Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2877/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X5 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-494/2023 nömrəli, 2023-cü il 30 mart tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 2023-cü il 12 sentyabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 İddiaçı (bundan sonra - iddiaçı) X16in arvadıdır. Cavabdeh3 Cavabdeh1 atasıdır. Cavabdeh2 Xocavənd rayonu 320 ailəlik qəsəbə ərazisində yerləşən hərbi hissəsində xidmət etmiş, sonradan xidmətdən azad edilmiş hərbçi qulluqçudur.
2. Cavabdeh1 2022-ci il 8 sentyabr tarixində planlı şəkildə Cavabdeh2 qoşularaq ər evini tərk etmiş, Bakı şəhərinə yollanmış, bir müddət kirayədə birlikdə yaşadıqdan sonra atası Cavabdeh3 onlarla Bakı şəhərində digər qızının evində görüşmüş, onları götürüb Beyləqan rayonuna gətirmişdir.
3. Hadisədən sonra iddiaçının digər qardaşı xxx, həmçinin xxxnın əri X18 Vəliyevadan evdəki pulu aparması; Cavabdeh2 Cavabdeh3 onu döyməsi; Cavabdeh1 isə əri xxx Məmmədovdan işgəncələrə məruz qalıması, balta ilə hədələn məsi, intihara cəhd etməsi ilə bağlı polisə şikayət ərizəsi ünvanlamışlar.
4. Həmin şikayətlər üzrə 2022-ci il 7 oktyabr tarixdə Xocavənd Rayon Polis Şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarla X6 Cavabdeh1 ilə arasında olan pul mübahisəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir.
5. Cavabdeh1 Xocavənd Rayon Polis Şöbəsində 2022-ci il 09 sentyabr tarixdə yazdığı izahatında göstərmişdir ki, o, evdən çıxarkən özünə məxsus bir ədəd (qızıl) üzərində bir ədəd birliyant qaş olan qızıl üzük, bir cüt qızıl sırğa, bir neçə ədəd plastik əşyadan olan bəzək əşyası, özünə məxsus nağd şəkildə 130 manat pulu və geyim əşyalarını götürmüşdür. Bundan ba şqa o, evdən heç bir əşya və pul göturməmişdir. Təxminən 4-5 gün əvvəl xxx ona rəngli sellofan paketdə icərisində 3 ədəd (10000 manatlıq) pul bağlaması vermiş, həmin vaxtı o pulu saymamış və xxxə pulu seyfə qoymağını dedikdə, sonuncu pulu seyfə qoymamağını, pulu başqa yerə qoymağını demiş və o, da mətbəxdə mebelin üzərində olan qutunun içərisində qazana qoymuşdur. Pulun yerini isə xxxə bildirmişdir. Evdən könüllü olaraq hec bir təyziq və şantaj olunmadan getmiş, ona hər hansı bir şəxs fərdi və ya fiziki zor tətbiq edilməmişdir.
6. Cavabdeh2 2022-ci il 09 sentyabr tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatında göstərmişdir ki, Cavabdeh1 təxminən 20 gündür tanıyır. xxx ilə aralarında sevgi münasibətləri yaranmış və onlar danışmağa başlamışlar. Telefonla danışdıqda xxx ona ailəsind ə problem olmasını və ayrılmasını demiş, Bakı şəhərində yaşayan bacısının evinə getmək istəməsini və ona maşın tapmasını demişdir. Bakı şəhərinə yollandıqdan sonra özlərinə kirayə ev tapmış və o, kirayə üçün 200 manat pul ödəmişdir. Evi kirayə tutuqdan sonra xxx ilə evdə olarkən xxxnin atası zəng edərək, bacısıgilə getməsini demiş, həmin gün axşam saatlarına qədər kirayə tutduqları evdə qaldıqdan sonra xxxnin bacısının Binəqədi rayonunda yaşadığı evə getmişlər. Həmin vaxtı orada xxxnin atası və bir neçə qohumu olmuşdur. xxxnin atası və başqa şəxslər onu döymüş, bir neçə saat sonra oradan onlara məxsus avtomobillə yenidən Beyləqan rayonuna gəlmişlər. xxx onunla gedərkən onun üzərində 30.000 manat pul olmasını bilməmiş, əvvəldən ona bu barədə məlumat verməmişdir. xxxnin bacısının evində atas ı xxx tərəfindən döyüldükdən sonra atası ilə onun qardaşı, adını bilmədiyi şəxs danışarkən eşitmişdir ki, həmin pulu xxxdən atası xxx götürmüşdür.
7. Cavabdeh3 2022-ci il 13 sentyabr tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatına göstərmişdir ki, 2022-ci il 08 sentyabr tarixdə saat 03 radələrində qızının qaynı xxx onlara gələrək qızının evdən getdiyini, evlərindən qızıl və 30.000 manat pul apardığını bildirmişdir. Bundan sonra qızı olduğu yer barədə məlumat vermiş və xxxyə Bakı şəhərində yaşayan digər qızı xxxin evinə getməsini, ordan gedib gətirəcəyini demişdir. Təxminən saat 23 radələrində qızı xxxin Bakı şəhərində evinə getdikdə xxx və qızının qoşulub qaçdığı xxx adlı şəxs orda olmuş, qızının qoşulub qaçdığı xxx adlı şəxsi hirsli olduğu üçün döymüşdür. Bununla bağlı Beyləqan R PŞ-də araşdırma aparılır. Qızını Bakı şəhərindən gətirməyə gedən zaman qızının və xxxin üzərində hər hansı pul və ziynət əşyası olmamışdır. Orada olarkən qızından pul götürüb-götürmədiyini soruşduqda, qızı evdən pul götürmədiyini demişdir. Cavabdeh2 tamamilə yalan deyir, qızı xxx həyat yoldaşı xxxin evindən pul götürməmiş və həmin pul onda deyildir.
8. İddiaçı 2022-ci il 01 oktyabr tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatına göstərmişdir ki, o, 2022-ci il 04 sentyabr tarixdə Beyləqan rayonu ərazisində avtomobil almaq və qardaşları ilə görüşmək üçün həyat yoldaşı və qızı ilə birgə rayona getmiş, gedən zaman avtomobil almaq üçün üzərində 30.000 manat pul götürmuşdur. Beyləqan rayon ərazisində olan “Prado” markalı avtomobilə baxış keçirən zaman avtomobilin zərbəsi olduqu üçün a lmaq qərarından daşınmış və həmin gün axşam saatlarında X16ə pulu saxlaması üçün vermişdir. Rayon ərazisində qohumları çox olduğu üçün ailə üzvləri ilə birgə rayon ərazisində təxminən iki-üç gun qalmağı planlaşdırmışdır. Rayonda qaldığı müddət ərzində ailə üzvləri ilə birgə qardaşı X9 rayon 500 ailəlik qəsəbə ərazisində yerləşən evində qalmış və 30.000 manat pulu qardaşında olduğu üçün yoxlamamışdır. Qardaşının həyat yoldaşı Cavabdeh1 08 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı evi tərk etmiş və bu barədə qardaşı xxxə mesaj yazmışdır. X1 üçün verdiyi 30.000 manat pulu həyat yoldaşı Cavabdeh1 apardığını aşkarlamışdır. Qardaşının ailəsində baş vermiş hadisə ilə əlaqədər olaraq digər qardaşı X12 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və Cavabdeh1 evdən 30.000 manat pul apardığını bildirmişdir. Baş vermiş hadisədən sonra 11 sentyabr 2022-ci il tarixdə yaşadığı Sumqayıt şəhərinə geri qayıtmış və X16 saxlamaq üçün verdiyi 30.000 manat pulu geri qaytarmamışdır. Beyləqan rayon ərazisində X16ə saxlaması üçün üç ədəd yüz manatlardan ibarət 10.000 manatlıq pul bağlaması salafan paketdə vermişdir. O, rayonda qaldığı üçün pulu saxlamağa yeri yox idi və X16in evində qaldığı üçün pulu saxlaması üçün ona vermiş, lakin pulun saxlandığı yeri bilməmişdir. Qızının onda pul olmasından heç bir xəbəri olmamış və onun qızına heç bir pul verilməmişdir. 9. +994-51-704-63-14 telefon nömrəsi ilə yazışmada sözügedən nömrə tərəfindən yazılmışdır: “Senetkar pul atamdadi. Allahqi men ona dedim gel verək. Dedi seni asasar. Oldurerem yandirama... Duru ama deyesen arada xercliy. Mende istemirem qurtarsın. X19 axdaram tapmiram. Götürüb istəyrem verem menfiyete. Yox o pul senidi.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra “iddiaçı”) Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1n, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 30000 manat məbləğində pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi belə əsaslandırılmışdır ki, xxxnin evdən qaçmasını həm bacısı, həm də əvvəlcədən atası, iş üzrə Cavabdeh3 da bilmiş və hətta qızına bu işdə bildiyi qədər dəstək olmuşdur. Belə ki, hadisənin səhəri gün onlara məlum olmuşdur ki, xxx evdən qaçarkən evdə olan bütün qiymətli qızıl-zinyət əşyaları, o cümlədən evdə xxxin azyaşlı 2 qızına hədiyyə edilmiş qızıl boyunbağları, sırğa ları, habelə xxxin oğluna hədiyyə edilmiş bilərziyi evdən götürmüşdür. Bundan əlavə, Cavabdeh1 evdən çıxarkən, evdə iddiaçıya, məxsus hadisədən bir neçə gün öncə iddiaçının qardaşı xxxə müvəqqəti saxlamaq üçün əmanət olaraq verdiyi 30.000 manat pulu da özü ilə götürmüşdür. Bütün bunlar barədə iş üzrə cavabdehlər Cavabdeh3 və xxx Allahveridyevin məlumatı olmuşdur. Belə ki, həmin pul xxx tərəfindən götürüldükdən sonra, xxx ilə birlikdə taksi ilə Bakıya gedərkən yolda xxxə verilmişdir. Daha sonra isə, həmin pulu xxx, xxxdən alaraq özündə saxlamışdır.
12. İşin yuxarıda qeyd olunan halları, həmçinin adı çəkilən şəxslərin qanunsuz əməlləri nəticəsində iddiaçıya məxsus pulların gizli yolla cavabdehlərin sahibliyinə və istifadəsinə keçirməsi faktı üzrə bütün hallar Xocavənd Rayon Polis Şöbəsində a raşdırılmış və bu hallar barədə polisdə olan müvafiq materialda həmin şəxslərin verdiyi izahatlarla və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır.
13. Eyni zamanda xxx tərəfindən evdən götürülən 30.000 manat pul həqiqətən iddiaçıya məxsus olumuş və müvəqqəti saxlanılması üçün hadisədən bir neçə gün öncə qardaşı xxxə verilmişdir. Həmin pul qardaşı xxxin evində saxlanmışdır. Həmçinin həmin pulların bir hissəsini - 20.000 manatı iddiaçı ilə avtomobil ticarəti ilə məşğul olan Sumayıt şəhərində yerləşən avtosalonda işləyən yaxın tanışları və şəriki olan X10 və X2 borc olaraq almışdır. Ümumi məbləğin 10.000 manat hissəsini isə iddiaçı əvvəllər bankdan kredit yolu ilə götürmüşdür.
14. Beləlikə, rayona gedərkən iddiaçı özü ilə 30.000 manat pul götürmüş və rayonda qardaşı xxxin evində ona mü vəqqəti saxlamaq üçün vermiş və bu barədə qardaşı arvadı Cavabdeh1 da xəbəri olmuşdur. Çünki bütün danışıqlar evdə onun yanında aparılmış və pulu qardaşına verən zaman xxx görmüşdür. Bir sözlə hər üç cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya məxus olan 30.000 manat pul qanunsuz olaraq həmin şəxslərin sahibliyinə və istifadəsinə keçmişdir.
15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrinə istinad etmişdir.
16. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izihatında göstərmişdir ki, həyat yoldaşının əsl adı xxx olsa da, ləqəbi Sənətkar olduğundan çox adam onu Sənətkar adı ilə tanıyır. Onların aralarında müxtəlif vaxtlarda müxtəlif səbəblərdən ailə daxili münaqişələr baş verdiyindən bir neçə dəfə atası Cavabdeh3 evinə getmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının 3-4 arası həyat yoldaşı xxxin qardaşı xxx ailə üzvləri ilə birlikdə onun yaşadığı Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən 12 nömrəli evə qonaq gəlmiş, həmin vaxtı əri xxx sellofan paketdə içərisində 3 ədəd 10.000 manatlıq pul bağlaması vermiş, həmin pulu saymamış və pulu seyfə qoymağı əri xxxə demişdir. xxx isə pulu başqa yerə qoymağı demiş, o da pulu mətbəxdə mebelin üzərindəki qutunun içərisində olan qazana qoymuş və pulun yerini əri xxxə bildirmişdir. Bir neçə müddət əvvəl xxx adlı şəxslə tanış olmuş və 07 sentyabr 2022ci ıl tarixdən 08 sentyabr 2022-ci il tarixə keçən gecə saat 01 radlərində həyat yoldaşı xxxdən qisas almağı üçün xxxə onu Bakı şəhərinə aparmağı xahiş etmişdir. Evdən gedərkən özünə məxsus olan bir ədəd qızıl üzüyünü, həmçinin bir cüt qızıl sırğasını və təxminən 180-190 manat pulu özü ilə götürmüşdür. O, 08 sentyabr 2022-ci il tarixdə gecə saatlarında yaşadığı evdən çıxana qədər həmin pul mətbəxdə mebelin üzərindəki qutunun içərisində olan qazanda olmuş və oradan pulu götürməmişdir. Evdən pul götürmək niyyəti olsaydı yaşadıqları evin zirzəmisində ərinə məxsus seyfin içərisində təxminən 100.000 manatdan çox pul olmuşdur, həmin pulları götürərdi.
17. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddiaya etiraz olaraq göstərib ki, qızı xxx ailə qurandan sonra onlara maddi köməklik etmiş və qızının əri xxxə 45.000 dollar məbləğində təmənnasız pul vermişdir. Qızının tapılması üçün mobil nömrəsinə dəfələrlə mesaj yazıb onu bağışlayacağını bildirmişdir. Bundan sonra qızı ona olduğu yer baradə məlumat vermiş və q ızı xxxyə Bakı şəhərində yaşayan digər qızı xxxin evinə getməsini, ordan gəlib gətirəcəyini demişdir. Təxminən saat 23 radələrində qızı xxxin Bakı şəhərində yerləşən evinə getdikdə qızı xxx və xxx adlı şəxsin orada olduğunu görmüşdür. Hirsli olduğu üçün xxxi döymüşdür. Daha sonra qızını və xxxi götürərək Beyləqan rayonuna gətirmişdir. Lakin qeyd edilən 30.000 manat pul vəsaitindən xəbəri olmamış və xxx ona pul verməmişdir.
18. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddiaya etirazında bildirib ki Cavabdeh1 ilə təxminən avqust ayının ortalarında tanış olmuşdur. O, 2022-ci il 08 sentyabr tarixində saat 02 radələrində Cavabdeh1 götürüb Bakı şəhərinə yola düşmüşdür. Bakı şəhərinə gedərkən, xxx özü ilə təxminən 6-7 ədəd böyük tutumlu çantalar götürmüşdür. Ancaq onun xxxnin üzərində 30.000 man at pul olması barədə məlumatı olmamış və əvvəlcədən ona bu barədə məlumat verməmişdir. Bakı şəhərinə gedərkən onun kartında 1.200 manat, üzərində isə 54 manat pul olmasına baxmayaraq, taksinin pulunu xxx vermişdir. Onlar təxminən səhər tezdən saat 06 radələrində Bakı şəhərində 20 Yanvar dairəsi adlanan ərazidə düşüb xxxnin bacısının Binəqədi rayonunda yaşadığı evə getmiş, həmin vaxtı orada xxxnin atası və bir neçə qohumu olmuşdur. xxxnin atası xxx onu döydükdən sonra yarı huşsuz vəziyyətdə olmuş, həmin vaxt onlar danışarkən xxxnin atası xxx pulun onda olmasını və qaytarmayacağını eşitmişdir. Lakin həmin pulun nə qədər olması və kimə məxsus olması ona məlum olmamışdır. Belə ki, həmin vaxt o, döyüldükdən sonra üst-başı qana batdığından ona əynini dəyişmək üçün yeni paltar verilmiş və bu za man 1.254 manat pulunun olmadığını görmüşdür. Bundan sonra onlar xxxnin atası ilə birlikdə Beyləqan rayonuna gəlmiş, maşından düşəndə ona 54 manat pul verilmiş və qalan pulu isə ona qaytarmamışlar. O, Beyləqan rayonuna gəldikdən sonra döyülməsi və pulunun götürülməsi barədə 102 xidmətinə məlumat vermişdir. Hazırda qeyd etdikləri ilə bağlı polis şöbəsində araşdırma aparılır və onun pulu qaytarılmışdır. İddiaçının tələb etdiyi 30.000 manat pulun kim tərəfindən götürülməsi barədə onun heç bir məlumatı olmamış, xxx ona bu barədə heç nə deməmiş və ona hər hansı məbləğdə pul verməmişdir.
19. Birinci instansiya məhkəməsində şahid X15 göstərmişdir ki, iş üzrə tərəfləri tanımır. Tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. Belə ki, o, Beyləqan rayonunun Tatalılar kəndində yaşayır və fərdi əməklə məşğ ul olur. Ehtiyacı olduğu üçün özünə məxsus “Toyota Prado” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün internetdə elan vermişdir. Təxminən 2022-ci ilin sentyabr ayının 4-də tanımadığı sonradan adını öyrəndiyi xxx adlı şəxs ona zəng vuraraq, istifadəsində olan maşını almaq fikrinin olmasını və görüşüb maşına baxmaq istədiyini bildirmişdir. O, da, razılaşmış və həmin günü Beyləqan şəhəri ərazisində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsində xxxlə görüşmüşdür. Maşına baxdıqdan sonra xxx maşını sonu neçəyə satacağını soruşmuş o, isə avtomobili sonu 33.000 manata satdığını bildirmişdir. Həmin vaxt xxx telefonla kiməsə zəng vurmuş nə danışdığını bilməmiş, sonra ona 30.000 manat pulunun olduğunu bildirmişdir. O, isə 33.000 manatdan aşağı verməyəcəyini demişdir. Bundan son ra xxx bir neçə gün rayonda qalacağını və əgər razılaşsa ona zəng vurmağı xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsində şahid X3 göstərmişdir ki, İddiaçı xalasının nəvəsidir, cavabdehləri isə tanımır. Tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. O, qardaşı Yavərlə birlikdə Sumqayıt şəhərində şərikli maşın alveri ilə məşğul olur. İddiaçı əvvəllər çevik polis alayında işləmiş və hazırda təqaüddədir. Təxminən 2-3 il əvvəl xxx təqaüdə çıxdıqdan sonra onlarla şərikli maşın alveri ilə məşğul olmağa başlamış və birlikdə maşın alıb sataraq, əldə etdikləri gəliri aralarında bərabər şəkildə bölürlər. Təxminən 2022-ci ilin sentyabr ayının 1-2-ci xxx internetdə paylaşılmış elanlardan Beyləqan rayonunda “Toyota Prado” markalı avtomaşının 33.000 manata satışa çıxarıldığını öyrənmişdir. Həmin avtomaş ını almaq üçün Beyləqan rayonuna getmək istədiyini və ona 20.000 manat borca pul verməsini xahiş etmişdir. Bundan sonra onlar məsləhətləşmiş və avtomaşını əgər 30.000 manata alsa fayda götürə biləcəyini demişdir. Bu məqsədlə də, o və qardaşı Yavər hər biri 10.000 manat pul düzəldib xxxə borc pul vermişlər. Sentyabr ayının 4-ü xxx Beyləqan rayonundan onlara zəng edərək, avtomobilin sahibinin 33.000 manatdan aşağı vermədiyini bildirdikdə, onlar xxxə 30.000 manatdan yuxarı razılaşmamasını demişlər. Bir neçə gün keçdikdən sonra xxxdən bir xəbər çıxmadığı üçün ona zəng edib nə vaxt gələcəyini soruşduqda, xxx başlarına iş gəldiyini, 30.000 manat pulun oğurlandığını və bununla bağlı polisə müraciət etdiklərini söyləmişdir. Daha sonra sentyabr ayının ortalarına yaxın xxx Sumqayıt şəhərinə qayıtmış, baş vermiş hadisəni təfərrüfatı ilə ona və qardaşına danışaraq bildirmişdir ki, pulu saxlanması üçün qardaşı xxxə vermiş, o, isə həmin pulu evdə saxlaması üçün arvadına vermişdir. Sentyabr ayının 7-8-nə keçən gecə qardaşı arvadı 30.000 manat pulu və bir neçə qızıl-zinət əşyalarını götürərək evdən çıxıb getmiş, bununla bağlı Xocavənd Rayon Polis Şöbəsinə müraciət etdiklərini və hazırda araşdırma aparıldığını bildirmişdir.
21. Birinci instansiya məhkəməsində şahid X10 da qardaşı X3 ilə eyni məzmunda ifadə vermişdir.
22. Birinci instansiya məhkəməsində şahid X11 göstərmişdir ki, İddiaçı qardaşı, Cavabdeh1 arvadı, Cavabdeh3 qaynatasıdır. Digər Cavabdeh2 isə tanımır. Böyük qardaşı İddiaçı Bakı şəhərində çevik polis alayında işləmiş və Sumqayıt şəhərində məskunlaşıb yaşayır. xxx təqaüdə çıxdıq dan sonra Sumqayıt şəhərində maşın alveri ilə məşğul olur. O, 2007-ci ildə Cavabdeh1 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. 02 sentyabr 2022-ci il tarixdə axşam saatlarında böyük qardaşı xxx ailə üzvləri ilə birlikdə onun yaşadığı Beyləqan ərazisində salınmış Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən 12 nömrəli evə gəlmişdir. xxx rayona gələndə adətən onun evində qalır. xxx gələndə bildirmişdir ki, internetdə Beyləqan rayonunda “Toyota Prado” markalı avtomaşının 33.000 manata satışa çıxarıldığı paylaşılmış və həmin avtomaşını almaq üçün Beyləqana gəlmişdir. Sentyabr ayının 04-də xxx Beyləqan rayonunda maşına baxmış və qiymətdə razılaşmadıqlarına görə alveri baş tutmamışdır. Həmin gün xxx bir neçə gün rayonda onlarda qalacağı üçün maşının pulu ola n 30.000 manatı saxlamağı xahiş etmişdir. O, da, xxxin maşın almaq üçün gətirdiyi pulu sellofan paketdə içərisində 3 ədəd 10.000 manatlıq bağlamanı xxxyə saxlaması üçün vermişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən qardaşı xxxin arvadı Səadət xxxnin evdə olmadığı üçün ona demədən evin həyətini axtarmış, evdə olmadığını bilmiş və saat 03 radələrində ona xxxnin evdə olmadığını demişdir. Yuxudan oyanandan sonra telefonda interneti açmış və xxxnin evdən getməsi barədə ona mesaj yazdığını görmüşdür. xxx evdən gedən zaman özünə məxsus olan qadın paltarlarını apardığı üçün qızıl və pul olan yerlərə baxmış və heç birinin yerində olmadığını aşkar etmişdir. Bu barədə xxxnin atası Ruzigar Məmmədova məlumat vermiş və xxxnin yazdığı mesajları göstərdikdən sonra qızı Səhanə anasının ***-***- **-** saylı mobil nömrə ilə olan danışığı barədə məlumat vermiş və həmin nömrənin Cavabdeh2 məxsus olması onlara məlum olmuşdur. Həmin vaxt qaynatası Cavabdeh3 xxxi tanıyaraq, yaxınlıqda olan hərbi hisssədə xidmət etdiyini bildirmişdir. Təxminən saat 17 radələrində xxx xxx ilə xxxin Bakı şəhərində, qızı xxxin evində olduqlarını bildirmişdir. 09 sentyabr 2022-ci il tarixdə Rüzigar Bakı şəhərinə qızı xxxgilə getmiş və ona zəng edərək, xxxi tapdığını bildirmişdir. Bundan sonra elə həmin gün xxx qızı xxxni öz evinə gətirdiyi barədə məlumat vermişdir. 10 sentyabr 2022-ci il tarixdə xxx ona zəng edərək, nə istədiyini soruşduqda, o, xxxni və onun evdən apardığı pulu istədiyini bildirmişdir. Bu zaman xxx təhqiredici sözlər işlədərək, pulu aparıb Daxili İşlər Nazirliyinə verəcəyini bildirmişdir. Bu ndan sonra Xocavənd Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xxxnin qardaşına məxsus 30.000 manat pulu apardığını və həmin pulun geri qaytarılmasını xahiş etmişdir. xxx polis şöbəsində yazdığı izahatında qardaşı xxxin ailə üzvləri ilə birlikdə onun yaşadığı evə qonaq gəlməsini, həmin vaxtı ona sellofan paketdə içərisində 3 ədəd 10.000 manatlıq bağlaması verməyini, həmin pulu mətbəxdə olan mebelin üzərində olan qutunun içərisində olan qazana qoymasını bildirmişdir. Bir neçə gün əvvəl Cavabdeh1 istifadəsində olan (051)-704-63-14 mobil nömrəsindən “Teleqram” proqramı vasitəsilə onun istifadəsində olan (050)-749-49-49 mobil nömrəyə yazaraq onu bağışlamasını, onunla barışmasını və evdən apardığı 30.000 manat pulun atası Cavabdeh3 olduğunu və pulun bir hissəsinin xərcləndiyini bildirmişdi r.
23. İddiaçı məhkəməyə sübut qismində +994-51-704-63-14 telefon nömrəsi ilə X16in yazışmalarını təqdim edərək həmin nömrənin Cavabdeh1 məxsus olduğunu bildirmişdir. Həmin yazışmalara görə Cavabdeh1 yazır: “Senetkar pul atamdadi. Allahqi men ona dedim gel verək. Dedi seni asasar. Oldurerem yandirama... Duru ama deyesen arada xercliy. Mende istemirem qurtarsın. X19 axdaram tapmiram. Götürüb istəyrem verem menfiyete. Yox o pul senidi.”
24. Cavabdeh1 2022-ci il 8 dekabr tarixli məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, sözügedən mobil nömrəni istifadə edir. Bir neçə gün əvvəl əri xxx ilə barışmaq üçün “Teleqram” proqramı vasitəsilə əlaqə saxlamışdır. O, xxxə barışmağı təklif etmiş, xxx onu qəbul etmədiyini bildirmişdir. xxxə bildirmişdir ki, pul onda yoxdur.
25. Xoca vənd Rayon Məhkəməsinin 2(069)-219/2022 saylı, 2022-ci il 19 dekabr tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim İlqar Əliyev)
26. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xxx tərəfindən Cavabdeh1 saxlaması üçün qardaşı İddiaçı məxsus 30.000 manat pulun verilməsi və pulun mövcudluğu barədə xəbəri olması, gecə vaxtı ailə üzvlərindən heç kimə xəbərdarlıq etmədən evdən getməsi, sonradan həmin pulun atası Cavabdeh3 olması və bir hissəsinin atası tərəfindən xərclənməsini etiraf etməsi o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya məxsus olan 30.000 manat pul Cavabdeh1 tərəfindən götürülmüşdür.
27. Birinci instansiya m əhkəməsi göstərib ki, məhkəmə iclasında iddiaçıya məxsus 30.000 manat pulun Cavabdeh1 tərəfindən götürülməsi öz təsdiqini tapmış, lakin xxx tərəfindən 30.000 manat pulun atası Cavabdeh3 verilməsi, pulun Cavabdeh3 olması və onun tərəfindən xərclənməsi məhkəmə iclaslarında təsdiq olunmamışdır. Eyni zamanda məhkəmə iclasında iddiaçıya məxsus 30.000 manat pul vəsaitinin Cavabdeh1 tərəfindən digər Cavabdeh2 verilməsi barədə iddiaçı tərəfindən mötəbər sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 135.1, 152.1,157.2, 157.4, 425.1, 1091.1 və 1091.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
29. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamışdır. Hər üç cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya məxsus 30000 manat pul cavabdehlərin sahibliyinə keçmişdir.
31. Cavabdeh1 da qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılma mış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
33. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-494/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilən hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Samir Mayılov)
34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi göstərilən sübutlar əsasında iddia tələbinin qismən əsaslı olması, yəni iddiaçının tələb et diyi pul vəsaitinin Cavabdeh1 xxx qızı tərəfindən 08 sentyabr 2022-ci il tarixdə gecə vaxtı yaşadığı evdən gedərkən özü ilə aparılması qənaətinə gəlmişdir. Halbuki həmin sübutlar ayrı-ayrılıqda tədqiq edildikdə, bu nəticə görünmür.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı avtomaşın almaqdan ötrü üstündə olan pulu saxlaması üçün X16ə, sonuncunun da Cavabdeh1 verməsini bildirmiş, şahid qismində dindirilmiş xxx də bunu təsdiq etmiş, həmçinin Cavabdeh1 həmin pulu mətbəxdə mebelin üstündəki qutunun içində olan qazana qoymasını bildirmiş, şahid qismində dindrilmiş X15 özünə məxsus “Toyota Prado” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı İddiaçılə danışıq aparmasını, X3 ilə X10 elanda qeyd edilmiş “Toyota Prado” markalı avtomobili alması üçü n İddiaçı hər birinin 10000 manat borc pul verməsini bildirmişlər. Göründüyü kimi bu izahatlar yalnız İddiaçı avtomobil alması üçün 30000 manat pulun üstündə olmasını, həmin pulu saxlaması üçün X16ə verməsini, sonuncunun da qeyd olunan pulu saxlaması üçün Cavabdeh1 verməsini, onun da pulu mətbəxdə qutuda olan qazanın içinə qoymasını müəyyən etməyə imkan verir. Göstərilən izahatların heç birində Cavabdeh1 göstərilən pul vəsaitini evdən gedərkən özü ilə aparması birbaşa təsdiq olunmur.
36. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, xxxin məhkəmədə verdiyi izahatında qaynatası xxx Məmmədovun telefon danışığı zamanı pulu Daxili İşlər Nazirliyinə verəcəyini bildirməsini xxx Məmmədov təsdiq etməmiş və bu xüsusat hər hansı bir sübutla təsdiq edilməmişdir. xxxin izahatında qeyd olunan, sonrad an Cavabdeh1 “Teleqram” proqramı vasitəsi ilə ona evdən apardığı 30000 manat pulun atasında olması və həmin pulun bir hissəsinin xərclənməsini bildirməsi də hər hansı sübutla öz təsdiqini tapmır. Hətta o, hadisədən sonra Polis Şöbəsinə verdiyi nə ərizəsində, nə də izahatında bu xüsusatı qeyd etməmişdir. Halbuki həmin xüsusat pulun Cavabdeh1 olmasını göstərən əsas amil idi və belə hal olmuş olsaydı, xxxin polis şöbəsinə verdiyi ərizə və izahatında həmin xüsusut da göstərilərdi. Lakin onun ərizə və izahatında qeyd olunan xüsusatdan bəhs olunmaması əslində həmin halın olmamasını göstərir. Birinci instansiya məhkəməsi qətnamədə belə məzmunlu teleqram yazışmasına istinad etsə də, iş materialında bunu təsdiq edən heç bir yazışma yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsinə görə xxxin bir n eçə gün əvvəl Cavabdeh1 istifadəsində olan (051)-704-63-14 mobil nömrədən “Teleqram” proqramı vasitəsilə onun istifadəsində olan (050)-749-49-49 mobil nömrəyə yazaraq onu bağışlamasını, onunla barışmasını və evdən apardığı 30000 manat pulun atası Cavabdeh3 olduğunu və pulun bir hissəsinin xərcləndiyini bildirməsi də iddianın təmin olunması üçün əsas kimi qəbul oluna bilməz. Əvvəla, yazışmada, ümumiyyətlə, 30000 manat puldan söhbət edilmir, ikincisi, həmin yazışmada “senetkar pul atamdadı” yazılsa da həmin pulun 30000 manat pula aidiyyatı olub-olmaması müəyyən edilmir, üçüncüsü yazışmalar aparılan (051)-704-63-14 telefon nömrəsinin Cavabdeh1 məxsus olması da, iş materialları ilə sübut olunmur. Dördüncüsü isə, qeyd olunan yazışmalar istənilən şəxs tərəfindən teleqram vasitəsilə başqa yolla d a, aparıla bilər. Belə ki, telefonda adlar siyahısında şəxsin adı əvəzinə onun mobil telefon nömrəsinin yazılması, əslində, mesajların həmin nömrədən deyil, həmin nömrə adı altında digər nömrədən gəlməsi mümükündür. Məhz bu səbəbdən də, cavabdehin nümayəndəsi və vəkili Quliyev Vəkil Yelmar oğlu birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək, bu halın təsdiq olunması üçün yazışmaların aparıldığı telefonun məhkəməyə gətirilməsini tələb etmiş, lakin məhkəmə bu vəsatətlə bağlı araşdırma aparmamış, ümumiyyətlə, vəsatətə hüquqi qiymət verməmişdir. İddiaçı, isə bu halın əksini təsdiq edən sübutları təqdim etməmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halın araşdırılması üçün hər hansısa bir zərurət görməmiş və bunu onunla əsaslandırmışdır ki, aparılan araşdırma əlavə sü but toplamağa yönəldiyindən, bu, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərini pozmuş olar. Bu isə birinci instansiya məhkəməsinin sübutlara düzgün istinad etməməsini göstərir. Nə Cavabdeh1 ilə gedən Cavabdeh2, nə onları aparan taksi sürücüsü X7, nə də onları qızının evində tapmış Cavabdeh3 izahatlarından görünür ki, onlar Cavabdeh1 30000 manat pul olmasını bilməmiş, belə bir pul vəsaitini onda görməmişlər.
39. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Cavabdeh1 evdən gedərkən apardığı qızıl-zinyət əşyaları özünə məxsus olmaqla onun xxxə məxsus hər hansı əşyanı aparmaması işin mübahisəsiz halıdır. İddiaçının evdə pulu saxlaması üçün qardaşına, sonuncunun isə Cavabdeh1 verərkən onun seyfə qoymaq istəməsinə razı olmayıb mətbəxə qoyması Cavabdeh1 seyfdən istifadə etmək im kanının olmasını göstərir. Buna baxmayaraq, onun evdən gedərkən seyfdən hər hansı pul vəsaiti və ya digər qiymətli əşya götürmək imkanının olduğu halda, oradan heç bir şey götürməməsi onun evdə olan başqasına məxsus pulu götürməsinin inandırıcı olmamasını göstərir. Halbuki ərinə məxsus seyfdə olan pul və əşyalar birgə nikah dövründə əldə olunmaqla Cavabdeh1 ona daha çox haqqı çatırdı.
40. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, Cavabdeh1 məhz İddiaçı məxsus pulu özü ilə aparması tələb edilsə də, İddiaçı bununla bağlı Polis Şöbəsinə müraciət etməmişdir. Polis Şöbəsinə onun qardaşı xxx müraciət etmişdir. Həmin ərizədə xxxnın evdən gedərkən pul və qızıl aparması qeyd edilsə də, məhz İddiaçı pulunun aparılması göstərilməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin düzgün yönəlib-yönəlməməsinə də qiymət verməmişdir. Belə ki, tərəflərin izahatlarından görünür ki, 08 sentyabr 2022-ci il tarixdə 30000 manat pulu iddiaçı X16ə vermiş, sonuncu isə həmin pulu Cavabdeh1 vermişdir. Göründüyü kimi, iddiaçı birbaşa Cavabdeh1, nə də digər cavabdehlərə pul verməmişdir. O, pul olmadığı halda, həmin pulu verdiyi şəxsdən, yəni xxxdən tələb edə bilərdi. Pulun Cavabdeh1 tərəfindən aparılması təsdiq edilərdisə (hərçənd ki, bu iş materialları ilə təsdiq olunmur), o zaman xxx həmin pulu Cavabdeh1 tələb edə bilərdi.
42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 4.1 14.2, 54.1, 54.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya məhkəmə qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti belə əsaslandırılıb: -ilk növbdədə qeyd edilməlidir ki, 30000 manat pulun mövcud olma faktı, onun Cavabdeh1 tərəfindən qəbul edilərək evdə saxlanması, Cavabdeh1ı digər Cavabdeh2 qoşularaq gizlin şəkildə evdən Bakıya qaçması cavabddehlərin birinci instansiya məhkəməsində verdiyi izahatlrı, habelə pulun oğurlanması ilə bağlı şikayət ərizəsi əsasında Xocəvənd Rayon Polis şöbəsində aparılmış araşdırma zamanaı izahatları ilə təsdiq edeilir; - həmçinin Cavabdeh1 özünün də birinci instansiya məhkəməsində izahatına əsasən qabaqcadan evdən getməsini planlamış və evdən o na zəruri olan qiymətli əşyaları əvvəlcədən yığmış və gecə yarı xəbərsiz gizlin şəkildə evdən qaçmışdır. - Bakıya gedərkən taksi pulunu xxxnin verməsi faktı onu deməyə əsas verir ki, Cavabdeh2 üzərində olan pul sonradan ona xxx tərəfindən verilmiş 30.000 məbləğdə pul vəsaitidir ki, xxx xxxnin qohumu evində döyüldükdən və huşunu itirdikdən sonra, üzərindən götürülmüşdür. Lakin o, bu faktı yalan ifadələr verməklə məhkəmədən gizlətməyə çalışmış və həqiqəti məqsədli şəkildə ört-basdır etməyə çalışmışdır. Aşağı məhkəmələr nədənsə bu halı və ümumiyyətlə, cavabdehlərin iddiaçıya məxsus pulun onların qanunsuz sahibliyinə keçirməsi ilə bağlı əməllərini diqqətəlayiq araşdırmamışdır; - bundan başqa, xxx ilə xxxin “Teleqram” proqramı ilə yazşmasında pulların xxx tərəfindən götürülməsi etirafı da maddi sübut qismində məhkəməyə təqdim olunmuşdur. Ərinə adı ilə yox, “sənətkar” ləqəbi ilə müraciət edən xxx yazışma zamanı pulları həqiqətən götürməsini və həmin pulların sonradan atası Cavabdeh3 əlinə keçməsi faktını səmimi şəkildə etiraf etmişdir.Lakin xxx bu faktı məhkəmədə yenidən danmağa başlamışdır; - apellyasiya instansiyası məhkəməsində cavabdehlərin ziddiyyətli ifadələri və bunun qətnamədə əks olunmaqla məhkəmənin yalnız həmin ifadələrə istinadən qətnaməsini əsaslandırması yolverilməzdir. Belə ki, Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatdan fərqli olaraq evdən gizli şəkildə qaçarkən üzərində bir ədəd çanta götürməsi kimi izahatı məhkəmənin diqqətini işin əsl mahiyyətindən yayındırmağa hesablanmışdır. Halbuki Cavabdeh1 birinci instaniysa məhkəməsindəki izahatında evdən çıxarkən özü ilə bir neçə çanta götürməsini bildirmiş, hətta digər Cavabdeh2 bu çantaların olduqca ağır olmasını bildirmişdir; - apellyasiya instansiyası məhkəməsi bütün bunlara qiymət verərək nəzərə almalı idi ki, cavabdehlər əslində cinayət hüquqi xarakter daşıyan gizli talama faktına dair hərəkətlərini açıq şəkildə etiraf edə bilməzlər. Bu səbəbdən, cavabdehlər məhkəmənin diqqətini işin əsl mahiyyətindən yayındırmağa hesablanmış yanlış və həqiqətə uyğun olmayan izahatlar vermişlər; - apellyasiya instansiyası məhkəməsinin cəmi bir iclasa – bu qədər az müddətə sübutları qiymətləndirməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması baxımından ağlabatan hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxıl maq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.
48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
50. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, işdəki digər sübutlarla yanaşı (Cavabdeh1 və digər şəxslərin polisdə aparılan araşdırma zamanı verdiyi izahatlar, şahid ifadələri), Cavabdeh1 +994-51-704-63-14 telefon nömrəsi ilə əri xxxlə yazışmasına (i.v.160) istinad etmişdir. Həmin yazıda Cavabdeh1 əri xxxə xitabən pulun atasında olmasını bildirmişdir.
51. İşdən görünür ki, Cavabdeh1 ərinin adının xxx olmasına baxmayaraq, ləqəbinin “Sənətkar” olması, hamının onu bu adlı çağırmasını bildirmiş (i.v.138), 2022-ci il 8 dekabr tarixli məhkəmə iclasında isə yuxarıda g östərilən xüsustla bağlı ona verilmiş suala cavab olaraq sözügedən mobil nömrədən istifadə etdiyini, bir neçə gün əvvəl əri xxx ilə barışmaq üçün “Teleqram” proqramı vasitəsilə əlaqə saxlamasını, xxxə barışmağı təklif etməsini, xxxin onu qəbul etmədiyini, xxxə pulun onda olmaması barədə deməsini bildirmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin istinad etdiyi həmin sübutu qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, xxxin bir neçə gün əvvəl Cavabdeh1 istifadəsində olan (051)-704-63-14 mobil nömrədən “Teleqram” proqramı vasitəsilə onun istifadəsində olan (050)-749-49-49 mobil nömrəyə yazaraq onu bağışlamasını, onunla barışmasını və evdən apardığı 30000 manat pulun atası Cavabdeh3 olduğunu və pulun bir hissəsinin xərcləndiyini bildirməsi iddianın t əmin olunması üçün əsas kimi qəbul oluna bilməz. Əvvəla, yazışmada, ümumiyyətlə, 30000 manat puldan söhbət edilmir, ikincisi, həmin yazışmada “senetkar pul atamdadı” yazılsa da, həmin pulun 30000 manat pula aidiyyatı olub-olmaması müəyyən edilmir, üçüncüsü yazışmalar aparılan (051)-704-63-14 telefon nömrəsinin Cavabdeh1 məxsus olması da, iş materialları ilə sübut olunmur. Dördüncüsü isə, qeyd olunan yazışmalar istənilən şəxs tərəfindən teleqram vasitəsilə başqa yolla da, aparıla bilər. Belə ki, telefonda adlar siyahısında şəxsin adı əvəzinə onun mobil telefon nömrəsinin yazılması, əslində, mesajların həmin nömrədən deyil, həmin nömrə adı altında digər nömrədən gəlməsi mümkündür. (bax: 37-ci bənd)
53. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə ba xan tam hüquqlu məhkəmə kimi sübutlara qiymət verməkdə sərbəstdir. Lakin sübutun qiymətləndirilməsi MPM-in 88-ci maddəsinin tələbləri çərçivəsində olmalıdır. İşdə olan sübutları tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
54. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarında hüquqi mövqe b elə olub ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
55. Qeyd edilənlər baxımından, apellyasiya instansiyası məhkəməsi (051)-70463-14 telefon nömrəsinin Cavabdeh1 məxsus olmasının iş materialları ilə sübut olunmaması, qeyd olunan yazışmaların istənilən şəxs tərəfindən teleqram vasitəsilə başqa yolla da aparıla bilməsini müəyyən etsə də, bunu hansı sübutun qiymətləndirilməsi yolu ilə müəyyən etməsi nə işdən, nə də qətnamədən görünmür.
56. İşdən görünür ki, (051)-704-63-14 telefon nömrəsinin Cavabdeh1 məxsus olmasının iş materialları ilə sübut olunmaması, həmin yazışmada “senetkar pul atamdadı” yazılsa da, həmin pulun 30000 manat pula aidiyyatı olmaması qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi bu xüsusatla bağlı tərəflərə, o cümlədən cavabdehə hər hansı sual verməmiş, ümumiyyətlə, bu yöndə heç bir araşdırma aparmamışdır. Halbuki qeyd edilən qənaət bu yöndə ətraflı araşdırmanın nəticəsi olaraq meydana çıxa bilərdi. Məhkəmə iclas protokolunda isə be lə araşdırma aparılması görünmür. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən telefon nömrəsinin cavabehə məxsus olmamasının nə ilə müəyyən edilməsi açıq qalmışdır. Bu baxımdan, kassasiya şikayətinin həmin xüsusatla bağlı, eləcə də, apellyasiya instansiyası məhkəməsinin sübutları işin hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində qiymətləndirməməsi barədə dəlilləri əsaslı sayılmalıdır.
57. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən birinci halla bağlı düzgün araşdırma aparılmaması qeyd olunan yazışmaların istənilən şəxs tərəfindən teleqram vasitəsilə başqa yolla da aparıla bilməsi halının sübut etmə vəzifəsinə də təsir göstərir. Belə ki, qeyd edilən nömrənin Cavabdeh1 məxsus olması və əri ilə yazışmaların Cavabdeh1 tərəfindən aparılma sı onun özünün izahatı ilə müəyyən ediləcəyi halda, həmin nömrədən “Teleqram” proqramı vasitəsilə pul vəsaiti ilə bağlı başqa şəxsin yazışma aparmasını sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşməlidir.
58. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının tələbinin düzgün şəxsə qarşı verilməməsi barədə gəldiyi nəticə ilə bağlı qeyd edilməlidir ki, məhkəmə bu nəticəyə də, yuxarıda qeyd edildiyi kimi, işdəki bütün sübutları müqayisəli şəkildə təhlil və tədqiq etmədən gəlmişdir.
59. Belə ki, pulun ona İddiaçı tərəfindən verilməsi barədə Cavabdeh1 polisdə verdiyi izahatla (i.v.75), məhkəmə iclasında verdiyi izahatlar arasındakı ziddiyyət aradan qaldırılmamışdır.
60. İşin halları prosessual qanunvericiliyn tələblərinə uyğun müəyyən edilmədiyi üçün məhkəmə kollegiyası apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticənin əsaslı olub-olmamasına qiymət verə bilmir. 61. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
62. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsaslı hesab etmir.
63. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahis ə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini müəyyənləşdirə bilsin.
64. Beləliklə, məhkəm ə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qərarı əks mövqe nümayiş etdirmək üçün formal əsas kimi qəbul etməyərək, qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
65. Yuxarıda göstərilənləri və 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-494/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.