Məhkəmə qərarları › İş №2(102)-288/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-288/2021

03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-288/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Üçüncü şəxs: X8 oğlu İddia tələbi: səhmdarların ümumi yığıncağının qərarının ləğv edilməsi Açar sözlər: səhmdarın hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Kassatorun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3, İddiaçı, vəkili Vəkil2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən ü çüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı “xxxx” ASC-nin 173 ədəd səhminin sahibidir. Ağsu Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2008-ci il tarixli, 114 saylı sərəncamı ilə, “xxxx” ASC-nin Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsinin cənub hissəsində mövcud olan xidmət obyektləri istifadəyə yararsız olduğu üçün sökülüb yerində 306 kv.metr sahəsi olan məişət xidməti obyekti tikintisinə icazə verilməsi, “xxxx” ASC-yə memarlıq və tikinti şöbəsi ilə müqavilə bağlayıb tikiləcək obyektin layihə-smeta sənədlərinin hazırlanmasının və inşaat işlərinin mövcud normalara uyğun aparılmasınının təmin edilməsi və Ağsu Rayon İcra Hakimiyyətinin M emarlıq və tikinti şöbəsinə torpaq sahəsinin və tikiləcək obyekti naturaya köçürüb, tikintiquraşdırma işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun aparılmasına nəzarət etməsinə dair sərəncam verilmişdir. “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxx 2009-cu il tarixli qərarı ilə ünvan 1 ünvanda yerləşən və ASC-yə məxsus məişət xidmət sexləri, tikinti sahəsi 246 kv.m olan obyekti və torpaq sahəsi 0.0515 ha olan müvafiq olaraq X6 və X1 icazə verilmiş, həmin binanın və torpağın alıcı ilə razılaşdırılmış qiymətə satılmasının qərara alınması barədə təklif irəli sürülmüş və Ağsu DNK-da qeyri-yaşayış binasının və torpaq sahəsinin alqı-satqı müqaviləsinə imza etməyi X2 tapşırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxxx 2011-ci il tarixdə İddi açı Cavabdeh-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı iddia ərizəsi iə məhkəməyə müraciət edərək, Cavabdeh-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2009-cu il tarixli 1 saylı qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-332/201 saylı iş üzrə xx xxxxxxx 2011-ci il tarixli qərardadı ilə (hakim N.M.Əsgərov) İddiaçı iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə həmin qərardad ləğv edilərək mülki iş mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-90/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) iddia təmin edilmişdir. Birinci instansiy a məhkəməsi Mülki Məcəllənin 107.1, 107-1.1, 107-1.2, 107-1.3, 107-1.4, 107-2.1, 107-3.1, 107-5.2, 107-5.4-cü maddələrinə istinad edərək iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin səhmdarların ümumi yığıncağının çağırılması barədə, o cümlədən iclasın vaxtı və yeri barədə, həmçinin gündəlikdə duran məsələlər barədə məlumat verilməklə, habelə səhmdarlara bu barədə yazılı bildiriş göndərilməklə cəmiyyətin səhmdarlarına məlumat verilməmişdir. Bu halda, ASC-nin səhmdarlarının ümumi yığıncağında səhmlərin sahibləri iştirak etmədiklərindən, həmçinin yetərsay olmadığından, ümumi yığıncaq səlahiyyətli olmamışdır. Üçüncü şəxs tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanun la müəyyən edilmiş iddia müddətini ötürmədiyindən, üçüncü şəxsin iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Digər tərəfdən, iddiaçı qeyd edilən səhmlərin sahibi olduğundan, bu münasibətlərə iddia müddəti şamil edilə bilməz. Apellyasiya instansiyası məhkəməsində icraat Üçüncü şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o vicdanlı alıcı olmaqla qanunvericiliyin tələblərinə müvafiq olaraq alqı-satqı edib həmin sahəni almışdır. Məhkəmə onun iddiaya etirazını və iddia müddətinin tətbiq olunmasına dair ərizəsini nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Şək i Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1273/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.M.Eyvazov, R.Ə.Əliyev, İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesаb etmişdir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr yoxdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Üçüncü şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iş üzrə icr aata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü şəxsin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 106-1.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 106-1.3-cü maddəsində səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının hüquqları sadalanmışdır. Həmin Məcəllənin 107-1.4-cü maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş g öndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Həmin Məcəllənin 107-2.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 107-5.4-cü maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar