Məhkəmə qərarları › İş №2(102)-2879/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2879/2023

12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2879/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-865/2023 nömrəli iş üzrə 10 may 2023-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İmişli rayon Qulubəyli bələdiyyəsi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyənin möhür və ştampının, o cümlədən maliyyə sənədlərinin Cavabdeh (bundan sonra cavabdeh) alınıb bələdiyyəyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 9 fevral 2023-cü il tarixli, 2(036)- 979/2023 saylı (hakim Ülvi Qənbərov ) qətnaməsi ilə iddia təmin edilmiş, İmişli rayon Qulubəyli bələdiyyənin möhür və ştampının, o cümlədən maliyyə sənədlərinin Cavabdeh alınıb İmişli rayon Qulubəyli bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin 10 may 2023-ci il tarixli, 2(106)-865/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.

5. Apellyasiya kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, hazırkı halda İddiaçı, cavabdeh isə fiziki şəxs olaraq Cavabdehdur və məzmunlarından göründüyü kimi, bələdiyyə məhkəməyə verilən iddia ərizəsi üzrə dövlət rüsumunu ödəməkdən azaddır, həmin məhkəmə aktından cavabdeh apellyasiya şikayəti verərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsində nəzərdə tutulan məbləğdə dövlət rüsumu ödəməli idi. Cavabdehin apellyasiya şikayətinə qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (X3 vasitəsilə Şirvan Apellyasiya Məhkəməsi üç ün 50 manat) əlavə edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

6. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması və işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hal-hazırda bələdiyyə sədridir və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azaddır. Məhkəmə tərəfindən 27 aprel 2023-cü il il tarixdə ona dövlət rüsumun ödənilməsi barədə qəbzin məhkəməyə təqdim edilməsi barədə bildiriş 10 may 2023-cü il tarixdə saat 17 radələrində təqdim olunduğundan həmin göstərişə əməl etmək onun tərəfindən mümükün olmamışdır. Kassator apellyasiya instans iyasının qərardadında göstərilən dövlət rüsumunun onun tərəfindən ödənilməməsi və bu barədə verilən möhlətə əməl etməməsi ilə razılaşmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

9. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

10. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.

11. Maddə 363.1.2. Apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Dövlət rüsumu haqqında” Qanun

13. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində d övlət rüsumu ödənilir.

14. Maddə 9.1.14. Məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Kassasiya şikayətində qərardad tam mübahisələndirildi yi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Apellyasiya məhkəməsi cavabdehin şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək bu qənaətə gəlmişdir ki, iş üzrə hazırkı halda İddiaçı, cavabdeh isə fiziki şəxs olaraq Cavabdehdur. Bələdiyyə məhkəməyə verilən iddia ərizəsi üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Bununla belə, cavabdeh həmin məhkəmə aktından apellyasiya şikayəti verərkən “Dövlət rüsumu haqqı nda” Qanunun 8.6-cı maddəsində nəzərdə tutulan məbləğdə dövlət rüsumu ödəməli idi. Cavabdehin apellyasiya şikayətinə qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir.

19. Eyni zamanda cavabdehin apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair məhkəmə iclasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli bildirişdə dövlət rüsumunun ödənilməməsi və bunun mümkün nəticələri ilə bağlı məlumatın da verilməsinə baxmayaraq, həmin nöqsan cavabdeh tərəfindən vaxtında aradan qaldırılmamış və apellyasiya məhkəməsi yuxarıdakı qərardadını qəbul etmişdir.

20. Belə olan halda, apellyasiya məhkəməsinin mövqeyi iş materiallarına və mülki prosessual qanunvericiliyə uyğun olmaqla əsaslıdır.

21. Məhkəmə tərkibi həmin mövqe ilə razıl aşaraq qeyd edir ki, kassasiya şikayətində göstərilənlər qərardadın dəyişdirilməsi və ləğv edilməsi üçün əsas təşkil etmir.

22. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-865/2023 nömrəli iş üzrə 10 may 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar