Məhkəmə qərarları › İş №2(107)-1943/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1943/2020

08.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1943/2020 08.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma, hasarın sökülməsi və torpaq sahəsinə olan müdaxilələrə son qoyulması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-313/2020 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olub, ünvan 1 ünvanında yerləşən 0,0184 hektar həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, cavabdehlər tərəfindən torpaq sahəsinə olan müdaxilələrə son qoyulması, cavabdehlər tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş şifer hasarın cavabdehlərin hesabına sökülərək mülkiyyətində olan torpaq sahələrinin sərhəddində inşa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun və 0, 40 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2 (075)-313/2020 nömrəli (E.Mehdiyev) qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma, hasarın sökülməsi və torpaq sahəsinə olan müdaxilələrə son qoyulması tələbinə dair 2(075)-313/2020 nömrəli mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayət verərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-313/2020 nömrəli qərardadını ləğv edərək, işə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayəti onunla əsaslandırmışlar ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-313/2020 nömrəli qərardadının ləğv olunmasını, mülki işə DƏDRX-nin X2 mütəxəssislərinin dəvət olunaraq mülki işin icraatının davam etdirilməsinin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2 (075)-313/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 şikayəti müdafiə edərək sonda birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və mülki işin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayətəbaxılmasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh2 rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayət ərizələrini işdə iştirak edən cavabdehin izahatı və işdə olan sənədlərlə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-313/2020 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi və iş üzrə rəy alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müvafiq ekspert rəyinin verilməsi mümkün olmadığından xx xxxx 2020-ci il tarixli məlumat əsasında Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2 (075)-313/2020 saylı qərardadı icra edilmədən geri qaytarılmışdır. Lakin, birinci instansiya məhkəməsi mülki proses tərəflərini dinlədikdən və iş materiallarını araşdırdıqdan sonra hesab etmişdir ki, iş üzrə obyektiv yekun məhkəmə qərarının çıxarılması üçün İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid 184 kvadrat metr torpaq sahəsinin hər hansı bir hissəsinin qonşu torpaq mülkiyyətçiləri və ya digər şəxslər tərəfindən zəbt edilibedilməməsi, həmçinin, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olan evi və torpaq sahəsi istiqamətində şifer hasarın inşasında tikinti norma və qaydalarına riayət edilib-edilməməsi müəyyən edilməlidir. Həmin məsələlərin araşdırılması üçün xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmalı, ekspertizanın aparılması “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ekspertlərinə həvalə edilməli və mülki işin icraatı ekspert rəyi alınana kimi dayandırılmalıdır. İş üzrə icraatı dayandırmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işin icraatını dayandırır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraat dayandırılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Şərh olunanlara əsasən, apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)- 313/2020 nömrəliqərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-313/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar