq sahəsinin satın alınması üçün atası Bakı şəhərinə gəlmişdir. Atası tərəfindən qeyd olunan torpaq sahəsində tikiləcək fərdi yaşayış evində onun yaşayacağı üçün o da atası ilə birlikdə həmin torpaq sahəsinə getmişdir. İddiaçı ilə görüşmüşlər. Qeyd olunan torpaq sahəsinə birlikdə baxış keçirdikdən şonra həmin torpaq sahəsinin həm atasının adına rəsmiləşdiriləcək 0.03 ha hissəsi, həm də İddiaçı adına rəsmiləşdiriləcək 0.02 ha hissəsi tərəflər olaraq aralarında müəyyənləşdirilmiş, həmçinin, hər iki tərəfin baş yola bir-birindən asılı olmayan giriş və çıxışları tərəflər olaraq aralarında dəqiqləşdirilmişdir. Həmin dövrə qədər İddiaçı Binəqədi rayonu ərazisində məskunlaşdığı özünə məxsus fərdi yaşayış evini satmış və qeyd olunan torpaq sahəsinə yaxın ərazidə kirayə məskunlaşmışdır. İddiaçı yaşayış vəziyyətinin yaxşı olmadığını və qısa müddət ərzində qeyd olunan torpaq sahəsində özünə bölüşdürüləcək ərazidə təcili ev tikməyi planlaşdırdığını qeyd etmişdir. Buna görə də həmin torpaq sahəsinin həm onların payına düşən hissəsinin, həm də özünün payına düşən hissəsinin dəyərini birlikdə toplayaraq qeyd olunan ərazinin təcili satın alınmasını bildirirdi. İddiaçı tərəfindən torpaq satışı zamanı dövlət büdcəsinə ödənilə cək vergi və digər məcburi ödənişlərdən yayınmaq üçün “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı” sənədində həmin torpaq sahəsinin əvvəlcədən razılaşdırılmış 0,03 ha hissəsinin rəsmiləşdirilməli olduğu halda 0,027 ha hissəsi rəsmiləşdirilmişdir. O cümlədən, atası tərəfindən İddiaçı torpağın 0,03 ha hissəsi üçün 9,000 (doqquz min) manat təqdim edildiyi halda, İddiaçı tərəfindən torpaq alğı-satqısı müqaviləsində 5000,00 (beş min) manat qeyd olunmuşdur. Tərəflər arasında torpaq sahəsi rəsmiləşdirildikdən sonra İddiaçı tərəfindən qısa müddət ərzində tikinti işləri aparılmışdır. Torpaq sahəsinin alğı-satqı prosesindən bir müddət sonra atası tərəfindən 2017-ci ilin sonuna kimi öz adına olan torpaq sahəsində bir mərtəbədən ibarət fərdi yaşayış evinin hiss ə-hissə tikintisi həyata keçirildi. Onlar tikinti işinə başlayan zaman İddiaçı tərəfindən özünə aid olan iki mərtəbədən ibarət fərdi yaşayış evi artıq tikilmişdir. İddiaçı atasının ona olan güvənindən, etibarından istifadə edərək onlar ilə özünə aid olan torpaq sahəsinin arasına hasar tikmədən, birbaşa olaraq hasar çəkiləcək yerdən öz evini tikmişdir. Atası isə onun bu hərəkətini görməzdən gələrək qonşuluq xatirinə ona narazıçılığını bildirməmişdir. Bir müddət sonra tikilməkdə olan öz evlərinə baxış keçirmək üçün həmin əraziyə gəlmişdir. İddiaçı özünə aid olan torpaq sahəsinə hasar çəkdiyini və onlarla məsləhətləşmədən onlara aid olan sahəyə, yəni yola qapı qoyduğunun şahidi olmuşdur. Bu zaman İddiaçı onlara aid olan torpaq sahəsinə icazəsiz qapı açmasının səbəbini soruşduqda, ona bildirmi şdir ki, narahat olmasın, bu qapını açmaqda məqsədi ailə üzvləri ilə birlikdə qohumlarıgilə müvəqqəti olaraq qarşılıqlı gediş-gəlişi təmin etməkdir. Ona bildirdikdə ki, indi qapını açdıqdan sonra gələcəkdə iddia etməsin ki, burdan onun da istifadə etmək hüququ var, o, bildirmişdir ki, qonşudular, belə vicdansızlıq etməz, o, öz evinə köçdükdən, öz ərazinə hasar çəkdikdən sonra bu qapını bağlayacaqdır. O zaman özlərinə aid olan torpaq sahəsinə hasar çəkdirməmişdilər. Qonşuluq xatirinə onlara həyətdən istifadə edərək qohumları ilə birlikdə qarşılıqlı olaraq bir-birlərinə gediş-gəlişlərinə etiraz etmirdilər. Mövcud vəziyyətin göstərdiyi kimi İddiaçı yenidən ona olan etibarlarından istifadə etmişdir. 2017-ci ilin dekabr ayından başlayaraq o, öz evində yaşamağa başlamışdır. Yaşamağa başladığı za mana qədər onlara aid olan torpaq sahəsinə hasar tikməmişdir. 2018-ci ildən davamlı olaraq öz evində yaşamağa başlamışdır. 2019-cu ildən isə öz ərazisnin bir hissəsinə hasar tikdirmişdir. Onlara aid olan torpaq sahəsinin yan tərəfi relyef baxımından əlverişli olmadığından tikdiyi hasar qəzalı vəziyyətə düşmüşdür. Özlərinə aid olan torpaq sahəsində tam olaraq hasar tikmək üçün qəzalı vəziyyətdə olan hasarın sökülməsi lazım idi. 2019-cu ildə hasar çəkdikdən sonra İddiaçı və onun qohumları qarşılıqlı olaraq birbirinə gediş-gəlişi İddiaçı baş yola çıxışını təmin edən darvazadan istifadə etdilər. Onun hasarının bir hissəsi qəzalı vəziyyətdə olduğu üçün həmin hasarı tam tikib yekunlaşdırmamışdır. 2021-ci ilin yanvar ayında hasarının qəzalı vəziyyətdə olan hissəsini sökmüş və özünə aid olan torpa q sahəsində hasarını yenidən, tam olaraq tikib yekunlaşmışdır və baş yola çıxışını təmin edən yola öz darvazasını yerləşdirmişdir. Bundan sonra Aliyev Səxavət, arvadı Süsanə və onun yuxarıda qeyd etdiyi qayınları onu təhqir etməyə, hədələrlə danışmağa başladılar. Onlar baş yola giriş-çıxışını təmin edən ərazinin şərikli olduğunu bildirirdilər. O isə qarşılığında əvvəlcədən danışıqları olduğunu, baş yola giriş-çıxışını təmin edən torpaq sahəsinə iddia irəli sürməklə onun mülkiyyət hüquqlarını pozduqlarını bildirmişdir. Torpaq sahəsini birlikdə aldıqları halda, Səxavətin baş yola giriş-çıxışı olduğu halda onun baş yola giriş-çıxışı niyə olmamalıdır və yaxud niyə şərikli olmalıdır. Yaşayış evlərinin tikintisi haqqında qaydalar var, qeyd olunur ki, hər bir evin ayrıca giriş-çıxışı olmalıdır.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2999 saylı ekspert rəyinə əsasən İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.018 ha torpaq sahəsinin 20 m2 hissəsinin Cavabdeh tərəfindən faktiki olaraq gediş-gəliş yolu kimi istifadə olunduğu müəyyən olunmuşdur.

9. Birinci instansiya məhkəməsində iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin mühəndisi Azər Əhmədov bildirdi ki, hazırki iş üzrə mübahisəli əraziyə baxış keçirilmiş, mütəxəssis rəyi hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Həmin mübahisəli torp aq sahəsinin yerləşmə vəziyyətinə görə sxem tərtib edilmişdir. Sxemdən də göründüyü kimi İddiaçı çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0.018 ha, onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.020 ha, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.0350 ha, Cavabdeh faktiki istifadəsində olan 0.0350 ha torpaq sahəsinin İddiaçı çıxarışla mülkiyyətinə verilmiş 0.0180 ha torpaq sahəsinin bir hissəsi yola düşür, cavabdeh oradan gediş-gəliş yolu kimi istifadə edir. Buradan da müəyyən edilmişdir ki, iddiaçıya çıxarışla məxsus olan torpaq sahəsinin 20 kv.metr hissəsi cavabdehin faktiki istifadəsində olan əraziyə düşür. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə düşdüyü yerində müəyy ən edilsə də, mütəxəssis qarşısında belə sual qoyulmadığından rəydə buna münasibət bildirilməmişdir.

10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-173/2022 nömrəli iş üzrə 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) ilk iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.018 ha torpaq sahəsinin 20 m2 hissəsinin Cavabdeh tərəfindən boşaldılması, Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evinə gediş-gəliş yolu kimi istifadə etdiyi yolun küçə tərəfdən qoyduğu qapının bağlanması, İddiaçı həmin ərazidən istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, qarşılıqlı iddia tələbinin əsassız olduğundan təmin olunmaması qət edilmişdir.

11. Məhkəmə m üəyyən etmişdir ki, X2 ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini İddiaçı satmışdır. Həmin torpaq sahəsi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən 0.0273 ha hissəsini İbadov Əvəz Şamil oğluna (ölmüşdür) satmışdır. Həmin torpaq sahəsi xx.xx.2013-cü il tarixdə İbadov Əvəz Şamil oğlunun adına qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər və ailələri ilə birlikdə orada yaşayırlar. İbadov Əvəz Şamil oğlunun oğlu atası Əvəz İbadovun ölümündən sonra faktiki olaraq həmin torpaq sahəsindən və üzərindəki tikilidən istifadə edir. İddiaç ının fərdi yaşayış evinin arxa divarı cavabdehin həyətyanı torpaq sahəsinin arakəsmədivarı olub, əlavə hasar çəkilməmişdir. Təqdim edilən fotoşəkillərdən və tərəflərin izahatlarından göründüyü kimi ilkin iddiaçının evinin qarşı hissəsindən küçəyə giriş-cıxışı, həmçinin evinə nisbətdə sol tərəfdən küçəyə əlavə giriş-çıxış qapısı vardır, hansı ki, həmin qapıdan qonşuluqda yaşaya qohumlarına gedişgəliş və.s məqsədlər üçün istifadə edirlər. Həmçinin iş materiallarından göründüyü kimi cavabdeh-qarşılıqlı iddiaçının həyətyanı torpaq sahəsi və evi ilkin iddiaçının evinin arxa hissəsində yerləşir, həmin evin giriş-çııxış qapısı ev tikilən vaxtdan ilkin iddiaçının evinin arxa tərəfi sol hissəsi qurtaran yerdən olmuşdur. Cavabdeh-qarşılıqlı iddiaçınin baş yoldan evinə gediş-gəliş yolu ilkin iddiaçın ın evinin və torpaq sahəsinin sol tərəfindən olmuşdur. Hansı ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2999 saylı ekspert rəyindən göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.018 ha torpaq sahəsinin 20 m2 hissəsi Cavabdeh tərəfindən faktiki olaraq gediş-gəliş yolu kimi istifadə olunur.Yəni, gediş-gəliş yolunun 20 kv.m. hissəsi ilkin iddiaçının mülkiyyətində olan 0.018 ha torpaq sahəsinin bir hissəsidir. Cavabdeh-qarşılıqlı iddiaçı həyətinə giriş-çıxış qapısının yerini dəyişib gediş-gəliş yolunun küçə hissəsinə gətirməklə, sanki ilkin iddiaçının torpaq sahəsini və evini özünün həyətinə salmış, bununla bərabər ilkin iddiaçının küçəyə əlavə çıxışını məhdudlaşdırmışdır. Hansı ki, həmin gediş gəliş yolunun bir hissəsi qeyd edildiyi kimi il kin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 20 kv.m. hissəsi olmuş, qalan hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla tərəflərin hər ikisinin istifadəsində olan yol olmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi ilkin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,018 ha torpaq sahəsinin 20 kv.m hissəsindən cavabdehin çıxarılması hissəsində əsaslı olmaqla həmin hissə cavabdeh tərəfindən boşaldılmalı, onun qeyri-qanuni qoyulmuş qapı bağlanmalı və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır.

13. Məhkəmə hesab edib ki, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh qanunsuz açılmış qapının, pəncərənin bağlanması və peyk antenasının cavabdehin hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməl idir. Belə ki, iş materiallarından göründüyü kimi mübahisələndirilən qapı-pəncərələr ev tikilən vaxtdan mövcud olmuşdur, qarşılıqlı iddiaçının atası hələ sağlığında bunu heç vaxt mübahisələndirməmişdir, həmin qapıpıəncə qarşılıqlı iddiaçının qanuni mənafelərini pozmur, habelə mübahisələndirilən peyk antenasının qarşılıqlı iddiaçıya hər hansı maneçiliyinin olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 172.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111.1, 111.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnaməsinin iddianın təmin olunmayan hissəsində dəyişdirilərək iddiasın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi sənədlərdə və ekpertizanın rəyindən açıq-aşkar görünür ki, qarşı tərəfin qeyri-qanuni zəbt etdiyi torpaq sahəsinin bir hissəsi, yəni 20m2 sənədlə ona məxsus, (onun mülkiyyəti) yerdə qalan hissəsi isə ümumi yoldur. Buna görə onun mülkiyyət hüququ qarşı tərəfdən açıq-aşkar şəkildə pozulur. Ümumi yola düşən torpaq sahəsinin bir hissəsi 20m2 sənədlə ona aid olduğu halda qarşı tərəfdən qeyri-qanini şəkildə zəbt olunub. O hissə ümumi yol olduğundan həmin hissəyə pəncərə və həyət qapısı qoyulub. Amma indi qarşı tərəf oranı öz hə yətyanı sahəsi edib, onun pəncərəsi və qapısı artıq onun həyətinə düşüb.

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ərazi deyilən yol onun tərəfindən həyətyanı sahəsinə gediş üçün nəzərdə tutulan yeganə yoldur. O, anası Maraqlı şəxs mülkiyyətində olan 0,0273 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və həmin yaşayış evinə gedən yolda həmin torpaq sahəsində yerləşir. O, iddiaçıya məxsus torpaq sahəsini heç vaxt zəbt etməyib. Qeyd edir ki, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin verdiyi rəy özlüyündə hazırkı iş üzrə ziddiyətlidir. Əvvəla ona görə ki, məhkəmə iclasında dindirilmiş mütəxəssisin izahatından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi özü faktiki olaraq naturaya uyğun deyildir və onun tikdiyi evin bir hissəsi anasının mülkiyyətində olan torpaq sahəsinə düşür. Belə olan halda həmin torpaq sahəsi üzrə İddiaçı ilkin yerquruluşu sənədləri düzgün tərtib edilməyərək, koordinatları yerində düzgün müəyyənləşməmişdir. Göründüyü kimi hazırkı rəy ziddiyət təşkil etməklə bu hal məhkəmə tərəfindən araşdırılmamışdır və təkrar ekspertiza keçirilməklə müvafiq halı araşdırılmışdır. Həmçinin anası Maraqlı şəxs torpağın mülkiyyətçisi olduğu halda işə cəlb edilməmişdir və nəticədə qəbul edilən qətnamə onun hüqularının pozulmasına səbəb olmuşdur. Digər tərəfdən məhkəmə qarşılıqlı iddiaya düzgün hüquqi qiymət verməmişdir.

19. Məhkəmə kollegiyası tər əfindən Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində tanınmışdır.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-418/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli ) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası müəyyən etmişdir ki, X2 ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini İddiaçı satmışdır. Həmin torpaq sahəsi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sah əsi 0.05 ha olan torpaq sahəsindən 0.0273 ha hissəsini İbadov Əvəz Şamil oğluna satmışdır. Həmin torpaq sahəsi xx.xx.2013-cü il tarixdə İbadov Əvəz Şamil oğlunun adına qeydiyyata alınmışdır. Tərəflər həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər və ailələri ilə birlikdə orada yaşayırlar. Cavabdeh atası Əvəz İbadovun ölümündən sonra faktiki olaraq həmin torpaq sahəsindən və üzərindəki tikilidən istifadə edir. İddiaçının fərdi yaşayış evinin arxa divarı cavabdehin həyətyanı torpaq sahəsinin arakəsmə divarı olub, əlavə hasar çəkilməmişdir. Təqdim edilən fotoşəkillərdən və tərəflərin izahatlarından göründüyü kimi ilkin iddiaçının evinin qarşı hissəsindən küçəyə giriş-cıxışı, həmçinin evinə nisbətdə sol tərəfdən küçəyə əlavə giriş-çıxış qapısı vardır. Həmçinin iş materiallarından göründüyü kimi cavabdeh-qarşılıqlı iddiaçının həyətyanı torpaq sahəsi və evi ilkin iddiaçının evinin arxa hissəsində yerləşir, həmin evin giriş-çıxış qapısı ev tikilən vaxtdan ilkin iddiaçının evinin arxa tərəfi sol hissəsi qurtaran yerdən olmuşdur. Cavabdeh-qarşılıqlı iddiaçınin baş yoldan evinə gediş-gəliş yolu ilkin iddiaçının evinin və torpaq sahəsinin sol tərəfindən olmuşdur.

22. Məhkəmə qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspert rəyindən göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.018 ha torpaq sahəsinin 20 m2 hissəsi Cavabdeh tərəfindən faktiki olaraq gediş-gəliş yolu kimi istifadə olunur.Yəni, gediş-gəliş yolunun 20 kv.m. hissəsi ilkin iddiaçının mülkiyyətində olan 0.018 ha torpaq sahəsinin bir hissəsidir. Cavabdeh-qarşılıqlı iddiaçı həyətinə giriş-çıxış q apısının yerini dəyişib gediş-gəliş yolunun küçə hissəsinə gətirməklə, sanki ilkin iddiaçının torpaq sahəsini və evini özünün həyətinə salmış, bununla bərabər ilkin iddiaçının küçəyə əlavə çıxışını məhdudlaşdırmışdır. Hansı ki, həmin gediş gəliş yolunun bir hissəsi qeyd edildiyi kimi ilkin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 20 kv.m. hissəsi olmuş, qalan hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla tərəflərin hər ikisinin istifadəsində olan yol olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia tələbi ilkin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,018 ha torpaq sahəsinin 20 kv.m hissəsindən cavabdehin çıxarılması hissəsində əsaslı olmaqla həmin hissə cavabdeh tərəfindən boşaldılmalı, onun qeyriqanu ni qoyulmuş qapı bağlanmalı və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. İddia tələbi qeyri-qanuni tikilinin sökülməsi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh qanunsuz açılmış qapının, pəncərənin bağlanması və peyk antenasının cavabdehin hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qapı-pəncərələr ev tikilən vaxtdan mövcud olmuşdur, qarşılıqlı iddiaçının atası hələ sağlığında bunu heç vaxt mübahisələndirməmişdir, həmin qapı-pəncərə qarşılıqlı iddiaçının qanuni mənafelərini pozmur, habelə mübahisələndirilən peyk antenasının qarşılıqlı iddiaçıya hər hansı maneçiliyinin olmasını təsdiq edən sübutlar təqdim edilmədiyindən qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxarkən eyni ilə birinci instansiya məhkəməsinin yol verdiyi səhvi təkrarlamış, nəticə etibarı ilə şikayətimizin dəlillərinə heç bir hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, İddiaçıYasar oğluna məxsus çıxarış müvafiq olaraq naturada düzgün çəkilməmiş, ilkin yerqurluşu sənədlərinə uyğun tərtib edilməmişdir. Belə o lan halda İddiaçı məxsus çıxarışın müvafiq olaraq faktiki olaraq yerində uyğun olmadığı halda cavabdeh tərəfindən hansı torpaq sahəsinin zəbt edilməsi məsələsindən söhbət gedə bilməz. İşin həmin halının hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyini nəzərə aldıqda məhkəmə həmin halı araşdırmadan müvafiq qərar qəbul edilməsi nəticədə qeyd edilən maddi hüquq normasının pozulmasına gətirib çıxarmışdır. İlk öncə qeyd edim ki, mübahisəli ərazi deyilən yol mənim tərəfimdən həyətyanı sahəmə gediş üçün nəzərdə tutulan yeganə yoldur. Biz anam Maraqlı şəxs mülkiyyətində olan (ilk öncə atamın İbadov Əvəz Şamil oğlunun mülkiyyətində olan) 0,0273 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmişik və həmin yaşayış evinə gedən yolda həmin torpaq sahəsində yerləşir. iddiaçıya məxsus torpaq sahəsi heç vaxt zəbt edilməmişdir. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin verdiyi rəy özlüyündə hazırkı iş üzrə ziddiyətlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdehin kassasiya şikayətinə iddiaçının etirazı daxil olmuşdur. Kassasiya şikayətində qarşılıqlı iddianın rədd edilməsi, cavabdehin zəbt etdiyi ümumi yola düşən torpaq sahəsinin boşaldılması və darvazanın sökülərək 7 il əvvəl qoyulduğu yerinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə

29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 152.1. Mülkiyyət hüququ-subyek tin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə

21. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dö vlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

32. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

33. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

34. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışını n hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız ol duğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2023-cü il tarixli 2(105)-418/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar