Məhkəmə qərarları › İş №2(102)-2879/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2879/2021

14.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2879/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2977/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları: 2018-ci ilin mart ayında İddiaçı ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək dəyərini ödədiyi 6 ədəd taxta qapıların Cavabdeh tərəfindən ona təhvil verilməməsini, bir ədəd dəmir qapının isə yarımçıq vəziyyətdə verilməsini əsas göstərməklə onu dələduzluqda ittiham edərək tədbir görülməsini tələb etmişdir. Polis İdarəsi təhqiqatçısının 23 mart 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasından imtina olunmuş və İddiaçı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqi izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6 ədəd taxta qapıya görə 2700 manat, 3 ədəd dəmir qapıya görə isə 5000 manat ödəməsini, lakin sonuncunun 2 ədəd dəmi r qapılarını quraşdırıb bir ədəd dəmir qapını isə yarımçıq vəziyyətdə gətirməsini, 6 ədəd taxta qapıları isə ona təhvil verməməsini, havasızlıq nəticəsində mənzilin divar kağızının yararsız vəziyyətə düşməklə ona 450 manat dəyərində ziyan dəyməsini əsas göstərməklə, 6 ədəd taxta qapıya görə ödədiyi 2700 manatın, 1 ədəd dəmir qapıya görə ödədiyi 1666 manatın, divar kağızlarının yararsız vəziyyətə düşməsinə görə 450 manatın Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-165/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: G.C.Tanrıverdiyeva) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılm asını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2977/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(060)-165/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin cavabdehin ziddiyyətli izahatları əsasında, sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hə rtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh iddiaçıdan aldığı 7700 manatın müqabilində onun sifarişi əsasında 3 ədəd dəmir və 6 ədəd taxta qapıları ona verməsini bildirməklə id dianı etiraf etməmiş, İddiaçı isə məhkəməyə iddia tələbinin əsaslı olması barədə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, İddiaçı cavabdehin onun qarşısında icra olunmamış öhdəliyinin qalmasını sübuta yetirə bilməmişdir. Göstərilənlərlə əlaqədar, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara uyğun çıxarılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası M PM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2977/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar