Məhkəmə qərarları › İş №2(102)-2880/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2880/2022

24.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2880/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Maraqlı şəxs1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-425/2022 nömrəli iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Maraqlı şəxs1 qarşı “torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən X1 adına 3395 kvm torpaq payı üçün hazırlanmış və A 521425 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı qəyyumu Qanuni nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, 1996-cı il tarixli "X4" Qanuna əsasən Qımır kəndi ərazisində yerləşən torpaq sahələrindən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə hər birinin mülkiyyətinə 3395 kvm pay torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sahələrinin sənədləri yerlərdə işlənərkən kolxoz dövründən faktiki istifadələrində olan həmin torpaq sahəsi səhvən Qımır kənd sakini X1 adına işlənmişdir. X3 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs1 isə onun vərəsəsidir. Həmin torpaq sahəsi kollxoz dövründən onların istifadəsində olmuşdur. Bu faktı kənd bələdiyyəsi və bütün camaat təsdiq edə bilərlər. Hazırkı mübahisə əmlak hüquqları ilə bağlı olduğundan sözügedən mübahisənin məhkəmə aidiyyəti mülki məhkəmə oldugundan Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 iyun 2018ci il tarixli, 2(033)-708/2018 saylı qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, şəxsin əmlak hüququ qanunla müdafiə olunur. Hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsinin iddiaçıya məxsus olması və hal-hazıradək sonuncu tərəfindən istifadə edilməsi maraqlı şəxsə torpaq sahəsi verilərkən iddiaçıya məxsus torpaq sahəsinin maraqlı şəxsin atasının adına verilməsi, eyni zamanda mübahisələndirilən torpaq sahəsinin mülkiyyətə h ələlik verilməməsi iş materialları ilə təsdiq olunur. Göstərilənlərin əksini təsdiq edən sübutlar iş üzrə cavabdeh və maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 70.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158.1.2, 158.4cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan maraqlarına toxunan (maraqlı) şəxs X2 varisi Nümayəndə apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməs i Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 01 mart 2022-ci il tarixli, 2(107)-425/2022 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-708/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instasiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi təmin edilərkən, məhkəmə aiddiyyatı qaydaları pozulmuşdur. Belə ki, işin faktiki halından müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən “Torpaq sahəsinin planı və ölçü” sənədi Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il ta rixli 110 saylı qərarı ilə verilmişdir. İddiaçı tələbini cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə yönəltmişdir. Həmin orqan inzibati orqandır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, iddia tələbinin qeyd edilən hissəsindən göründüyü kimi, mübahisələndirilən hissədə dövlət reyestrində qeydiyyatın aparılmasına əsas fiziki şəxslər arasında mülki hüquqi münasibətlərin nəticəsində baş verməmişdir. Reyestrdə həmin qeydiyyatın aparılmasına əsas kimi iş materiallarına əlavə edilmiş Arxiv arayışı və Basqal qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş arayış göstərilmişdir Göründüyü kimi cavabdeh orqan həmin qeydiyyatı aparark ən və qeydiyyatın nəticəsi olaraq mübahisələndirilən “Plan və Ölçü” sənədini verərkən mülki hüququn subyekti kimi deyil, hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan kimi çıxış etmişdir ki, iddiçının bu hissədə tələbinin faktiki əsasını cavabdeh orqanın qanunsuz hərəkətlərinə yönəlmiş, həmin qeydiyyatın saxta sənədlər əsasında aparıldığını iddia etmişdir. Göründüyü kimi iddiaçının tələbi inzibati orqan olan dövlət qurumlarının publik hüquq münasibətindən irəli gələn hərəkətləri ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini yolverilməzliyinə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilərək iş üzrə icraata xitam ve rilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı qəyyumu Qanuni nümayəndə (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, başa düşülməyən odur ki, Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsi X2 və yaxud hüquqi varisi Nümayəndə hansı hüquq və maraqlarına toxunur? mübahisəli torpaq sahəsi ilə sonuncunun nə əlaqəsi var? Apellyasiya instansiyasının mövqeyindən belə başa düşülür ki, hər istəyən şəxs hüquq və maraqlarına toxunması ilə bağlı formal əsaslar səsləndirməklə məhkəmə qətnaməsindən şikayət v erə bilər. Hesab ediri ki, apelyasiya məhkəməsi X2 hüquqi varisi Nümayəndə apelyasiya şikayəti mümkün saymamalı idi. Çünki, iş materiallarında hazırda mübahisələndirilən qətnamənin X2 hüquqlarına və maraqlarına toxunmasını sübut edən heç bir sübut yoxdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamnışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2. 2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə m ünasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulan mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzr ə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı maraqlı şəxsin hüquq varisi Nümayəndə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin hər hansı marağına toxunmadığını əsas gətirərək onun apelyasiya şikayətinin icraata qəbul edilməli olmaması ilə əsaslandırmağa çalışsa da, Azərbaycan Respublikasının MPM-nin 387.2.9-cu maddəsi konkret olaraq göstərmişdir ki, Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa ləğv edilməlidir. Apelyasiya kollegiyası da haqlı olaraq həmin normanın tələblərindən çıxış etməklə məhkəmə aidiyyəti qaydalarının pozulması əsası ilə birinci instansiya mə hkəməsinin qəbul etdiyi qətnaməni ləğv edib iş üzrə icraata xitam vermişdir. Belə olan halda kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-425/2022 nömrəli iş üzrə 01 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar